Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə4/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   2   3   4   5   6   7   8   9   ...   205

ilqar Məmmədov 

Dövlət  və  hüquq  nəzəriyyəsi  ümumi  anlayışlar,  kateqoriyalar 

müəyyənləşdirərkən, 

dövlət 


və 

hüququn 


inkişaf 

qanunauyğunluqlarını, həmin hadisələrin mahiyyətini, funksiyalarını, 

formalarını  və  s.  öyrənərkən  konkret  bir  dövrün  və  ya  bir  dövlətin 

təcrübəsi, həmçinin də dövlət-hüquq həyatının müəyyən bir tərəfi ilə 

məhdudlaşmır.  O,  dövlət  və  hüququn  inkişafının  ümumi 

qanunauyğunluqlarını,  onların  əsas  xaratkerik  xüsusiyyətlərini  və 

əlamətlərini  öyrənərkən  bütün  tarixi  dövrlərin  dövlət  və  hüququnu, 

dövlət-hüquq  gerçəkliyinin  bütün  tərəflərini  nəzərə  alır.  Dövlət  və 

hüquq  nəzəriyyəsinin  bu  cür  ümumi  xarakterə  malik  olması 

səbəbindən  bəzi  müəlliflər  onu  «Ümumi  dövlət  və  hüquq 

nəzəriyyəsi»  elmi və  tədris  fənni  adlandırmağı  daha  düzgün hesab 

edirlər.  Misal  üçün,  V.S.Nersesyans  yazır  ki,  bu  sahəni  «Ümumi 

dövlət  və  hüquq  nəzəriyyəsi»  adlandırmaq  onun  məzmununa  və 

predmetinə daha çox uyğun gəlir. Belə ki, hüququn və dövlətin nəzəri 

məsələləri  ilə,  yəni  nəzəri  (elmi)  tədqiqatlarla  öz  sahələri  daxilində 

bütün hüquq elmləri məşğul olur. Qnoseoloji planda «nəzəriyyə» və 

«elm» anlayışları sinonimlərdir. Odur ki, nəzəriyyə deyərkən, məhz 

elmilik mənasında nəzəriyyə, elm deyərkən isə müəyyən bir (ümumi 

və  ya  daha  xüsusi)  nəzəriyyə  başa  düşülür.  Bu  hüquq  elmi  isə  öz 

vəzifələrinə,  funksiyalarına,  predmetinə  və  metodlarına  görə  bütün 

hüquqşünaslığa  (hüquq  elmələrinə)  münasibətdə  ümumi  nəzəriyyə 

kimi  çıxış  edir.  Dövlət  və  hüquq  haqqında  elmi-nəzəri  fikrin  bütün 

mühüm  nailiyyətləri,  ümumiyyətlə,  dövlət  və  hüquq  haqqında  olan 

biliklərin ən əsas və ən ümumi tərəfləri məhz, bu sahədə cəmləşir."' 

Bəzi müəlliflər isə ümumi dövlət və hüquq nəzəriyyəsi ilə yanaşı, 

xüsusi  dövlət  və  hüquq  nəzəriyyəsinin  yaradılmasına  da  ehtiyac 

görürlər. Onların fikrincə, dövlət və hüquq nəzəriyyəsi nəzəri biliklərin 

iki  səviyyəsini:  ümumi  (konkret  dövrün  və  dövlətin  hüquqi 

reallıqlarından asılı olmayan) və xüsusi (konkret döv- 

' Проблемы общей теории права и государства. Под обшей редакцией 

академика Российской Академии Наук, доктора юридических наук, проф. 

Нерсесянца В.С. М., 2002, з. 1. 



12 


Dövlət və hüquq nəzəriyyəsi 

rün və dövlətin reallıqlarından çıxış edilən) nəzəri bilikləri əhatə edir. 

Odur  ki,  ümumi  və  xüsusi  nəzəri  biliklər  sahəsinin  hər  biri  ayrıca 

nəzərə  alınmalıdır.  Həmin  müəlliflər  yazırlar  ki,  dövlət  və  hüquq 

nəzəriyyəsinin  əhatə  etdiyi  bir  sıra  mövzular,  məsələn,  «Hüquq 

normaları»,  «Hüququn  sistemi»,  «Normativ-hüquqi  aktlar»  və  s. 

əsəsən  xüsusi  xarakterli  nəzəri  bilikləri  əhatə  edir.  Belə  ki,  həmin 

mövzularla  bağlı  olan  nəzəri  müddəalar  konkret  bir  dövlətin  və  ya 

bəzi dövlətlərin hüquqi gerçəkliyini əks etdirir. Belə olan halda xüsusi 

nəzəri biliklərə aid mövzuları əhatə edən tədris kursunu və ya fənni 

«Ümumi  dövlət  və  hüquq  nəzəriyyəsi»  adlandırmaq  bir  o  qədər  də 

düzgün deyil.'' 

Yuxarıda  qeyd  etdik  ki,  dövlət  və  hüquq  nəzəriyyəsi  dövlət  və 

hüququ bütöv bir tam kimi öyrənir. Bunun əsas səbəbi odur ki, dövlət 

və hüquq blr-blri ilə üzvi əlaqəsi olan hadisələrdir. Ona görə də bu 

hüquq elmi «Dövlət və hüquq nəzəriyyəsi» və yaxud «Ümumi dövlət 

və  hüquq  nəzəriyyəsi»  adlandırılır.  Dövlət  və  hüquq  nəzəriyyəsi 

dövlət  və  hüququ  vəhdətdə  öyrənsə  də,  onlar  Ikl  nisbi  müstəqil 

hadisə  olduğundan  həmin  elm  sahəsi  iki  hissəyə,  «Dövlət 

nəzəriyyəsi» və «Hüquq nəzəriyyəsi»nə bölünür. Lakin elə dərsliklər, 

dərs  vəsaitləri  və  mühazirə  kursları  var  ki,  onları  bir-birindən  ayırır, 

vəhdətdə öyrənmir və diqqəti hüquq hadisələri üzərində cəmləşdirir. 

Ona  görə  də,  ancaq  hüquq  nəzəriyyəsinə aid  olan  «Ümumi  hüquq 

nəzəriyyəsi» və ya «Hüquq nəzəriyyəsi» dərslikləri və dərs vəsaitləri 

hazırlanır və İstifadə olunur.2 

Dövlət  və  hüquq  nəzəriyyəsi  dövlət-hüquq  gerçəkliyi  baradə 

ümumnəzəri  biliklər  sistemi  olduğundan  sahəvl  hüquq  elmlərini 

öyrənməzdən əvvəl həmin biliklərlə tanış olmaq lazımdır. Məhz 

'  Теория  государства  и  права.  Часть  1,  Теория  государства.  Под 

редакцией Венгерова А.Б. М., 1995, з. 4. 

^ В а х: Алексеев С.С. Теория права. М., 1995, Общая теория права. 

Под  обшей  редакцией  док.  юридических  наук,  проф.  Пиголкнпа  А.С.  М., 

1997, Поляков А.В. Общая теория права: Феноменолого-коммуникативный 

подход. Курс лекций. Санкт-Петербург 2003 

УО 

.

Ч





13 


ilqar Məmmədov 

buna  görə  də,  dövlət  və  hüquq  nəzəriyyəsi  digər  hüquq  elmlərinə 

münasibətdə  həm  də  «giriş  elmi»  kimi  çıxış  edir.  Təsadüfi  deyil  ki, 

tələbələr sahəvi hüquq elmlərini öyrənməzdən əvvəl onlara dövlət və 

hüquq nəzəriyyəsi fənni tədris olunur. 

Bu  fənn,  ümumnəzəri  hüquq  elmi  olan  dövlət  və  hüquq 

nəzəriyyəsinin  bazasında  yaradılmışdır.  Belə  bir  fənnin  tədrisi 

hüquqşünas  ixtisasına  yiyələnən  tələbələrin,  həmçinin  digər 

humanitar  ixtisaslar  üzrə  yetişən  tələbələrin  ümumi  hüquq 

mədəniyyətini,  hüquqi  şüuru  dərinləşdirir,  onlarda  hüquqi 

düşüncənin  elmi  bazasını  formalaşdırır.  Dövlət  və  hüquq 

nəzəriyyəsinin  tədris  olunması  nəticəsində  tələbələrdə  dövlət  və 

hüququn  əsas  anlayışları  barədə  ilkin  təsəvvür  yaranır  və  sahəvi 

hüquq elmlərinin mənimsənilməsi asanlaşır. 

«Dövlət  və  hüquq  nəzəriyyəsi»  fənni  müəyyən  sistemə  uyğun 

tədris  olunur.  Həmin  sistem,  bu  elmin  predmetinin  obyektiv 

strukturunu  və  məzmununu  əks  etdirən  problemləri,  məsələləri 

müvafiq mövzular şəklində məntiqi ardıcıllıqla qurur. Tələbələr dövlət 

nəzəriyyəsinin  əhatə  etdiyi  problemlərlə  bağlı  bilikləri  öyrəndikdən 

sonra hüquq nəzəriyyəsini öyrənməyə başlayırlar. 

Dövlət və hüquq nəzəriyyəsinin birinci, yəni dövlət nəzəriyyəsi 

hissəsi  əsasən  «Dövlət  və  hüququn  yaranması»,  «Dövlətin  və 

hüququn tipləri», «Dövlət anlayışı», «Dövlət və hüququn yaranması 

haqqında 

nəzəriyyələr», 

«Dövlətin 

mahiyyəti», 

«Dövlətin 

funksiyaları», «Dövlətin formaları», «Dövlət mexanizmi», «Cəmiyyət 

və  hakimiyyət»,  «Cəmiyyətin  siyasi  sistemində  dövlətin  yeri», 

«Hüquqi  dövlət»  mövzularını  əhatə  edir.  İkinci,  yəni  hüquq 

nəzəriyyəsi  hissəsinə  aid  olan  mövzular  daha  çoxdur.  Həmin 

mövzulara,  ilk  növbədə,  «Hüququn  anlayışı  və  mahiyyəti», 

«Hüququn  funksiyaları»,  «Hüquq  norması»,  «Normativ  hüquqi 

aktlar»,  «Hüququn  mənbələri»,  «Hüququn  prinsipləri»  «Hüququn 

təfsiri»,  «Hüquqyaradıcılığı  və  qanunyaradıcılığı»,  «Hüquq  qaydası 

və  qanunçuluq»,  «Hüquq  sistemi»,  «Hüquq  münasibətləri», 

«Hüququn  realizəsi»,  «Hüquq  pozuntusu  və  hüquqi  məsuliyyət», 

«Hüquq  mədəniyyəti  və  hüquqi  şüur»,  «Hüquqi  nizamasalma 

mexanizmi» aiddir. 



14 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə