PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə8/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   4   5   6   7   8   9   10   11   ...   76

 
31 
əlaqədə olan alış və satış funksiyalarını vahid bir proses 
kimi 
idarə 
etməyə 
obyektiv  imkanlar  yaranır. 
Kommersiya  strukturları  istehlakçıları  maddi  resurslarla 
təchiz  etməklə  yanaşı  istehsalçılara  təsir  edərək,  onları 
bazar  tədqiqatlarına  əsasən  istehlakçılar  üçün  lazım  olan 
keyfiyyətdə  və  çeşiddə  məhsul  buraxmağa  vadar  edir. 
İstehsal olunmuş məhsulu satmaqla onlar, eyni zamanda, 
istehsalı  və  bütün  qeyri-  istehsal  dairəsini  həmin 
məhsulla  təmin  olunması  məsələsini  də  həll  edir.  Bu  da 
öz 
növbəsində, 
mənfəətin 
artırılması,  mal-maddi 
dəyərlərin 
dövriyyəsinin 
sürətləndirilməsi, 
istehsal 
fondlarından  daha  yaxşı  istifadə  olunması,  əmək 
məhsuldarlığının  artırılması,  ehtiyatların  və  tədavül 
xərclərinin  aşağı  salınması  və  bunların  nəticəsində  - 
iqtisadiyyatın  gəlirliyinin  artırılması  ilə  bağlı  olan 
imkanlara şərait yaradır. 
Vasitəçi  –  ticarət  halqasının  fəaliyyəti  hazırda 
aşağıdakı bir sıra prinsiplərə əsaslanmalıdır: 
-
 
Marketinq  fəaliyyətində  strateji  planlaşdırmanın 
və  idarəetmənin  rolunun  artırılması,  bununla  da 
istehsal və məhsulun istehlakının sabitliyini təmin 
etmək,  iqtisadiyyatın  bütün  sahələrinin  əmtəə 
tədavülü dairəsinin   etibarlı fəaliyyəti üçün şərait 
yaratmaq. 
-
 
Hər  bir  ölkə  tərəfindən  müəyyən  mərhələdə  həll 
olunan  təsərrüfat-  siyasi  və  sosial  məsələlərdən 
asılı  olaraq  daha  effektiv  sahələrə  maddi  və 
maliyyə  axınlarının  yönəldilməsi  üzrə  iqtisadi 
prioritetlərin müəyyən edilməsi. 
-
 
Daxili  imkanların  hərtərəfli  səfərbər  olunması, 
maliyyə  və  maddi  resurslardan  səmərəli  istifadə 
və onlara qənaət edilməsi. 


 
32 
-
 
Məhsulun  göndərilməsi  və  daşınması  zamanı 
bazar  dövriyyəsinin  bütün  iştirakçıları:  istehsalat 
birlikləri,  kommersiya-vasitəçi  firma  və  şirkətlər, 
nəqliyyat və digər təşkilatlar tərəfindən təsərrüfat 
müqavilələri, kontraktları, sifarişləri ilə şərtlənmiş 
qarşılıqlı  hüquq  və  vəzifələr  əsasında  müqavilə 
öhdəliklərinə  əməl  olunmasına  görə  məsuliyyətin 
artırılması. 
-
 
Müəssisələr  tərəfindən  buraxılan  məhsulun  satışı 
və  maddi  resursların  alışı  prosesinin  təşkilinin 
səmərəli formasının yaradılması. 
-
 
Alıcıların  tələblərini  keyfiyyətli  və  səmərəli 
surətdə  ödəməyə  maddi  resurslarla  çevik  manevr 
edilməsinə,  onların  dövrililiyini  sürətləndirməyə  
imkan  verən  iqtisadi  şəraitin  yaradılması  və 
müvafiq marketinq alətlərindən istifadə olunması. 
Kommersiya 
əlaqələrinin 
formalaşdırılması 
prinsiplərinə  əməl  olunması,  vasitəçi-ticarət  sistemə 
istehsala fəal təsir etməyə, bu və digər mal və xidmətlərə 
olan  tələblə  təklif  arasında  uyğunsuzluğu  tapmağa, 
malgöndərənlərlə 
istehlakçılar 
arasında 
səmərəli 
kommersiya əlaqələrinin formalaşmasına imkan yaradır. 
Satıcılarla  alıcılar  arasında  olan  kommersiya 
əlaqələrinin 
təkmilləşdirilməsi, 
xüsusilə 
malların 
göndərişi  üzrə  birbaşa  uzunmüddətli  əlaqələrin  inkişaf 
etdirilməsi, 
obyektiv  qanunauyğunluqdur  və  az 
məsrəflərlə  daha  çox  son  nəticələrin  əldə  edilməsinə 
yönəldilmiş  bütün  bazar  mexanizminin  tərkib  hissəsini 
təşkil edir. 


 
33 
Problemi  daha  yaxşı  başa  düşmək  üçün 
kommersiya  əlaqələrini  bir  iqtisadi  kateqoriya  kimi  və 
onun növü kimi nəzərdən keçirək. 
İqtisadi  nəzəriyyə  və  təcrübə  ona  əsaslanır  ki, 
istehsalat-texniki  təyinatlı  məhsullarla  satış  üzrə  iqtisadi 
əlaqələr,  malgöndərənlərlə    istehlakçılar    arasında  , 
həmçinin  tədavül  prosesində  onlarla  vasitəçi-ticarət 
strukturları  yaranan  bütün  qarşılıqlı  iqtisadi,  hüquqi  və 
təşkilati münasibətlərin toplusunu nəzərdə tutur. 
Kommersiya 
əlaqələrinin 
formalaşmasına 
cəmiyyətin 
iqtisadi  inkişaf  mexanizminə,  ictimai 
istehsalın  miqyasları,  onun  sahə  strukturunun  mürəkkəb 
olması,  sənayedə  ixtisaslaşma  və  kooperasiyanın 
dərinləşməsi prosesi, cəmiyyətdə istehsal, istehlak olunan 
məhsulun    miqdarı  və  keyfiyyəti  təsir  göstərir. 
Kommersiya  əlaqələrinin    formalaşmasında,  onların 
strukturunda  və  təşkilindən  tədavül  dairəsinin  həcmləri 
və  iqtisadi  göstəriciləri  (məsələn,  topdansatış,  satışın 
həcmi,  tədavül  xərcləri,  vasitəçi-ticarət  təşkilatlarının 
gəlirləri) çox asılıdır. 
Bütün  bunlar  müasir  iqtisadi  şəraitdə  kommersiya 
əlaqələrinin  formalaşmasının  xüsusiyyətlərini,  onların 
təşkilinin 
xarakterini  və  onların  idarəedilməsinin 
metodologiyasını müəyyən edir. 
 Kommersiya  əlaqələrini  aşağıdakı  əlamətlərinə  
görə qruplaşdırmaq olar: 
-
 
Dolğunluğuna görə; 
-
 
Sahəvi strukturuna görə
-
 
Bazar strukturuna görə; 


 
34 
-
 
Topdansatış-kommersiya  təşkilatlarının  iştirak 
dərəcəsinə görə; 
-
 
Malgöndərişinin təşkili formalarına görə; 
-
 
Fəaliyyətin davam etmə müddətinə görə. 
Bazar  mexanizmilərinin  inkişafı  zamanı  mal 
hərəkətinin  dolğunluğu  əlaməti  xüsusi  əhəmiyyət  kəsb 
edir. 
Kommersiya  logistikasındakı  əsas  elementləri 
nəzərə  almaqla,  kommersiya  əlaqələri  dolğunlaşma 
axınları  əlamətinə  görə  bölünür.  Dolğun  axınları:  mal 
resursları  axınları,  nəqliyyat  axınları,  informasiya 
axınları,  enerji  axınları  və  əmək  resursları  axınları  aid 
edilir;  dolğun  olmayan  axınlara  –  elmi-tədqiqat  və 
təcrübə  konstruktor  işləmələri  axınları,  yeniliklər,  əsas 
fondlar,  nizamnamə  kapitalı  və  kapital  qoyluşu  axınları 
aid edilir. 
Bu  əlamət,  qarşılıqlı  sərfəli  əsaslanan  ticarət-
iqtisadi,  maliyə  valyuta,  elmi-texniki  əməkdaşlıq  kimi 
çoxməqsədli  çevik  sistem  olan  xarici  iqtisadi  əlaqələr 
zamanı xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələrin  bütün 
üzvlərinin  səyləri,  vasitəçi-ticarət  strukturları  tərəfindən 
xarici  bazarda  təşkil  olunmuş  mal  axınlarının  intensiv 
səviyyəsinə 
əsaslanan  beynəlxalq  mal  yeridilişi 
kanallarının  inkişaf  etmiş  strukturunun  yaradılmasına 
yönəldilmişdir.  
2.  Kommersantın  iş  vaxtının  çox  hissəsini 
müxtəlif  kommersiya  sövdələşmələri  ilə  əlaqədar  olan 
işgüzar  danışıqlara  və  işgüzar  yarışmalara  sərf  olunur. 
Dünya  təcrübəsi  bu  sahədə  müxtəlif  tövsiyyələr 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə