Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   2   3   4   5   6   7   8   9   ...   21

 

 



daxil  olmağı  arzu  edənlər  bu  barədə  Qeydiyyat  şöbəsinə  (konsulluq  idarəsi  və  icra  hakimiyyətinin 

nümayəndəliyinə) şəxsən yazılı ərizə verirlər.  

 

Əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin üzürlü səbəbə görə (ağır xəstəlik, uzunmüddətli ezamiyyətə 



getmə,  uzaq  yerdə  yaşama  və  s.)  ərizə  vermək  məqsədilə  Qeydiyyat  şöbəsinə  (konsulluq  idarəsinə  və  icra 

hakimiyyətinin  nümayəndəliyinə)  gəlmək  imkanı  olmadıqda,  gəlmiş  ikinci  tərəf  digər  tərəfin  özünə  aid 

hissəsini  şəxsən  doldurduğu  birgə  ərizə  və  ya  ayrı-ayrı  ərizələri  təqdim  edir.  Gəlməmiş  tərəfin  ərizədəki 

imzasının  həqiqiliyi  onun  yaşadığı  yerin  Qeydiyyat  şöbəsi  (konsulluq  idarəsi  və  icra  hakimiyyətinin 

nümayəndəliyi) tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir.  

 

Ərizəni  qəbul  etmiş  Qeydiyyat  şöbəsi,  konsulluq  idarəsi  və  icra  hakimiyyətinin  nümayəndəliyi  nikaha  daxil 



olanları  nikahın  qeyd  olunması  şərtləri  və  qaydası  ilə  tanış  etməli,  bu  şəxslərin  bir-birinin  səhhəti  və  ailə 

vəziyyəti  haqqında  xəbərdar  olduqlarını  aydınlaşdırmalı,  habelə  gələcək  ər-arvad  və  ya  valideyn  kimi  onlara 

hüquqlarını  və  vəziyyətini  izah  etməlidir.  Nikahın  qeydiyyatının  günü  və  saatı  nikaha  daxil  olan  şəxslərlə 

razılaşdırılaraq müəyyən edilir.  

 

Qeydiyyat  şöbəsi,  konsulluq  idarəsi  və  icra  hakimiyyətinin  nümayəndəliyi  ərizəni  qəbul  etdikdən  sonra 



evlənənlərin razılığı ilə istirahət günü də nəzərə alınmaqla nikahın bağlanması günü və saatı təyin edilir. Nikah 

Qeydiyyat  şöbəsi,  konsulluq  idarəsi  və  icra  hakimiyyətinin  nümayəndəliyi  tərəfindən  nikaha  daxil  olmaq 

istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq onların iştirakı ilə bağlanır. Üzrlü 

səbəblər  olduqda  nikahın  bağlanma  müddəti  Qeydiyyat  şöbəsi,  konsulluq  idarəsi  və  icra  hakimiyyətinin 

nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.  

 

Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli ezamiyyətə getmə 



və  ya  daimi  yaşamaq  üçün  başqa  yerə  köçmə,  birgə  uşaqların  olması,  nikaha  daxil  olmaq  istəyən  qadının 

hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər 

hallar  aid  edilə  bilər.  Bu  hallar  müvafiq  sənədlərlə  (ezamiyyə  vərəqəsi,  tibb  arayışı,  doğum  haqqında 

şəhadətnamə  və  s)  təsdiq  edilməlidir.  Xüsusi  hallarda  (hamiləlik,  birgə  uşağın  olması,  nikaha  daxil  olmaq 

istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması) nikah ərizə verilən gün bağlana bilər.  

 

Nikaha daxil olan şəxslərin arzusu ilə nikahın qeydə alınmasında digər şəxslər iştirak edə bilərlər.  



 

Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır.  

 

Nikaha daxil olmağı arzu edən şəxslərin müraciətinə əsasən nikah toy mərasimində qeydə alına bilər. Nikahın 



qeydiyyatı günü təyin edilərkən nikaha daxil olmağı arzu edən şəxslər Qeydiyyat şöbəsinə (konsulluq idarəsi 

və  icra  hakimiyyətinin  nümayəndəliyinə)  nikahın  toy  mərasimində  qeydə  alınmaq  istəyi  barədə  məlumat 

verirlər.  

 

Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir. 



 

Soyadı, adı və ata adını necə dəyişdirilməsi 

 

Soyadı, adı və ata adını necə dəyişdirilməlidir?  

Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra dəyişdirə 

bilər.  Öz  adını  və  soyadını,  atasının  adını  dəyişmək  istəyən  şəxs  müvafiq  ərizə  ilə  daimi  yaşayış  yerində 

qeydiyyat  şöbəsinə  müraciət  etməlidir.Ərizə  verən  şəxsin  daimi  yaşayış  yerində  qeydiyyat  şöbələri  təqdim 

olunmuş  sənədlərə  və  yoxlamanın  nəticələrinə  əsasən  vətəndaşlıq  vəziyyəti  aktlarına  dəyişikliklər  edilməsi 

haqqında  rəy  qəbul  edir  və  ya  dəyişikliklər  edilməsindən  imtina  edir.  İmtinanın  səbəbləri  əsaslandırılmaqla 

ərizə verən şəxsə yazılı məlumat verilir. 

 

Əgər  şəxslə  qeydiyyat  şöbəsi  arasında  mübahisə  yaranmırsa  və  qeydiyyat  şöbəsi  dəyişiklik  etməyə  etiraz 



etmirsə qeydiyyat şöbədə aparılır. Qeydiyyat şöbəsi ilə şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş 

məhkəmənin  qətnaməsi  əsasında  aparılır.  Qeydiyyat  şöbələri  tərəfindən  vətəndaşlıq  vəziyyəti  aktlarının 

qeydindəki dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır.Müstəsna 

hallarda qeydiyyat şöbəsinin rəisi tərəfindən ərizə verən şəxsə məlumat verilməklə, həmin müddət bir aydan 

çox olmayan müddətə uzadıla bilər. 

 



 

 

10 



Vətəndaşlıq vəziyyəti aktlarının qeydində edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və 

dəyişikliyi  aparan  vəzifəli  şəxs  tərəfindən  imzalanır,  möhürlə  təsdiq  edilir.  Bu  zaman  əvvəllər  verilmiş 

şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni 

şəhadətnamə verilir. 

 

Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. 



Yetkinlik  yaşına  çatanların  ata  adı  yalnız  o  hallarda  dəyişdirilir  ki,  onların  özləri  bu  barədə  müraciət  etmiş 

olsunlar.  Hər  iki  valideynin  soyadı  dəyişdirildikdə,  yetkinlik  yaşına  çatmayanların  soyadı  dəyişir.  Soyadı 

valideynlərdən  biri  dəyişdirərsə,  onun  yetkinlik  yaşına  çatmayan  uşaqlarının  soyadının  dəyişməsi  məsələsi 

valideynlər  arasında  razılığa  görə,  razılıq  olmadıqda  isə  yerli  icra  hakimiyyətlərinin  qəyyumluq  və  himayə 

orqanı tərəfindən həll edilir. 

 

5. Notariat və notariat xıdmətləri 

 

1. Azərbaycan Respublikasında notariat 

Azərbaycan Respublikasında notariat dedikdə AR notraiat haqqında  Qanunla nəzərdə 

tutulmuş  hüquqi hərəkətləri  (bundan  sonra notariat hərəkətləri) aparmağa  müvəkkil  edilmiş  şəxslər  birlikdə  başa 

düşülür.  Azərbaycan  Respublikasında  rəsmi  və  doğru  sənədlərin  tərtibi  üçün  hüquqların,  hüquqi  əhəmiyyətli 

faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət Yalnız  

Notariat haqqında qanunla muəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər. 

Hüquqi  institutlar  arasinda  notariat  əhaliyə  ən  yaxın  olanıdır.  Notariat  məişət  məsələlərinin  əksəriyyətini  həll 

etməyə kömək edir. 

 

2. Kim notarius adlanır? 

Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxs notarius adlanır. 

 

3. Hansı subyektlər dövlət idarələrində notariat fəaliyyətini həyata kecirə bilər 

Dövlət vasitəsi ilə notariat fəaliyyətini dovlət notariat kontorlarında çalışan dövlət notariusları, notariat kontorları 

olmayan  yaşayış  məntəqələrində  müvafiq  icra  hakimiyyəti  orqanları,  Azərbaycan  Respublikasının  Mülki 

Məcəlləsinə  uyğun  olaraq  notariusa  bərabər  tutulan  şəxslər  Azərbaycan  Respublikasının  konsulluqlarının 

səlahiyyətli vəzifəli səxsləri bu Qanunla muəyyən edilmiş qaydada həyata keçirirlər. 

 

4. Dövlət və xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlər hansılardır? 

Dövlət notariusu asağıdakı notariat hərəkətlərini aparır: 

1) əqdləri və etibarnamələri təsdiq edir

2) miras əmlakın muhafizə olunması üçün tədbirlər görür; 

3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir

4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir; 

5) yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir

6) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir; 

7) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir; 

8) sənədlərin bir dildən basqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir

9) şəxsin sağ olması faktını təsdiq edir; 

10) şəxsin muəyyən yerdə olması faktını təsdiq edir; 

11) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir; 

12) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir; 

13) fiziki və hüquqi şəxslərin ərizələrini basqa fiziki və hüquqi şəxslərə verir

14)  Öhdəliyin  icra  predmetini  saxlamağa,  pul  məbləğlərini,  qiymətli  kağızları  və  vəsiyyətnamələri  depozitə 

qəbul edir;  

15) icra qeydləri aparır; 

16) veksellərə protestlər tərtib edir; 

17) çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir; 

18) sənədləri saxlanmaq üçün qəbul edir; 

19) dəniz protestləri tərtib edir; 

20) sübutları təmin edir. 

Xaricdə  istifadə  edilməsi  məqsədilə  sənədlərin  rəsmiləşdirilməsi,  dəniz  protestlərinin  tərtib  edilməsi  Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən muəyyən notariuslara həvalə edilə bilər. 

 

5. Notariusun vəzifələri 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə