PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə10/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   6   7   8   9   10   11   12   13   ...   76

 
38 
 
Elə  olur  ki,  danışıqlar  düyünə  düşür.  Onda 
problemə  əks  tərəfdən  nəzər  yetidin.  Lakin  öz 
məqsədinizi  (əmtəəni  satmaq)    nəzərdən  qaçırmayın. 
Əsas  məqsədi  güdərək,  xırdalıqlarda  güzəştə  də  getmək 
olar.(ödəniş haqqının gecikdirilməsi forması). 
  
Danışıqlardan  sonra  onların  məzmununu  yazılı 
surətdə  təsdiq  etmək  məqsədə  uyğundur,  məsələn 
protokol tərtib etmək və ya müqavilə bağlamaq. 
 
Danışıqların müvəffəqiyyətlə və ya nəticəsiz başa 
çatmasından  asılı  olmayaraq,  onun  yekunları  firmada 
müzakirə və təhlil olunmalıdır. 
 
Danışıqların  nəticələrini  təhlil  etmək  üçün 
aşağıdakı mövqelərdən istifadə etmək lazımdır. 
1.
 
Məqsədə nail olmaq 
2.
 
Mövcud  nəticələrə  nail  olmağın  səbəbləri, 
gələcək üçün nəticələr çıxarılması 
3.
 
Danışıqlara hazırlıq 
4.
 
Partnyora qarşı istiqamətlənmə 
5.
 
Danışıqlar nəticəsində fəaliyyət sərbəstliyi 
6.
 
Arqumentlərin səmərəliliyi (göstərdiyin hansı 
arqumentlər inandırıcı olub 
7.
 
Çatışmamazlıqlar. Qarşıya qoyulmuş məqsədlərə 
nail olunmadığı üçün hansı tədbirlər görülməlidir. 
8.
 
Gələcəkdə məsələlərin müvəffəqiyyətlə  həll 
edilməsi üçün təkliflər verilməsi. 
 
3.
 
Marketinq  –  bazar  münasibətlərinin  inkişafının 
qanunauyğun 
nəticəsidir. 
Bazar 
münasibətləri 
prinsiplərinin  Azərbaycan  təcrübəsinə  yeridilməsi  1990-
cı  illərin  əvvələrindən  başlayan  əmtəə  -  pul 
münasibətlərinin inkişafı ilə müşahidə olunur. 


 
39 
Mütəxəssislərin 
əsas  nəticəsi  ondan  ibarət 
olmuşdur  ki.  1990-cı  illərdə  Avropa  iqtisadiyyatında 
maddi istehsal dairəsinin xüsusi çəkisi, xidmət sferasının 
artımı  şəraitində  daimi  olaraq  aşağı  düşməkdə  davam 
etmişdir. 
Kommersiya  xidmətlərinin  inkişaf  etməsi  ilə 
Azərbaycan  iqtisadiyyatı  servis  xarakteri  daşımağa 
başlayır  ki,  bu  da  onu  tədricən  istehsalçıların 
iqtisadiyyatından  istehlakçıların  spesfik  tələblərinin  tam 
və dolğun ödənilməsi iqtisadiyyatına çevirir. 
Servis  xidmətlərinin  geniş  surətdə  göstərilməsi 
istehsal və tədavülün effektiv fəaliyyətinin son nəticəsini 
müəyyən 
edən 
əsas  amilə  çevrilir.  Bu  ölkə 
iqtisadiyyatında yeni mərhələdir və onun inkişafının daha 
mütərəqqi mərhələsinin başlanmasından xəbər verir. 
“Xidmət anlayışı”  ikili məna daşıyır: 
1.
 
Digərlərinə  fayda verən fəaliyyət. 
2.
 
Kiməsə təqdim olunan təsərrüfat rahatlıqları. 
Belə  söyləmək  olar  ki,  məhz  xidmətlər  müəyyən 
mənada  cəmiyyətin  inkişaf  səviyyəsini:  onun  məhsuldar 
qüvvələrini  və  mənəvi  vəziyyətini  özlərində  təcəssüm 
etdirir.  Buna  görə  də,  xidmətlərin  göstərilməsi  tədricən 
vasitəçi-kommersiya  fəaliyyətinin  müstəqil  bir  növünə 
çevrilir  və  bunları  da  istiqamətlərinə  görə  iki  böyük 
müstəqil  qrupa bölmək olar. 
1.
 
İstehsalat  istehlakına  yönəldilmiş  və  hüquqi 
şəxslərə  (sənaye  və  yaxud  digər  firmalar  və 
şirkətlər) göstərilən xidmətlər. 


 
40 
2.
 
Fərdi  son  istehlaka  yönəldilmiş  bir  qayda 
olaraq,  fiziki  şəxslərə  göstərilən  xidmətlər 
(əhaliyə). 
Bundan  belə  çıxır  ki,  xidmətlər  kommersiya 
obyektinə  çevrilir  və  kommersiya  firmasının  faydalı 
iqtisadi  fəaliyyətinin  nəticələrinə  təsir  göstərir. Xidmətin 
keyfiyyəti nə qədər yüksəkdirsə, göstərdiyi firmaya daha 
çox xeyir verir (gəlir gətirir). 
İSO  8402-86  standartına  əsasən  xidmətin 
keyfiyyəti  -    onun  xassələri  və  xarakteristikaları  ilə 
müəyyən  olunur  ki,  bunlar  da  xidmətlərə    müəyyən 
tələbatları ödəmək qabliyyətini göstərir. 
Xidmət 
kommersiyasının 
konsepsiyası 
– 
cəmiyyətin tələbatlarının maksimal ödənilməsi məqsədilə 
xidmət  marketinqindən,  kommersiya  logistikasından 
istifadə etməklə effektiv alqı-satqı prosesinin təşkili üçün 
yüksək 
keyfiyyətli 
vahid 
istehsal, 
kommersiya, 
institusional 
və 
sosial 
xidmətlər 
kompleksinin 
yaradılmasını nəzərdə tutur. 
Müştərilərin  servis  xidməti  kommersiyasının  və 
eyni 
zamanda, 
iqtisadi 
cəhətdən 
əsaslandırılmış 
kommersiya  əlaqələrinin  geniş  inkişafı  topdansatış 
kommersiya  fəaliyyətinin  strukturuna  və  idarəetmə 
formalarına fəal təsir göstərir. 
Bu  da  xidmət  kommersiyasının  müasir  sosial 
cəhətdən istiqamətləndirilmiş bazarda inkişafının  bir sıra 
nəzərı əsaslarını şərtləndirir. 
Birincisi,  xidmətlərin  və  eyni  zamanda,  bütün 
xidmət  sferasının  infrastrukturalı  strukturunu  ayırmaq 
lazımdır.  Bu,  infrastrukturun,  iqtisadiyyatın  əsas 


 
41 
sahələrinin  və  qeyri-istehsal  sferasına  xidmət  göstərən 
təminedici  bir  sistem  kimi  mahiyyətindən  irəli  gəlir. 
Xidmət  kommersiyası  xidmət  sferasının  bir  sahəsi  kimi 
infrastrukturun  ən  vacib  elementlərindən  biri  olmaqla 
onun  tərkibinə  daxildir.  Bu  zaman  əhaliyə  göstərilən 
xidmətlər  sosial  infrastrukturunun  yerinə  yetirdiyi 
məsələlərin tərkibinə daxildir. 
İkincisi, 
müştərilərə 
göstərilən 
xidmətlərin 
müxtəlifliyi 
onların  dərindən  sistemləşdirilməsini, 
təsnifləşdirilməsini  və  tipləşdirilməsini    tələb  edir.  Bu 
tələb,  onların  sahəvi  və  məqsədli  istiqamətlənməsindən, 
tarifləşdirmənin 
şərtlərindən, 
qiymətyaranmadan, 
gəlirlilikdən  və  digər  əlamətlərdən  irəli  gəlir.  Dünya 
nəzəriyyəsi  və  təcrübəsində  bu  məsələlərin  həllinə 
müxtəlif  yanaşma  və  variantlar  mövcuddur.  Bu  cür 
təsnifləşdirmənin  variantlarından  biri  aşağıdakılardan 
ibarətdir: 
-
 
İstehsal və qeyri - istehsal xidmətlər
-
 
satışdan əvvəl və satışdan sonra xidmətlər; 
-
 
nəqliyyat və ekspedisiya – anbar xidmətləri
-
 
logistik xidmətləri; 
-
 
informasiya-kommersiya xidmətləri; 
-
 
marketinq xidmətləri və proqnozlar
-
 
reklam xidmətləri ; 
-
 
kassa-hesablaşma və digər bank xidmətləri
-
 
diller, broker və distribütor xidmətləri; 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə