PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə5/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   2   3   4   5   6   7   8   9   ...   76

 
19 
Kommersiya  fəaliyyətinin  effektiv  inkişafının 
dəyişməyən  şərtlərindən  biri  işgüzar  münasibətin 
subyektlərinin lazımi qədər iqtisadi sərbəstliyinin olması, 
xüsusi  kapitala  malik  olma,  maliyyə  imkanlarının 
bacarıqlı  idarə  edilməsi,  maksimal  mənfəətin  əldə 
edilməsi imkanlarından istifadə olunmasıdır. 
Bu  fəaliyyətin  vacib  prinsipi  bazarın  digər 
subyektlərinin  maraq  və  hərəkətlərinin  maksimal  tam 
nəzərə 
alınmasından  ibarətdir  ki,  bu  da  həm 
kommersantın  davranış  etikası  baxımından,  həm  də 
kommersiya sahəsində qarşıya qoyulan strateji məqsədlər 
baxımından  lazımdır.  Kommersiya  fəaliyyətinin  mühüm 
prinsipləri həm də aşağıdakılardan ibarətdir: 
-
 
Bazarda  iqtisadi  şəraitin  dəyişilməsi  nəzərə 
alınmaqla kommersiya qıvraqlığı; 
-
 
Kommersiya 
prioritetlərinin 
(üstünlüklərinin)  
ayrılması; 
-
 
Kommersiya  qərarlarının  qəbul  olunması  zamanı 
marketinq prinsiplərindən fəal istifadə edilməsi
-
 
Kommersiya  risklərini  qabaqcadan  görmək  və 
onların 
təsirinin 
nəticələrini 
qabaqcadan 
hesablamaq qabliyyəti; 
-
 
Ticarət  sövdələşmələri  üzrə  öhdəliklərin  yerinə 
yetirilməsi məsuliyyətinin qaldırılması. 
Müasir  kommersantın  aktual  vəzifəsi  sahibkarlıq 
fəaliyyətinin  şərəf  və  ləyaqətlə  həyata  keçirilməsindən 
ibarət  olmalıdır  ki,  bu  da  özündə  müxtəlif  mülkiyyət 
forması  müəssisələrinin  məhsullarının  tədricən  milli 
dövriyyəyə 
cəlb 
olunmasını, 
eyni 
zamanda, 
istehlakçıların 
tələblərinin 
maksimal 
ödənilməsi 
məqsədilə  qəbul  olunmuş  sifarişlərin  və  müqavilələrin 


 
20 
yerinə  yetirilməsinin  effektivliyinin  və  nəticəliliyinin 
artırılmasını, 
servis 
xidmətləri 
kompleksinin 
genişləndirilməsini cəmləşdirir. 
Kommersiya 
fəaliyyəti 
özündə 
bir 
çox 
istiqamətləri inteqrasiya edir: 
-
 
satışın 
həcmlərinin 
və 
onun 
təşkilinin 
planlaşdırılması,  yəni  onu  müəyyən  etmək 
vacibdir  ki,  nə  alınmalıdır,  kimdən  alınmalıdır, 
hansı  miqdarda  alınmalıdır,  hansı  qiymətə  və 
hansı vaxtda; 
-
 
mənfəətin  əldə  olunması  məqsədilə  alınmış 
malların yenidən satışının təşkili; 
-
 
ticarət  sövdələşmələri  üçün  mal  göndərənlər  və 
alıcılar  arasında  daha  əlverişli  tərəf  – 
müqabillərin axtarılıb tapılması; 
Kommersiya 
fəaliyyətində 
yerinə 
yetirilən 
əməliyyatlar  iki  növə  bölünür:  istehsal  və 
kommersiya əməliyyatları. 
İstehsal  əməliyyatı  -  yüklərin  bilavasitə  hərəkəti, 
onları  saxlanılması,  boşaldılması,  nəql  olunması,  çəkilib 
qablaşdırılması, yenidən sortlara ayrılması və s. ilə bağlı 
olan proseslərdən ibarətdir. 
Kommersiya  əməliyyatı  –  dəyər  formasının 
dəyişməsi,yəni  malların  alqı-  satqısı  ilə  bağlı  olan 
proseslərdir. Kommersiya əməliyyatlarına həm də ticarət 
mexanizminin  normal  fəaliyyətinə  imkan  yaradan 
proseslər,  yəni  bazar  tədqiqatlarının  təşkil  olunması, 
infrastrukturun, əsas rəqiblərin qiymətləndirilməsi, təsirli 
reklamın  formalaşdırılması  və  digər  çoxsaylı  prosesləri 
də  aid etmək lazımdır. 


 
21 
Kommersiya  fəaliyyətinin  bu  cür  əsas  prosesləri  ilə 
yanaşı,  əlavə  ticarət  və  istismar  xidmətlərinin  yerinə 
yetirilməsi  kimi  müştərilərin  alqı-satqı  prosesində 
maraqlarının  nəzərə  alınması  üçün  son  vaxtlar  üstünlük 
təşkil edən prosesləri də vacibdir. 
Məhz  satışdan  əvvəl,  satış  və  satışdan  sonrakı 
servisin  əlavə  xidmətləri  kommersiya  uğurlarının  əldə 
olunması üçün müəyyənedici rol oynayır. 
 
Vasitəçi  –  kommersiya  prosesinin  kontragentləri 
(tərəf-müqabilləri)  arasında  olan  və  mal,  xidmət, 
informasiya mübadiləsi  üçün onları bir-biri ilə çalışdıran 
hüquqi və yaxud fiziki şəxsdir. 
Kontragent  rolunda  bir  qayda  olaraq,  mal 
istehsalçıları, topdansatış və pərakəndə istehlakçılar çıxış 
edirlər. 
Vasitəçilik  fəaliyyəti  heç  də  həmişə  kommersiya 
əsasında  həyata  ke  keçirilmir,  çünki  çox  vaxt 
kommersant  olmur.  Lakin  vasitəçilərin  əsas  sinfi  –  iri 
topdansatış 
sahibkarlardan, 
agentlərdən, 
dillerlərdən,distribütorlardan  və  kommersiya  əsasında 
malların  istehsalından  tutmuş  son  istehlakçılara  qədər 
bütün  mərhələlərdə  maraqların  calaşdırılması  ilə  məşğul 
olan digər vasitəçilərdən ibarətdir. 
Lakin hər bir kommersant heç də  həmişə vasitəçi 
olmur. Çoxsaylı müəssisələr məhsul istehsal edərək  onu 
birbaşa öz anbarlarından  son istehlakçıya satırlar  və mal 
mübadiləsi  aktında  orta  vəziyyəti    tutmurlar.  Buna  görə 
də,  kommersiya  fəaliyyəti  –  daha  geniş  anlayış  olmaqla 
özündə  təkcə  ticarət  prosesi  deyil,  həm  də  kommersiya 
əldə edilmələrini, mal və xidmətlərin kommersiya satışını 
əks etdirir. 


 
22 
Vasitəçilik  iqtisadi,  təsərrüfatçılıqfəaliyyətinin 
növlərindən  biri  olmaqla,  biznesin  son  məhsuluna    - 
istehlakçılara  lazım  olan  mallara  və  xidmətlərə 
çevrilməsi  məqsədilə  müəyyən  resurslardan:  təbii,  əmək 
və istehsal vasitələrindən istifadə olunmasını tələb edir. 
Vasitəçilik  fəaliyyətinin  həyata  keçirilməsi  üçün 
müəyyən  şərait  və    amillər  lazımdır.  Bunlara,    birinci 
növbədə,  əsas  vəsaitlər  aiddir.  Torpaq  sahələri,  binalar, 
otaqlar,  yüklərin  saxlanılması  və  emalı  üçün  avadanlıq, 
malların nəqli üçün lazım olan müxtəlif nəqliyyat növləri 
və  s.  əsas  vasitələrdir.  Ofis  sahələri,  rabitə  vasitələri, 
kompyuter  texnikası  olmadan  vasitəçilik  fəaliyyətinin 
səmərəli qaydada həyata keçirmək mümkün  deyildir. 
Kommersiya 
vasitəçilik 
fəaliyyətinin 
vacib 
amillərindən  biri  başlanğıc  pul  kapitalının  mövcud 
olmasıdır  ki,  bu  da  əsas  və  dövriyyə  vəsaitlərinin 
alınması üçün lazımdır. 
Vasitəçilik  biznesinin  həyata  keçirilməsinin 
amillərinə  elmi  -  informasiya  resurslarını    da  əlavə 
etmək  lazımdır  ki,  indiki  zamanda  vasitəçilik  bunlarsız 
mümkün deyildi r. 
Vasitəçilik  əməliyyatının  həyata  keçirilməsində  
zaman  amilini  də  nəzərə  almaq  lazımdır.  Məlumdur  ki, 
vasitəçilik  əməliyyatlarının  sürətliliyi  onun  nəticəliliyinə 
və effektivliyinə həlledici təsir göstərə bilər. 
Deyilənlərdən  görünür  ki,  vasitəçilik  istehsal, 
ticarət, maliyyə sahibkarlığının vacib tərkib hissələrindən 
biridir,  yəni  o,  müxtəlif  formalara:  istehsal,  ticarət    və 
maliyyə-kredit  formalarına  malik  ola  bilər.  Spesifiklik 
onda  özünü  büruzə  verir  ki,  vasitəçi  heç  bir  məhsul 
istehsal  etmir,  birbaşa  satmır,  kreditlə  pul  vermir,  lakin 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə