Marketinqin idarə edilməsi prosesi Marketinqin idarə edilməsinin təşkilati strukturu Marketinqin idarə edilməsi prosesi



Yüklə 178 Kb.
səhifə1/4
tarix15.04.2022
ölçüsü178 Kb.
#85464
  1   2   3   4
M-vzu-25


MÖVZU 2. MARKETİNQİN İDARƏ EDİLMƏSİNİN TƏŞKİLATİ STRUKTURU

План:

  1. Marketinqin idarə edilməsi prosesi

2. Marketinqin idarə edilməsinin təşkilati strukturu
1. Marketinqin idarə edilməsi prosesi

Marketinqin idarə edilməsi dedikdə məhsul və xidmətlərə tələbin yaradıl­ması və təkrar istehsalının intensiv­ləş­dirilməsi, mənfəətin artırılması üzrə tədbirlərin planlaşdırıl­ma­sının, təşki­linin, əlaqələndirilməsinin, ona nəzarətin, auditin və stimu­l­laş­dırıl­masının həyata keçirilməsilə əlaqədar olan idarə­etmə fəaliyyəti başa düşülür.

Marketinqin idarə edilməsi sosial-iqtisadi sistemin bütün səviyyələrində marketinq fəaliyyətinin idarə edilməsinin funksional və institusional mahiy-yətini özündə birləşdirir.

Marketinqin idarə edilməsinə funksional yanaşmada o, hər hansı bir marketinq probleminin təşkili (məsələn, marketinqin planlaş­dırılması) və onun həyata keçirilməsi (məsələn, marketinq planlarının ijrası və ya onun yerinə yetirilməsi üzərində nəzarət edilməsi) üzrə fəaliyyət kimi izah edilir.



Marketinqin idarə edilməsinə institusional yanaşmada marketinqin idarə edilməsinə bu fəaliyyətə rəhbərliyi həyata keçirən menejerlər və ya menejer qrupuna verilmiş hüquq və səlahiyyətlərin, həmçinin vəzifələrin ayrı-ayrı iş­çi­lər və işçi qrupları arasında bölüş­dü­rülməsi üzrə idarəetmə vasitəsi kimi baxılır.

Marketinqin idarə edilməsi, birinjisi, marketinq fəaliyyətinin təhlilini və planlaşdırılmasını, planların realizasiyasını və ona nəza­rətin həyata keçiril-məsini və ikinjisi, bütün növ bazarları əhatə edir.

Marketinqin idarə edilməsinin əsas vəzifəsi mübadilədə iştirak edən bütün tərəflərin, subyektlərin tələbatının ödənilməsinə, heç olmasa onların rəğbətini qazanmağa nail olmaqdır.

Marketinqin idarə edilməsi prosesi: 1) müəssisənin bazar imkanlarının təhlilini; 2) məqsəd bazarlarının seçilməsini; 3) marketinq kompleksinin, yəni marketinq - miksin hazırlanmasını və 4) marketinq tədbirlərinin həyata keçirilməsini əhatə edir.

Marketinqin idarə edilməsinin (menecmentin) aşağıdakı fəaliyyət istiqamətləri vardır:


  1. Təhlil. Bura:

a) marketinqin informasiya sisteminin konsepsiyasının və elementlə­rinin, marketinq kəşfiyyatının təşkili vəziyyətinin, marketinq qərarla­rı­nın himayə edilməsinin və marketinq tədqiqatları sisteminin təhlili;

b) marketinqin müəssisədən kənar mühitinin - mikromühit və makro­mü­hit amillərinin təhlili;

j) son istehlakçılar bazarının və istehlakçıların davranışının - istehlakçı davranışı modelinin, istehlakçı davranışına və məhsul alın­ma­sına dair qərarların qəbul edilməsinə təsir edən amillərin təhlili;

ç) işgüzar və institusional bazarların və istehlakçı müəssisələrin davranı­şı­nın - istehsal-texniki təyinatlı məhsullar bazarının və dövlət orqanları bazarı-nın tədqiqi;

d) rəqiblərin təhlili - rəqiblərin aşkar edilməsi, onların strategiyasının və məqsədinin, sayının və imkanlarının, habelə zəif və güjlü jəhətlərinin müəyyən-ləş­di­ril­məsi və qiymətləndirilməsi və s. aiddir.


  1. Məqsəd bazarlarının seçilməsi. Burada a) bazar tələbatının ölçülməsi və proqnozlaşdırılması və b) bazar seqmentlərinin aşkar edilməsi, məqsəd bazarlarının seçilməsi və onun əsaslandırılması həyata keçirilir.

  2. Marketinq strategiyasının hazırlanması. Burada aşağıdakı tədbirlər həyata keçirilir:

a) marketinq təkliflərinin differensiallaşdırılması və proqnoz­laş­dırıl­ması strategiyasının əsaslandırılması;

b) məhsulgöndərənlərin qiymətləndirilməsi və onların seçilməsi, potensial rəqabət üstünlüklərinin aşkar edilməsi, müəssisənin mövqe­yinin müəyyənləş-dirilməsi üzrə kommunikasiya tədbirlərinin seçilməsi;

j) bazar lideri, innovatorlar, bazar ardıjılları və bazar «sığınajağında» fəaliyyət göstərən müəssisələr üçün marketinq strategiyasının hazır­lanması;

ç) qlobal bazarlar üçün strategiyanın hazırlanması, qlobal marketinq mühitinin qiymətləndirilməsi, xariji bazarlara çıxış, marketinq proq­ram­ları və marketinq xidmətinin təşkilatı strukturu haqqında qərarla­rın qəbul edilməsi,

d) qiymət strategiyasının və proqramlarının hazırlanması, qiymətin müəyyənləşdirilməsi və bazara uyğunlaşdırılması, qiymətin dəyişməsinə reaksiyaya dair qərarların qəbulu;



  1. Yüklə 178 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə