43
Miras hansı müddətə qəbul edilə bilər?
Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras
açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
Mirasın qəbul edilməsinin xüsusi müddəti
Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün
müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı
həftəyədək uzadılmalıdır.
Vərəsəlik şəhadətnaməsi nə vaxt verilir?
Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət:
Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər
notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa,
vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
Vəsiyyətnaməni dəyişdirmək və ya ləğv etmək olarmı?
Vəsiyyət edən vəsiyyətnaməni həmişə dəyişdirə və ya ləğv edə bilər. Bunu aşağıdakı üsullarla etmək olar:
-
əvvəlki vəsiyyətnaməni və ya onun bir hissəsini ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə (əvvəlki
vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır),
-
notariat orqanına ərizə verməklə,
-
vəsiyyətnaməni ləğv etmək üçün onun bütün nüsxələri vəsiyyət edənin özü və ya onun sərəncamı ilə
notarius tərəfindən məhv edilməlidir.
-
Notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz.
20. Daşınmaz əmlakı qeydiyyətı ilə bağlı bəzi məlumatlar
1. Daşınmaz əmlak nədir?
Ümumiyyətlə hər bir vətəndaşın istifadəsində və mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Daşınar əmlak
adından göründüyü kimi bir yerdən digər yerə daşına bilən (Məsələn: avtomobil, iri həcmli əşyalar, texnikalar,
mebel vəs..) əmlakdır. Daşınmaz əmlak isə hər hansı bir tikili, qurğu, obyekt(Məsələn yaşayış və bağ evləri,
mağazalar, binalar vəs) kimi əmlaklardır.
2. Daşınmaz əmlaka hüquqlarının dövlət qeydiyyatı nədir?
- Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ
gəlməsinin, məhdudlaşdırılmasının, başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən
tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
3. Dövlət reyestrində hansı hüquqlar qeydiyyata alınır?
- mülkiyyət və digər əşya hüquqları, o cümlədən servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, lizinq,
tikintiyə vərəsəlik hüququ və s.
4. Daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqların tanınması nə deməkdir?
- «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1.ci maddəsinə əsasən,
həmin qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən
aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
5. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən
sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyün) dövlət qeydiyyatı nə vaxt aparılır?
- «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra
daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyün) dövlət qeydiyyatı həmin daşınmaz əmlak
üzərində əvvəl yaranmış hüquqlar dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır.
6. Dövlət reyestrindən arayışlar kimlərə verilə bilər?
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair dövlət reyestrindən arayışlar hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq
sahibinin əmlakına qanunla və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş
səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir.
7. Dövlət reyestrindən arayışlar hansı müddətdə verilir?
44
- «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.3.cü maddəsinə əsasən,
qeydiyyat orqanı müraciət etmiş şəxsə arayışı və ya əsaslandırılmış imtina məktubunu 5 iş günü müddətində təqdim
etməlidir.
8. Hüquqların dövlət qeydiyyatı üçün hansı ödənişlər vardır?
Hüquqların qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş qaydada və miqdarda dövlət rüsumu dövlət büdcəsinə
ödənilir. Dövlət reyestrindən arayışların verilməsinə görə hüquqların qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş
dövlət rüsumunun 30 faizi miqdarında haqq qeydiyyat orqanının xüsusi hesabına ödənilir. Bu qanun qüvvəyə
minənədək daşınmaz əmlak obyektləri üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat
vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün dövlət rüsumu tutulmur.
9. Hüquqların dövlət qeydiyyatı üçün əsaslar hansılardır?
Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının
(yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq
dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka
qoyulmasına dair qəbul olunmuş aktlar;
daşınmaz əmlak barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr
və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər;
qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları
tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-
yaşayış sahaləri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak
kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.
qanunvericilikdə nəzərdə tutulan digər əsaslar
10. Hüquqların dövlət qeydiyyatı hansı müddətə aparılmalıdır?
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2.ci maddəsinə əsasən,
ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində
hüquqlar dövlət qeydiyyatına alınır.
11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilmiş ərizədə nələr göstərilir?
- «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1.ci maddəsinə əsasən,
hüquqların dövlət qeydiyyatı həmin Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında
aparılır. Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd,
hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı,
xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.
12. Dövlət qeydiyyatının dayandırılması üçün hansı əsaslar vardır və qeydiyyat nə vaxta dayandırıla bilər?
Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər.
Qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Hüquqların
dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında
bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının
səbəbləri göstərilməlidir. Daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və
ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayət verilməsi haqqında
məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır.
13. Dövlət qeydiyyatından imtina üçün hansı əsaslar vardır?
Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:
dövlət qeydiyyatı barədə müraciət olunan hüquq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununa
əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;
hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması
və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;
hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;
daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və bələdiyyə orqanının aktı qanunvericiliklə
müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;
45
daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam
vermək səlahiyyətinə malik olmadıqda;
qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş
göndərilir.
14. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı necə aparılır?
Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər
hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında
qabaqcadan qeydiyyata alına bilər. Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və
ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində
qabaqcadan qeydiyyata alına bilər.
15. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi necə aparılır?
Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci
maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak
mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət
hüququnun qeydiyyatını ləğv edir.
16. İpotekanın dövlət qeydiyyatı necə aparılır?
Daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət
qeydiyyatı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və
ipotekaqoyan barədə məlumatların dövlət reyestrinə daxil edilməsi ilə aparılır. İpotekanın qeydiyyatı ərizənin
qeydiyyat orqanına daxil edildiyi gündən 5 iş günü müddətində aparılır.
17. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə hansı tələblər qoyulur?
Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə aşağıdakı tələblər qoyulur:
Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir.
Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə
məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı
üçün qəbul edilmir.
18. Daşınmaz əmlakın(torpağın) alqı-satqı yolu ilə əldə olunması üçün ilk olaraq nədən başlamaq və hara nə
qədər rüsum ödəmək lazımdır?
Torpağı satan şəxslə alan şəxs razılığa gəldikdən sonra torpağı satan şəxs(mülkiyyətçi) özündə olan torpaq
şəhadətnaməsi və ya reyestr çıxarışı ilə aidiyyatı üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ərazi
İdarəsinə müraciət edərək torpağın yüklülüyünə dair arayışı (Forma 1)almalıdır. Bu arayış 5 iş günü müddətində
verilir və buna görə də Dövlət Rüsumu haqqında AR qanunun 26.6-cı maddəsinə müvafiq olaraq 10 (on)manat
dövlət rüsümu ödənilməlidir. Arayışın etibarlılıq müddəti isə 20 gündür. Bununa yanaşı torpağın müayinə
olunmasına görə də AR Tarif(qiymət)Şurasının 31 iyul 2009-cu il tarixli qərarına müvafiq olaraq 34(otuz
dörd)manat xidmət haqqı ödənilməlidir. Sonradan torpağı satan şəxs Forma 1 arayışı aldıqdan sonra torpağı alan
şəxslə birgə aidiyyatı üzrə Notariat Kontoruna müraciət edir. Notariatda tərəflər arasında alqı-satqı müqaviləsi
bağlanır. Buna görə də Dövlət Rüsumu haqqında AR qanunun 10.1.2-cı maddısinə müvafiq olaraq Bakı şəhərində
110 manat, digər şəhər və rayonlarda isə 44 manat dövlət rüsümu ödənilməlidir. Əgər əmlak ümumi paylı
mülkiyyətdirsə və ya ər-arvadın birgə nikahı dövründə alınıbsa, bu zaman arin və ya arvadın da razılığı vacibdir.
Torpağı alqı-satqı yolu ilə alan şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ərazi İdarəsinə müraciət
etməlidir. Bu zaman torpağın qeydiyyatı aparılır. Bunu üçün ilkin olaraq Dövlət Rüsumu haqqında AR qanunun
26.1.1 və 26.1.2-cı maddələrinə müvafiq olaraq torpağın dövlət qeydiyyatı üçün reyestr çıxarışına görə 30 manat və
Texniki pasporta görə isə 50 manat dövlət rüsümu ödənilməlidir. Torpaq qeydiyyata götürüldükdən sonra isə AR
Tarif(qiymət)Şurasının 31 iyul 2009-cu il tarixli qərarına müvafiq olaraq 32(otuz iki) manat xidmət haqqı ödənilir
və 20 gün müddətinə mülkiyyəti təsdiq edən sənəd vətəndaşa təqdim olunur.
19. Daşınmaz əmlakın(tikililərin, evlərin və qeyri-yaşayış sahələrinin) alqı-satqı yolu ilə əldə olunması üçün
ilk olaraq nədən başlamaq və hara nə qədər rüsum ödəmək lazımdır?
Tikilini, evi və qeyri-yaşayış sahəsini satan şəxslə alan şəxs razılığa gəldikdən sonra əmlakı satan(mülkiyyətçi)
şəxs özündə olan əmlakın şəhadətnaməsi və ya reyestr çıxarışı ilə aidiyyatı üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr
Xidmətinin Ərazi İdarəsinə müraciət edərək əmlakın yüklülüyünə dair arayışı (Forma 1)almalıdır. Bu arayış 5 iş
günü müddətində verilir və buna görə də Dövlət Rüsumu haqqında AR qanunun 26.6-cı maddəsinə müvafiq olaraq
10 (on)manat dövlət rüsümu ödənilməlidir. Arayışın etibarlılıq müddəti isə 20 gündür. Sonradan əmlakı satan şəxs
46
Forma 1 arayışı aldıqdan sonra əmlakı alan şəxslə birgə əmlakın olduğu yer üzrə Notariat Kontoruna müraciət edir.
Notariatda tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılır. Buna görə də Dövlət Rüsumu haqqında AR qanunun
10.1.2-cı maddəsinə müvafiq olaraq Bakı şəhərində 110 manat, digər şəhər və rayonlarda isə 44 manat dövlət
rüsümu ödənilməlidir. Əgər əmlak ümumi paylı mülkiyyətdirsə bu zaman həmin evdə, mənzildə qeydiyyatda olan
18 yaşına çatmış şəxlərin də razılığı olmalıdır və ya əmlak ər-arvadın birgə nigahı dövründə alınıbsa, bu zaman ərin
və ya arvadın da razılığı vacibdir.
Əmlakı alqı-satqı yolu ilə alan şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ərazi İdarəsinə müraciət
etməlidir. Bu zaman əmlakın qeydiyyatı aparılır. Bunu üçün ilkin olaraq Dövlət Rüsumu Haqqında AR qanunun
26.1.1 və 26.1.2-cı maddələrinə müvafiq olaraq əmlakın dövlət qeydiyyatı üçün reyestr çıxarışına görə 30 manat
və Texniki pasporta görə isə 50 manat dövlət rüsümu ödənilməlidir. Əmlak qeydiyyata götürüldükdən sonra isə AR
Tarif(qiymət)Şurasının 31 iyul 2009-cu il tarixli qərarına müvafiq olaraq Çoxmərtəbəli (çoxmənzilli) yaşayış
binaları üzrə -ümumi sahəsinin hər 1 m2-i üçün 0.40 manat,
Qeyri-yaşayış sahələri üzrə ümumi sahəsi 50 m2-ə qədər olduqda 50 manat,
ümumi sahəsi 50 m2-dən 100 m2-ə qədər olduqda isə 50 m2-dən çox olan hər 1 m2 sahə üçün əlavə 1.40 manat,
ümumi sahəsi 100 m2-dən 200 m2-ə qədər olduqda 100 m2- dən çox olan hər 1 m2 sahə üçün əlavə 1.0 manat,
Mənzillər üzrə ümumi sahəsi 50 m2-ə qədər olduqda 12 manat,
ümumi sahəsi 50 m2-dən çox olduqda artıq hər 1 m2 sahə üçün əlavə 0.20 manat,
Fərdi yaşayış və bağ evləri üzrə- ümumi sahəsi 100 m2-ə qədər olduqda 22 manat,
ümumi sahəsi 100 m2-dən çox olduqda artıq hər 1 m2 sahə üçün əlavə 0.20 manat xidmət haqqı ödənilir və 20 gün
müddətinə mülkiyyəti təsdiq edən sənəd vətəndaşa təqdim olunur.
20.Daşınmaz əmlakın bağışlanması hansı sənəd üzrə həyata keçir?
Daşınmaz əmlakın bağışlanması, bağışlama müqaviləsi bağlandıqda həyata keçir.
Bağışlama müqaviləsi elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakını bağışlamaqla hədiyyə alanı
zəngınləşdirir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.
21. Daşınmaz əmlakın bağışlaması hansı hallda etibarlı sayılır?
Daşınmaz əmlakın bağışlama müqaviləsi notariat qaydasında təsdikləndikdə.
22. Əmlak bağışlanması hansı halda geri götürülür?
Əmlakı bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədəkistədiyi vaxt onu geri
götürə bilər.
23. Daşınmaz əmlakın bağışlanması hansı hallarda ləğv olunur?
-
bağışlanması vəd edilmiş əmlak məhv olduqda;
-
hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda;
-
hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, bu öhdəliyə onun ölümü ilə xitam
verilir.
24. Vərəsəlik şəhadətnaməsi əmlaka mülkiyyət hüququn təsdiqləyirmi?
Xeyir, vərəsəlik şəhadətnaməsi ümumi qaydada, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri
Xidmətinə təqdim edilərək onun əsasında Çıxarış alınmalıdır.
47
BAKI
088 707 07 07
GƏNCƏ
088 202 02 02
LƏNKƏRAN
088 303 03 03
QUBA
088 404 04 04
ŞƏKİ
088 505 05 05
Dostları ilə paylaş: |