PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə4/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   2   3   4   5   6   7   8   9   ...   76

 
15 
kommersant,  kommersiya  bankı,  kommersiya  direktoru, 
kommersiya 
məktəbi, 
kommersiya 
konsepsiyası, 
kommersiya  hesabı,  kommersiya  və  qeyri-  kommersiya 
müəssisəsi  və  digər  anlayışlar  eşidir  və  fəaliyyətimizdə 
istifadə  edirik.  Hələ  300  il  əvvəl  Rusiyada    I  Pyotr 
Kommersiya  Kollegiyası  yaratmış,  xarici  ticarət  və 
ticarət  gəmiçiliyinə  rəhbərliyi  ona  həvalə  etmişdir.  I 
Pyotrun  8 noyabr 1723- cü ildə verdiyi fərmanında belə 
bir  fikir  söylənilmişdir:  “Kommersiya  böyük  gəlir 
gətirəcəyinə görə onu genişləndirmək lazımdır.” 
Böyük 
rus 
alim-hüquqşünası 
və  müəllim 
S.E.Desniski 
(1743-1793) 
iqtisadiyyatı  “qarşılıqlı 
kommersiya”  adlandırmışdır.  Böyük  rus  mütəfəkkiri 
A.N.Radşevlə  işləmiş,  Kommesiya  Kollegiyasının  uzun 
müddət  katibi  olmuş  M.D.  Çulkov  7  cildlik  “Rusiya 
kommersiyasının  tarixi  təsviri”    adlı  fundamental 
kitabında  kommersiyaya  təkcə  ticarət  kimi  deyil, 
sənayenin,  ticarətin, nəqliyyat  və  rabitənin,  kredit və  pul 
dövriyyəsinin inkişafı və fəaliyyəti kimi baxmışdır. 
Bu gün yenidən xarici ölkələrin təcrübəsi əsasında 
bazar  iqtisadiyyatını  yaradarkən  və  onun  atributları  olan 
biznes,  menecment,  marketinqdən  istifadə  edilərkən, 
təəssüf  ki,  kommersiya  da  onun  əhəmiyyətini  vermir  və 
onun    geniş  imkanlarından    lazımi  səviyyədə  istifadə 
edilmir. Son zamanlarda  çox vaxt kommersiya anlayışını 
marketinq 
anlayışı 
ilə 
eyniləşdirirlər. 
Əlbətdə, 
kommersiya  da  marketinq  kimi  gəlir  əldə  etməyə 
yönəldilir.  Bu  cəhətdən,    əlbəttə  onlarda  oxşarlıq  ola 
bilər.  Çünki  gəlir  bütün  sahibkarlıq  fəaliyyətinin, 
biznesin 
son 
məqsədidir. 
Buna 
nail 
olmaqla, 
kommersiya, eləcə də marketinq bir-birindən fərqli rollar 
yerinə yetirir. Marketinq sahəsinin böyük alimi F.Kotlerə 
görə  marketinq  “tələbin  idarə  edilməsi”  kimi  qəbul 


 
16 
edilirdi. Kommersiya isə sahibkarlığın hər hansı formada  
olmasından  asılı  olmayaraq    başqa  vacib  rıçaqları  idarə 
edir.  Burada  məsələ  təkcə  alqı-satqı  aktının  təşkili  və 
texnologiyası  ilə  təsərrüfat  -maliyyə  məsələləri,  onun 
hüququ əsasları, qiymət siyasəti, kommersiya - müqavilə 
öhdəlikləri (lizinq, icarə, konsepsiya, faktorinq), daxili və 
beynəlxalq  sazişləri,  iş,  kommersiya  riski,  onun 
qiymətləndirilməsi, 
həyata 
keçirilməsi 
və 
digər 
məsələlərdir.  Buradan  belə  nəticəyə  gəlmək  olar  ki, 
sahibkarlığa  harada  pul  və  digər  hesablamalar  lazım 
gəlirsə,  qanuni  gəlir  əldə  etmək  imkanı  yaranırsa,  orada 
kommersiya  ortaya  çıxır.  Əgər  marketinq  “tələbin 
öyrənilməsi” kimi qəbul edilirsə, cəsarətlə kommersiyanı 
gəlirin idarə edilməsi adlandırmaq olar. Bəzən marketinqi 
bazarla eyniləşdirirlər. Əlbəttə, marketinq bazar olmadığı 
kimi, kommersiyanl da ticarət kimi qəbul etmək olmaz. 
Müasir 
iqtisadi 
ədəbiyyatda 
kommersiya, 
kommersiya  fəaliyyətinə  dair  çoxlu  fikirlər  mövcuddur. 
Bunların əksəriyyətində kommersiyaya alqı-satqı prosesi 
kimi  baxırlar.  Əlbəttə,  bu  fikirlə  razılaşmaq  olmaz.Prof. 
L.V.  Osipova  öz  dərsliyində  kommersiya  anlayışını 
aşağıdakı kimi təsəvvür edir: 
“Kommersiya  fəaliyyəti  iqtisadi  anlayış  kimi 
ticarətə  nisbətən  daha  genişdir,  çünki  ticarətin  əsasını 
kommersiya  təşkil  etsə  belə,  bütün  kommersiya 
fəaliyyətinə təkcə ticarət kimi baxıla bilməz.” 
Kommersiya  fəaliyyəti  sferasında  işləyən  hüquqi 
şəxslərin  çoxu  tədarük,  istehsal,  tikinti,  investisiya  və 
digər sahibkarlıq fəaliyyətinin gəlir əldə etmək üçün alqı-
satqı  prosesindən  istifadə  edirlər.  Müasir  kommersiya 
fəaliyyəti 
ixtisaslaşdırılmış  kommersiya  sistemləri 
vasitəsilə 
həyata 
keçirilir. 
Kommersiya 
sistemi 


 
17 
inteqrasiya olunmuş vahid bütöv bir sistem olub, özündə 
mal  və  xidmət  üzrə  istehsal-  kommersiya  anlayışını  və 
onun  iqtisadi,  hüquqi,  mədəni  və  inzibati  əsasını  əhatə 
edir.  Kommersiyanın  əsas  obyekti  kimi  alqı-satqının 
mövcud  olduğunu  nəzərə  alsaq,  burada  plana 
menecment,  sahibkarlıq,  dəqiq  hesablamalar,  pul 
münasibətləri  və  onun  hüquqi  əsası  çıxır  bunlar 
aşağıdakılardan ibarətdir
- maksimum gəlir əldə etməyə imkan verən mallar 
üzrə qiymətin müəyyən edilməsi
-  müqavilə  və  sazişlərin  bağlanması  və  həyata 
keçirilməsi; 
- mal göndərənlərlə iş; 
- mal alışının təşkili; 
- mal satışının təşkili; 
- fəaliyyətin nəticəsinin maliyyə- təsərrüfat təhlili
- banklarla iş; 
- birja, yarmarka və auksionlarla iş; 
- kommersiya riskinə dair hesablamalar
- faktorinq və lizinqin həyata keçirilməsi
- gömrük əməliyyatlarının həyata keçirilməsi. 
Bütün  bunları  nəzərə  alaraq,  prof.  V.A.Abçuka 
görə belə bir fikirə gəlmək olar ki, kommersiya alqı-satqı 
fəaliyyətinin təmin edilməsi sahəsi olub, hüquqi normalar 
əsasında 
maksimum 
gəlir 
əldə 
etmək 
üçün 
hesablaşmaların aparılması kimi dəyərləndirilir. 


 
18 
2.
 
Bir  çox  ölkələrin,  o  cümlədən  Azərbaycan 
iqtisadiyyatının  inkişaf  tarixi  göstərir  ki,  bazar 
mexanizmi  istehlakçıların  tələblərini  tam 
dərəcədə  nəzərə  ala  bilir  və  bu  mexanizm 
təsərrüfatçılıqda 
kökündən 
dəyişikliklərə 
məqsədyönlü təsir edə bilər. 
Kommersiya fəaliyyətinin son məqsədi – mənfəətin 
əldə  olunmasından  ibarətdir  ki,  bu  da  ancaq  alıcıların 
çoxsaylı  tələbatlarını  tam  həcmdə  və  keyfiyyətli 
ödənilməsi zamanı əldə edilə bilər. 
Kommersiya  fəaliyyəti    -cari  və  perspektiv 
dəyişiklikləri  nəzərə  almaqla  əhalinin  tələbatının    tam,  
keyfiyyətli    və  vaxtında  təmin  olunması  və  mənfəətin 
əldə  edilməsi  məqsədilə  alqı-satqı  proseslərinin  həyata 
keçirilməsinə yönəldilmiş mürəkkəb operativ-təşkilati bir 
sistemdir.  Bu,  elə  bir  fəaliyyətdir  ki,  kommersiya 
dövriyyəsinin 
bütün 
iştirakçılarına 
ticarət 
sövdələşmələrinin 
reallaşdırılmasının 
bütün 
mərhələlərində  qarşılıqlı  faydalılığı  nəzərə  almaqla    bir-
biri  ilə  uğurlu  əlaqədə  olmaq  imkanı  verir.  Məhz 
kommersiya  fəaliyyəti  istehsalın  səmərəli  inkişafına 
imkan  yaradır  və  onun  həcmlərinin  və  perspektiv 
istiqamətlərinin  formalaşmasına  öz  təsirini  göstərir.  O, 
daha çox dərəcədə sənaye firmasının iqtisadi vəziyyətini, 
bazarın  dəyişkən  hallarını  nəzərə  almaqla  onun 
kommersiya uğurunu müəyyən edir. 
Müasir  əmtəə  bazarında  kommersiya  fəaliyyəti 
özünün  ümumi  qeyri-sabitliyinə  və  böhran  vəziyyətinə 
baxmayaraq çox fəal inkişaf edir, bu da topdansatış, xırda 
topdansatış 
və  pərakəndə  ticarətdə  nəzərəçarpan 
dəyişmələr ilə təsdiqlənir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə