Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

 

 

21 



 

Nikaha  daxil  olanadək  onlara  məxsus  olan  əmlak,  habelə  nikah  dövründə  hədiyyə  şəklində  və  ya  vərəsəlik  

qaydasında,  digər  əvəzsiz  əqdlər  üzrə  əldə  etdikləri  əmlak  ər-arvadın  hər  birinin  ayrıca  mülkiyyətindədir  (ər-

arvadın hər birinin ayrıca əmlakıdır). 



 

Zinət əşyaları istisna olmaqla, fərdi istifadə əşyaları (geyim,və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına 

əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.  

 

Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan əşyalar (geyim, paltar, ayaqqabı, məktəbli 



və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə 

yaşayan valideynə verilir. 

 

Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin 



uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.   

 

9. Ər-arvadın ümumi əmlakı necə bölünür?  

Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında 

təsdiq edilə bilər. 

 

Mübahisə  olduqda,  ər-arvadın  ümumi  əmlakının  bölünməsi,  eləcə  də bu əmlakda  ər-arvadın paylarının  müəyyən 



olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə 

hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, digəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, 

bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.   

 

Məhkəmə  ər-arvadın  ailə  münasibətlərinə  xitam  verildiyi  və  ayrı  yaşadığı    dövrdə  hər  birinin  qazandığı  əmlakı 



onların hər birinin mülkiyyəti hesab edə bilər.  

  

10. Ər-arvadın ümumi əmlakın bölünməsi zamanı paylar necə müəyyən edilir? 



   Ər-arvad  arasındakı  müqavilədə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  onların  ümumi  əmlakın  bölünməsi  zamanı  bu 

əmlakdakı payları bərabər hesab edilir.  

Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq 

mənafeyini,  o  cümlədən  ər-arvaddan  biri  üzrsüz  səbəbdən  gəlir  əldə  etmədiyi  və  ya  birgə  mülkiyyəti  ailənin 

mənafeyinə  zidd  olaraq  sərf  etdiyi  hallarda  nəzərdə  alıb  onların  birgə  mülkiyyətinin  bölünməsi  zamanı  payları 

bərabər bölməyə bilər. 

Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 

 

10. Ümumi birgə əmlakın bölünməsinə dair hansı müddətdə məhkəməyə müraciət etmək olar? 

Nikah pozulduğu vaxtdan 3 il müddətində ər-arvadın ümumi əmlakının bölünməsinə dair tələblə iddia qaldırmaq 

olar.  

 

11. Nikahın pozulması dövlət qeydiyyatına necə alınır?  

Məhkəmə qaydasında nikahın pozulmasını VVAQ orqanında qeydə alınmalıdır. Bunun uçün ər və arvad hər ikisi, 

həm də onlardan biri ərizə ilə qətnamənin çıxarıldığı yer üzrə müraciət edə bilər. 

 

Nikahın pozulması haqqında qeyd aparıldıqda nikahın pozulması haqqında şəhadətnamə verilir. 



 

Ər-arvaqddan yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda nikah xətam olunmuş hesab edilir 

və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər.  

 

Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. 



 

7. Əmək hüququ 

 

1. Bir iş ili üçün əmək məzuniyyətinə görə əmək haqqı necə hesablanır? 

Məzuniyyət  günlərinin  əmək  haqqını  müəyyən  etməkdən  ötrü  məzuniyyətdən  əvvəlki  12  təqvim  ayının  əmək 

haqqının  cəmlənmiş  məbləğini  12-yə  bölməklə  orta  aylıq  əmək  haqqının  məbləği  tapılır  və  alınan  məbləği  ayın 

təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. 

Bu üsul ilə alınmış bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.  

 



 

 

22 



2. Hamiləliyə və doğuşa görə neçə gün məzuniyyət verilir? 

Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim 

günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha 

çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. 

 

Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir: 



 

normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü); 



 

doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü); 



 

iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 



təqvim günü). 

 

3. Əmək məzuniyyətindən istifadə başqa vaxta keçirilə bilərmi? 

Bəli başqa vaxta keçirilmə mümkündür. Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü 

ilə  əsaslandırılmaqla  onların  qarşılıqlı  razılığı  ilə  başqa  vaxta  keçirilə  bilər.  Əmək  məzuniyyətinin  başqa  vaxta 

keçirilməsi dedikdə, cari ildə məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari 

iş  ilindən  növbəti  iş  ilinə,  habelə  növbəti  təqvim  ilinə  keçirilməsi  başa  düşülür.  İşçinin  təşəbbüsü  ilə  aşağıdakı 

hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər: 

 



əmək qabiliyyəti müvəqqəti itirildikdə; 

 



əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə

 



işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə

 

İşçiyə  əmək  məzuniyyətinin  müəyyən  edilmiş  növbədə  nəzərdə  tutulan  vaxtda  verilməsinin  istehsalın,  işin, 



xidmətlərin  normal  gedişinə  xələl  gətirə  biləcəyi  hallarda  işəgötürənin  təşəbbüsü  və  işçinin  razılığı  ilə  əmək 

məzuniyyəti  başqa  vaxta  keçirilə  bilər.  Tərəflərin  qarşılıqlı  razılığı  ilə  əmək  məzuniyyətinin  istifadə  edilməyən 

hissəsi növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər. 

 

4. Qanunsuz olaraq işdən azad edildikdə nə etmək olar? 

İddia  ərizəsi  ilə  məhkəməyə  müraciət  edərək  hüquqların  bərpasını  tələb  etmək  lazımdır.  Bu  zaman  iddia  tələbi 

aşağıdakı kimi qoyulmalıdır “İşə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə dair”. 

İşin hallarından asılı olaraq iddia tələbinin həcmi artırılıb azaldıla bilər.  

 

Həmçinin nəzərə alamaq lazımdır ki, əksər əmək mübahisələri üzrə 1 aylıq müddət tətbiq edilir. Yəni hüququnuzun 



poulduğunu aşkar etdiyiniz gündən məhkəməyə 1 təqvim ayı ərzində müraciət edə bilərsiz ( hüququn pozulmasının 

aşkar edildiyi gün dedikdə işçiyə müvafiq əmrin, sərəncamın, qərarın, əmək kitabçasının, haqq-hesab sənədlərinin 

kitabçasının, vərəqəsinin, çekinin verildiyi, həmçinin əmək müqaviləsinin şərtlərinin işəgötürən tərəfindən müvafiq 

qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülməlidir). 

 

5. Işdən çıxarkən işçiyə istifadə etmədiyi məzuniyyət üçün məzuniyyət haqqı ödənilirmi? 

Əmək  müqaviləsinə  xitam  verilməsinin  səbəbindən  və  əsasından  asılı  olmayaraq  işçiyə  işdən  çıxan  günədək  hər 

hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi 

ödənilməlidir.  Əmək  münasibətlərinə  xitam  verilərkən  təhsil  və  yaradıcılıq  məzuniyyətlərinə,  habelə  sosial 

məzuniyyətlərə görə pul əvəzi verilmir. 

 

 



8. Əmək pensiyası  

 

1. Yaşa görə əmək pensiyasına çıxdıqda sığorta stajı neçə il olmalıdır? 

Azı 12 il sığorta stajı olmalıdır 



 

2.  Kişilər  və  qadınlar    12  il  sığorta  stajları  olduqda  hansı  yaş  həddində  yaşa  görə  əmək  pensiyasına  çıxa 

bilərlər? 

Kişilər  üçün  yaş  həddi  2010-cu  il  yanvarın  1-dən  başlayaraq  2012-ci  ilin  yanvarın  1-dək  hər  il  altı  ay  artırılır, 

qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. 

 

3. Neçə uşaqlı qadınlar yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdirlər? 

Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınlar  müəyyən 

olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququna malikdir 



 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə