Publication1


 ­ A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   35   36   37   38   39   40   41   42   43

­  87 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

“Sualınıza vəkil cavab versin!” rubrikası

*

1.  Sual: Heç  bir  yerdə  işləmirəm.  Qızımın  3  yaşı



tamam  olub,  amma  uşağın  anadan  olmasına  görə

müavinət 

almamışam. 

Doğum 

haqqında

şəhadətnaməsi də var. İndi həmin pulu ala bilərəm?

Cavab: "Sosial müavinətlər haqqında" qanunun 4.0.2.2‐

ci  maddəsi  uşağın  anadan  olmasına  görə  birdəfəlik

müavinətin verilməsini nəzərdə tutur. Həmin qanunun

7.0.12‐ci  maddəsinə  əsasən,  uşağın  anadan  olmasına

görə  müavinət  ‐  müvafiq  icra  hakimiyyəti  orqanı

(müvafiq  icra  hakimiyyəti  orqanının  səlahiyyətlərini

Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin  və

Naxçıvan  Muxtar  Respublikası  Ədliyyə  Nazirliyinin

rayon  (şəhər)  qeydiyyat  şöbələri,  Azərbaycan

Respublikasının  xaricdəki  konsulluq  idarələri,  rayon

tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin

nümayəndəlikləri öz səlahiyyətləri daxilində) tərəfindən verilmiş arayış təqdim edildikdə təyin

edilir.  Həmin  qanunun  9.3‐cü  maddəsinə  əsasən,  uşağın  anadan  olmasına  görə  və  dəfn  üçün

birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir. Qanunun 10.1‐ci

maddəsinə uyğun olaraq, müavinətlər (işsizlik müavinəti istisna olmaqla) şəxsin yaşayış yeri üzrə

müvafiq  icra  hakimiyyəti  orqanları  (müvafiq  icra  hakimiyyəti  orqanlarının  səlahiyyətlərini

4.0.1.7‐ci,  4.0.2.2‐ci  və  4.0.2.3‐cü  maddələr  üzrə  sığortaolunanlara  münasibətdə  Azərbaycan

Respublikası  Dövlət  Sosial  Müdafiə  Fondunun  rayon  (şəhər)  şöbələri,  digər  hallarda  isə

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial

Təminat Xidmətinin şəhər (rayon) əhalinin sosial müdafiəsi mərkəzləri) tərəfindən təyin edilir

və ödənilir.

Siz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial

Təminat  Xidmətinin  müvafiq  (yəni,  qeydiyyatda  olduğunuz  yaşayış  yeri  üzrə)  şəhər  (rayon)

əhalinin sosial müdafiəsi mərkəzinə müraciət edərək zəruri sənədləri (ərizə, ailə tərkibi barədə

yaşayış yerindən arayış (işləməməniz qeyd olunmaqla), şəxsiyyət vəsiqənizin surəti, DSMF‐dən

sosial  sığorta  ödəyicisi  olmamanız  barədə  arayış,  rayon  qeydiyyat  şöbəsinin  doğum  haqqında

arayışı (VVADQ) və uşağın doğum haqqında şəhadətnaməsi) təqdim etməklə uşağın doğulmasına

görə birdəfəlik müavinət ala bilərsiniz.



2. Sual: Pay torpaqları satılarkən necə qiymətləndirilir? Nə qədər dövlət rüsumu ödənilir və

bu  xərci  kim çəkməlidir ‐  alıcı, yoxsa satıcı?

Cavab: Pay torpaqğının qiymətini satıcı və alıcı müqavilə azadlığı prinsipinə uyğun olaraq sərbəst

şəkildə  müəyyənləşdirirlər.  Alqı‐satqı  müqaviləsinin  notariat  qaydasında  təsdiqlənməsi  və

daşınmaz  əmlakın  dövlət  reyestrində  qeydə  alınması  xərclərini  alıcı  çəkir.  (Azərbaycan

Respublikası  Mülki  Məcəlləsinin  647‐ci  maddəsi).  "Dövlət  rüsumu  haqqında"  qanuna  (10.1.1,

10.1.2 və 26.1.1‐ci maddələr) görə, əgər torpaq sahəsi ərin (arvadın), uşaqların, valideynlərin,

babanın,  nənənin,  nəvənin,  qardaşın,  bacının  mülkiyyətinə  keçirsə,  20  manat  dövlət  rüsumu

ödənilir. Əgər torpaq sahəsi başqa şəxslərin mülkiyyətinə keçirsə, dövlət rüsumunun məbləği Bakı

şəhərində 200 manat, digər şəhər və rayonlarda 80 manat təşkil edir. Daşınmaz əmlak üzərində

mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat

dövlət rüsumu ödənilir.




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

­  88 ­



3.  Sual:  Oğlumun  19  yaşı  var.  Ona  anadangəlmə  ikitərəfli  funksiyaların  cüzi  dərəcədə

pozulması ilə birinci mərhələ artrozu olan üçüncü dərəcəli yastıayaqlılıq diaqnozu qoyulub.

Bu xəstəliklə o, təqaüd ala bilər?

Cavab: "Əmək  pensiyaları  haqqında"  qanunun  11.1‐ci  maddəsinə  əsasən,    əlilliyə  görə  əmək

pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara

görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya

18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti

müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyi) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Adıçəkilən qanunun 12.1‐ci

maddəsinə  uyğun  olaraq,  əlilliyə  görə  əmək  pensiyası  əlil  və  ya  sağlamlıq  imkanları  məhdud

sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün

hər  tam  ili  üçün  4  ay  sığorta  stajı  olduqda  təyin  edilir.  Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin 1997‐ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi‐sosial ekspert

komissiyaları haqqında" Əsasnamənin 1.5‐ci bəndinə görə, tibbi‐sosial ekspert komissiyaları əlillik

dərəcələrinin  (qrupunun),  müddətini  və  səbəbini  müəyyən  edir.  Şəxsin  həyat  fəaliyyətinin

məhdudlaşması  dərəcəsindən  asılı  olaraq  "Əlilliyin  müəyyən  olunması  meyarlarına  dair"

Əsasnamə  əsasında  I,  II  və  III  qrup  əlillik  təyin  edilir  və  "Uşaqların  sağlamlıq  imkanları

məhdudluğunun  müəyyən  olunması  meyarları"na  əsasən  sağlamlıq  imkanlarının  məhdudluğu

müəyyən olunur.

Göründüyü kimi, əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanun müəyyən tələbləri

(əlillik  və  sığorta  stajı)  nəzərdə  tutur.  Oğlunuza  əlilliyə  görə  əmək  pensiyası  təyin  edilib‐

edilməməsi sözügedən şərtlərin (tələblərin) mövcudluğundan asılıdır.

4.  Sual:  Biz  üç  bacıyıq.  Atamız  vəfat  edib.  Mən  atamdan  qalan  evə  olan  payımdan  hər  iki

bacımın xeyrinə imtina etmək istəyirəm. Əgər bu mümkündürsə, onda payım necə bölünəcək?

Cavab:  Mirası  qəbul  etmək  və  ya  onun  qəbulundan  imtina  etmək  sizin  hüququnuzdur.  Siz

bacılarınızın hər birinin payını ayrıca göstərməklə, mirasdan onların hər ikisinin xeyrinə imtina

edə  bilərsiniz.  Əgər  imtina  ərizənizdə,  belə  bir  bölgünü  göstərməsəniz,  onda  sizin  payınız

bacılarınız  arasında  bərabər  bölüşdürüləcəkdir  (Azərbaycan  Respublikası  Mülki  Məcəlləsi,

1264‐cü maddə).

Qanunla vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın

qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq

uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir (həmin məcəllə,

1256‐cı maddə).

5. Sual: Ərim vəfat edib. Oğlum universitetin qiyabi şöbəsində təhsil alır. Eşitdiyimə görə,

ölən şəxsin təhsil alan uşaqlarına təhsil müddətində pensiya verilir. Bu doğrudur?

Cavab: "Əmək pensiyaları haqqında" qanunun 14.1.1.3‐cü maddəsinə əsasən, vəfat etmiş və ya

həlak  olmuş  ailə  başçısının  öhdəsində  olan  (vəfat  edənin  tam  təminatında  olan  və  ya  ondan

özlərinin  yaşayışı  üçün  daimi  və  əsas  vəsait  mənbəyi  kimi  kömək  alan)  təhsil  müəssisələrinin

əyani şöbəsində təhsil alan övladlarının (lakin ən çoxu 23 yaşına çatanadək) ailə başçısını itirməyə

görə əmək pensiyası hüququ vardır.

Göründüyü  kimi,  oğlunuz  texnikumun  qiyabi  şöbəsində  təhsil  aldığından  "Əmək  pensiyaları

haqqında" qanunun 14.1.1.3‐cü maddəsində nəzərdə tutulmuş ailə başçısını itirməyə görə əmək

pensiyası hüququna malik deyildir.




­  89 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

6.  Sual:  Atam  bağ  sahəsini  bağışlama  müqaviləsi  ilə  qardaşımla  mənim  aramda  bərabər

şəkildə  bölmüşdür.  Qardaşım  atamın  sağlığında  ona  bağışlanmış  payı  öz  adına

sənədləşdirmişdir, mən isə yox. Atam vəfat edib. Öz payımı bağışlama müqaviləsi əsasında

sənədləşdirmək istəyəndə mənə dedilər ki, müqavilə qüvvəsini itirib. Bu, doğrudurmu?

Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra ‐ MM) 668.1.1‐ci maddəsinə

görə,  daşınmaz  əşyaların  və  ya  həmin  əşyalara  hüquqların  bağışlanması  zamanı  bağışlama

müqaviləsi  notariat  qaydasında  təsdiqləndikdə,  bağışlama  etibarlı  sayılır.  MM‐in  146.1‐ci

maddəsinə  görə  əsasən,  daşınmaz  əmlaka  sahiblik  və  istifadə  hüququ  onun  barəsində  əqdin

notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə

malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

MM‐in 146.2‐ci maddəsi ilə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın

daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

Göründüyü  kimi,  sizinlə  atanız  arasında  bağlanmış  bağışlama  müqaviləsi  notariat  qaydasında

təsdiqlənmişdirsə,  onda  bağışlama  etibarlıdır.  Həmin  müqavilə  üzrə  sizin  bağışlanan  əmlak

üzərində  sahiblik  və  istifadə  hüquqlarınız  artıq  yaranmışdır.  Yalnız  mülkiyyət  hüququna  daxil

olan üç hüquqdan biri ‐ sərəncam hüququnuz bağışlanan əmlak üzərində hüququnuzun daşınmaz

əmlakın  dövlət  reyestrində  qeydiyyata  alınmasından  sonra  yaranacaqdır.  Məlumat  üçün  qeyd

edək ki, MM‐in 668.1.1‐ci maddəsinin  2005‐ci il noyabrın 1‐dək  olan redaksiyasında bağışlama

müqaviləsinin etibarlı hesab edilməsi üçün "daşınmaz əmlakın dövlət reyestrində qeydə alınma"

şərti də nəzərdə tutulmuşdu. Lakin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi,

qüvvəyə  minməsi  və  bununla  bağlı  hüquqi  tənzimləmə  məsələləri  haqqında"  Azərbaycan

Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki

Məcəlləsinə  dəyişikliklər  və  əlavələr  edilməsi  barədə"  24  iyun  2005‐ci  il  tarixli  Azərbaycan

Respublikası Qanununun 144‐cü bəndi ilə "daşınmaz əmlakın dövlət reyestrində qeydə alınma"

şərti MM‐in 668.1.1‐ci maddəsindən çıxarılmışdır.

Beləliklə, bağışlama müqaviləsi üzrə əldə etdiyiniz mülkiyyət (konkret sərəncam) hüququnuzun

dövlət qeydiyyatına alınmamasına və bağışlama müqaviləsinin etibarsızlığına səbəb olmur.

7. Sual: Ailə 7 nəfərdən ibarətdir. Bir ana, 3 uşaq, 2 əmi, 1 bibi. Uşaqların atası vəfat edib. Ev

uşaqların  nənələrinin  adınadır  və  o  da  vəfat  edib.    Hazırda  uşaqlar  həmin  evi  satmaq

istəyirlər, lakin əmilər satılan evdən alınacaq puldan pay istəyirlər. Uşaqların bibisi də pay

istəyir. Əmilərin öz evləri var. Əmisi neçə ildir evə gəlmir. Digərinin də öz evləri olmasına

baxmayaraq    gecələr  gəlib  bu  evdə  qalırlar.  Nə  əmilər,  nə  də  bibi  kommunal  xərcləri

ödəmirlər. Sadalanan 7 nəfər bu evdə qeydiyyatdadırlar. Məsələnin qanuni yolla necə həll

etmək  olar  ki,  əmi  və  bibilərə  pay  verilməsin,  ya  da  qanunda  belə  bir  müddəa  yoxdursa,

satılan evin pulundan evə iddia edənlərə nə qədər pay düşür?

Cavab: Həmin mənzili satmaq üçün ilk növbədə özəlləşdirmək lazımdır. Mənzil özəlləşdirilmədən

satılması  mümkünsüzdür.  Mənzil  özəlləşdirilən  zaman  orada  qeydiyyatda  olan  hər  bir  ailə

üzvünün razılığı tələb olunur. Belə ki, "Mənzil fondunun özəlləşdirilməsi haqqında" qanunun 5‐ci

maddəsinə  əsasən,  mənzildə  qeydiyyatı  olan  yetkinlik  yaşına  çatmış  ailə  üzvlərinin  razılığı  ilə

onlardan  birinin  və  ya  bir  neçəsinin  və  yaxud  bütün  ailə  üzvlərinin  ümumi  (paylı,  birgə)

mülkiyyətinə  verilə  bilər.  Mənzil  orada  qeydiyyatda  olan  ailə  üzvlərinin  birinin  adına

özəlləşdirilərsə, digərlərinin həmin mənzillə bağlı hər hansı hüququ yaranmayacaqdır.

8. Sual: Keçmiş həyat yoldaşı və 2 yaşlı uşağı qeydiyyatdan necə çıxarmaq olar? Ev qaynatanın

adınadır.  Əgər  qeydiyyatdan  çıxarılmasalar, onların evdə yaşayış  hüquqları  qalırmı  və

gələcəkdə bu mənzildə yaşaya bilərlərmi? Bunun qarşısını necə almaq olar?



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

­  90 ­



Cavab: Mülki Məcəllənin 228‐ci maddəsinin tələbinə görə, həmin şəxslərin mənzildən istifadə

hüququna  kompensasiya  ödənilməsi  yolu  ilə  xitam  verilə  bilər.  Mülkiyyətçinin  məhkəmə

qaydasında  tələbinə  əsasən,  onun  istifadə  hüququna  bazar  qiyməti  ilə  müvafiq  kompensasiya

verməsi  yolu  ilə  xitam  verilə  bilər. Kompensasiyanın  məbləğinin  müəyyən  edilməsi  ilə  bağlı

məhkəmə təcrübəsi fərqlidir. Belə ki, məhkəmələr bir qayda olaraq 3 il müddətində normal şəraitli

1 otaqlı evin kirayə haqqına uyğun olaraq kompensassiyanın məbləğini müəyyən edir. Məsələn

aylıq 300 manat kirayə haqqı olan bir evdə 3 il yaşamağa görə təqribən 11 min manat ödənilə

bilər.


9. Sual: 2003‐cü ildə ailə qurmuşam. 2004‐cü ildə valideyinlərim mənə hədiyyə torpaq sahəsi

alıb və bağ salınıb. Torpaq sahəsinin planı və mənim qızlıq soyadımda olan (çünki səxsiyyət

vəsiqəmi  hələ  dəyişməmişdim)  notariusda  bağlanmış  müqaviləm  var.  Lakin  müqavilə

Daşınmaz  Əmlakın  Dövlət  Reyestr  Xidmətində  qeydiyyata  alınmayıb.  2013‐cü  ildə

boşanmışam və bilmək istərdim ki, əmlak bölgüsü zamanı keçmiş yoldaşım torpağa iddia

edə bilərmi?

Cavab: Ailə Məcəlləsində qeyd olunur ki, nikaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub

olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında

aldığı əmlak onun öz mülkiyyətidir. Yəni həmin mülk nikahdan əvvəl və ya nikahdan sonar hədiyyə

kimi və ya vərəsəlik yolu ilə Sizə bağışlanıbsa, onda keçim əriniz həmin mülkə dair heç bir iddia

irəli sürə bilməz.

10. Sual: Dövlət tərəfindən müəyyənləşdirilən torpaq vergisi nə qədərdir?

Cavab: Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin

nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Vergi

Məcəlləsində  qeyd  olunur  ki,  Bakı  şəhərində  sənaye,  tikinti,  nəqliyyat,  rabitə,  ticarət‐məişət

xidməti  və  digər  xüsusi  təyinatlı  torpaqlar  üçün  torpaq  vergisi  10  manat,  yaşayış  fondlarının,

həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üçün 60 qəpik

müəyyən edilib.



11.  Sual:  Mən  arvadımdan  boşanmışam.  Keçmiş  arvadım  yaşadığımız  mənzildə

qeydiyyatdadır, mənzil atamın adınadır və biz evlənməzdən qabaq əldə olunub. Məhkəmə

bir uşaqla bağlı aliment üçün qərar verib. Lakin deyirlər ki, keçmiş arvadım yeni bir iddia ‐

yaşayış sahəsinə hüquq iddiası qaldıracaq. Bu halda nə etməliyəm?

Cavab: Əgər sizin nikahınız 1 sentyabr 2001‐ci ildən əvvəl bağlanıbsa, keçmiş həyat yoldaşınızın

həmin  evdən  istifadə  hüququnun  tanınması  mümkündür.  Belə  ki,  həmin  dövrə  qədər  bu

münasibətlər  qüvvədən  düşmüş  Mənzil  Məcəlləsi  ilə  tənzimlənirdi.  Mülkiyyətçinin  məhkəmə

qaydasında  tələbinə  əsasən,  onun  istifadə  hüququna  bazar  qiyməti  ilə  müvafiq  kompensasiya

verməsi  yolu  ilə  xitam  verilə  bilər.  Kompensasiyanın  məbləğinin  müəyyən  edilməsi  ilə  bağlı

məhkəmə  təcrübəsi  fərqlidir.  Belə  ki,  istifadə  hüququnun  müddəti  3  ildir.  Bir  qayda  olaraq

məhkəmələr 1 otaqlı ev üçün kirayə haqqına uyğun olaraq bu məbləği müəyyən edir. Məsələn

aylıq 300 manat kirayə haqqı olan bir evdə 3 il yaşamağa görə təqribən 11 min manat. Nikahınız

1  sentyabr  2001‐ci  il‐2009‐cu  ilin  oktyabrın  1‐dək  olan  dövrə  aiddirsə,  bu  zaman  mənzildən

istifadə  hüququ  Mülki  Məcəllənin  228.2‐ci  maddəsi  ilə  tənzimlənir.  Həmin  maddənin  tələbinə

görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi

şərtləri  və  xitamı  mülkiyyətçi  ilə  bağlanan,  notarial  qaydada  təsdiqlənən  yazılı  razılaşma  ilə

müəyyənləşdirilir.  Əgər  belə  bir  razılaşma  varsa,  keçmiş  həyat  yoldaşınızın  həmin  mənzildən

istifadə hüququ var. Yoxdursa, ona mənzildən istifadə hüququ verilmir. Əgər  nikahınız  2009‐cu




­  91 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

il okytabrın 1‐dən sonra qeydə alınıbsa, bu zaman bu məsələ yeni Mənzil Məcəlləsinin 30.4‐cü

maddəsi  ilə  tənzimlənəcəkdir.  Həmin  maddədə  qeyd  olunur  ki,  əgər  yaşayış  sahəsinin

mülkiyyətçisi  ilə  keçmiş  ailə  üzvü  arasında  başqa  razılaşma  yoxdursa,  yaşayış  sahəsinin

mülkiyyətçisi  ilə  ailə  münasibətlərinə  xitam  verildikdə,  keçmiş  ailə  üzvünün  həmin  yaşayış

sahəsindən istifadə hüququ saxlanılmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün

yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə

əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və

diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə

üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə

hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

*‐ Rubrikada təqdim olunan sualların cavabları Vəkillər Kollegiyasının üzvü Dünyamin Novruzov

tərəfindən hazırlanmışdır.



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

­  92 ­



Elanlar

VƏKİLLƏR KOLLEGİYASI ÜZVLÜYÜNƏ SƏNƏD QƏBULU DAVAM EDİR

Azərbaycan Respublikasının Vəkillər Kolegiyasının Rəyasət Heyəti “Vəkillik və vəkillik fəaliyyəti

haqqında”  Azərbaycan  Respublikası  Qanununun  tələbinə  uyğun  olaraq  Vəkillər  Kollegiyasına

qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbuluna başlayır.

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri

təqdim etməklə Vəkillə Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər:



1.  Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş formada ərizə

2.  Şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında təsdiq edilmiş)

3.  Ali təhsil barədə diplom və onun notariat qaydasında təsdiq edilmiş surəti

4.  Əmək kitabçasının notariat qaydasında və ya iş yerində təsdiq edilmiş surəti

5.  Kadrların şəxsi məlumat vərəqəsi

6.  Tərcümeyi‐ hal

7.  Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış

8.  3‐4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil

9.  4‐6 ölçüdə 4 ədəd rəngli fotoşəkil

Sənədlər Bakı şəhəri, S. Vurğun küçəsi 32‐də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının

Rəyasət Heyətinin binasında 2013‐cü il mart ayının 4‐dən iyun ayının 4‐dək hər gün (şənbə

və bazar günləri istisna olmaqla) saat 14.00‐dan 18.00‐dək qəbul olunur.

İxtisas imtahanlarının keçirilmə tarixi barədə əlavə məlumat veriləcəkdir.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin telefonları: 594‐14‐95 və 594‐08‐70



Mənbə: http://www.barassociation.az/page/174


“

A

ZƏRBAYCAN



V

ƏKİLİ”


JURNALI

Jurnal pulsuz paylanılır.

Kağız formatı 21x29,7 A4, Tәbaşirli 115 qr/m

2

,



Sifariş № 0001, Tiraj: 1000

“TimePrint” mәtbәәsindә ofset üsulu ilә çap olunmuşdur.

Bakı, Ş.Mәmmәdova 208,

Tel: +994 12 563 18 02, 562 96 64



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə