Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   2   3   4   5   6   7   8   9   ...   21

 

 



Birinci İnstansiya məhkəməsinin  Qətnaməsini tərəf rəsmi şəkildə aldıqdan sonra 1 ay müddətində, Qərardandan 

isə 10 gün müddətində Apellyasiya Şikayəti yazmaqla Apellyasiya məhkəməsinə müraciət etməlidir. Apellyasiya 

məhkəməsinin  daxil  olmuş  Şikayət  əsasında  Məhkəmə  işinə  baxma  müddəti  3  aydır.  Apellyasiya  Məhkəməsi 

birinci  instansiya  məhkəməsinin  Qətnaməsini  Ləğv  edə,  Qismən  Ləğv  edə  və  ya  Qüvvədə  saxlaya  bilər.  

Apellyasiya Qətnaməsi qəbul olunduqdan sonra, tərəflər Apellyasiya Qətnaməsini aldıqdan sonra 2 ay müddətində 

Kassasiya Şikayəti verməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmək hüquqları vardır. Əgər bu 

müddət  ərzində  Kassasiya  Şikayəti  verilməmişdirsə,  o  zaman  Apellyasiya  məhkəməsinin  çıxardığı  Qətnamə 

Qanunu Qüvvəyə minir və İcraya yönəldilir.  

 

8. Kassasiya İnstansiyasına necə müraciət edilir, hansı müddətdə işə baxılır? 

Apellyasiya  Məhkəməsinin  Qətnaməsindən  qanunla  göstərilmiş  müddət  ərzində  (  2  ay  )    Kassasiya  şikayəti 

verildikdə Ali Məhkəmə işə 2 ay ərzində baxır və Yekun Qərar çıxarılır və bu qərar qəbul edildiyi gündən 1 ay 

müddətinə məktub vasitəsilə tərəflərə göndərilir. Ali Məhkəmə Apellyasiya məhkəməsinin qətnaməsini Ləğv edə, 

Qismən  Ləğv  edə  və  ya  Qüvvədə  saxlaya  bilər.  Əgər  Apellyasiya  məhkəməsinin  Qətnaməsi  Ali  Məhkəmə 

tərəfindən  Ləğv  edilərsə  o  zaman  işə  yenidən  baxılması  üçün  Apellyasiya  məhkəməsinə  göndərilir.  Ali 

Məhkəmənin Yekun Qərarından Ali Məhkəmənin Plenumuna Şikayət, təqdimat və protest 2 ay müddətində verilə 

bilər.  


 

Qeyd:  Əgər  şəxs  ölkə  daxili  məhkəmələrdə  işinə  düzgün,  ədalətli  və  Qanunun  Aliliyi  prinsipinə  uyğun 

baxılmadığını,  o  cümlədən  əgər  şəxsin  İnsan  Hüquqları  Konvensiyasında  göstərilmiş  hüquqlarından  birinin 

pozulduğunu hesab edərsə,  o zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin Yekun Qərarını Rəsmi şəkildə 

əldə etdikdən 6 ay müddətində Avropa İnsan Hüquqları Məhkəməsinə Müraciət edə bilər. 

 

2. Məhkəmə qərarlarının icrası 

 

1. Məhkəmə Qərarları Nə vaxt İcraya yönləndirilir? 

Azərbaycan  Respublikası  qanunları  ilə  müəyyən  edilmiş  qaydada  və  müəyyən  edilmiş  müddət  ərzində  Məhkəmə 

prosesi  yekunlaşdıqdan,  yəni  Məhkəmə  baxdığı  işlə  bağlı  Qərar  qəbul  etdikdən  sonra  həmin  qərardan  yuxarı 

Məhkəmə  orqanına  qanunvericliklə  müəyyən  edilmiş  vaxt  ərzində  şikayət  edilmədiyi  təqdirdə  Qərar  Qüvvəyə 

minmiş  hesab  edilir  və  İcraya  yönəldilir.  Məhkəmə  qərarlarının  İcrası  fəaliyyəti  bir  başa  olaraq  Azərbaycan 

Respublikası  Ədliyyə  Nazirliyinin  İcraçılar  Baş  idarəsinə  həvalə  olunur.  Belə  ki,  Qətnamə  hüquqi  hərəkətin  baş 

verməli yer üzrə icra olunmalıdır.  

 

2. İcra Hansı Qaydada Həyata keçirilir? 

Ədliyyə Nazirliyi  baş idarəsinin hər bir Rayon(şəhər) məhkəmələrində İcra şöbələri fəaliyyət göstərməkdədirlər. 

Məhkəmə Qərarlarının icrası həmin şöbələrin əməkdaşlarından birinə, daha doğrusu İcra Məmuruna həvalə edilir. 

Azərbaycan  Respublikası  adından  çıxan  Qərarların  icrası  öhdələyini  İcra  Məmuru  və  onun  aid  olduğu  orqan 

daşıyır.  O  cümlədən  Məhkəmənin  Qərarı  ilə  Qərarın  İcrası  Qərarda  adı  göstərilən  digər  dövlət  orqanlarına  və 

təşkilatlara tapşırıla bilər. Yəni Məhkəmə işinin mahiyyətindən asılı olaraq Qərar ilə edilməli olan hərəkət həmin 

funksiyanı yerinə yetirən orqana və ya təşkilata tapşırılır. Məhkəmə qərarı icraya yönləndirmək üçün qərarı çıxaran 

hakim  İcra  sənədi  hazırlayıb  aidiyyatı  üzrə  İcra  məmuruna  və  ya  icranı  həyata  keçirən  digər  orqana,  təşkilata 

göndərməlidir.  

 

3.Məhkəmə Qərarı hansı müddətə həll olunmalıdır? 

İcra sənədi almış İcra məmuru və ya Orqan təşkilatlar 2 ay ərzində Qərarı icra etməlidirlər. Müstəsna hallarda İcra 

sənədində  göstərilən  halların  icra  olunması  üçün  icra  qurumun  rəhbərinin  təqdimatı  əsasında  icra  xidmətinin 

rəhbəri ( Baş İcra məmuru ) tərəfindən 1 ay müdətinədək uzadıla bilər. 

 

4. Məhkəmə Qərarlarının icrası qanunla müəyyən edilmiş müddət ərzində həyata keçirilməsə hansı orqana 



müraciət etmək olar? 

 Məhkəmə qərarlarının icrası zamanı yaranan problemlərlə bağlı tərəf Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 

İcraçılar  baş  idarəsinə,  habelə  İcranı  həyata  keçirməli  olan  orqan  və  ya  təşkilatın  Yuxarı  qurumuna  Qətnamənin 

İcrasının  həyata  keçirilməsi  Tələbi  ilə  bağlı  Şikayət  Ərizəsi  ilə  müraciət  edə  bilər.  Azərbaycan  Respublikasının 

adından  çıxan  Qərarların  icrası  Məcburidir  və  bu  yalnız  Yuxarı  Məhkəmə  orqanın  həmin  qərarı  ləğv  etməsi  ilə 

dayandırıla bilər. Xüsusilə qeyd etmək istəyirəm ki, Məhkəmə Qərarlarını icra etməməyə və Məhməkə Qərarlarının 

icrasına  mane  olmağa  görə  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  müvafiq  Maddələrinə  əsasən 

Məsuliyyət nəzərdə tutulmuşdur. 



 


 

 



Qeyd:  Məhkəmə  qərarlarının  icrası  zamanı  tərəflərdən  birinə  maddi  ziyan  vurulması  halı  aşkar edilərsə o  zaman 

həmin  maddi  ziyan  vurulmuş  tərəf  Məhkəmədə  İcranı  həyata  keçirən  orqana  qarşı  Maddi  tələblə  bağlı  İddia 

qaldırmaq hüququna malikdir. 

 

3. Şəxsiyyət vəsiqəsinin alınması  

 

 

1 .   Şəxsiyyət vəsiqəsinin hansı növləri var? 

 



 

16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi

 

16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 



 

2. Şəxsiyyət vəsiqəsinin verilməsi üçün hansı sənədlər tələb olunur? 

Şəxsiyyət  vəsiqəsinin  verilməsi  üçün  Azərbaycan  Respublikasının  hər  bir  vətəndaşının  və  ya  onun  qanuni 

nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın 2 ədəd 3X4 ölçüdə fotoşəkli, dövlət 

rüsumunun  ödənilməsi  barədə  qəbz  və  zəruri  hallarda  Azərbaycan  Respublikasının  vətəndaşlığını  təsdiq  edən 

sənədlər tələb olunur. 

 

 4. Şəxsiyyət vəsiqəsi hansı müddətə verilir? 

 Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının vətəndaşının müraciətindən  ən geci 10 gün keçənədək verilir.  

 

5. Hansı hallarda şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir?  

 

Azərbaycan Respublikası vətəndaşı 25, 35, 50 yaşına çatdıqda,  



 

Azərbaycan  Respublikası  vətəndaşın  soyadı,  adı,  atasının  adı,  yaşayış  yeri,  ailə  vəziyyəti,  hərbi  vəzifəsi 



dəyişildikdə, 

 



Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsində  olan  yazılar  təhrif  edildikdə,  şəxsiyyət  vəsiqəsi 

yararsız hala düşdükdə, 

 

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi  itdikdə,   



 

Şəxsiyyət vəsiqəsi bu hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir. 



 

6. Şəxsiyyət vəsiqəsi verilərkən qanunla hansı məbləğdə dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdur? 

 



16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsi üçün 

  -üç iş günü müddətində verildikdə 5 manat,  

  -üç iş günündən sonrakı müddətdə verildikdə 1 manat məbləğdə dövlət rüsumu                             ödənilməsi 

qanunla müəyyən edilmişdr. 

 

16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.  



           

 8.  Azərbaycan  Respublikasının  vətəndaşları  25,  35,  50  yaşına  çatdıqda,  həmçinin  onların  soyadı,  adı, 



atasının  adı,  yaşayış  yeri,  ailə  vəziyyəti  və  hərbi  vəzifəsi  dəyişdikdə  şəxsiyyət  vəsiqəsinin  dəyişdirilməsinə 

görə qanunla hansı məbləğdə dövlət rüsumu müəyyən edilmişdir? 

Azərbaycan  Respublikasının  vətəndaşları  25,  35,  50  yaşına  çatdıqda,  həmçinin  onların  soyadı,  adı,  atasının  adı, 

yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə 2 manat dövlət 

rüsumu müəyyən edilmişdir.  



 

9. Şəxsiyyət vəsiqəsi vətəndaşdan  hansı hallarda müvəqqəti alınır? 

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi vətəndaşdan aşağıdakı hallarda müvəqqəti olaraq alınır:  

 

Vətəndaş  müddətli  həqiqi  hərbi  xidmətə  çağırıldıqda  onun  yaşadığı  yerin  hərbi  komissarlığı,  hərbi  tədris 



müəssisəsinə  daxil  olduqda  isə  həmin  müəssisənin  müdiriyyəti  çağırışçının  (kursantın)  şəxsiyyət  vəsiqəsini 

müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün yaşayış yeri üzrə 

müvafiq dövlət orqanına göndərir. 

 



Barəsində həbsəalma qəti-imkan tədbiri seçilmiş, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan 

məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərdən şəxsiyyət 

vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alınır 

və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. 

 

Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə