11
Notarius iş vəzifələrini yerinə yetirərkən:
1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu
hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir;
2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması
nəticələri barədə onlara
xəbərdarlıq etməlidir;
3) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin
həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır.
6. Xüsusi notarius nədir?
Xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi zamanı vurula biləcək ziyanın ödənilməsini təmin etmək
məqsədi ilə belə fəaliyyətlə məsğul olmaq istəyən vətəndas öz məsuliyyətini sığortalamalı və ya Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum əmək haqqının 300 misli məbləğindən az olmamaq
şərti ilə bankda xüsusi hesaba sığorta girovu kecirməlidir. Dövlət kontorunda işləyən notariusdan fərqli olaraq
xüsusi notarius məhkəmənin qərarı ilə və qanuna zidd notarial hərəkətləri ilə zərər vurduğu halda şəxsi mülki
məsuliyyət daşıyır
7. Hansı hallarda Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli səxslər notariat hərəkətlərini
aparmaqdan imtina etməlidirlər?
Hərəkətin aparılması qanuna
zidd olduqda;
Hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda;
Hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan
numayəndə muraciət etdikdə;
Hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində gostərilən məqsədlərə zidd
olduqda;
Qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda;
Notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və
ya həmin sənədlərdə ayrıayrı şəxslərin sərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda;
Əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda.
Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli səxşlər hərəkətin aparılmasına rədd cavabı almış
şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət
verilməsi qaydasını izah etməlidirlər.
8. Notarus tərəfindən notariat qaydasında təsdiq edilmiş sənədin dublikatı verilirmi?
Notariusun və müvafiq icra hakimiyyəti orqanının verdiyi və ya təsdiq etdiyi sənəd itirildikdə, şəxslərin yazılı
ərizəsinə əsasən itmiş sənədin dublikatı verilir.
9. Notarius tərcümənin düzgünlüyünü təsdiq edə bilərmi?
Notarius müvafiq dilləri bilirsə, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edə bilər.
Notarius müvafiq dilləri bilmədiyi halda, sənədləri tərcuməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə
notarius təsdiq etməlidir. Notarius etibar etdiyi tərcüməçinin imzasını tanıdığı hallarda onun
imzaladığı sənədi elektron rabitə vasitəsilə qəbul edə bilər. Tərcümə elektron rabitə vasitəsilə qəbul edildikdə onun
surət kimi təsdiqlənməsi tələb olunmur. Sənədlərin tərcüməsi Notariat haqqında Qanunun 20-ci maddəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və notarius vasitəsilə təşkil edildiyi
halda tərcüməyə görə haqq notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində tərcumə xidməti göstərən
hüquqi şəxsin bankdakı hesabına keçirilir.
Notarial tərcümə
AR kənarında verilmiş sənədlərin yerli orqanlarda qəbulu üçün notarial tərcüməsi tələb olunur:
1.
Pasport
2.
Xarici parport
3.
Diplom
4.
Attestat
5.
Sürücülük vəsiqəsi
6.
Əmək kitabçası
7.
Doğum haqqında
şəhadətnamə
8.
Nigah haqqında şəhadətnamə
9.
Tibbi arayış
10.
Hərbi bilet və digər arayışlar
12
Şirkətlərin sənədlərinin tərcüməsi
1.
Lisenziyanın tərcüməsi
2.
Görüşün protokolunun tərcüməsi
3.
Sertifikatların tərcüməsi
4.
Əmək müqaviləsinin tərcüməsi
5.
Kredit muqaviləsinin tərcüməsi
Hüquqi tərcümə
1.
Hüquqi mətnlərin tərcüməsi
10. Notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət
rüsumunun dərəcələri.
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət
rüsumunun
məbləği
Daşınmaz əmlakın (mənzillərin, bağ evlərinin, qurğuların, tikililərin, torpaqların və başqa
daşınmaz əmlakın) özgəninkiləşdirilməsi, mənzil sahələrinin və bağ evlərinin müvəqqəti
istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün:
müqavilə üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə,
qardaşa, bacıya keçirsə;
7 manat
müqavilə üzrə əmlak başqa şəxslərə keçirsə:
- Bakı şəhərində;
110 manat
- digər şəhər və rayonlarda;
44 manat
mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi üçün.
7 manat
Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün:
müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, qardaşın,
bacının
mülkiyyətinə keçirsə;
25 manat
müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə;
50 manat
Yaşayış evlərinin tikinti işi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi
haqqında müqavilələrin təsdiqi üçün:
müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, babaya, nənəyə, nəvəyə,
valideynlərə, qardaşa, bacıya keçirsə;
3 manat
müqavilə üzrə istifadə hüququ digər fiziki və ya hüquqi şəxsə keçirsə.
5 manat
Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə:
dəyəri 2200 manatadək;
5 manat
dəyəri 2200 manatdan 5500 manatadək;
17 manat
dəyəri 5500 manatdan çox olduqda.
28 manat
İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında
bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:
Bakı şəhərində;
110 manat
digər şəhər və rayonlarda.
44 manat
Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış
sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin
təsdiqi üçün:
Bakı şəhərində;
55 manat
digər şəhər və rayonlarda.
22 manat
Qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün:
tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə;
3 manat
tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi
şəxsdirsə;
5 manat
10.5.3. tərəflər digər fiziki və hüquqi şəxsdirsə.
61 manat
10.6. Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər
bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi üçün: