Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə6/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   2   3   4   5   6   7   8   9   ...   205

ilqar Məmmədov 

dən,  məişət  məlumatlarından  İlk  növbədə  buna  görə  fərqlənir.  Elm 

hər  şeydən  əvvəl  həqiqi  biliklər  sistemidir,  yəni  gerçəkliyin 

qanunauyğunluqları  haqqında  bilikləri  özündə  cəmləşdirən  bir 

sistemdir.  «Elm  eyni  zamanda  həm  blllk  sistemidir,  həm  onun 

istehsalıdır,  həm  də  onların  əsasında  həyata  keçirilən  praktiki 

fəaliyyətdir».'' 

Cəmiyyəti, onun normativ əsasları, Idarəolunma mexanizmi və 

qaydalarını  öyrənən  elmlər  ictimai  elmlər  sayılır.  Dövlət  və  hüquq 

nəzəriyyəsi də ictimai elmlər qrupuna aiddir. Eyni zamanda, 

0

, hüquq 


elmlərindən biridir. Hüquq elmləri bütövlükdə ümumi bir sistem təşkil 

etdiyindən dövlət və hüquq nəzəriyyəsi həmin sistemin tərkib hissəsi 

kimi çıxış edir. Dövlət və hüquq nəzəriyyəsi hüquq elmləri sisteminə 

daxil  olsa  da,  onun  fəlsəfə,  xüsusilə  də  hüquq  fəlsəfəsi  və  bir  sıra 

humanitar  (ictimai)  elmlərlə  də  yaxından  əlaqəsi  var.  Bu  onunla 

bağlıdır ki, hüquq elmləri sistemində xüsusi yerə malik olan dövlət və 

hüquq  nəzəriyyəsinin  inkişafında  fəlsəfənin  və  humanitar  elmlərin 

mühüm rolu olmuşdur. Yəni dövlət və hüquq nəzəriyyəsi fəlsəfə və 

humanitar  elmlərlə  əlaqədə  inkişaf  edərək  ayrıca  bir  elm  sahəsinə 

çevrilmişdir.  Dövlət  və  hüquq  nəzəriyyəsinin  tədqiqat  obyekti  olan 

dövlət  və  hüquq  hadisələri  hüquq  elmləri,  o  cümlədən  dövlət  və 

hüquq  nəzəriyyəsi  ilə  yanaşı,  fəlsəfə,  politolo-  giya,  sosiologiya, 

sosial  psixologiya  və  s.  elmlər  tərəfindən  də  öyrənilir  və  tədqiq 

olunur.  Lakin  dövlət  və  hüquq  hadisələri  ilə  bağlı  olan  məsələlər 

hüquq  elminin  nəzəri  problemləri  kimi,  yalnız,  dövlət  və  hüquq 

nəzəriyyəsi  tərəfindən  xüsusi  qaydada  öyrənilir.  Bundan  əlavə, 

dövlət və hüquq nəzəriyyəsi yeganə ictimai elmdir ki, qarşılıqlı asılılığı 

və  əlaqəsi  olan  iki  ictimai  hadisəni-dövləti  və  hüququ  birlikdə 

öyrənir.2 

Beləliklə, dövlət və hüquq nəzəriyyəsi ictimai elmlər sistemində 

müstəqil bir elm sahəsi kimi özünə yer alır. Hüquq 

Rüstəmov Yusif. 

Fəlsəfənin əsasları. Bakı, 2004, s.308. 

2  Пучков 

O.A.  Теория  государства  и  права:  проблемы  и 

перспективы. Правовведение. № 6, 2001, s. 5. 



18 


Dövlət və hüquq nəzəriyyəsi 

elmləri sistemində əhəmiyyətli yerə malik olan bu sahə politologiya, 

sosiologiya,  iqtisadiyyat  və  s.  ictimai  elmlərin  işləyib  hazırladığı 

anlayış və kateqoriyalardan istifadə edir, ictimai həyat hadisələrinin 

müvafiq sahələrinin hüquqla və dövlətlə bağlı tərəflərinin tədqiqində 

həmin elmlərin formalaşdırdığı biliklərdən faydalanır. Odur ki, zəruri 

olaraq bu sahələr arasında qarşılıqlı əlaqə yaranır və belə bir əlaqə 

həmin elmlərin inkişafına da müsbət təsir göstərir. 

Dövlət və hüquq nəzəriyyəsinin fəlsəfə ilə əlaqəsini xüsusi qeyd 

etməliyik.  Belə  ki,  onun  kökləri  fəlsəfəyə  gedib  çıxır.  XVII-  XVIII 

əsrlərdən  başlayaraq  fəlsəfədən  xüsusi  elmlərin  ayrılması  prosesi 

sürətlənmiş, fizika, kimya, biologiya, hüquqşünaslıq, sosiologiya və s. 

elmi  idrakın  müstəqil  sahələrinə  çevrilmişdir.  Xüsusi  elmlər 

səviyyəsində  həll  edilə  bilməyən,  lakin  onlar  üçün  də  mühüm 

əhəmiyyətə  malik  olan  ümumelmi  məsələlərin,  dünyagörüşü 

məsələlərinin tədqiqi fəlsəfənin ixtiyarına buraxılmışdır. 

Fəlsəfə təbiətə, cəmiyyətə və insana ən ümumi nəzəri baxışları 

formalaşdıran spesifik dünyagörüşüdür. Geniş mənada, fəlsəfə varlıq 

və  şüurun,  maddi  ilə  mənəvinin,  insanla  dünyanın  münasibətini, 

qarşılıqlı  əlaqəsini,  obyektiv  reallığın,  idrakın  ən  ümumi  inkişaf 

qanunauyğunluqlarını öyrənir. Fəlsəfi biliklər varlığın dərk edilməsinə 

yönəlmiş  mühakimələr  sistemini  təşkil  edir.  Fəlsəfənin  elmi  biliklər 

sistemində yeri və rolu aləmə ümumi və bütöv halında yanaşması ilə, 

müəyyən dünyagörüşü verməsilə müəyyən olunur. Buna görədir ki, 

fəlsəfə  bütün  ictimai,  o  cümlədən  hüquq  elmlərinə  münasibətdə 

nəzəri baza, sistemli və nəzəri-məntiqi dünyagörüşü kimi çıxış edir. 

Fəlsəfə həm də siyasi və hüquqi reallığın dərk edilməsinin metodoloji 

əsaslarını  hazırlayır,  hüquq  elmlərinin  qnoseoloji  imkanlarının 

dərinliyini açır. Dövlət və hüquq nəzəriyyəsinin fəlsəfə ilə əlaqəsinin 

bir  cəhəti  də  ondan  ibarətdir  ki,  dövlət  və  hüquq  nəzəriyyəsi  zəruri 

olaraq 

fəlsəfənin 



işləyib-hazırladığı 

ümumi 


anlayışlardan, 

kateqoriyalardan geniş istifadə edir. Dövlət və hüquq nəzəriyyəsində 

geniş istifadə olunan fəlsəfi anlayışlara və kateqoriyalara «təkamül», 

«funksiya», 

«mahiyyət», 

«məzmun», 

«azadlıq», 

«tam», 


«münasibət», «təzahür» və s. misal göstərə bilərik. 

19 


ilqar Məmmadov 

Hüquq  fəlsəfəsi  üzvi  şəkildə  fəlsəfə  ilə  bağlı  olsa  da  o,  yalnız 

hüquq  hadisələrinin  ən  ümumi  səviyyədə  dərk  edilməsinə,  hü- 

quqdakı  məqsədin  müəyyənləşməsinə  yönəlir.  Beləliklə,  ümumi 

fəlsəfədən  ayrı  olan  hüquq  fəlsəfəsi,  ümumilikdə  hüququn 

mahiyyətini,  məzmununu,  əsaslandırılması  məsələlərini,  ictimai 

həyatdakı  yerini  və  əsaslarını,  onun  dəyərliliyini  və  əhəmiyyətini, 

insanın,  cəmiyyətin  və  dövlətin  həyatında,  xalqların  və  bəşəriyyətin 

taleyində  rolunu  tədqiq  edir  və  öyrənir.  C.A.Kərimovun  sözləri  ilə 

desək, hüquq fəlsəfəsi konkret hüquq hadisələrinin öyrənilməsi, təhlil 

edilməsi nəticəsində meydana gəlmişdir. «Bu hadisələrin öyrənilməsi 

prosesində  tədricən  aşkar  olunmuşdur  ki,  müəyyən  yanaşmaların, 

metodların  və  üsulların  köməyi  ilə  dərk  edilə  bilən  bütün  hüquqi 

obyektlərə xas ümumi cəhətlər var. Hüquq fəlsəfəsi, məhz bu yolla 

yaranmış  və  zənginləşmişdir.  Onun  mahiyyəti  xüsusi,  yəni  ayrı-ayrı 

hüquq hadisələrini öyrənən sahəvi hüquq elmlərinə qnoseoloji xidmət 

göstərməkdən ibarətdir. (...) Hüquq fəlsəfəsinin əsas təyinatı ondan 

ibarətdir  ki,  bütün  sahəvi  hüquq  elmlərini  metodoloji  alətlə  təmin 

etsin».”' 

Hüquqi-analitik yanaşma sahəsindən kənarda hüququn bir çox 

ümumnəzəri, fəlsəfi profilli problemləri qalır ki, onlar da məhz hüquq 

fəlsəfəsinin predmeti ilə əhatə olunur. Dövlət və hüquq nəzəriyyəsi 

hüquq fəlsəfəsinin işləyib hazırladığı anlayışlardan, kateqoriyalardan, 

ideyalardan 

faydalanmaqla 

özünün 


yaradıcılıq 

imkanlarını 

genişləndirir  və  təkmilləşir.  Dövlət  və  hüquq  nəzəriyyəsi  tərəfindən 

öyrənilən  «hüququn  mahiyyəti»,  «hüququn  sosial  təyinatı»  və  s. 

nəzəri problemlər, ilk növbədə, hüquq fəlsəfəsinə aid problemlərdir. 

Belə  məsələlərdə  dövlət  və  hüquq  nəzəriyyəsi  birbaşa  hüquq 

fəlsəfəsindən  qidalanır.  Ümumiyyətlə  isə,  dövlət  və  hüquq 

nəzəriyyəsi hüquq fəlsəfəsindən, ilk növbədə, «pozitiv hüquq elminin 

ən yüksək mərtəbəsində olması» ilə fərqlənir. 

KepıiMOB 

Mexoflojıoraa npasa. M., 2001, s. 79. 

20 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə