PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə76/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   68   69   70   71   72   73   74   75   76

 
305 
32.
 
Qerçıkova  İ.Q.  Marketinq  və  beynəlxalq 
kommersiya  işi.  M.  Xarici  ticarət  nəşriyyatı. 
1991. 
33.
 
İ.Ə.  Feyzullabəyli,  E.İ.İbişov,  H.A.  İsrafilov. 
Beynəlxalq ticarət işi. Bakı, 2001.  
34.
 
A.Bordevin. Lizinq və vergi hüququ. M., 1990. 
35.
 
 K.K 
Səmərəli 
ticarətin 
metodları. 
M., 
İqtisadiyyat, 1997. 
36.
 
S.H. Məmmədov. Maliyyə. Bakı, 1999. 
37.
 
Azərbaycan  Respublikası  gömrük  məcəlləsi. 
Bakı, 2003. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
306 
KOMMERSİYA ÜZRƏ LÜĞƏT 
VƏ TERMİNLƏR 
 
-A- 
Aviza                    Qarşılıqlı hesabda baş  verən dəyişikliklər                  
haqqında xəbərdarlıq 
Avuar                Xarici banklarda saxlanılan vəsait 
Aksiz                Malın  qiymətinə  daxil  edilən  və  alıcı    
tərəfindən ödənilən dolayı vergi 
Aksiya              Səhmdar  cəmiyyət  tərəfindən  verilən  
qiymətli kağız 
Arbitraj               Bir mənası təsərrüfat məhkəməsi 
Assosiasiya 
Müəyyən 
prinsiplər 
əsasında              
müəssisələrin birləşməsi 
Audit                      Formasından  asılı  olmayaraq   
müəssisələrdə aparılan yoxlama təftişi 
Auksion         Hərrac, açıq şəkildə satış 
Agent             Hüquqi və ya fiziki şəxs olub, başqa şəxsin 
hesabına  və  onun  maraqları  çərçivəsində  vasitəçi  kimi 
çıxış  edir.  Agent  eləcə  də  imza  etmək  hüquqi  olmadan 
sazişlərin hazırlanmasını həyata keçirir. Bir qayda olaraq 
agent öz fəaliyyətini tapşırıq verən şəxs və agent arasında 
razılaşdırılmış haqq hesabına həyata keçirir. 
Antiinhisar  qanunçuluğu              Bazar    iqtisadiyyatı 
ölkələrdə,  rəqabət  mühitinin  mühafizə  edilməsi  üçün, 
inhisarçılığın  və  haqsız  rəqabətin  qarşısını  alan  hüquqi 
aktlar kompleksidir. 


 
307 
-
 
B- 
 
Balans       Müəssisənin aktiv və passivi arasında nisbəti 
pul vasitəsilə göstərən sənəd    
Bartet  saziş        Məhsul  mübadiləsinin  pulsuz  həyata 
keçirildiyi  ticarət  sövdələşməsi  növü.  Bu  zaman  ödəniş 
mal  formasında  həyata  keçirilir.  Bu  növ  sövdələşmədə 
tərəflər arasında ya mübadilə olunacaq eyni tipli malların 
miqdarı  göstərilir,  yaxud  da  onların  qarşılıqlı  dəyərləri 
razılaşdırılır. 
Bazis qiyməti     Danışıq yolu ilə alıcı və satıcı arasında 
iri partiyualarla mal alışı üzrə razılaşdırılan qiymət 
Biznes            1)  Gəlir  gətirən  təsərrüfat  subyekti  növü;          
2)  müəyyən  risk  nəticəsində  mənfəət  gətirən  iqtisadi 
fəaliyyət 
Biznes  plan        Nəzərdə  tutulmuş  layihənin 
əsaslandırılmasında lazım olan investisiyaların, potensial 
tərəfdaşların  və  yüksək  ixtisaslı  mütəxəssislərin  cəlb 
edilməsi  nəticəsində  problemlərin  əsas  həlli  yolları  əks 
olunan sənəd. 
Bazar qiyməti     Bazarda satılanmalların dəyərinin pulla 
ifadəsi. 
Bu 
qiymət 
birbaşa  bazarın  konyuktur 
vəziyyətindən asılıdır. 
Bazar  infrastrukturu      Əmtəə  iqtisadiyyatının  zəruri 
atributu,  özündə  təsərrüfatın  bir  sıra,  eləcə  də  qeyri-
istehsal  sahə  və  sfera  kompleksini  birləşdirib,  bazar 
şəraitində  təkrar  istehsal  prosesinin  təmin  edilməsinə 
şərait yaradır 


 
308 
Bazarın  konyukturu        Müəyyən  bir  dövr  mallara, 
xidmətə  və  digər  işlərə  tələblə-təklifin  nisbətini 
xarakterizə edən bazar vəziyyəti 
Beynəlxalq  ticarət  razılaşmaları      Razılaşdırılmış 
miqdarda  mal  vahidlərinin  alışı  və  satışı  və  ya  tərəflərin 
razılığına  əsasən  göstərilən  xidmətlərə  görə  müxtəlif 
ölkələrdə  yerləşən  iki  və  ya  daha  çox  hüquqi  tərəflər 
arasında  bağlanmış  müqavilə,  saziş  və  ya  ticarət 
razılaşması 
-D- 
Debet              Müəssisənin  digər  müəssisəyə  borcu,  xərc 
Deklarasiya   Dövlət qurumlarına təqdim edilən, özündə 
müəyyən göstəriciləri əks etdirən sənəd 
Dempinq          Rəqibə  qarşı  yönəldilmiş  süni  surətdə 
qiymətin aşağı salınması 
Denominasiya     Pul vahidində baş verən dəyişikliklərin 
möhkəmlənməsi 
Depozit                Pulun  banka  saxlanılmaq  üçün  şəxs 
tərəfindən verilməsi 
Denososiya          Hər  bir  müqavilənin  pozulması  haqda 
rəsmi xəbərdarlıq 
Dəllal                Öz  hesabına  və  öz  adından  vasitəçilik 
funksiyasını  həyata  keçirən  sahibkar,  daha  çox  kiçik 
topdansatış, pərakəndə və birja ticarətində rast gəlinir 
Dividend     Səhmdarların səhmlərdən aldığı gəlir 
Devalvasiya    Digər ölkələrin valyutasına nisbətən milli 
valyuta 


 
309 
Dezevuarsiya        Fəaliyyətinə  razılıq  verilmiş  şəxsin 
fəaliyyəti  ilə  razılaşma  və  ya  həmin  şəxsin  fəaliyyət 
hüququndan mərhum edilməsi 
Diler      Öz hesabına və öz adından ticarət vasitəçiliyini  
həyata  keçirən  hüquqi  və  ya  fiziki  şəxs.  Malların    satış 
sistemində  diller  öz  fəaliyyəti  ilə  sonuncu  alıcıya 
maksimum yaxın olur 
Distibütor    Malların son istehlakçıya satmaq məqsədilə 
alan  müstəqil    topdansatış  vasitəçisidir.  Distibütor  ilə 
onun sifarişçisi arasında münasibətlər  müqavilə əsasında 
qurulur. 
Dövlət  tənzimlənməsi          Bu  və  ya  digər  iqtisadi 
proseslərin  təmin  edilməsi  və  qorunması,  onların 
dəyişməsi  üçün  dövlətin  iqtisadi  metodlar  sistemi 
vasitəsilə təsir forması 
-E- 
 Embarqo    Ölkəyə  mal  ixracı  və  idxalına  qoyulan 
qadağa 
Emissiya      Pul və qiymətli kağız buraxılışı 
-F- 
Faks (telefaks)     Təsvirin (mətnin) məsafəyə ötürülməsi 
Faktorinq            Maliyyə  kommersiya  xidməti,  bank 
istehsal  edilən  malın  dəyərini  qabaqcadan  ödənilib, 
mallar alıcıya daxil olarkən alıcıdan pulun alınması  
Fond  birjası            Əvvəlcədən  müəyyənləşdirilmiş 
qaydalara  əsasən  müntəzəm  olaraq  qiymətli  kağızlarla 
ticarətin  təşkili  formasıdır.  Bir  qayda  olaraq  onun 


 
310 
fəaliyyəti 
iqtisadiyyata 
uzunmüddətli 
investisiya 
qoyuluşlarının  və  hökümətin  digər  proqramlarını 
müəyyənləşdirmək üçün vəsaitlərini səfərbər edir. 
Fors-major        Sazişin  yerinə  yetirilməsinə  imkan 
verməyən şərait 
Fuçers        İcra müddəti müəyyən olunmuş kontrakt 
Fraxt                    Nəqliyyat  sahibinə  yükün  və  ya  sərnişin 
daşımaq üçün ödənilən haqq 
Firma              Xidmət  və  məhsul  istehsalı  ilə  məşğul  olan  
təşkilat 
-G- 
Gömrük  deklarasiyası            Malların  idxal  və  ixracı 
zamanı  gömrük  rəsmi  sənədləşdirilməsi  üçün  yük 
sərəncamının yazılı müraciəti 
- H- 
Hedjinq              Fyuçers  birjalarında  qiymətlərin  
xoşagəlməz    dəyişikliklərindən  sığorta  olunması 
məqsədilə aparılan əməliyyatlara deyilir.   
-X- 
Xayrinq                Lizinq  formasında  əmlakın  ortamüddətli 
icazəsi 
Xəzinə bileti       Kağız pul 
 
 


 
311 
-İ- 
İdxal  
Xaricdə istehsal olunmuş malların ölkəyə 
gətirilməsi. 
İxrac     
Ölkədə  istehsal  olunmuş  malların  hər 
hansı  ölkə  hüdudlarına  çıxarılması.  İxraca  BMT-nin 
humanitar  kömək  xətti  aparılan,  yarmarkalara,  sərgilərə 
aparılan  malların  ayrı-ayrı  ölkələrin  ərazisindən  tranziti 
aid edilmir. 
İmic 
Müsbət obraz 
İxrac razılaşmaları      Xarici kontragentin mülkiyyətinə 
keçən  ixracatçı  ölkədə  istehsal  olunmuş  malların  və  ya 
xidmətlərin  xaricə  aparılması  və  orada  satılması  ilə 
əlaqədar olan kommersiya fəaliyyəti. 
İnvestisiya                Sərmayə,  gəlir  əldə  etmək  məqsədilə 
vəsait qoyuluşu 
İndeksasiya              Müəyyən  dəyişikliklərlə  bağlı  olaraq 
banka qoyulmuş pul vəsaitlərində baş verən dəyişikliklər 
İnnovasiya            Yeniliklər  əldə  edilməsi  üçün  vəsait 
qoyuluşu 
İnflasiya       Pulun dəyərinin itməsi 
İcarə              Müxtəlif əmlak obyektlərinin müvəqqəti 
istifadə  üçün  müəyyən  ödənişlə  müqavilə  əsasında 
təqdim  olunması  və  ya  qəbul  edilməsidir.  Alqı-satqı 
müqaviləsindən  fərqli  olaraq  icarə  verənin  mülkiyyət 
hüququnu  saxlayır,  icarəçiyə  isə  ancaq  ondan  istifadə 
etmək  hüququ  verir.  İcarə  müddəti  başa  çatdıqda  icarəçi 
əmlakı ala bilər. 


 
312 
İcarə  haqqı              Ticarət  obyektinin  və  ya  əmlakından 
istifadə  etməyə  görə  müqavilə şərtlərinə  əsasən  ödənilən 
haqq. İcarə müqaviləsində həmçinin amortizasiya, büdcə 
və  sığorta  ayırmaları,  eləcə  də  icarəyə  verənin  müvafiq 
mənfəəti də nəzərə alınır   
İpoteka      Mülk,torpaq üçün qoyulan borc 
İnjenirinq        Sazişə uyğun kommersiya əsasında yerinə 
yetirilən mühəndis – məsləhət xidməti 
İnkasso     Satıcıdan alınmış sənədə uyğun olaraq bankda 
alıcının hesabından pul silinməsi 
İnfrastruktur        İctimai  istehsalı  təmin  edən  sahələr: 
rabitə,  nəqliyyat, səhiyyə, yollar, təhsil  
İstehlak  səbəti            Müəyyən  qrup  üçün  müxtəlif 
regionlarda nəzərdə tutulan seçmə istehlak mal qrupu 
-
 
K- 
Klirinq          Qarşılıqlı  tələblərin  və  öhdəliklərin  nəzərə 
alınmasına əsaslanan nəğdsiz hesablaşma sistemidir 
Komitent 
 
 
 
Kommision  razılaşmaya  əsasən 
kommissionerə  bazarda  əmtəənin  alışını,  satışını  və  ya 
dəyişilməsini həyata keçirmək icazəsini verən hüquqi  və 
fiziki  şəxs.  Komintent  əmtəənin  sahibi  olmaqla 
komissionerə mülkiyyət hüququ vermir, yalnız göstərdiyi 
xidmətə görə ona komission haqq ödəyir 
Kommersiya aktı      Dəmiryol nəqliyyatı orqanlarından 
mal  partiyasının  qəbulu  zamanı  faktiki  miqdar  göstərişi 
ilə  sənəddəki  göstəricilər  arasında  uyğunsuzluq  aşkar 
edildiyi  halda,  həmin  orqanın  nümayəndəsi  ilə  birlikdə 
tərtib olunan sənəd 


 
313 
Kommersiya  riski          Maddi  ziyan,  itki  verə  biləcək 
situasiya.  Kommersiya  fəaliyyətində  bir  qatda  olaraq 
kommersiya  riskinin  haqsız  tərəfdaşlardan,  fors  –  major 
vəziyyətdən və s. sığortası həyata keçirilir. 
Kommunikabellik        İnsanlarla  lazımi  əlaqələr, 
kontraktlar yaratmaq və davam etdirmək bacarığı 
Kommunikasiya  sistemi          Bazar  iştirakçılarının 
məlumatların  yığılması,  hazırlanması  və  bölüşdürülməsi 
əməliyyatların  məcmuunu,  eləcə  də  bilavasitə  bazar 
subyektləri 
arasında 
şəxslərarası 
münasibətlərin 
qurulması 
əməliyyatlarını 
özündə 
birləşdirən 
kommunikasiya kompleks fəaliyyəti 
Kommivoyaj      Səyyar agent 
Konsaltinq          Məsləhət vermə fəaliyyəti 
Konsament     Malın daşınması üçün qəbul edilən sənəd 
Kontragent      Müqaviləyə uyğun məsuliyyəti öz üzərinə 
götürən şəxs 
Kontrakt       Mal alışı, satışı və xidmətlər üzrə bağlanan 
müqavilə saziş 
Konsern     Müxtəlif növ müəssisələri özündə birləşdirən 
birlik 
-Q- 
Qudvil          Müəssisənin  dəyəri  müəyyən  edilə  bilməyən 
kapitalı (işgüzar tərəflərlə münasibət və s.) 
 
 


 
314 
-L- 
Laq     Müəyyən hadisələrin vaxt çərçivəsində artması və 
ya azalması 
Lizinq    İstehsal formalarının icarə forması 
Lizinq  razılaşmaları    Üçtərəfli  razılaşma  olub, 
özlüyündə  lizinq  firmasının  istehsalçıdan  müştərinin 
sifarişi  əsasında  əmlak  almaq  və  sonuncuya  icarəyə 
vermək proseslərini ehtiva edir 
Lisenziya        Müəyyən fəaliyyəti həyata keçirmək üçün 
verilən icazə 
Likvidlik          Kommersiya strukturlarının aktivlərinin öz 
borc  öhdəliklərini  bağlamaq  üçün  tez  bir  zamanda  pul 
vəsaitlərinə  çevrilmə  imkanıdır.  Likvidlik  firmanın 
ödəmə qabiliyyətini göstərir 
Logistika        Maddi,  energetik  informasiya,  əmək 
resurslarının idarə edilməsi haqqında elm 
-M- 
Makroiqtisadiyyat    Ölkənin vahid iqtisadiyyatı 
Marja     Göstəricilər arasında fərq 
Materialtutumu    Hər istehsal vahidinə xərclərin nisbəti 
Monitorinq          Vəziyyətə,  fəaliyyətə  nəzarət,  müşahidə 
etmək 
Mikroiqtisadiyyat    İqtisadiyyatın ayrı-ayrı elementləri, 
məs. müəssisənin iqtisadiyyatı 


 
315 
Mal  ehtiyatları        Məhsulların  satış  prosesinin 
fasiləsizliyini təmin etmək üçün istehsalçılarda və ticarət 
təşkilatlarında  olan  hazır  məhsul  ehtiyatları.  Bazar 
şəraitində  mal  ehtiyatının  rolu  və  həcmi  müəssisənin 
alıcılara göstərdikləri xidmətin və malların göndərilməsi, 
firma  ticarəti  və  lizinqdən  istifadə  səviyyəsindən  asılı 
olaraq artır 
Menecer            Bazar  iqtisadiyyatı  şəraitində  müəssisəni 
idarə edən 
Monetarizm    İqtisadiyyatı idarə etmək üçün dövlət pul 
vasitələrindən istifadə 
-N- 
Nou-Xau      İntelektual mülkiyyət 
Nümunə        Alqı-satqı  müqavilələrinin  bağlanması 
zamanı,  eləcə  də  malın  rəqabət  qabiliyyətinin 
hesablanması  zamanı  əmtəənin  keyfiyyətini  müəyyən 
etmək üçün etalon. Yeni malların seriyalı buraxılışı üçün 
bazar sınaqlarının aparılması üçün də nümunədən istifadə 
olunur 
-O- 
Ödəmə valyutası    Əmtəə üçün hesablaşma valyutasıdır 
Oferta      Satıcının  müəyyən  şərtlər  daxilində  malların 
satışı barədə mümkün alıcıya göndərdiyi yazılı təklifdir 
Overdraft     Bankda kreditin qaldırılması 
Opsion       Müəyyən güzəştlər nəzərdə tutan saziş 
 


 
316 
-Ö- 
Özəlləşdirmə        Dövlətsizləşdirmə,  dövlət  və  bələdiyyə 
mülkiyyətinin şəxsə verilməsi 
-P- 
 
Pablik-rileyşnz 
      Əlverişli  ictimai  fikirlərin 
formalaşdırılması.    Bu,  geniş  ictimai  təbəqə  ilə 
reklamverən  –  təşkilatlar  arasında  yaradılması  üçün 
aparılan kompleks tədbirlərdir 
 
Patent        Dövlət  tərəfindən  hüquqi  və  ya  şəxsiə  verilən  
və  istisna  olaraq  ona  müəyyən  vaxt  ərzində  ixtiradan 
istifadə etmək hüququnu tanıyan sənəddir 
Pay      Hissə 
Pablisiti      Reklam təbliğat kompaniyası 
Paritet      Tərəflərin bərabərliyi 
Penya            Dəbbə  pul  formasıdır;  borclu  tərəf  öhdəliyi 
müəyyən  edilmiş  müddətdə  yerinə  yetirmədikdə  verir, 
hər bir gecikdirilən gün üçün ödəniş müəyyən edilir 
 
-R- 
 
Rantye      Renta ilə yaşayan şəxs 
Refalvasiya        Milli  bankda  kursun  artması.   
Devalvasiya əksi 
Reytinq              Müəyyən  edilmiş  ölçü  vahidinə  uyğun 
olaraq hadisələr və ya şəxsə verilən subyektiv qiymət 
Reklamasiya            Malın  keyfiyyətinə  görə  alıcının 
satıcıya yönəldilmiş iddiası 
Reket          Qorxutmaq  və  ya  zor  tətbiq  etməklə  vəsaitin 
əldə edilməsi 
Restrikasiya       Qiymətlərin saxlanması məqsədilə mal 
istehsalının azaldılması 


 
317 
Risk        Maliyyə və maddi itgilərin baş verə biləcəyi 
hallar 
 
-S- 
 
Saldo     Kredit və debet, mədaxil və məxaric arasındakı 
fərq (qalıq) 
Sanasiya      Müəssisənin maliyyə -təsərrüfat vəziyyətini 
yaxşılaşdıran, müflis olmaqdan qoruyan tədbirlər 
Sapasiya          Müəssisənin  maliyyə  vəziyyətini 
yaxşılaşdırmaq, 
müflisləşmənin 
qarşısını 
almaq 
məqsədilə keçirilən tədbirlərdir 
Sekvestr              Hər  hansı  mülkiyyət  növündən  istifadə 
etməyi dövlət tərəfindən qoyulan qadağa 
Sertifikat     Mülkiyyətdən istifadə hüququ haqda sənəd, 
malın keyfiyyət nişanı haqda sənəd 
Sindikat      Birlik 
Spesifikasiya      Göndərilən malların siyahısı 
Subsidiya       Pul şəklində kömək 
Ssuda            Kredit 
 
-T- 
 
Tarif         Xidmətə görə ödənilən pul, qiymət növü 
Tender      Qapalı auksion (hərrac) 
Tədavül  xərcləri            Malların  tədavülü  ilə  əlaqədar 
malların  daşınması,  binaların,  qurğuların  və  nəqliyyat 
vasitələrinin  saxlanması,  anbar  və  idarə  personalının 
əməyin  ödənilməsinə,  kredit  faizləri  və  s.  xərcləri 
birləşdirən ictimai xərclərin məcmuusudur   
Trast          Maliyyə  və  təsərrüfat  işlərinin  həyata 
keçirilməsi üçün verilən etibarnamə      
Ticarət brokeri    Ticarət brokeri olub, mümkün alıcılar 
və satıcılar arasında  əlaqələr  yaratmağı  təmin edir. Alqı-


 
318 
satqı  müqavilələrində    müstəqil  tərəf  kimi  çıxış  etmir. 
Ticarət  brokeri  öz  müştərisinin  tapşırığına  müvafiq 
birdəfə  və  dəqiq  iş  görür  və  bunun  müqabilində 
bağlanmış  müqavilələrin  məbləğini  1-5%  -i  həcmində 
broker komisionunu alır 
Topdanticarət          Müxtəlif  növ  malların  iri  partiyalarla 
alışı və satışı zamanı müstəqil tərəfdaş seçmək şəraitində 
kontragentlər 
arasında  iqtisadi,  təşkilati,  hüquqi 
münasibətlərin məcmuusu 
 
-V- 
 
Valyuta            Beynəlxalq  maliyyə  təşkilatları  tərəfindən 
istifadə olunan bu və ya digər ölkənin pul vahidi 
Veksel          Müəyyən  edilmiş  məbləği  müəyyən  edilmiş 
vaxtda ödəmək şərtilə istifadə edilən qiymətli kağız 
Vergi            Qanunvericiliyə  uyğun  olaraq  fəaliyyətə  görə 
mütləq ödənilən vəsait 
Vençur  müəssisə        Risklə  bağlı  olan  texniki  yenliyə 
yönəldilmiş müəssisə 
 
-Y- 
 
Yarmarka     Dövrü fəaliyyət göstərən maşın, avadanlıq, 
nəqliyyat  vasitələri  və  s.  mallar  bazarı.  Yarmarkaların 
keçirilməsi 
qrafik 
əsasında 
həyata 
keçirilir. 
Yarmarkaların  təşkili  və  keçirilməsi  üçün  geniş 
infrastrukturlar; 
mehmanxanalar, 
nəqliyyat, 
telekommunikasiyalar, rabitə vasitələri  və s. yaradılır 
 
 
 
 
 
 


 
319 
 
Püstə Oruc qızı Fərhadi 
 
«KOMMERSİYA  FƏALİYYƏTİNİN  ƏSASLARI»  (metodik 
vəsait) – Bakı Biznes Universitetinin nəşri, Səh 318 
 
 
 
Korrektor və texniki redaktoru: Günay Fərhadi 
Kompüter tərtibatı: Günay Kərimova 
Çapa məsul: Tofiq Məmmədov 
 
 
 
 
Yığılmağa verilmişdir: 05.05.2012 
Çapa imzalanmışdır:  20.06.2012 
Kağız formatı:60*90 1/16 
 
 
 
Həcmi:19.25 
Sayı: 500  
 
Bakı Biznes Universitetinin mətbəəsində çap edilmişdir. 
A.
 
370122  Bakı, Zərdabi prosp.,88
a
 
Tel: (012) 431 – 91 – 18 
Faks: (012) 430 – 07 – 80 
E-mail: info@bbu-edu.az 
 

Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə