Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə3/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   2   3   4   5   6   7   8   9   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

əvvəllərində tanınmış alim I.Mixaylovski yazırdı ki, bu sahə ilə məşğul 

olan tədqiqatçı ən azı iki əsas vəzifəni həyata keçirməlidir. Onlardan 

birincisi, bütün xüsusi hüquq elmlərinin əsasında duran anlayışların 

məntiqi  cəhətdən  tamamlanmış  sistemini  yaratmaqdan  və  həmin 

elmlərin  qazandığı  nailiyyətləri  harmonik  şəkildə  bir  tam  daxilində 

cəmləşdirməkdən  ibarətdir,  ikinci  vəzifə  isə,  xüsusi  elmlərin  işlənib 

hazırlanmasının  metodlarını  öyrənməkdən  ibarətdir.  Mixaylovskiy 

göstərir  ki,  metodologiya  məsələsi  xüsusi  hüquq  elmlərinə  deyil, 

məhz nəzəriyyə sahəsinə aiddir, çünki həmin məsələ onların hamısı 

üçün ümumi olan məsələdir.”' 

Nəzəriyyəçilərin fikirlərini ümumiləşdirərək deyə bilərik ki, dövlət 

və  hüquq  nəzəriyyəsi  dövlət  və  hüququn  ən  ümumi 

qanunauyğunluqları, 

dövlət-hüquq 

hadisələrinin 

yaranması, 

mahiyyəti,  məzmunu  və  forması,  vahid  dövlət-hüquq  gerçəkliyinin 

müxtəlif  cəhətləri  arasındakı  əlaqələr  haqqında  biliklər  sistemi, 

ümumnəzəri  xarakterə  və  əhəmiyyətə  malik  olan  fundamental 

siyasi-hüquqi elmdir. Dövlət və hüquq nəzəriyyəsinin anlayışı ilə bağlı 

Azərbaycanın hüquqşünas alimi M.F.Məlikova da yazır ki, dövlət və 

hüquq nəzəriyyəsi digər ictimai elmlərlə sıx əlaqədə dövlət və hüquq 

hadisələrini,  onların  yaranmasını,  inkişafı  və  ölüb  getməsinin 

qanunauyğunluqlarını,  qarşılıqlı  əlaqəsi  və  təsirini,  ictimai  həyatın 

başqa  hadisələrinə  təsirini,  xüsusi  təyinatını,  mövcudluğunun  əsas 

formalarını 

öyrənir.^

 

Dövlət  və  hüquq  nəzəriyyəsinin  fundamentallığı  onun  həm 



istiqamətləndirici,  metodoloji  elm  olması,  həm  də  dövlət  və  hüquq 

hadisələrini  ümumnəzəri  istiqamətdə  tədqiq  etməsi,  həmin 

hadisələrlə bağlı ümumiləşdirici mülahizələr və müddəalar, həmçinin 

digər hüquq elmləri üçün ümumi baza rolunu oynayan kateqoriyalar 

işləyib hazırlaması ilə bağlıdır. 

Марченко M.H. 

Проблемы теории государства и права. М., 2001, 

S. 


50. 

2 Məlikova M.F. 

Dövlət və hüquq nəzəriyyəsi. Bakı, 1988, s. 5. 



ilqar Məmmədov 

Qeyd  etdiyimiz  kimi,  dövlət  və  hüquq  nəzəriyyəsi  dövləti  və 

hüququ  bütöv  bir  tam  kimi,  onların  siyasi-hüquqi  əhəmiyyəti 

baxımından  öyrənir.  Buna  görə  də,  dövlət  və  hüquq  nəzəriyyəsi 

siyasi-hüquqi qanunauyğunluqlar haqqında ümumiləşdirilmiş biliklər 

sistemi kimi çıxış edir. Onun hüquqi elm olması hüququ öyrənməsi ilə 

bağlıdır. Bu elmin siyasiliyi isə siyasi hadisə olan dövləti öyrənməsinə 

görədir. 

Dövlət  və  hüquq  nəzəriyyəsi  siyasi-hüquqi  qanunauyğunluqlar 

haqqında  ümumiləşdirilmiş  biliklər  sistemi,  istiqamətləndirici, 

metodoloji elm olması ilə yanaşı, həm də dünyagörüşü məsələlərini 

həll  edən  nəzəri  elmdir.  Geniş  mənada  dünyagörüşü  insanın 

dünyaya,  ətraf  aləmə  və  özünə  olan  münasibətini,  baxışlarının 

(siyasi,  fəlsəfi,  hüquqi,  etik  və  s.)  məcmusunu  və  dəyər  verdiyi 

idealları əhatə edir. Fəlsəfi ədəbiyyatda deyilir ki, dünyagörüşü insanı 

əhatə  edən  dünya  haqqında,  insanın  özünə,  təbiətə  və  cəmiyyətə 

münasibəti,  onun  özünün  dünyada  yeri  və  mövqeyi  haqqında 

ümumiləşmiş görüşlər, İdeallar, baxış, inam və prinsiplər sistemidir. 

Dünyagörüşü  fərdin,  sosial  qrupun,  sinfin,  bütövlükdə  cəmiyyətin 

gerçəkliyə  münasibəti  və  fəaliyyət  istiqamətini  müəyyən  edən 

baxışlar, ideya və normalardır. «Başqa sözlə, dünyagörüşü obyektiv 

dünyaya və orada insanın yeri və roluna aid baxışlardır. Bunlar elə 

baxışlardır ki, onlar insanın həyat mövqeyini, əqidəsini, ideya, idrak 

və fəaliyyətini, sərvət meylini əsaslandırır və istiqamətləndirir».’' 

Dövlət  və  hüquq  nəzəriyyəsinin  dövlət-hüquq  hadisələri 

haqqında  yaratdığı  ümumi  təsəvvürlər,  İşləyib  hazırladığı 

fundamental xarakterli mülahizə və müddəalar elmi biliklər sistemini 

formalaşdırmaqla  yanaşı,  dövlət-hüquq  hadisələrinin,  institutlarının 

müəyyən  fəlsəfi,  siyasi,  etik  və  s.  yöndən  qiymətləndirilməsini  də 

ehtiva  edir.  Onun  hazırladığı  ümumiləşdirilmiş  biliklər,  mülahizə  və 

müddəalar dövlət və hüquq barəsində elmi dünyagörüşünü, həmçinin 

bütövlükdə  dövlət-hüquq  gerçəkliyinə  və  onun  ayrı-ayrı  tərəflərinə 

müəyyən münasibət formalaşdırır. 

Fərhadoğlu Maqsud. 



Fəlsəfənin əsasları. Bakı, 

2002, 


s. 

10.


 

10 


Dövlət və hüquq nəzəriyyəsi 

Nəticədə də nəzəriyyənin rəhbər tutduğu paradiqmaya uyğun olaraq 

dövlət  və  hüququn  müəyyən  obrazı  yaradılır.  Məsələn, 

marksist-leninçi  dövlət  və  hüquq  nəzəriyyəsi  dövlət  və  hüquq 

hadisələri  haqqında  müvafiq  dünyagörüşünü  formalaşdırmaqla 

istismarçı  dövlətlə  sosialist  dövləti  və  hüququnun  obrazlarını 

yaratmışdır. Həmin dünyagörüşünə görə, dövlət və hüquq haqqında 

düzgün  elmi  təsəvvür  yaradan  marksizm  ən  qabaqcıl  sinfin-  fəhlə 

sinfinin dünyagörüşü kimi meydana gəlmiş və elmi dünyagörüşü kimi 

inkişaf etmişdir. Marksizmə görə, dövlət bir sinfin başqa sinfə zülm 

etməsi maşını, yəni onları öz itaətində saxlaması üçün lazım olan bir 

maşındır.  Odur  ki,  dövlətin  mahiyyəti  onun  hər  hansı  bir  sinfin 

diktaturasını  həyata  keçirməsində  təzahür  edir,  istismarçı 

cəmiyyətlərdə  diktatura  əhalinin  əksəriyyətinin  azlıq  tərəfindən, 

«zəhmətkeş  kütlələrin  bir  qrup  istismarçılar  tərəfindən»  əzilməsi 

məqsədi  ilə  həyata  keçirilir.  Sosialist  dövləti  isə  öncə  proletariat 

diktaturası kimi çıxış edir, sosializmin tam və qəti qələbəsindən sonra 

ümumxalq dövlətinə, «bütün xalqın mənafe və iradəsini ifadə edən» 

quruma  çevrilir,  istismarçı  dövlətlərdən  fərqli  olaraq,  sosialist 

dövlətinin  əsas  məzmunu,  mahiyyəti  zorakılıq  deyil,  kommunizm 

cəmiyyəti  qurmaq  sahəsində  yaradıcı  işdən  ibarətdir,  ictimai 

münasibətlərin  sinfi  tənzimləyicisi  kimi  çıxış  edən  hüquq  isə  hakim 

sinfin  iradəsi  vasitəsi  ilə  ifadə  olunur.  Odur  ki,  hüquq  hakim  sinfin 

dövlət  iradəsini  ifadə  edən  və  ictimai  münasibətlərin  sinfi 

tənzimləyicisi  kimi  çıxış  edən  və  dövlət  tərəfindən  təmin  olunan 

ümumməcburi normalar sistemidir. 

Müasir dövlət və hüquq nəzəriyyəsinin yaratdığı dövlət və hüquq 

obrazı,  həmçinin  həmin  hadisələrə  münasibətin  özü  tamamilə 

başqadır.  Müasir  nəzəriyyəyə  görə,  inkişaf  etmiş  dövlət  sosialist 

dövləti  deyil,  hüquqi  dövlətdir.  Hüquqi  dövlət  haqqında  elmi 

təsəvvürün  özü  isə  müvafiq  fəlsəfi  görüşlərə,  siyasi-  hüquqi 

konsepsiyalara 

əsaslanır. 

Beləliklə 

də, 

marksizm-leninizm 



nəzəriyyəsinin yaratdığı sosialist dövləti obrazından çox fərqli dövlət 

obrazı  yaradılmış  olur  və  bu  da,  qeyd  etdiyimiz  kimi,  müvafiq 

dünyagörüşündən irəli gəlir. 

11 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə