Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

 

 

31 



fəaliyyətinin  təşkilinin  elə  bir  sistemidir  ki,  bu  sistem  onlara  qanun  çərçivəsində  yerli  əhəmiyyətli  məsələləri 

müstəqil  və  sərbəst  şəkildə  həll  etmək  hüququnu  həyata  keçirmək  və  yerli  əhalinin  mənafeyi  naminə  dövlət 

işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. 

 

2. Bələdiyyələr hansı səlahiyyətlərə malikdirlər? 

Bələdiyyələrin  iclaslarında  aşağıdakı  məsələlər  həll  edilir:  bələdiyyə  üzvlərinin  səlahiyyətlərinin  tanınması, 

qanunla  müəyyən  edilmiş  hallarda  onların  səlahiyyətlərinin  itirilməsi  və  səlahiyyətlərinə  xitam  verilməsi; 

bələdiyyənin  reqlamentinin  təsdiq  edilməsi;    bələdiyyənin  sədrinin  və  onun  müavinlərinin,  daimi  və  başqa 

komissiyaların seçilməsi; yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; yerli büdcənin və onun icrası haqqında 

hesabatların  təsdiq  edilməsi;  bələdiyyə  mülkiyyətinə  sahiblik,  ondan  istifadə  və  onun  barəsində  sərəncam;  yerli 

sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi; yerli iqtisadi inkişaf proqramlarının qəbul və 

icra edilməsi; yerli ekoloji proqramların qəbul və icra edilməsi. 

 

Bələdiyyələrə  qanunvericilik  və  icra  hakimiyyətləri  tərəfindən  əlavə  səlahiyyətlər  də  verilə  bilər  .  Bu 



səlahiyyətlərin  həyata  keçirilməsi  üçün  bələdiyyə  üzrə  müvafiq  zəruri  maliyyə  vəsaiti  də  ayrılmalıdır.  Belə 

səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər. 

 

3. Bələdiyyələr hansı dövlət qurumunun tabeçiliyindədirlər? 

Bələdiyyə - özünüidarəetmə formasında fəaliyyət göstərən qeyri hökümət qurumu olduğu üçün bir başa olaraq heç 

bir dövlət qurumuna tabe deyil. Bələdiyyələrin  fəaliyyətinin təşkil edilməsinə kömək etmək, metodoloji  yardım 

göstərilməsi və fəaliyyətinə inzibati nəzarətin keçirilməsi məqsədilə Ədliyyə Nazirliyinin nəzdində bələdiyyələrlə  

iş  üzrə  Mərkəz  yaradılmışdır. 

 

 



4. Bələdiyyənin və bələdiyyə üzvlərinin hərəkətlərindən hara şıkayət etmək olar? 

Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) 

inzibati qaydada və (və ya) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər. 

 

5. Bələdiyyənin büdcəsi necə formalaşır? 

Bələdiyyənin  büdcəsi  yerli  vergilər  və  ödənişlər,  icra  hakimiyyətləri  tərəfindən  bələdiyyəyə  verilmiş  əlavə 

səlahiyyətlərin  həyata  keçirilməsi  üçün  bələdiyyə  üzrə  ayrılmış  müvafiq  zəruri  maliyyə  vəsaiti,  bələdiyyə 

əmlakının özəlləşdirilməsindən, bələdiyyə əmlakının icarəyə verilməsindən, qanunla müəyyənləşdirilmiş qaydada 

özgəninkiləşdirməsindən,  yerli  lotereyalardan,  bələdiyyə  mülkiyyətində  olan  torpaqlarda,  binalarda  və  digər 

obyektlərdə yerləşdirilən küçə reklamlarına görə daxil olan ödənişlər, bələdiyyə müəssisə, idarə və təşkilatlarının 

mənfəətindən  tutulan  vergi,  dotasiyalar,  subvensiyalar,  transfert,  ödənişləri,  qanuna  və  bələdiyyələrin  qərarlarına 

müvafiq fəaliyyəti nəticəsində yaranan başqa vəsait təşkil edir. Həmçinin yerli büdcələrin xərclərinin öz gəlirləri ilə 

təmin olmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər. 



 

6.  Bələdiyyə  torpaqların  ayrılması  zamanı  hansı  istiqamətverici  sənədlərini  əsas  tutmalıdır?  

Torpaq  sahəsinin  bələdiyyə  mülkiyyətində  olan  müəssisə,  idarə  və  təşkilatların  istifadəsinə  və  ya  fərdi  yaşayış 

evinin  tikintisi  üçün  Azərbaycan  Respublikası  vətəndaşlarının  mülkiyyətinə  verilməsi  barədə,  habelə  hüquqi  və 

fiziki  şəxslərin  mülkiyyətinə  (icarəsinə)  verilməsi  məqsədilə  hərracın  (müsabiqənin)  keçirilməsi  barədə 

bələdiyyənin  qərarı  sahənin  xüsusiyyətinə  və  torpağın  ayrılma  məqsədinə,  mövcud  texniki  normalara,  habelə 

yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq qəbul edilir. 



 

7.  Bələdiyyənin  hərrac  və  ya  müsabiqə  predmeti  olan  torpaqları  hərraca  və  ya  müsabiqəyə  çıxarılanadək 

hansı orqanlarla razılaşdırılmalıdır? 

DT  və  XK-nin  rayon(şəhər)  şöbələri  və  qeyri  kənd  təsərrüfatı  üçün  torpaq  ayrılmasında  həmçinin  yerli  icra 

hakimiyyətlərinin  memarlıq  və  tikinti  şöbələri  ilə  hərraca  və  ya  müsabiqəyə  çıxarılacaq  torpaq  sahələri 

razılaşdırılmalıdır. 



 

8. Bələdiyyələrin torpaq hərracları və ya müsabiqələrinin predmeti olacaq torpaqlarını mülkiyyətə kimlər 

əldə edə bilərlər?  

Azərbaycan  Respublikasının  vətəndaşları  fərdi  yaşayış  evinin  tikintisi  üçün  torpağın  ayrılması  istisna  olmaqla, 

digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnu yalnız açıq torpaq hərracları və ya müsabiqələri 

vasitəsilə əldə edə bilərlər.  



 

9.Torpaq müsabiqəsinin qalibi kim ola bilər? 


 

 

32 



Torpaq  sahəsi  mülkiyyətə  və  ya  icarəyə  müsabiqə  yolu  ilə  verildikdə  müvafiq  olaraq  alqı-satqı  və  ya  icarə 

obyektinə ən yüksək alqı-satqı qiyməti və ya icarə haqqı təklif edən şəxs müsabiqənin qalibi hesab olunur. 



 

10.  Bələdiyyələr  tərəfindən  hansı  şəxslərə  xərracdan  kənar  torpaq  sahəsi  satıla  bilər?  

Bələdiyyə ərazisində daimi yaşamaqla ən azı 5 il yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının 

vətəndaşlarına, yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi 

qulluqçulara  və  Azərbaycan  Respublikasının ərazi  bütövlüyü  uğrunda  aparılan döyüşlərdə  əlil  olmuş  şəxslərə  və 

həlak  olanların  ailəsinə  fərdi  yaşayış  evinin  tikintisi  üçün  torpağın  ayrılması  müvafiq  bələdiyyənin  qərarı  ilə 

bilavasitə həyata keçiriləcək. 



 

11. Bələdiyyənin qərarı ilə bilavasitə torpaq hansı qiymətə satıla bilər?  

Fərdi  yaşayış  evinin  tikintisi  üçün  bələdiyyənin  bilavasitə  qərarı  ilə  ayrılan  torpağın  hər  0,01  hektarının  qiyməti 

şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya  müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati 

rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən 

az ola bilməz.  

 

12. Bələdiyyələrin qərarı ilə hansı şəxslərə pulsuz torpaq sahələri verilir?  

Azərbaycan  Respublikasının  ərazi  bütövlüyü  uğrunda  aparılan  döyüşlərdə  əlil  olmuş  şəxslərə  və  həlak  olanların 

ailəsinə,  ehtiyata,  və  ya  istefaya  buraxılmış  hərbi  qulluqçulara  fərdi  yaşayış  evinin  tikintisi  üçün  müvafiq 

bələdiyyənin qərarı ilə torpaq sahəsi bir dəfə pulsuz verilir. 

 

13. Bələdiyyə ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları mülkiyyətə satıla bilərmi?  

Bələdiyyə ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki 

şəxslərə yalnız icarəyə verilə bilər.  

 

14. Bələdiyyə ehtiyat fondunun torpaqları hansı növbəliliklə icarə verilə bilər?  

Bələdiyyə  ehtiyat  fondunun  kənd  təsərrüfatına  yararlı  torpaqları  kənd  təsərrüfatı  istehsalı  üçün  yalnız  icarə 

qaydasında istifadəyə aşağıdakı növbəliliyə əməl etməklə verilir: sovxozun və ya kolxozun ərazisində müvəqqəti 

məskunlaşmış məcburi köçkünlər; Azərbaycan Respublikasının müvafiq rayonunun (şəhərinin) ərazisində yaşayan 

torpaq  payı  almamış  fiziki  və  hüquqi  şəxslər;  müvafiq  ərazidə  torpaq  payı  almış  fiziki  və  hüquqi  şəxslər; 

Azərbaycan Respublikasının digər fiziki və hüquqi şəxsləri; xarici ölkələrin fiziki və hüquqi şəxsləri. 



 

15. İcarə müqaviləsinin müddəti  və müddətin uzadılmasında hansı qüzəştlər var?  

Torpaq hüquqi və fiziki şəxslərə qısa və uzunmüddətli icarəyə verilir. Qısamüddətli icarə 15 ilədək, uzunmüddətli 

icarə isə 15 ildən 99 ilədək müəyyən oluna bilər. 

 

Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Oanunu qüvvəyə minənədək hüquqi 



və  fiziki  şəxslərin  istifadəsinə  verilmiş  bələdiyyə  torpaqları  üzərində  istifadə  müddəti  bitdikdən  sonra,  həmin 

torpaqlar  yalnız  açıq  torpaq  hərracı  və  ya  müsabiqəsi  vasitəsilə  icarəyə  verilə  bilər.  İlkin  istifadəçi  bu  halda 

istifadəsində  olmuş  torpağı  açıq  torpaq  hərracı  və  ya  müsabiqəsində  təkliflər  eyni  olduqda  icarə  hüququ  ilə 

müvəqqəti istifadəyə əldə edə bilər. 



 

16. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya 

müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə hansı şəxslərə üstünlük verilir?  

 



torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə;  

 



Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların 

ailəsinə; 

 

yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya 



buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi 

qulluqçularından başqa); 

 

sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq 



istəyən gənclərə; 

 



müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; 

 



müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə 

qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına;  

 

17. Müsabiqə və ya hərrac nəticəsində yaranan müqavilə hansı qurumlarla bağlanılır?  

Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsinin  müsabiqə  və  ya  hərrac  komissiyası  tərəfindən  verilən  şəhadətnamə 

əsasında  hərrac  və  və  ya  müsabiqədə  qalib  gəlmiş  hüquqi  və  ya  fiziki  şəxslə  bələdiyyə  torpaqlarına  dair 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə