PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə7/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   2   3   4   5   6   7   8   9   10   ...   76

 
27 
Bacarmalı 
-
 
Müasir  Logistik  yanaşmalar  əsasında  maddi 
axınların idarə edilməsi
-
 
Sosial etik marketinqin forma və metodları; 
-
 
Kommersiya fəaliyyəti ilə məşğul olanlara verilən 
professional    və  şəxsi  tələbləri  bir-birindən 
fərqləndirməyi; 
-
 
Bazar infrastrukturunun əsas elementlərinin izahı; 
-
 
Təqdimetmə və tanışlıq qaydalarını açıqlamağı; 
-
 
İşgüzar  söhbətlərin  aparılmasındakı  incəlikləri, 
işgüzar  yazışmalar  və  telefon  danışıqlarının 
qaydalarını,  xarici  görünüşə,  maneralara,  geyimə 
verilən  tələbləri,  nitqə    verilən  tələbləri  (izah 
etməyi); 
-
 
İşgüzar  danışıqların  aparılması  və  onun  təşkil 
olunmasının xüsusiyyətlərini; 
-
 
Kommersiya  işində  işgüzar  məktubların  rolunu 
göstərməyi; 
-
 
 Kommersiya  riski  və  onun azaldılması  üsullarını 
müqayisəli surətdə izah etməyi 
 
Test  sualları 
1)  Kommersanta    qoyulan    şəxsi  və  professional 
tələblərə nələr daxildir. 
2)  Marketinq  fəaliyyətində  strateji  planlaşdırma 
haqqında. 
3)  Maliyyə  resurslarından  səmərəli  istifadənin 
yolları 
4))İqtisadi prioritetlərin müəyyən edilməsi. 


 
28 
5)Məhsulun  göndərilməsi  və  daşınması  hansı 
formalarda həyata keçirilir. 
6)  Müəssisələr  tərəfindən  buraxılan  məhsulun 
satışı və maddi resursların alışı prosesinin təşkili 
7)İşgüzar  danışıqların  aparılması  qaydaları  hansı   
formada aparılır. 
8)Kommersiya  işində    işgüzar  məktubların  rolu 
nədən ibarətdir. 
      9) Kommersanta verilən şəxsi tələblər hansılardır. 
     10)    Kommersanta  verilən  professional  tələblərə 
nələr aid edilir. 
     11)  İşgüzar  danışıqların  aparılması  şəraitləri   
hansılardır. 
          12)    Kommersiya  riskinin  növlərinə  nələr  aid 
edilir. 
         13) Mal göndərişinin təşkili formalarına nələr aid 
edilir. 
 
MÜHAZİRƏ MƏTİNLƏRİ  
KOMMERSİYA  ƏLAQƏLƏRİNİN İNKİŞAFI 
P L A N 
1.Kommersiya əlaqələrinin mahiyyəti və onların 
formalaşması prinsipləri. 
2. İşgüzar danışıqların aparılması qaydası 
 3.Kommersiya 
xidmətlərinin 
konsepsiyası, 
təsnifat əlamətləri 
1.  Ticarət  –  kommersiya  sisteminin  xüsusiyyəti 
ondan  ibarpətdir  ki,  o,  bir  qayda  olaraq,  hər  hansı  bir 


 
29 
ayrıca  götürülmüş  sahə  ilə  əlaqədə  deyildir  və 
sahələrarası xarakter daşıyır. Alqı-satqı prosesi vasitəsilə  
məhsulun  istehsalı  və  istehlakı  bir-biri  ilə  bağlı  olan 
sahələrdə  elə  bil  ki,  əlaqələndirilir.  Bu  proses  məhsulu 
müxtəlif  sahələrin  istehsalçılarından  istehlakçılarına 
çatdırılması    rolunu  oynayır.  Bununla  da  o,  müxtəlif 
sahələrdə, 
istehsallarda  hazır  məhsulun  buraxılış 
həcmlərinin 
və 
müdətlərinin 
üst-üstə 
düşmədiyi 
mürəkkəb  şəraitlərdə  istehsal  prosesinin  vəhdətini  təmin 
edir. 
Təkrar  istehsal  prosesi  –  istehsalın,  bölgünün, 
mübadilə  və  istehlakın  üzvi  vəhdətindən  ibarətdir  Bu 
vəhdətin  əsasını,  bölgünün,  mübadilənin,  istehlakın 
xarakterləri  və  üsulundan  asılı  olduğu  maddi  rifahların 
istesalı  təşkil  edir.  Lakin  əmtəə  dövriyyəsi  istehsala 
birbaşa təsir göstərir. 
Buradan belə  görünür ki,  əmtəə  tədavülü  prosesi, 
məhsula,  mübadilə  forması  kimi  bazar  şəraitində  
tamamilə  istehsalın  xarakteri  ilə  müəyyən edilir  və onun 
vacib  şərti  kimi  çıxış  edir.  Tədavül  dairəsində    hər  bir 
istehsal  birliyinin  və  müəssisənin  fəaliyyətinin  real 
nəticələri real ictimai qiymətini alır. 
Müasir  bazar  şəraitində  təkrar  istehsalın  bütün 
məqamları, o cümlədən, əmtəələrin bölgüsü və tədavülü, 
başqa  sözlə  desək,  onların  alışı,  yaxud  satışı  prosesi 
dövlət nəzarəti və nizamlanması altında olmalıdır.  
Təsirli 
bazar 
mexanizmi 
vasitəçi-ticarət 
strukturlara,  konkret  istehlakçıların  müxtəlif  mallara  və 
xidmətlərə  olan  tələbini  etibarlı  ödəməyə,  malların 
vaxtında  alışının  təmin  edilməsinə,  istehsal  üçün  və 
xammalın  material  və  avadanlıqların  göndərilməsinə, 
sifarişlərin  yerləşdirilməsinə,  sahələrarası  kooperasiyanı 


 
30 
təşkil  etməyə,  istehsalçılar  və  istehlakçılarla  iqtisadi 
cəhətdən  sərfəli  olan  kommersiya  əlaqələrini  yaratmağa, 
minimal tədavül xərcləri ilə və minimum ehtiyatlarla mal 
hərəkətinin optimal formalarını seçməyə  imkan yaradır. 
Buna  görə  də,  maddi  təchizatın  və  satışın  müasir 
idarəetmə  sistemi  istehsal  vasitələrinin  bölgüsündə  və 
mübadiləsində  əmtəə-pul  münasibətləri  mexanizmindən, 
iqtisadi  nəzarət  və  həvəsləndirmə  prinsiplərindən  geniş 
istifadə edir. 
İqtisadi  və  sosial  inkişafın  müasir  mərhələsində 
əmtəə-pul  münasibətləri  yeni,  bazar  mexanizminə  xas 
olan  məzmuna  malik  olmuşdur:  onlar  sahibkarlığın 
hərtərəfli 
genişləndirilməsi, 
xüsusi 
mülkiyyət 
mexanizminin  inkişafı,  cəmiyyətin  şəxsi  və  milli 
rifahının artımı əsasında sosial problemlərin  maraqlarına 
uyğun olaraq istifadə edilməlidir. 
Əmtəə  -  pul  mexanizmindən  düzgün  istifadə 
edilməsi 
sahibkarların  təşəbbüslərinin  ümumdövlət 
maraqları  ilə  uyğunlaşdırılması  əsasında  istehsalın, 
bölgünün,  mübadilənin  və  istehlakın  effektivliyinin 
artırılması amillərini nəzərə almağa imkan verir.  
Bu  da  topdansatış  kommersiya  idarəetmə 
sisteminə əsaslı surətdə təsir göstərir. 
Müəssisə  və  firmalar  tərəfindən  istehsal  olunan 
məhsulun  satışı  bu  prosesin  əvvəlini,  istehlakçılara 
çatdırılması isə - onun başa çatdırılmasını bildirir. Hər iki 
mərhələ  ölkə  iqtisadiyyatının  stabil  inkişafını  və  onun  
effektivliyinin qaldırılmasını təmin edir. 
Kommersiya 

vasitəçilik 
əməliyyatının 
sahələrarası  sistemi  üçün, bazarın inkişafı ilə, bir-biri  ilə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə