Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   2   3   4   5   6   7   8   9   ...   21

 

 



 

10.  Şəxsiyyət  vəsiqəsi  olmadan  və  ya  yaşayış  yeri  üzrə  qeydiyyatdan  keçmədən  yaşamasına  görə  qanunla 

hansı inzibati məsuliyyət müəyyən olunmuşdur?  

Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına, habelə həmin müddət ərzində yaşayış 

yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə xəbərdarlıq edilir və ya üç manatdan beş manatadək miqdarda 

cərimə edilir. 

 

11.Hansı hallarda Şəxsiyyət vəsiqəsi təhvil verilir?

 

 



Vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana 

təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət vəsiqəsi onu vermiş müvafiq 

dövlət orqanına göndərilir. 

 



Tapılmış şəxsiyyət vəsiqəsi onu verən dövlət orqanına təhvil verilməlidir. 

 

12. Hansı hallarda Şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir?  

 Dəyişdirilməsi nəzərdə tutulmuş hallarda  1 ay ərzində dəyişdirilməzsə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab 

olunur. 


 

 13. Şəxsiyyət vəsiqəsinin  itirilməsi və ya qəsdən korlanmasına görə hansı məbləğdə cərimə edilir? 

 

Şəxsiyyət  vəsiqəsinin  itirilməsi  və  ya  qəsdən  korlanmasına  görə  təqsirli  şəxslər  on  beş  manatdan  iyirmi  beş 



manatadək miqdarda cərimə edilir. 

 

14.      Şəxsiyyət  vəsiqəsi  vətəndaşın  öz  təqsiri  üzündən  itdikdə  və  ya  yararsız  hala  düşdükdə  onun 



dəyişdirilməsinə görə qanunla  hansı məbləğdə dövlət rüsumu müəyyən edilmişdir?  

Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə onun dəyişdirilməsinə görə 



manat dövlət rüsumu müəyyən edilmişdir.  

 

15.  Şəxsiyyət  vəsiqəsinin  verilməsindən  imtina  edilməsində,  onun  verilməsi  üçün  vətəndaşdan  nəzərdə 

tutulmayan  sənədlər  tələb  edilməsində  və  ya  şəxsiyyət  vəsiqəsinin  verilməsində  (dəyişdirilməsində) 

süründürməçiliyə yol verilməsində təqsirli şəxslər hansı  qaydada inzibati məsuliyyət daşıyırlar?  

Vətəndaşlara  onların  şəxsiyyət  vəsiqələrinin  və  ya  pasportlarının  verilməsindən  əsassız  imtina  edilməsinə, 

verilməsi  üçün  qanunla  nəzərdə  tutulmayan  əlavə  sənədlər  tələb  edilməsinə  və  ya  onların  verilməsində 

(dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə səksən 



beş manatdan doxsan manatadək miqdarda cərimə edilir. 

 

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı 



 

Doğumun dövlət qeydiyatına alınması 

 

1. Doğumun dövlət qeydiyatına alınması qaydası nədir? 

Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə 

Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır.  

 

Doğum  haqqında  yazılı  və  ya  şifahi  məlumatlar  valideynlər  və  ya  onlardan  biri  tərəfindən  verilir.  Doğum 



haqqında  məlumat  uşağın  doğulduğu  gündən  ən  geci  1  ay  ərzində,  uşaq  ölü  doğulduqda  isə  ən  geci  doğum 

vaxtından ötən 3 gün müddətində verilməlidir.  

 

2. Doğumun qeydə alınması üçün hansı sənədlər təqdim edilməlidir? 

Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:  

 

valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər



 

valideynlərin nikah haqqında şəhadətnaməsi



 

doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd



 

uşaq  tibb  müəssisəsindən  kənarda  doğulduqda,  doğuma  kömək  göstərmiş  və  ya  doğuşdan  sonra 



valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd

 



uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd

 



uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;  

 

3. Valideynlər öldükdə doğumun qeydiyyatını necə həyata keçirilir? 




 

 



Valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda 

məlumat  qohumlar,  qonşular,  uşağın  doğulduğu  tibb  müəssisəsinin  müdiriyyəti  və  başqa  şəxslər  tərəfindən 

verilir. 

 

4. Atalığın müəyyən edilməsinin qeydə alınması qaydası  

Ərizə əsasında atalığın müəyyən edilməsinin qeydə alınması valideynlərdən birinin yaşadığı yerin Qeydiyyat 

şöbəsi  (konsulluq  idarəsi)  tərəfindən  həyata  keçirilir.  Atalığın  müəyyən  edilməsi  valideynlərin  birgə  ərizəsi 

(məhkəmənin qətnaməsi) əsasında qeydə alınır.  

 

5.  Ana  öldükdə  və  ya  ananın  yaşadığı  yeri  müəyyən  etmək  mümkün  olmadıqda  atalığı  necə  müəyyən 



etmək olar?  

Qeydiyyat  şöbəsi  (konsulluq  idarəsi)  ana  öldükdə,  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edildikdə,  ananın 

yaşadığı  yeri  müəyyən  etmək  mümkün  olmadıqda  və  ya  o,  valideynlik  hüquqlarından  məhrum  edildikdə, 

atalığın  müəyyən  edilməsini  yerli  icra  hakimiyyətinin  qəyyumluq  və  himayə  orqanlarının  razılığı  ilə  uşağın 

atasının  ərizəsi  əsasında  qeydə  ala  bilər.  Bu  halda  atanın  ərizəsinə  müvafiq  olaraq  aşağıdakı  sənədlər  əlavə 

olunmalıdır: 

 

yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının müvafiq razılığını təsdiq edən sənəd;  



 

ananın ölümü haqqında şəhadətnamənin surəti;  



 

ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsindən çıxarış; 



 

ananın valideynlik hüquqlarından məhrum olunması barədə məhkəmə qətnaməsindən çıxarış;  



 

ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun yaşadığı 



yeri müəyyən etməyin mümkün olmasını təsdiq edən daxili işlər orqanlarından müvafiq sənəd.  

Atalığın  müəyyən  edilməsi  haqqında  akt  qeydinin  qeydlər  üçün  müəyyən  olunmuş  qrafasında  bu 

sənədlər barədə məlumatlar qeyd olunur.  

 

Ölümün qeydə alınması qaydası 

 

Ölümün qeydə alınması qaydası nədir?  

Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi 

(konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi) tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi 

haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması 

qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.  

 

Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin 



məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə 

aparılır.  

 

Ölüm haqqında məlumat Qeydiyyat şöbəsi (konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə) ölümün 



baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir.  

 

Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı 



ilə)  təsdiq  edilməlidir.  Ölüm  faktını  təsdiq  edən  sənəd  ölüm  haqqında  akt  qeydlərinin  ikinci  nüsxəsinə  əlavə 

olunmalı  və  onun  üzərində  qeydlərin  nömrəsi,  ölümün  qeydiyyat  tarixi  yazılmalıdır.  Ölüm  haqqında  həkim 

şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.  

 

Məhkəmə  qaydasında  ölmüş  elan  edilən  şəxslərin  ölümü  qeyd  edilərkən  ölüm  haqqında  akt  qeydlərində 



ölümün  vaxtı  məhkəmə  qətnaməsinin  qanuni  qüvvəyə  mindiyi  tarixlə  göstərilir.  Əgər  ölüm  faktı  məhkəmə 

qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində 

yazılmış tarixlə göstərilir.  

 

Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. 



  

Nikahın qeydə alınması qaydası nədir 

 

Nikahın qeydə alınması qaydası nədir?  

Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. 

Nikahın  qeydə  alınması  nikaha  daxil  olanlardan  və  ya  onların  valideynlərindən  birinin  seçdiyi  hər  hansı  bir 

Qeydiyyat şöbəsi (konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi) tərəfindən həyata keçirilir. Nikaha 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə