Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

­  28 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

Aydındır ki, beynəlxalq müqavilənin mövcudluğu və ya onun qüvvəyə minməsi hər zaman həmin

müqavilələrin dövlətlər üçün öhdəlik yaratmasını əks etdirmir. Belə ki, beynəlxalq müqavilə yalnız

dövlət tərəfindən ona hüquqi qüvvə verildiyi halda, bu dövlətlər üçün məcburi xarakter daşıyır.

Lakin, bu şərtin olmaması dövlətin həmin müqavilələrə istinadı istisna etmir. Buna misal olaraq,

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin bəzi qərarlarında dövlətlər üçün məsləhət

xarakteri daşıyan Ümumdünya insan hüquqları deklarasiyasının müdəalarına istinadı xatırlatmaq

olar.(8)  Bundan  əlavə  qeyd  etmək  lazımdır  ki,  Konstitusiya  Məhkəməsi  bir  sıra  Qərarlarında

Konstitusiyanın  130‐cü  maddəsində  nəzərdə  tutulan  səlahiyyətlərini  artıraraq,  milli  qanunun

beynəlxalq müqavilələrə uyğun gəlməyən müddəalarını qüvvədən düşmüş hesab edir.(9)

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə istinad edən orqan həmin müqavilələrinin

hüquqi məcburiliyini müəyyən edir, yəni Azərbaycan Respublikasının beynəlxalq müqavilələrin

bağlanması,  icrası  və  ləğvi  haqqında”  Qanunun  2‐ci  maddəsində    nəzərdə  tutulan  şərtlərin

mövcudluğuna aydınlıq gətirir.

Başqa sözlə, beynəxalq müqavilələrin müddəalarının tətbiqi onlara dövlətdaxili hüquqi sistemdə

hüquqi qüvvə verən şərtə istinadla müşahidə olunmalıdır. Məsələn, hüquqi qüvvəyə minməsi üçün

ratifikasiya  tələb  edilən  beynəlxalq  müqavilələrə  istinad  etmək  üçün  ratifikasiyaya  dair  milli

qanuna istinad zəruridir. Lakin, milli məhkəmələr tərəfindən bu şərtə əksər hallarda demək olar

ki,  riayət  edilmir  və  onların  qərarlarında  yalnız  birbaşa  müqavilələrin  özlərinə  istinad  olunur.

Burada qeyd etmək yerinə düşərdi ki, beynəlxalq müqavilələrin müddəaları nəinki milli normativ

aktları  ilə  ziddət  təşkil  etdikdə,  o  cümlədən  milli  qanunvericilikdə  boşluq  olduqda  və

qanunvericiliyin tərkib hissəsi olmaqla əlavə dəlil kimi tətbiq edilməsi mümkündür. Aydındir ki,

Azərbaycan  Respublikasında  yalnız  qanuna  uyğun  bağlanılmış  və tələb  olunan  qaydada  təsdiq

edilmiş (qüvvəyə minmiş) beynəlxalq müqavilələr tətbiq edilir.(10) Beynəlxalq hüquq sahəsində

bu  mövqeni  dəstəkləyən  bir  sıra  alimlərin  mövqelərini  açıqlamaq  yerinə  düşərdi.  Məsələn,

V.S.Xijnyak  hesab  edir  ki,  dövlətin  hüquqi  sistemində  hüquqi  qüvvəyə  yalnız onlar  tərəfindən

sanksiyalaşmış normalar malikdir.(11) Digər alim B.L.Zimnenkonun   fikrincə beynəlxalq hüquq

yalnız o halda dövlətdaxili münasibətləri tənzimləyə və məhkəmə orqanları tərəfindən tətbiq edilə

bilər ki, əgər dövlət dövlətdaxili hüquq vasitəsilə beynəlxalq hüquq normalarının tətbiqinə sanksiya

vermiş olsun. Dövlət bununla beynəlxalq hüquq normalarını milli hüquq subyektləri arasındakı

münasibətləri tənzimləyən hüquqi xüsusiyyətlərlə fərləndirir.(12) Burada B.L.Zimnenkonun bir

mövqeyi maraq cəlb edir. O, hesab edir ki, qüvvəyə minməmiş və dövlət tərəfindən ratifikasiya

edilmiş beynəlxalq müqavilə həmin dövlətin müqaviləsi hesab edilmir və onun hüquqi sisteminə

daxil edilmir. Odur ki, özü qüvvəyə minməmiş müqavilə beynəlxalq hüququn mənbəsi kimi qəbul

və tətbiq edilə bilməz.(13) A.N.Talalayevdə beynəlxalq müqavilənin beynəlxalq qüvvəyə minməsi

ilə onun müəyyən dövlət üçün qüvvəyə minməsinin fərqləndirilməsinin vacibliyinə xüsusi önəm

verir.(14) Bu mövqe ilə tam razılaşmaq çətindir. Aydındır ki, dövlələr öz mövqelərini əsaslandırmaq

üçün hüquqi qüvvəyə minməmiş beynəlxalq müqaviləyə istinad edə bilməzlər. Digər tərəfdən əgər

dövlət beynəxalq müqavilənin müddəalarının məcburiliyini qəbul edibsə, onun tələblərinə riayyət

etməlidir. Qeyd etmək lazımdır ki, 1969‐cu il Beynəlxalq müqavilələr hüququna dair Konvensiyanın

25‐ci maddəsi beynəlxalq müqavilənin müvəqqəti tətbiqini nəzərdə tutur. Konvensiyanın 24‐cü

maddəsinin 4‐ci hissəsi isə beynəlxalq müqavilənin bəzi müddəalarının həmin müqaviləni mətni

imzalandığı andan tətbiqinin mümkünlüyünü əks etdirir.(15) Bundan əlavə həmin Konvensiyanın

2‐ci maddəsi müqavilənin mövcudluğunu onun qüvvəyə minməsindən asılı etmir.

Azərbaycan  Respublikasının  151‐ci  maddəsinin  tam  aydın  açıqlaması  olmasada,  burada söhbət

hüquqi qüvvəyə minmiş və respublika üçün məcburi olan dövlətarası müqavilələrin üstünlüyündən

gedir.(16) Vyana Konvensiyasıda “danışıqlarda iştirak edən dövlət”, “iştirakçı”, “razılaşan dövlət”

kimi terminlərə müxtəlif məzmun verməklə fərqləndirir. Belə ki, dövlət imzalanması ilə hüquqi

qüvvəyə  minməsi  anı  üst‐üstə  düşməyən  və  ümumiyyətlə  hüquqi  qüvvəyə  minməyən

müqavilələrində  tərəfi  ola  bilər.  Qeyd  etmək  lazımdır  ki,  ikitərəfli  və  çoxtərəfli  beynəlxalq

müqavilələrin, həmçinin dövlətlərarası münasibətlərin müxtəlif sahələrini tənzimləyən beynəlxalq



­  29 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

müqavilələrin  qüvvəyə  minməsinin öz xüsusiyyətləri  mövcuddur.(17) Belə  ki,  insan  hüquqları

sahəsində qüvvəyə minməmiş müqavilələr dövlət tərəfindən tətbiq edilməsinə baxmayaraq, həmin

müqavilələr  beynəlxalq  mübahisələr  zamanı  və  ya  beynəlxalq  instansiyalarda  dövlət  öz

mövqeyinin  əsası  kimi  qəbul  edilə  bilməzlər.  Beləliklə,  beynəlxalq  müqavilələrdən  irəli  gələn

öhdəliklər  iştirakçı‐dövlətlər  tərəfindən  tətbiq  edilməsinə  baxmayaraq,  mübahisələr  zamanı

onlara  şəxsi  mövqeyin  əsası  kimi  istinad  etməyi  mümkün  etmir.  Əgər  beynəlxalq  müqavilənin

müddəalarında  başqa  hal  nəzərdə  tutulmayıbsa  və  onun  müddəalarından  irəli  gəlmirsə,  onlar

iştirakçı  tərəf  üçün  hüquqi  qüvvəyə  mindikdən  sonra  məcburi  xarakter  daşıyır.  Lakin,  nəzərə

almaq  lazımdır  ki,  müqavilənin  məcburiliyini  qəbul  edən  dövlət,  həmin  müqavilə  qüvvəyə

minənədək, onun məqsədinə və obyektinə xələl gətirən hərəkətlərdən çəkinməlidir.

Yeni “Normativ‐hüquqi  aktlar  haqqında”  Azərbaycan  Respublikasının  Qanunun  müddəaları,

Konstitusiyanının müddəalarından fərqli olaraq  beynəlxalq hüququn ümumtanınmış norma və

prinsip üstünlüyünü tanıyır. Bildiyimiz kimi Konstitusiyada bunlara münasibət bildirmir və yalnız

beynəlxalq  müqavilələri  qanunvericilik  sisteminin  tərkib  hissəsi  kimi  tanıyır.  Lakin  buna

baxmayaraq ümumtanınmış norma və prinsiplərin milli qanunvericilikdə hüquq sisteminin tərkib

hissəsi  kimi  tanınmasından  asılı  olmayaraq,  dövlətlər  qarşılıqlı  münasibətlərdə  onlara  riayyət

etməyə borcludur. Qeyd etmək lazımdır ki, əksər beynəlxalq müqavilələrin preambulası dövlətləri

ümumtanınmış  beynəlxalq‐hüquqi  prinsiplərin  tanımasına  çağırmaqla,  onların  əlavə  milli

qanunvericiliyə  daxil  edilməsinə  ehtiyac  duymur.(18) Bu  baxımdan  “Normativ‐hüquqi  aktlar

haqqında” Qanunn demək olar Konstitusiyanın müddəalarını genişləndirmişdir.

Belə ki, qanunun 8.0.3‐cü maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası

Konstitusiyasının  149‐cu  maddəsinin  I  hissəsində  göstərilən  prinsiplərlə  yanaşı,  beynəlxalq

hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü prinsipi əsasındada həyata

keçirilir.

Bundan  əlavə  Qanunun  22‐ci  maddəsinə  uyğun  olaraq  Azərbaycan  Respublikası  beynəlxalq

hüququn  hamılıqla  qəbul  edilmiş  prinsip  və  normalarının  üstünlüyünü  tanıyır  və  Azərbaycan

Respublikası  qanunvericiliyinin  onlara  uyğunluğunu  təmin  edir. Beləliklə,  əgər  Qanunun  8‐ci

maddəsində  söhbət  ümumtanınmış  norma  və  prinsiplərin  qanunvericilik  prosesində  riayyət

olunmasından gedirsə, 22‐ci maddə onların hüquqtətbiqetmə prosesindədə tətbiq edilməsini əks

etdirir.  Lakin  burada  nəzərə  almaq  lazımdır  ki,  hüquqtətbiqedici  hüquqtətbiqetmə  prosesində

beynəlxalq  hüquq  normalarının  ümumtanınmış  norma  və  prinsiplərinə  əsas  kimi  rəhbər  tuta

bilməyəcəyi məlumdur. Belə ki,  bu maddənin mənasından belə qənaətə gəlmək olar ki, dövlətlərin

üzərinə milli qanunvericiliyin ona uyğunlaşdırılması öhdəliyi qoyulur. Odur ki, hüquqtətbiqedici

onlara yalnız milli qanunvericiliyinə müəyyən qaydada implementasiya ediləcəyi təqdirdə istinad

edə bilər.

Normaların hüquqi məcburedici forması onların konkret iş üzrə tətbiqi iyerarxiyasını müəyyən

edir.  Məsələn,  Azərbaycan  Respublikasının  Konstitusiyasının  151‐ci  maddəsində  yalnız

dövlətlərarası  müqavilələrin  üstünlüyü  tanınırsa,  bir  sıra  milli  qanunlarımızda  ümumiyyətlə

beynəlxalq  müqavilələrin  üstünlüyü  müəyyən  edilir  (məsələn,  “Azərbaycan  Respublikasının

vətəndaşlığı haqqında” Qanunun 26‐cı maddəsi, "Dini etiqad azadlığı haqqında” Qanunun 31‐ci

maddəsi  və s.), digər  hallarda  isə  beynəlxalq  hüququn  ümumtanınmış  norma  və  prinsiplərinə

əsaslanır  (məsələn,  AR  Cinayət  Məcəlləsinin  1.2‐ci  maddəsi).  Bu müddəa hökümətlərarası

müqavilələrlə  milli  qanun  arasında  ziddiyət  yaranmasının  səbəbi  ola  bilir. Hökümətlərarası

müqavilələrin  Azərbaycan  hüquq  sistemində  yerinin  müəyyən  edilməsində  “Normativ‐hüquqi

aktlar  haqqında”  Qanunun  23.3‐cü  maddəsinin  yeri  danılmazdır.  Həmin  maddəyə  əsasən

Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökumətlərarası müqavilələr həmin müqavilələrin

Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə olunduğu normativ hüquqi aktlardan

daha üstün hüquqi qüvvəyə malikdir. Yəni, əgər hökümətlərarası müqavilə qanunla təsdiq edilirsə,

onlar qanunlardan və iyerarxiyada onlardan aşağı olan  normativ‐hüquqi aktlardan üstün tutulur.

Konstitusiyanın  95‐ci  maddəsinə  əsasən  Azərbaycan  Respublikası  Milli  Məclisi dövlətlərarası



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə