Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə21/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   17   18   19   20   21   22   23   24   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

çilər  isə  hesab  edirlər  ki,  dövlət  və  hüquq  nəzəriyyəsinin  ümumi 

metodologiyası 

məsələsində 

birtərəfli 

yanaşma 


olmamalı, 

«metodoloji  plyuralizm»  mövqeyindən  çıxış  edilməlidir.  Həmin 

yanaşmaya  görə,  hər  bir  əsaslı  fəlsəfi  konsepsiya  metodoloji 

funksiyanı  həyata  keçirə  bilər.  Ona  görə  də  dialektik  materializm 

yeganə  fəlsəfi  metod  kimi  qəbul  edilməməli  və  buna  zərurət 

yarandıqda  digər  fəlsəfi  sistemlərə  əsaslanan  metodlar  da  nəzərə 

alınmalıdır.  Buna  əsasən  də  İ.P.Malinova  yazır  ki,  «metodoloji 

plyuralizm metodoloji interpretasiyanın invariantlığını tələb edir».'' 

Bəzi  nəzəriyyəçilər  belə  hesab  edirlər  ki,  dialektikadan  əlavə 

digər  fəlsəfi  cərəyanların-neohegelçiliyin,  neokantçılığın,  ekzis- 

tensializmin  və  s.  də  dövlət  və  hüquq  nəzəriyyəsi  çərçivəsində 

aparılan  elmi  tədqiqatların  metodoloji  əsası  kimi  qəbul  edilməsi 

mümkündür.  Digər  elm  sahələri  tərəfindən  yaradılmış  biliklərin  və 

metodların  əxz  olunması  da  dövlət  və  hüquq  nəzəriyyəsinin 

inkişafının  vacib  əsaslarından  biri  hesab  olunur.  Qeyd  edilən 

məsələyə  xüsusi  diqqət  verən  V.S.Nersesyans  digər  elm 

sahələrindən  hüquqşünaslıq  üçün  əhəmiyyətli  olan  biliklərin  əxz 

olunmasının  iki  əsas  formasını  fərqləndirir:  1)  digər  elmlərin 

metodlarının (və bütövlükdə elmi idrakın üsul və vasitələrinin) hüquqi- 

ləşdirilməsi və 2) hüquqşünaslıqla digər elmlərin qovşağında hüquqla 

bağlı  yeni  biliklər  sahəsinin  (hüququn  fəlsəfəsi,  hüququn 

sosiologiyası və s.) yaradılması. 

Ümumi  metod  məsələsi  ilə  əlaqədar  müasir  dövlət  və  hüquq 

nəzəriyyəsində  fikir  müxtəlifliyinin  yaranmasına  baxmayaraq, 

materialist dialektikanın əsasında duran prinsiplərin, kateqoriyaların 

və  qanunların,  dialektik  materializmin  mühüm  müddəalarının  dövlət 

və hüquq nəzəriyyəsinin metodologiyasının ayrılmaz tərkib hissəsinə 

çevrildiyini  inkar  etmək  olmaz.  Hal-hazırda  da  dövlət  və  hüquq 

hadisələrinin  yaranması  və  inkişafı,  dövlətin  və  hüququn  sosial 

təyinatı,  mahiyyəti,  formaları  öyrənilərkən  dialektik  materializmin, 

dialektikanın kateqoriyaları, qanunları əsas 

Марченко M.H. Проблемы теории государства и права. S. 28. 

63 



ilqar Məmmədov 

götürülür. Dialektik materializmin və dialektikanın forma və məzmun, 

səbəb  və  əlaqə,  struktur və  element,  mücərrəddən  konkretə  keçid, 

bazis  və  üstqurum  münasibətləri,  ictimai-iqtisadi  formasiya,  siniflər 

və s. kateqoriyalarından geniş istifadə olunur. Dialektik materializmə 

görə, varlıq öz maddi təzahürləri ilə tamlıqda obyektiv olaraq, bizim 

şüurumuzdan  asılı  olmadan  mövcuddur.  Müasir  nəzəriyyəçilər 

dövlət-hüquq gerçəkliyini öyrənərkən bunu qəbul etməli olurlar. 

A.F.Çerdantsev yazır kl, materialist nəzəriyyə dövlət və hüquq 

nəzəriyyəsinin metodoloji əsası kimi çıxış edir və həmin nəzəriyyədən 

irəli  gələn  aşağıdakı  müddəalar  hamı  tərəfindən  qəbul  olunur. 

Materialist nəzərəriyyəyə görə: 

-

 

idrakın obyekti kimi çıxış edən şeylər, varlığın ayrı-ayrı hissələri 



idrakın subyektindən asılı olmadan, maddi dünyada obyektiv olaraq 

mövcuddur; 

-

 

biliklərin  məzmunu  obyektiv  olaraq  mövcud  olanla,  varlığın 



reallığı ilə müəyyənləşir; 

-

 



biliklərin yeganə mənbəyi duyğulardır; 

-təfəkkür obyektivdir, çünki o dialektikdir, məntiqin qanunlarına 

uyğun gəlir; 

-

 



idrak  prosesində  «dünyanın  ikiləşməsi»  baş  verir,  yəni  bir 

tərəfdən dünya real gerçəkliyin, digər tərəfdən isə ideal qanunları və 

qanunauyğunluqları əks etdirən nəzəriyyələr, anlayışlar dünyası kimi 

qəbul edilir və s.’' 

Dialektik  materializmin  elə  müddəaları  var  ki,  müasir  dövrdə 

onlar  ciddi  tənqid  olunur.  Ən  çox  tənqid  olunanlardan  biri  «ictimai 

varlıq  ictimai  şüuru  şərtləndirir»  müddəasıdır.  Nəzəriyyəçilərin  bir 

çoxu  belə  hesab  edir  ki,  insan  şüurunun,  dünyagörüşünün 

(stereotiplərinin,  təsəvvürlərinin,  ehkamlarının,  dəyərlərinin  və  s.) 

yalnız yaşadığı mühit tərəfindən müəyyənləşməsi, şərt- lənməsi fikri 

yanlış nəticələr doğurur. Onların fikrincə, fərdin ruhi- mənəvi aləminin 

istisnasız  olaraq  onun  məişət,  ailə  və  sosial  mühiti  ilə 

müəyyənləşməsini iddia etmək profanasiyadan başqa bir şey deyil. 

Hep^aHueB A.O. 

TeopHH 

rocyflapcTBa 



npasa. S. 27-28. 

64 



Dövldt və hüquq nəzəriyyəsi 

Fəlsəfi  metodlarla  bərabər  tədqiqat  prinsipləri  də  dövlət  və 

hüquq  nəzəriyyəsinin  metodoloji  sisteminin  mühüm  komponenti 

hesab olunur. Prof. M.N.Marçenkonun yazdığı kimi, dövlət və hüquq 

bütün  dünyada  müxtəlif  yanaşmalardan  çıxış  edərək  öyrənilmiş  və 

hal-hazırda da həmin müxtəliflik qalmaqdadır. Lakin siyasi və ideoloji 

müxtəliflik,  fərqli  fəlsəfi  yanaşmalar  və  dünyagörüşü  münasibətləri 

dövlət-hüquq  materiyası  barəsində  obyektiv  biliklərin  əldə 

olunmasında  müxtəlif  elmlərə  və  tədris  fənnlə-  rinə  aid  ümumi 

prinsiplərin istifadəsini istisna etmir, əksinə onları ehtiva edir. 

Dövlət  və  hüququn  hadisələrinin  ümumnəzəri  yöndən  tədqiq 

edilməsinin prinsiplərini aşağıdakı kimi açıqlamaq olar: 

1.

 

Komplekslilik prinsipi.



 Dövlət və hüququn öyrənilməsində rəhbər 

tutulan  komplekslilik  prinsipi  nəzəri-hüquqi  tədqiqatların  aparılması 

zamanı  politoloji,  fəlsəfi,  sosioloji,  kulturoloji  və  s.  elmlərə  aid 

biliklərdən  istifadə  olunmasını  və  predmetin  hərtərəfli  və  dərindən 

öyrənilməsini  ehtiva  edir.  Dövlət  və  hüquq  hadisələrinin  kompleks 

öyrənilməsi ictimai həyatın dövlət və hüquqla yaxından əlaqəsi olan 

bir  çox  xüsusi  sahələrinə  aid  hadisələrin  də  nəzərə  alınmasına, 

dövlət-hüquq  mexanizminin  ən  ümumi  məsələlərinin  xüsusi 

problemləri  ilə  əlaqədə  öyrənilməsinə  və  problemlərin  optimal  həlli 

yolunu  müəyyənləşdirməyə  imkan  verir.  Komplekslilik  prinsipinin 

tətbiq  edilməsi  elmi  materiallardan  geniş  həcmdə  istifadə  etməklə 

dövlət və hüququn genezisinin bütövlükdə tədqiq edilməsinə, dövlət 

və  hüquq  tiplərini  bir-birindən  fərqləndirən  bütün  əsas  cəhətlərin 

nəzərə alınmasına imkan yaradır. 

2.

 

Tarixilik prinsipi.



 Bu prinsip, dövlət və hüquq hadisələrinin tarixi 

inkişafda 

öyrənilməsi

həmin 


hadisələrin 

inkişaf 


qanunauyğunluqlarının üzə çıxarılmasını tələb edir. Beləliklə, dövlət 

və  hüququn  yaranmasının  və  mövcudluğunun  əsas  səbəbləri, 

əsasları, onların tarixi inkişafının mühüm faktorları, gələcək inkişafın 

əsas  tendensiyaları  və  perspektivləri  kimi  məsələlər  vacib  elmi 

problemlər kimi tədqiq olunur. 

3.

 



Elmi obyektivlik prinsipi.

 Dövlət və hüquq hadisələrinin obyektiv 

gerçəkliyə uyğun öyrənilməsi, onların barəsində obyek 

65 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə