Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

­  30 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

və  Azərbaycan  Respublikasının  qanunlarından  fərqli  qaydalar  nəzərdə  tutan  hökumətlərarası

müqavilələri  təsdiq  və  ləğv  edir.  Konstitusiyanın  109‐cu  maddəsinə  əsasən  isə Azərbaycan

Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır,

dövlətlərarası  və  Azərbaycan  Respublikasının  qanunlarından  fərqli  qaydalar  nəzərdə  tutan

hökumətlərarası  müqavilələri  təsdiq  və  ləğv  olunmaq  üçün  Azərbaycan  Respublikasının  Milli

Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır.

Xüsusi olaraq hasilatın pay bölgüsü müqavilələrinin Azərbaycan Respublikasının hüquq sistemində

yerini müəyyən etməyə ehtiyac duyulur. Bu cür müqavilələr bir qayda olaraq Milli Məclis tərəfindən

təsdiq edilməklə qüvvəyə minir və onların mövcud və gələcəkdə qəbul ediləcək qanunlar, fərmanlar

və  inzibati  göstərişlərdən  üstün  tutulur.(19)  Nəzərə  almaq  lazımdır  ki, “Azərbaycan

Respublikasının  beynəlxalq  müqavilələrinin  bağlanması,  icrası  və  ləğv  edilməsi  qaydaları

haqqında ” Qanunun 8‐ci maddəsi ratifikasiyası tələb olunan beynəlxalq müqavilələrin siyahısını

müəyyən edirdi və bu siyahı tam deyildi.(20) Belə ki, Prezident öz təşəbbüsü istənilən beynəlxalq

müqaviləni Milli Məclisin təsdiqinə çıxara bilirdi. Həmin maddənin yeni redaksiyasına əsasən Milli

Məclis tərəfindən yalnız dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarında əks olunmuş

qaydalardan  fərqli  qayda

nəzərdə  tutan  hökumətlərarası  müqavilələr  ratifikasiya  edilir.

“Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələrinin  bağlanması,  icrası  və  ləğv  edilməsi

qaydaları  haqqında ” AR  Qanununun  2‐ci  maddəsinə  əsasən  dövlətlərarası  müqavilə  dedikdə

Azərbaycan  Respublikası  adından  digər  dövlətlərlə  və  beynəlxalq  təşkilatlarla  imzalanan

müqavilələr  başa  düşülür,  hökumətlərarası  isə  ‐  Azərbaycan  Respublikası  hökuməti  adından

imzalanan  müqavilələr.  Məzkur  qanunun  1‐ci  maddəsi Azərbaycan  Respublikasının  beynəlxalq

müqavilələrinin  anlayışı  verilir  –  bu  müqavilədə  nəzərdə  tutulan  qaydada  Azərbaycan

Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla imzalanmış yazılı sazişdir. Qeyd etmək

lazımdır  ki,  bu  qanunun  13‐cü  maddəsinə  əsasən  ratifikasiyası  tələb  olunmayan  beynəlxalq

müqavilələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Hasilatın  pay  bölgüsü  haqqında  müqavilələrə  gəldikdə  isə,  nəzərə  almaq  lazımdır  ki,  bu

müqavilələri Azərbaycan Respublikası adından AR Dövlət Neft Şirkəti bir tərəfdən və xarici hüquqi

şəxslər  digər  tərəfdən  imzalayırlar.(21)  Bundan  əlavə  bu  müqavilələrə «pacta  sunt  servanda»

prinsipi  tətbiq  edilir.(22) 1969‐cu  il  Vyana  konvensiyasının  26‐cı  maddəsinə  uyğun  olaraq  bu

prinsipə görə qüvvədə olan hərbir beynəlxalq müqavilə onun iştirakçıları üçün məcburidir və onlar

tərəfindən vicdanla yerinə yetirilməlidir. Həmin Konvensiyanın 2‐ci maddəsinə əsasən beynəlxalq

saziş  dövlətlər  arasında  yazılı  formada  imzalanmış  və  beynəlxalq  hüquqa  əsasən  tənzimlənən

müqavilədir. Odur ki, yuxarıda istinad olunan normalara əsasən hasilatın pay bölgüsü müqavilələri

Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələri  hesab  oluna  bilməz  və  “Azərbaycan

Respublikasının  beynəlxalq  müqavilələrinin  bağlanması,  icrası  və  ləğv  edilməsi  qaydaları

haqqında ”  qanununun  təsiri  altına  düşə  bilməz.  Bu  halda  söhbət  beynəlxalq  xüsusi  hüquq

kontraktlarından gedə bilər.

“Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələrinin  bağlanması,  icrası  və  ləğv  edilməsi

qaydaları  haqqında ” qanunun  yeni  redaksiyada  8‐ci  maddəsi  AR  Konstitusiyasının  109‐cu

maddəsinin  17‐ci  bəndinin  inkişafı  olaraq  Prezidentin  beynəlxalq  müqavilələrdən  fərqli

müqavilələrin ratifikasiyaya çıxarılması imkanını məhdudlaşdırır.

Buna baxmayaraq Milli Məclis Azərbaycan Respublikasının Konstitusiyasının 95‐ci maddənin 4‐cü

bəndinə istinad edərək bu səpkidə olan və nə dövlətlərarası, nədə ki hökumətlərarası müqavilələrə

aid edilməyən müqavilələri təsdiq etməkdədir. Misal üçün, 06 may 2011­ci il tarixli Azərbaycan

Respublikasında Balaxanı‐Sabunçu‐Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun

bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti,

UQE‐LANSER PTİ. LTD və ARDNŞ‐in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi,

həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasinin Qanunu. Bundan əlavə

əvvəl  qeyd  edildiyi  kimi  bu  müqavilələrə  təsdiq edildikdən  sonra  qanun  qüvvəsi  verilir.  Hesab

edirik ki, bu toqquşmanın Qanunun 10‐11 maddələri ilə tənzimləsi imkanı mövcuddur.




­  31 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

Beynəlxalq müqavilələrinin məcburiliyinin əsas şərtlərindən biridə onun dərc edilməsidir. Lakin

qanunverici  müqavilənin  təsirini  birbaşa  onun  dərci  ilə  bağlamır.  Belə  ki,  Qanunun  25‐ci

maddəsinə əsasən ratifikasiya edilmiş, habelə bu Qanuna müvafiq təsdiq edilmiş və ya Azərbaycan

Respublikasının  qoşulduğu  Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələri  “Azərbaycan

Respublikasının  Qanunvericilik  Toplusu”nda  və  Azərbaycan  Respublikasının  rəsmi  dövlət

qəzetində  dərc  edilir. Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələrinin  əslinə  uyğun

mətnləri xarici dillərdə tərtib olunduqda, həmin müqavilələr Azərbaycan dilinə rəsmi tərcümə

ilə birlikdə bu dillərin birində çap edilir.

Qanunun 11‐ci maddəsi ratifikasiyası tələb olunan beynəlxalq müqavilələrin mətninin Azərbaycan

dilinə tərcümə edilməsini təsdiq edir. Təsdiq etmə və ya qoşulma hallarında müqavilənin mətninin

Azərbaycan dilində olmasına birbaşa göstəriş nəzərdə tutulmayıb. Lakin, təsdiq etməliyik ki, hər

bir  halda  Azərbaycan  mənbələrində  çapı  nəzərdə  tutulan  müqavilələrin  Azərbaycan  dilində

mətninin  olması vacibdir. Azərbaycan Respublikasında əsasən beynəlxalq müqavilələrə hüquqi

qüvvə verən milli qanunlar dərc edilir. Qeyd etmək lazımdır ki, ratifikasiya qanununun qüvvəyə

minməsi  beynəlxalq  müqavilənin  respublika  üçün  məcburiliyini  yaradır.  Lakin  bu  müddətlər

üst‐üstə düşməyə bilər. Məsələn, 1950‐ci il İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi

haqqında  Konvensiya  qoşulmuş  dövlətin  ratifikasiya  sənədini  depozitariyaya  təqdim  edildiyi

andan qüvvəyə minmiş hesab edilir (Konvensiyanın 66‐cı maddəsi).

Bundan  əlavə,  Qanunun  85.3‐cü  maddəsinə  əsasən,  əgər  Azərbaycan Respublikasının  tərəfdar

çıxdığı  dövlətlərarası  müqavilələrdə  daha  artıq  müddət  müəyyən  edilməyibsə,  xarici  ticarət

fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə

mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması

şərti  ilə,  xarici  ticarət  fəaliyyətini  tənzimləyən  normativ  hüquqi  akt  onda  nəzərdə  tutulmuş

müddətdə qüvvəyə minə bilər.

Aydındır ki, müqavilənin dərc edilməsi onun ictimailəşməsidir və bu həmin müqavilələrə istinad

əsaslı edir. . Belə olan halda V.S.Xijnyakla  razılaşmamaq çətindir. Onun fikrincə hüquqtətbiqedici

yalnız dərc edilmiş müqavilələrin müddəalarını tətbiq edə bilər və yalnız bu halda təsdiq etmək

olur ki, dövlət həmin müqavilələrdən xəbərdardır və onlar hüquq sisteminə daxil edilmişlər.(23)

Burada özüicraolunan və özüicraolunmayan müqavilələri fərqləndirmək tələb olunur. Yəni əgər

müqavilənin icrası üçün hansısa dövlətdaxili tədbirlərin həyata keçırılməsi tələb olunursa, həmin

beynəxalq müqavilə rəsmi dərc edildikdən sonra tətbiq edilə bilər.

Beynəlxalq  müqavilələrin müddəalarının  tətbiqinin  şərtlərindən  biridə göndərmədir.  Milli

normativ  hüquqi  aktlarda  bu  vasitəyə  tez‐tez  müraciət  edilir.  Bunu  milli  qanunların  əsas

hissəsində müşahidə etmək olar.(24) Burada rus alimi S.Y.Maroçkinlə razılaşmamaq olmaz. Belə

ki onun fikrincə, ratifikasiya və ya digər aktdan sonra beynəlxalq hüquq normalarının öz hüquq

sistemində  hərəkətə  gətirilməsi  üçün  dövlətin  sanksiyası  tələb  olunur  və  bunu  göndərmə  və

kollizion normalar yerinə yetirir.(25) Lakin hüquqtətbiqedici hər bir halda beynəlxalq və milli

hüquq  normaları  qarşılıqlı  tənzimləyən  ümumi  konstitusiya  nomasına  istinad  edə  bilər.

Göndərmədə beynəlxalq hüquq normalarının milli hüquq normalarına transformasiya edilməsi

elementləri müşahidə olunmur.(26)

Əgər dövlətin öhdəliklərinin yerinə yetirilməsi beynəlxalq müqavilələrə hüquqi qüvvə verildikdən

sonra başlayırsa, hüquqtətbiqedici üçün göndərmə normaları vacibliyi ilə seçilir. Nəzərə almaq

lazımdır ki, ümumi göndərmədə özü icra olunan və özü icra olunmayan normaların tətbiqi seçilir.

Qanunlarda umumi göndərmə əks olunsada, beynəlxalq müqavilələr sahələt üzrə təsnif edilmir,

bu isə onları ümumi konstitusion göndərmədən fərqləndirərdi. Qanunlardakı eyni göndərmələrin

mövcudluğu onların təsnifləşməsində cətinliklər yaradır. Bir qayda olaraq ziddiyyət baş verdikrə,

bunlar  beynəlxalq  müqavilələrin  üstünlüyünü  tanıyan  normalardır. Beynəlxalq  müqavilələrdə

onun birbaşa tətbiqini qaydasına salacaq və onun müddəalarının tətbiq etməsi ilə məşğul olacaq

müəyyən orqanlar göstərilə bilər. “Birbaşa qüvvəsi” ifadəsi beynəlxalq normaların milli hüquq

sistemindən   yan   keçməklə   birbaşa   tətbiqini  əks  etdirmir.  Hər  bir  dövlətdə beynəlxalq  və



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə