PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə3/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   2   3   4   5   6   7   8   9   ...   76

 
11 
 
Bazar  iqtisadiyyatı  şəraitində  əmtəə  bazarının 
genişləndirilməsi  amilləri.  Kommersiya  fəaliyyəti 
anlayışı  və  mahiyyəti.  Azərbaycanda  kommersiya 
fəaliyyətinin  inkişafı.Ticarətdə  proseslərin  xarakteri  və 
mahiyyəti.  Müasir  şəraitdə  kommersiya  fəaliyyətinin 
inkişafındakı  əsas    vəzifələr.  Kommersiya  işinin 
mahiyyəti.  Kommersiya  fəaliyyətinin  Azərbaycanda 
inkişafı.  Ticarətdə  yerinə  yetirilən  proseslərin  məzmunu 
və 
xarakteri.  “Kommersiya  fəaliyyəti”  kursunun 
predmeti,  məzmunu  və  vəzifələri.  Müasir  mərhələdə 
kommersiya  işinin  rolu  və  inkişaf  məsələləri. 
Azərbaycanda  əlverişli  coğrafi  mövqey.  Azərbaycanda 
böyük  milli  ticarət  ordusunun  formalaşması.  Yerli  milli 
bazarların  yaranması.  Əmtəə  tədavülü  sahəsində 
vasitəçilik.  Tacirlərin  meydana  gəlməsi.  XIX  əsrin 
sonları XX əsrin əvvələrində sənayenin inkişafı. 
 
Bilməli 
-
 
Kommersiya işinin mahiyyətini; 
-
 
Azərbaycanda 
kommersiya 
fəaliyyətinin 
inkişafını,  ticarətdə  yerinə  yetirilən  proseslərin 
məzmununu, 
xarakterini 
bir 
–  biri  ilə 
əlaqələndirməyi; 
-
 
“Kommersiya  fəaliyyəti”  kursunun  predmetini, 
məzmununu, vəzifələrini öyrənmək
-
 
Müasir  mərhələdə  kommersiya  işinin  rolunu  və 
inkişafı məsələlərini aydınlaşdırmaq; 
-
 
Bazar  iqtisadiyyatı  şəraitində  kommersiya 
fəaliyyətinin təşkili xüsusiyyətlərini öyrənmək
-
 
Fənnin elmi metodoloji əsaslarını aydınlaşdırmaq; 
-
 
Əsas ümumi elmi metodları təhlil etmək
-
 
 Xüsusi elmi metodları öyrənmək


 
12 
-
 
Fənnin  digər  elmlərlə  əlaqəsini  (marketinqlə, 
menecmentlə,  psixologiya,  riyaziyyatla  və  s.) 
əlaqələndirmək; 
-
 
Azərbaycanda 
kommersiya 
işinin 
inkişaf  
xüsusiyyətlərini aydınlaşdırmaq. 
 
Bacarmalı 
-
 
Kommersiya işinin mahiyyətini izah etməyi
-
 
Kommersiya  işinin  məqsədini  və  vəzifələrini 
aydınlaşdırmaq; 
-
 
Kommersiya  fəaliyyətinin  Azərbaycanda  inkişaf 
xüsusiyyətlərini təhlil etmək; 
-
 
“Kommersiya  fəaliyyəti”  kursunun  predmetinin 
digər  fənlərin  predmetləri  ilə  fərqli  və  oxşar 
xüsusiyyətlərini fərqləndirməyi; 
-
 
Müasir dövrdə kommersiya işinin kəsb etdiyi yeni 
xüsusiyyətləri göstərməyi; 
 
Test  sualları 
1. Kommersiya fəaliyyətinin əsasları. 
2.Ticarətdə yerinə yetirilən proseslər. 
3.“Kommersiya  fəaliyyətinin  təşkili”  kursunun 
məzmunu.  
4.  Respublikada  son  3  ildə  ticarətin  inkişaf  
xüsusiyyətləri. 
5.  “Kommersiya”  sözünün  ikili  xarakteri  və  hərfi 
mənası nədir. 
6.Azərbaycanda  kommersiya  fəaliyyətinin  inkişaf 
tarixinin mərhələləri hansılardır. 
7.Ticarətdə yerinə yetirilən proseslərə nələr aiddir. 


 
13 
8. Kommersiya prosesləri hansılardır. 
9. Texnoloji proseslər dedikdə nələr nəzərdə tutulur. 
10. Ticarət xidmətinə nələr aid edilir . 
11. Müasir dövrdə kommersiya işinin kəsb etdiyi yeni 
xüsusiyyətlər hansılardır. 
 
MÜHAZİRƏ MƏTİNLƏRİ  
KOMMERSİYA  ANLAYIŞI,  MAHİYYƏTİ,  
MƏZMUNU,  MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ.  
P L A N 
1. Kommersiyanın nəzəri - metodoloji  əsasları 
 2. Kommersiya fəaliyyətinin  məzmunu və  vəzifələri  
1.  Müasir  bazar  iqtisadiyyatında  komersiya  və 
kommersiya vasitəçiliyi iqtisadiyyatın ayrılmaz bir ünsüri 
kimi  çıxış  edir.  Alverçilik  isə,  kommersiya  fəaliyyətinin 
bir növüdür,  amma burada istehlakçı seçim hüququndan 
məhrumdur  və  yüksək  qiymətlərlə  təklif  olunan  malları 
(və  ya  xidmətləri)    almaq  məcburiyyətində  qalır.  Elə  bu 
cür  hallar  bazar  iqtisadiyyatı  ölkələrində  qeyri-qanuni 
sayılır. Lakin göstərmək lazımdır ki, biznesə təkcə ticarət 
və  vasitəçilik  kimi  baxmaq  düzgün  olmazdı.  O,  ilk 
növbədə  hər  bir  ölkənin  iqtisadi  həyatının  əsasını  təşkil  
edən istehsaldan ibarətdir. Biznesin əsas subyektlərindən 
biri  də istehlakçılardır.  İstehlakçılar passiv tərəf olmayıb 
sahibkarlarla  bağlanılan  sazişlər  və  işgüzar  əlaqələrin 
eyni  hüquqlu  iştirakçılardır.  İstehlakçıların  işgüzar 
marağı  bilavasitə  istehlakçılarla  kommersiya  vasitəsilə 
yaradılan  əlaqələridir.  Əgər  sahibkarlıq  çox  gəlir  əldə 


 
14 
etməyin  əsas  məqsədidirsə,  istehlakçının  məqsədi  daha 
ucuz və keyfiyyətli mal əldə etməkdir. 
Kommersiyaya  dair  mənbələrin  çoxunda  bu 
anlayışa (latın sözü olan “kommersium”- ticarət) ticarətin 
bir  elementi  kimi,  ticarətdə  alqı-satqı  qaydası  kimi 
baxılır.  Əlbəttə,  kommersiya  anlayışına  bu  cür  yanaşma 
düzgün olmayıb, həm də çox dar məna kəsb edir. Bu gün  
məlumdur  ki,  biznesin  təkcə  “iş”  kimi,  menecment 
(marketinq) kimi, marketinqin təkcə “ bazarla” bağlı kimi 
hesab  edilməsi  də  düzgün  olmazdı.  Həqiqətdə  biznes, 
menecment,  marketinq,  bazar  mexanizminin  böyük, 
fövqəladə  mürəkkəb  bir  konstruksiyasının  müxtəlif 
tərəfləridir.  Bu  tərəflərdən  hər  birisi  iqtisadi  bazar 
prosesinə  müxtəlif  bucaq  altında  baxmağa  və  hər  tərəfin 
çox  asan  olmayan  məzmununu  işıqlandırmağa  imkan 
verir. 
Biznes, 
sahibkarlıq 
müəssisənin 
təsərrüfat 
fəaliyyətini  təcəssüm etdirməklə  yanaşı,  insanların mala, 
xidmətə  olan  tələblərini  ödəməyə  və  gəlir  əldə  etməyə 
yönəldilir.  Menecment  məqsədyönlü  fəaliyyətlə  bağlı 
mexanizmin  yaradılmasına  yönəldilməklə  yanaşı,  onu 
nizamlayır  və  təkmilləşdirir.  Marketinq  istehlak  tələbini 
idarə edir. 
Bazar  mexanizminin  çox  maraqlı  və  əhəmiyyətli 
tərəfləri  mövcuddur  və  onların  öyrənilməsi  günün 
mühüm  məsələlərindəndir.  Bunların  içərisində  ən 
mühümlərindən  biri  də  kommersiyadır.  Həqiqətən 
kommersiya nədir? Müasir iqtisadi həyatda onun yeri və 
rolu  nədən  ibarətdir.  Əgər  “biznes”,  “menecment”, 
“marketinq”  sözlərini  təzəliklə  eşidib  və  işlətdikcə, 
“kommersiya” anlayışının kökü xarici olsa da, dilimizdə 
çoxdan işlədilməyə başlanılmışdır. Çox uzun illərdən bəri 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə