Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

 

 

19 



 

Nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra həyata keçirilir.  



Qeyd:  Azərbaycan  Respublikasının  hüdudlarından  kanarda  daimi  və  müvəqqəti  yaşayan  Azərbaycan 

vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılır. 



 

3. Nikahın məhkəmə qaydasında pozulması: Məhkəməyə  nikahın pozulması üçün necə müraciət edilir? 

Boşanmaq  istəyən  insan  məkəməyə  iddia  ərizəsi  yazaraq  şəxsən  və  ya  nümayəndə  vasitəsi  ilə  müraciət  edir. 

Ərizəni verən şəxs iddiaçı, qarşı tərəf isə cavabdehdir.  

 

Ərizə cavabdehin yaşadığı yer üzrə məhkəməyə verilir.  



Qeyd:  idddiaçının  yanında  yetkinlik  yaşına  çatmayan  uşaqlar  olduqda  və  ya  iddiaçı  səhhətinə  görə  cavabdehin 

yaşadığı yerə getməyə çətinlik cəkdikdə  iddia  iddiaçının yaşadığı yerə görə verilə bilər. 

 

Ərizədə aşağıdakılar qöstərilməlidir: 

 

ərizənin verildiyi məhkəmənin adı, 



 

iddiaçı və cavabdehin adları, poçt ünvanları, 



 

iddianının məzmunu: tələb, bu tələbin əsaslandırıldığı hallar (boşanmaq istəyinin səbəbləri və s.), 



 

ərizəyə əlavə edilən sənədlərin siyahısı. 



Nikahın  pozulması  ilə  bağlı  tələbləri,  məsələn  uşaqların  kiminlə  qalmağı  məsələsi  və  ya  aliment  tələbi,  ərizədə 

göstərilə bilər.  

 

Ərizəyə aşağıdaki sənədlər əlavə olunur: 



 

iddia ərizəsinin surəti



 

dövlət rüsumunun ödənilməsi haqqında qəbz (5 manat məbləğındə “KapitalBanka ödənilir), 



 

nümayəndə varsa onun səlayyihətlərini təstiq edən sənəd



 

nikah haqqında şəhadətnamə, 



 

birgə uşaqlar varsa, onların doğum haqında şəhadətnamələrinin surəti. 



 

4. Nikahın məhkəmə qaydasında pozulması: nikahın məhkəmə qaydasında hansı müddətə pozulur? 

Nikahın  məhkəmə  qaydasında  pozulması  ər-arvadın  bu  barədə  ərizə  verdikləri  gündən  1  aydan  tez  olmayaraq 

həyata keçirilir. 

 

Əgər ər və arvad ikisidə boşanmağa razıdılarsa, məhkəmədə  boşanma səbəbləri araşdırılmadan nikah pozulur. 



 

Onlardan biri boşanmağa razı deyilsə, məhkəmə ər-arvadın barışması üçün 3 ay vaxt təyin edə bilər. 3 aydan sonra 

barışıq olmadıqda nikah pozulur. 

 

5. Nikah pozulduqda yetkinlik yaşına çatmayan uşaqlar kiminlə qalır? 

Ər-arvad  yetkinlik yaşına çatamyan uşaqların kiminlə qaqldığını razılaşdırıb bu barədə məhkəməyə saziş təqdim 

edə bilərlər. 

 

Belə  razılıq  yoxdursa,  və  ya  saziş  uşaqların  və  ya  tərəflərdən  birinin  marağını  pozursa,  məhkəmə  boşanmadan 



sonra  yetkinlik  yaşına  çatmayan  uşaqların  valideynlərdən  hansının  yanında  qalmasını  uşaqların  hüquq  və 

mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, 

valideynlərin  əxlaqi  və  digər  şəxsi  keyfiyyətləri,  uşağın  yaşı,  onun  inkişafı  və  tərbiyəsi  üçün  şərait  yaradılması) 

nəzərə almaqla müəyyən edir.  

 

Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll 



edilməsində iştirak etmək hüququna malikdir.  

 

Uşaqlarla  yaşayan  valideyn  uşağın  fiziki,  psixi  sağlamlığına,  onun  əxlaqi  sağlamlığına    zərər  yetirməyən  digər 



valideynə  mane  olmamalıdır.  Əks  halda  uşaqlardan  ayrı  yaşayan  valideyn  uşaqla  ünsiyyətdə  olmaq  hüququnu  

müdafiə  etmək  üçün  məhkəməyə  müraciət  edə  bilər.  Ayrı  yaşayan  valideynin  uşaqla  görüşmə  qaydası  və  vaxtı 

məhkəmə qaydasında müəyyən edilir.    

 

6. Aliment  necə ödənilir?  

Aliment ödənilməsi barədə valideynlər öz aralarında razılıq əldə edib bu barədə saziş bağlaya     bilərlər. Belə saziş 

olmadıqda aliment məhkəmə qaydasında tutulur. 



 

 

20 



                                                 

                                                 Alimentin ödənilməsi barədə saziş  

          

Bu  saziş alimenti ödəməli olan şəxslə alimenti alan şəxs arasında yazılı formada bağlanır və notariat qaydasında 

təsdiq  olunur.  Notariat  qaydasında  təsdiq  edilmiş  saziş  icra  vərəqəsi  qüvvəsinə  malik  olur.  Sazişdə  alimentin 

miqdarı,  ödənilmə  qaydası  və  şərtləri  əksini  tapmalıdır.  Saziş  tərəflərin  qarşılıqlı  razılığı  əsasında  istənilən  vaxt 

dəyişdirilə və pozula bilər- yazılı şəkildə notariat qaydasında təsdiq edilməklə. Aliment ödənilməsi barədə sazişi 

icra etməkdən birtərəfli qaydada imtina etmək və onun şərtlərini birtərəfli qaydada dəyişdirmək olmaz. Tərəflərin 

maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və sazişin dəyişdirilməsi və ya pozulması barədə razılıq əldə 

edilmədikdə bu barədə məhkəmə qarşısında iddia qaldırmaq olar.   

 

7. Məhkəmə qaydasında aliment tutulmasının qaydaları nədir?   

Aliment  almaq  hüququ  olan  şəxs  (ər  ya  arvad)  nikahın  pozulduğu  vaxtdan  asılı  olmayaraq  istənilən  müddətdə 

məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət edə bilər.  

 

Aliment  məhkəməyə  müraciət  edildiyi  vaxtdan  tutulur.  Məhkəmə  iddiaçının  aliment  almaq  üçün  məhkəməyə 



müraciət edənədək tədbirlər gördüyünü, lakin qarşı tərəfin aliment ödəməkdən boyun qaçırmasını müəyən edərsə, 

əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər. 

 

Məhkəmə tərəfindən hər ay tutulan alimentin miqdarı aşağıdakı kimidir: 



 

1 uşağa görə - qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi 



 

2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi 



 

3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. 



 

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar 

nəzərə alınmaqla azaldıla və artırıla bilər. 

 

Şəxsin  işlədiyi  təşkilatın  müdiriyyəti  icra  vərəqəsi  əsasında  hər  ay  onun  əmək  haqqından  və  başqa  gəlirlərindən 



aliment tutmağa və əmək haqqı (başqa gəlir) verilən gündən ən geci 3 gün müddətində aliment alan şəxsin vəsaiti 

hesabına göndərməyə borcludur. 

 

Aliment verən şəxs işdən çıxdıqda müəssisənin müdiriyyəti onun işdən çıxması haqqında, habelə məlum olduqda 



onun yeni iş və yaşayış yeri haqqında qətnamənin icra olunduğu yerdə məhkəmə icraçısına və aliment alan şəxsə 3 

gün  müddətində məlumat verməlidir. 

 

Aliment verən şəxs iş yaşayış yerinin dəyişməsi haqqında, həmçinin əlavə qazancı (əvəzçiliklə işlərinə görə və s.) 



haqqında məhkəmə icraçısına məlumat verməlidir.   

Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 

 

uşaq yetkinlik yaşına çatdıqda, 



 

uşaq övladlığa götürüldükdə



 

aliment ödəyən və ya aliment alan şəxs öldükdə. 



 

8. Birgə ümumi əmlak dedikdə nə başa düşülür? 

Ər-arvad  arasında  onların  ümumi  birgə  əmlakı  bölünə  bilər.  Nikah  müddətində  ər-  arvadın  əldə  etdikləri  əmlak 

onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir: 

 



Onların hər  birinin  əmək,  sahibkarlıq  və  ya  intellektual fəaliyyəti  nəticəsində  əldə etdikləri  gəlirlər,  aldıqları 

pensiya və müavinətlər, eləcədə xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya 

digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın 

məbləği və s.); 

 

Ər–arvadın  ümumi  gəlirləri  hesabına  əldə  edilən  daşınar  və  ya  daşınmaz  əşyalar,  qiymətli  kağızlar,  kredit 



idarələrinə və ya s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın 

ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından 

asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak. 

 

Nikah  dövründə  ev  təsərrüfatı  ilə,  uşaqlara  qulluq  etməklə  məşğul  olduğundan  və  ya  digər  üzrlü  səbəblərə  görə 



müstəqil  qazancı  olmayan  ər  (arvad)  də  ümumi  əmlak  üzərində  hüquqa  malikdir.  Bu  norma  hər  şeydən  əvvəl 

işləməyən  qadınların  qanuni  hüquqlarının  müdafiəsi  məqsədlərinə  xidmət  edir.  Belə  ki,  bu  halda  arvadın  ev 

işlərinin görməsi işləyən ərin əməyinə bərabər tutulur. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə