Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   2   3   4   5   6   7   8   9   10   ...   21

 

 

15 



uşaqların  sosial  müdafiəsi  haqqında"  Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən  olunmuş 

valideynlərini  itirmiş  və  valideyn  himayəsindən  məhrum  olmuş  uşaqlar,  habelə  onların  arasından  olan 

şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar; 

 



 pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə. 

 



 Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində dövlət 

büdcəsinə köçürülür. 

 

Notarius  tərəfindən  notariat  hərəkətlərinə  görə  dövlət  rüsumunun  qəbulu  zamanı  ödəyiciyə  dövlət 



rüsumunun ödənilməsini təsdiq edən rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil orderi və s.) əsli verilir. 

 

13. Hansı müddətə notariat hərəkətləri aparılmalıdır? 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  ilə  ayrı  qayda  nəzərdə  tutulmadıqda,  notariat  hərəkətləri  rüsum 

ödənildikdən sonra bunun üçün lazım olan bütün sənədlər təqdim olunduğu gün aparılır.  

İdarələrin, müəssisələrin və təşkilatların vəzifəli şəxslərindən əlavə məlumatlar və ya sənədlər tələb etmək, yaxud 

sənədləri  ekspertizaya  göndərmək  lazım  gəldikdə  notariat  hərəkətlərinin  aparılması  bir  aydan  artıq  olmayan 

müddətə təxirə salına bilər. Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar səxsdən 

ərizə  alınması  haqqında  məhkəmədən  məlumat  gəldikdə  notariat  hərəkətlərinin  aparılması  məhkəmədə  iş  həll 

edilənədək dayandırılmalıdır. 

Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan 

digər əlaqədar şəxsin xahisi ilə notariat hərəkətinin aparılması on gün müddətinə təxirə salınmalıdır. Bu müddətdə 

məhkəmədən  təsdiq  edilməli  olan  hüquq  və  ya  fakt  barəsində  əlaqədar  şəxsdən  ərizə  daxil  olduğu  haqqında 

məlumat  alınmazsa,  artıq  notariat  hərəkətinin  aparılmasının  dayandırılmasına  yol  verilmir.  Notariat  hərəkətinin 

təxirə  salınması  və  ya  dayandırılması  üçün  başqa  əsaslar  yalnız  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən edilə bilər. 

 

14. Notarius hansı maddi məsuliyyət daşıyır 

Notariusun  qanunsuz  hərəkətləri  nəticəsində  ayrı-ayrı  səxslərə,  təşkilata  və  ya  dövlətə  maddi  ziyan  vurularsa,  o, 

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. 

Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. 

 

15. Hansı hallarda notarius notariat hərəkətlərini aparmaqdan imtina etməlidir 

Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli səxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan 

imtina etməlidirlər: 

1) hərəkətin aparılması qanuna zidd olduqda; 

2) hərəkəti basqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 

3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə 

müraciət etdikdə; 

4)  hüquqi  şəxsin  adından  bağlanan  əqd  onun  nizamnamə  və  ya  əsasnaməsində  gostərilən  məqsədlərə  zidd 

olduqda; 

5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 

6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya 

həmin sənədlərdə ayrı ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 

7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. 

Notariuslar  və  notariat  hərəkətini  aparan  digər  vəzifəli  şəxslər  hərəkətin  aparılmasına  rədd  cavabı  almış  şəxsin 

xahisi ilə və gün müddətində imtina barədə əsaslandırılmış qərar .çıxarmalı və ondan şikayət verilməsi qaydasını 

izah etməlidirlər. 

 

16. Notariat hərəkətlərinin aparılması üçün hansı sənədlər tələb olunur 

 

1. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar 

1. əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;  

2. əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış;  

3. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;  

4. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq 

edilmiş razılığı;  

5. yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə 

arayış və yetkinlik yaşına çatmış şəxslərin razılığı.  

 

2. Daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar 

1. əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;  




 

 

16 



2. əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış;  

3. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;  

4. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın bağışlanmasına ərin (arvadın) notariat qaydasında təsdiq 

edilmiş razılığı;  

5. yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə 

arayış və yetkinlik yaşına çatmış şəxslərin razılığı;  

6. tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər və ya qohumluq münasibətlərinin müəyyən 

olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi.  



 

3. Daşınmaz əmlakın dəyişdirilməsi müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar 

1. əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;  

2. əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış;  

3. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;  

4. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın dəyişdirilməsinə ərin (arvadın) notariat qaydasında təsdiq 

edilmiş razılığı;  

5. yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə 

arayış və yetkinlik yaşına çatmış şəxslərin razılığı.  



 

4. İcarə müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar 

1. əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;  

2. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;  

3. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın icarəyə verilməsinə ərin (arvadın) notariat qaydasında 

təsdiq edilmiş razılığı.  

 

5. Yaşayış sahəsinin kirayəyə verilməsi müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar 

1. əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;  

2. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;  

3. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın kirayəyə verilməsinə ərin (arvadın) notariat qaydasında 

təsdiq edilmiş razılığı;  

4. yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə 

arayış və yetkinlik yaşına çatmış şəxslərin razılığı.  

 

6. İpoteka müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar 

1. əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;  

2. əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış;  

3. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;  

4. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın ipoteka qoyulmasına ərin (arvadın) notariat qaydasında 

təsdiq edilmiş razılığı;  

5. yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə 

arayış və yetkinlik yaşına çatmış şəxslərin razılığı;  

6. ipoteka qoyan və ya ipoteka saxlayan hüquqi şəxs olduqda onun hüquq qabiliyyətini müəyyən edən sənədlər 

(nizamnamə, reyestrdən çıxarış və dövlət qeydiyyatı haqqında şəhadətnamə, filial və nümayəndəliyin 

əsasnaməsi və onun rəhbərinə verilmiş etibarnamə);  

7. müqavilə nümayəndə vasitəsilə bağlandıqda hüquqi şəxsin ona verdiyi notariat qaydasında təsdiq edilmiş 

etibarnamə.  

 

7. Sonrakı ipoteka müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar 

1. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;  

2. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın ipoteka qoyulmasına ərin (arvadın) notariat qaydasında 

təsdiq edilmiş razılığı;  

3. yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə 

arayış və yetkinlik yaşına çatmış şəxslərin razılığı;  

4. ipoteka qoyan və ya ipoteka saxlayan hüquqi şəxs olduqda onun hüquq qabiliyyətini müəyyən edən sənədlər 

(nizamnamə, reyestrdən çıxarış və dövlət qeydiyyatı haqqında şəhadətnamə, filial və nümayəndəliyin 

əsasnaməsi və onun rəhbərinə verilmiş etibarnamə);  

5. müqavilə nümayəndə vasitəsilə bağlandıqda hüquqi şəxsin ona verdiyi notariat qaydasında təsdiq edilmiş 

etibarnamə.  

 

8. Qarışıq müqavilənin təsdiq edilməsi ilə əlaqədar 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə