PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə6/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   2   3   4   5   6   7   8   9   ...   76

 
23 
bununla  belə  əməliyyatların  həyata  keçirilməsinə  fəal 
imkan yaradır. 
Vasitəçi  istehsalçılarla,  istehlakçılara  lazım  olan 
mal və xidmətlərinsahibləri ilə əlaqəyə girərkən onlardan 
malların  və  xidmətlərin  mövcudluğu  və  satış  şərtləri 
haqqında informasiya əldə edir. 
Satıcıdan  informasiya  əldə  etdikdən  sonra 
vasitəçi,  alıcıları  bu  barədə  məlumatlandırır  və  bu 
alıcıların  dairəsi  əvvəlcədən  daxil  olmuş  mal  və 
xidmətlərə olan ilkin sifarişlər əsasında formalaşdırılır. 
İnformasiya 
– 
kommersiya 
xidmətlərinin 
göstərilməsi  prosesində  vasitəçi  firma  əldə  olunmuş 
sifarişlərə  uyğun  olaraq  xidmət  göstərdiyi  müəssisə  və 
təşkilatları  kommersiya  məlumatı  ilə  təmin  edir  və  bu 
məlumatlarda,  ilk  növbədə,  məhsulun  alış  və  satışının 
təşkili üçün lazım olan informasiya, tələb olunan malların 
potensial istehsalçıları, onların istehsalat gücləri, malların 
qiymətləri, yükün çatdırılması üsulları barədə göstəricilər 
öz  əksini tapır. Mövcud   mal növünün konyunkturasının 
təhlilini  və  proqnozlarını,  qiymətləri,  malların  tələb 
olunan 
həcmlərini, 
onların  çeşidlərini,  rəqaqbət 
səviyyəsini  və  bazar  mexanizminin  vəziyyətini  əks 
etdirən    digər  əsas  göstəriciləri  özündə  cəmləşdirən 
marketinq informasiyasına tələbat daha çoxdur. 
Kommersiya fəaliyyətində daha çox xüsusi çəkiyə 
malik 
olan 
fəaliyyət 
komissiya 
razılıqlarının 
rəsmiləşdirilməsi  əsasında  həyata  keçirilən  kommersiya 
xidmətləridir. 
Əmtəə  bazarında  malın  sahibi  (komitent)  ticarət 
vasitəçisinə  (komisyonçuya)  mal  satmağı  və  yaxud  onu 
almaq  tapşırığını  verir.  Kommersiya  müqavilələrində 


 
24 
satış  şərtləri,  malın  qiyməti,  onun  daşınma  üsulları, 
tərəflərin vəzifələri öz əksini tapır. 
Vasitəçilik  fəaliyyətinin  böyük  bir  hissəsi, 
sifarişçilərin  ehtiyac  duyduğu  elmi  məsləhətlərin, 
müxtəlif  növ  metodiki  tövsiyələrin,  iqtisadi  və  texniki 
qərarların  hazırlanması,  yeni  firmaların  yaradılması, 
onların ləğv olunması, biznes planların, kadr hazırlığı və 
yenidən  hazırlığı  kimi  elmi  konsultativ  xidmətlərin 
göstərilməsi üzrə görülən işlərin payına düşür. 
 
Ədəbiyyat 
1.
 
Ağamalıyev  M.Q.  Kommersiya  fəaliyyətinin 
təşkili. Bakı, 2004. 
2.
 
Коммерческое  дело  М.  Экономика.  Учебник, 
1992. 
3.
 
İ.Ə.  Feyzullabəyli.  Biznes,  bazar,  ticarət, 
marketinq, plan nədir. Bakı. Azərnəşr, 1993. 
4.
 
Данилов  Е.Н.  НТВ  в  торговле:  социально  – 
экономические аспекты. М. «Знание», 1986. 
5.
 
Ələsgərov F.N. İstehlak malları bazarı: idarəetmə 
formaları və metodları. Bakı “Azərnəşr”, 1993. 
6.
 
Məmmədov  T.S.  Ələkbərov  Ə.Ə.,    Məmmədov 
M.Q.  Ərzaq  malları  ticarətinin  təşkili.    Bakı, 
“Maarif” , 1991. 
7.
 
İ.Ə.Feyzullabəyli.  Real  bazara  doğru.  Bakı, 
“Azərnəşr”, 1993. 
8.
 
K.P.Paşayev “Kommersiya fəaliyyətinin əsasları”  
Bakı -2010 
 
 
 
 


 
25 
MÖVZU 2. 
KOMMERSİYA  ƏLAQƏLƏRİNİN İNKİŞAFI 
 
Açar sözlər 
Kontrakt,  inteqrasiya,  tələb,  təklif,  xidmət,  sifariş, 
təhcizat, 
keyfiyyət, 
istehsal, 
mənfəət, 
məhsul, 
topdansatış,  firma,  kommersiya-vasitəçilik,  bazar,  təkrar 
istehsal,  koperasiya,  konsepsiya,  maddi  resurs,  kapital, 
xidmətlər,  mübadilə,  elektron  kommersiya,  işgüzar  
protokol,  bilərəkdən  yalan  reklamasiya,  sorğu,  risk, 
sifariş metodu və s. 
 
Mövzunun proqram sualları 
 
Kommersiya  əlaqələrinin  inkişafı.  Kommersiya 
əlaqələrinin  mahiyyəti  və  onların  formalaşması 
prinsipləri.  Kommersiya  fəaliyyətinin  əsasları.  Bazarda 
tələb  və  təklifin  formalaşması.  Kommersiya  funksiyaları 
və  onların  arasında  qarşılıqlı  əlaqə.  Kommersiya 
xidmətlərinin 
konsepsiyası, 
təsnifat 
əlamətləri.Topdansatış  ticarətin  təşkili  üzrə  kommersiya 
fəaliyyəti.  Pərakəndə  ticarətin  təşkili  üzrə  kommersiya 
fəaliyyəti.  Elektron  kommersiya.  Kommersiya  fəaliyyəti 
ticarət  biznesinin  əsas  fiquru  kimi.  Kommersantın  ən 
dəyərli  peşə  keyfiyyəti.  Peşəkar  tələblər  nöqteyi 
nəzərindən  kommersant  necə  olmalıdır.  Xarici  iqtisadi 
əlaqələrdə  kommersantın  rolu.Ticarət  biznesində  biliklər 
sferası.  Fərdi  tələblər  nöqteyi  nəzərindən  kommersant 
hansı xarakterik cəhətlərə malik olmalıdır.   
 


 
26 
Bilməli 
-
 
Kommersantın  düzgün  qarşılıqlı  surətdə  əlverişli 
olan müqavilələri bağlamaq bacarığını; 
-
 
Kommersiya  fəaliyyətinə  verilən  profesional  və 
şəxsi tələbləri
-
 
Sahibkar kommersantın etik kodeksi
-
 
Kommersiya  mədəniyyəti,  onun  daxili  və  xarici 
amillərini; 
-
 
Kommersiya mədəniyyətinin on əlamətlərini
-
 
Hər  bir  kommersantın  işgüzar  adamın  etketinə 
uyğun  olan  profesional  davranış  vərdişlərinə 
malik olmasını; 
-
 
Danışıq  və  təqdimetmə  qaydalarını,  işgüzar 
söhbətlərin 
aparılma 
qaydalarını, 
telefon 
danışıqları,  işgüzar  yazışma  qaydalarını,  işgüzar 
adamın  xarici  görünüşünə,  manerallarına  verilən 
tələbləri və s. 
-
 
Kommersantın  igüzar  danışıqlarının  təşkili  və 
aparılması üçün qəbul etdiyi qərarları; 
-
 
Danışıqların  tam  aydınlıq  və  qarşılıqlı  hörmətə 
əsaslanmalı olduğunu; 
-
 
Bilərəkdən 
aldatmaya, 
səlahiyyətdən 
sui 
istifadəyə,  kommersiyada  şübhəliliyə    yol 
verilməməsini; 
-
 
Kommersiya  işində  işgüzar  məktublar,  onlara 
verilən  tələbləri,  sorğu,  ofert,  reklamasiya 
məsələlərini; 
-
 
Reklamasiyanın mahiyyətini
-
 
Kommersiya riski və onun azaldılması üsullarını; 
-
 
Riskin  dərəcəsinin  müəyyən  edilməsi  üçün 
statistik  və  ekspert  metodlarından  istifadə 
olunmasını; 
-
 
Bazar  iqtisadiyyatı  şəraitində  riskin  azaldılması 
yollarını. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə