PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə16/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   12   13   14   15   16   17   18   19   ...   76

 
62 
4)İşgüzar danışıqların aparılması qaydaları hansı 
formada aparılır. 
5)Kommersiya işində  işgüzar məktubların rolu 
nədən ibarətdir. 
     6) Kommersanta verilən şəxsi tələblər hansılardır. 
     7)  Kommersanta verilən professional tələblərə 
nələr aid edilir. 
     8) Kommersantın etiketinə hansı xüsusiyyətlər 
daxildir. 
     9) Kommersantın etik kodeksi dedikdə nə başa 
düşülür. 
         10) İşgüzar danışıqların aparılması şəraitləri 
hansılardır. 
         11)  Kommersiya riskinin növlərinə nələr aid edilir. 
 
MÜHAZİRƏ MƏTİNLƏRİ  
KOMMERSİYA FƏALİYYƏTİNİN 
PİSXALOGİYASI VƏ ETİKASI 
 P L A N 
 1.Kommersiya etikası  
2. Kommersantın pisxoloji portreti . 
 
Kommersiya  etikası-  müasir  biznesin  mövcud  
ola 
bimədiyi 
elə 
bir  kateqoriyadır  ki,  onsuz 
kommersiyanın  nəhəng  potensialından  effektiv  istifadə 
etmək  qeyri-realdır.  Kommersiya  etikası  ictimai  həyatın 
əsas  məsələlərindən  birinə  çevrilmiş  anlayışdır  və  o, 
sahibkarlığın etika və mədəniyyəti adını almışdır. 
 
Kommersiya  etikası-  düzgünlüyə,  açıqlığa, 
verilmiş  sözə  sadiqliyə,  qüvvədə  olan  qanunvericiliyə 


 
63 
uyğun  olaraq,  bazarda  effektiv  fəaliyyət  göstərmək 
qabliyyətinə əsaslanan işgüzar etikadır. 
Bizim  ölkədə  hazırda  sahibkar  təbəqəsinin  fəal  şəkildə 
formalaşması  prosesi  gedir.  Sabiq  partiya-təsərrüfat 
rəhbərliyinin 
yerinə 
ənənə 
və 
avtoritetindən, 
düşüncələrində  ətalətdən  uzaq  olan  yeni  insanlar 
gəlmişdir. 
Məhz 
onlar 
iqtisadiyyat 
sferasında 
yenidənqurma  prosesində  ortaya  çıxan  yeni  imkanları 
reallaşdırmağa  başlamışlar.  Azərbaycan  sahibkarının 
sosial  portreti  ziddiyyətli,  çoxsimalı,  mürəkkəb  və 
çoxmənalıdır.  Bu  yeni  sinif  müxtəlif  sosial  təbəqələrdən 
formalaşmışdır:  əsas  etibarilə  “kölgə”  strukturlarında 
fəaliyyət göstərmiş keçmiş illərin sahibkarlarından; sosial 
konversiyanı  keçmiş  və  yeni  iqtisadi  məkanda  öz  yerini 
tapmış nomenklatur nümayəndələrindən; yaşları artıq 30-
dan  yuxarı  olan  və  öz  sənətlərində  layiqli  yer  tutmaq 
niyyətində olan istehsalçılar və ziyalılardan; hələ özlərinə 
sənət  seçə  bilməyən,  lakin  artıq  biznesin  əlifbasını 
öyrənmiş 
gənc 
insanlardan 
və 
s. 
Bu 
yeni 
azərbaycanlıların, demək olar ki, hamısı biznesin etika və 
mədəniyyətini  təsəvvürlərinə  belə  gətirmirlər.  Bir  çox 
yeni  yaranmış  biznesmenlər  nüfuzdan  çox,  öz  cibləri 
haqqında düşünürlər. Buna görə də öhdəliklərin vicdanla 
yerinə  yetirilməməsi,  partnyorun  maraqlarına  laqeydlik 
göstərilməsi, hətta səmimi olaraq onu aldatmağa çalışma 
halları da  olur. 
 
Eyni zamanda, özlərinin vicdanlı adını ən yüksək 
dəyər  hesab  etmiş,  bir  çox  Azərbaycan  tacirlərinin, 
sənayeçilərinin  və  sahibkarlarının  da  adını  çəkmək  olar. 
Sahibkarların  əksəriyyətinin  riayət  etdiyi  işin  həyata 
keçirilməsi  prinsiplərinə  istinad  etmək  olar.  Bunlar 
arasında aşağıdakıları qeyd etmək olar: 


 
64 
 
Hakimiyyətə    hörmət  et.  Hakimiyyət  işlərin 
effektiv  aparılması  üçün  zəruri  şərtdir.  Hər  şeydə  qayda 
olmalıdır.  Bununla  əlaqədar  olaraq,  hakimiyyətin 
qanuniləşdirilmiş 
dərinliklərindəki 
qayda-qanun 
gözətçilərinə hörmət  bəslə.   
Vicdanlı  və  ədalətli  ol.    Vicdanlılıq  və  ədalətlilik 
sahibkarlığın  özülü,  halal  mənfəətin  və  işlərdə  ahəngdar 
münasibətin  ilkin  şərtidir.  Azərbaycan  sahibkarları 
vicdanlılıq və ədalətlilik daşıyıcısı olmağa borcludur. 
 
Xüsusi  mülkiyyət  hüququna  hörmət  et.  Azad 
sahibkarlıq dövlətin əmin –amanlığının əsasıdır. Sahibkar 
alnında  tər  öz  Vətəninin  şərəfinə  zəhmət  şəkməyə 
borcludur.  Belə  həvəsi  yalnız  xüsusi  mülkiyyətə  dəstək 
verməklə təzahür etdirmək olar. 
 
İnsanı  sev  və  hörmət  et.  Sahibkarlıq  tərəfindən 
zəhmətkeşi sevmək və ona hörmət bəsləmək özünə qarşı 
sevgi  və  hörmət  hissi  yaradır.  Belə  şəraitdə  maraqların 
ahəngdarlığı  yaranır,  bu  isə  insanlarda  ən  rəngarəng 
qabliyyətlərin  inkişafı  üçün  şərait  formalaşdırır,  onları 
özlərini bütün parlaqlıqları ilə əks etdirməyə sövq edir. 
 
Sözünə  sadiq  qal. İşgüzar insan öz sözünə sadiq 
qalmalıdır:  “Bir dəfə yalan danışsan, kim sənə inanacaq” 
İşdə  uğur  çox  zaman  ətrafdakı  insanların  sənə  nə 
dərəcədə  etibar  etməsində  asılıdır.  İşgüzar  insanın  sözü 
möhürlü  dövlət  kağızından  ölçüyə  gəlməyəcək  dərəcədə 
yüksək qiymətləndirilməlidir. 
 
Öz vəsaitinlə yaşa.  Öz gücünə görə iş götür. Hər 
zaman  öz  imkanlarını  qiymətləndir.  Öz  vəsaitlərini 
nəzərə alaraq fəaliyyət göstər. 


 
65 
 
Məqsədyönlü  ol.  Hər  zaman  qarşına  aydın 
məqsəd  qoy.  Arzuna  çatmaq  yolunda  qəbul  olunmuş 
sərhəddi  aşma.  Heç  bir  məqsəd  mənəvi  dəyərləri  kölgə 
altına ala bilməz. 
 
Belə  bir  qanunauyğunluq    mövcuddur:  xalqın 
təhsil və mədəni səviyyəsi nə qədər yuxarıdırsa, bu və ya 
digər  cəmiyyət  sivil  iqtisadiyyat  cığırı  ilə  nə  qədər 
yüksəyə  qalxırsa,  onun  daxilində  insanlarla  münasibətdə 
vicdansızlıq və ədalətsizlik elementləri də bir o qədər az  
olur.  Ölkə  nə  qədər  zəngindirsə,  “oğurlanmaq”, 
“aldatmaq”    tipli  anlayışlar  da  bir  o  qədər  utandırıcı  və 
mənəviyyatdan  kənar  hesab  olunur.  Azərbaycanda 
iqtisadi  pozğunluqlar  və  aldanışların  hazırkı  parlaqlığı, 
hər  şeydən  əvvəl,  ölkədə  yaranmış  şəraitlə  izah  olunur: 
qanunverici  bazanın  zidiyyətliliyi  və  aşkarcasına 
kifayətsizliliyi, hakimiyyət strukturları tərəfindən bir çox 
idarəetmə 
rıçaqlarının  itirilməsi,  ödənişlərdə  və 
əməkhaqqının ödənilməsindəki gecikmələr, habelə bazar 
münasibətlərinin  həqiqi  mədəniyyətini  və  sivil  bazar 
qanunlarını bilməmək ilə izah olunur. 
 
Xarici  işgüzar  dairələrdə  belə  hesab  edirlər  ki, 
Azərbaycanda  işgüzar  davranış  üslubu  vacib  olmamaq, 
səliqəsizlik,  sözünün  üstündə  durmamaq  vərdişinin 
olmaması  və  yerli  sahibkarların  xarici  partnyorlardan 
şəxsən özü üçün həmişə nə isə almağa  çalışmaq istəyilə 
fərqlənir.  Bizim  yeni  yaranan  işgüzar  aləmin  hətta  ən 
yaxşı 
nümayəndələri 
belə 
potensial 
xarici 
nümayəndələrlə təmaslarda uduzurlar, ona görə ki. onlar, 
sadəcə olaraq, özlərini apara bilmirlər. Əvvəlki dövrlərdə 
xarici  sahibkarlar  öz  sovet  partnyorlarının  kobudluğuna 
göz  yumurdular,  çünki  onlar  özbaşına  deyil,  hətta  ən 
faydasız  müqavilələrin  yerinə  yetirilməməsinə  zəmanət 
verən  imperiyanın  səlahiyyətli  nümayəndələri  kimi  çıxış 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə