21
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ 2013/1
‐ Yaxın gələcəkdə Layihənizin Azərbaycandakı növbəti addımları haqqında nə deyə bilərsiniz?
‐ Mayın 31‐də yerli partnyorlarımızdan biri ilə yeni Tikinti və Şəhərsalma Məcəlləsinə həsr
olunmuş "Qanun – şəhər planlaşdırılmasında alət kimi" adlı beynəlxalq konfrans keçirəcəyik. Bu
ilin yanvarından qüvvəyə minən və əsas etibarilə insanlar arasında tanınmayan bu Məcəllənin
tətbiqi Azərbaycan cəmiyyəti üçün əhəmiyyətli yenilik olacaqdır. Bu işə dəstək verməyə biz
hazırıq. Həmçinin biz yeni İnzibati Prosessual Məcəllənin tətbiqinə dəstək verməyə davam
edəcəyik. Bu Məcəllənin kommentariyasının elektron versiyası www.inzibati.az səhifəsində
mövcuddur. İstənilən şəxs burada Məcəllənin tətbiqi ilə bağlı çoxsaylı suallara cavab tapa bilər.
Biz bu kommentariyanı Azərbaycanlı hüquqşünaslarla daha da genişləndirəcəyik. Hakimlərin,
xüsusilə hakimliyə namizədlərin tədrisi üçün biz Ədliyyə Akademiyasını mülki məhkəmələrdə
mühakimə icraatına həsr olunmuş video‐məşğələlərlə təmin etməyi nəzərdə tutmuşuq. Amma
əfsuslar olsun ki, bizim fəaliyyət planımızda çatışmazlıq da var. Belə ki, Azərbaycanda layihəmiz
çərçivəmizdə ilk dəfədir ki, bizə parlament tərəfindən məcəlləyaratma prosesinə dəvətlə bağlı
müraciət daxil olmamışdır. Mən əminəm ki, yazılası və təkmilləşdiriləsi neçə‐neçə normativ
sənədlər mövcuddur. Məsələn, keçən qış keçirilmiş konfransda biz azərbaycanlı mütəxəssislərlə
birgə kredit istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilikdə boşluqların
olduğunu müəyyənləşdirmişik. Bundan sonra biz azərbaycanlı və alman mütəxəssislərin birgə
əməkdaşlığı ilə qanunvericiliyin ekspertizasının keçirilməsini sifariş etdik. Beləliklə, biz
qanunvericiliyin təkmilləşdirilməsi və bank krediti istehlakçılarının hüquqlarının qorunması
istiqamətində müsbət impulsların olacağına ümid edirik.
‐ Bildiyiniz kimi bizim nəşr əsasən vəkillik fəaliyyəti sahəsinə həsr olunmuşdur. Bununla bağlı
GİZ‐in vəkilliklə bağlı layihələri haqqında məlumat bilmək istərdik.
‐ Azərbaycanda məhkəmə‐hüquq islahatlarına dəstək verən beynəlxalq təşkilatların sayı çox deyil.
Bununla əlaqədar biz fəaliyyətimizin tənzimlənməsi və layihələrimizin üst‐üstə düşməməsi üçün
həmin təşkilatlarla mütəmadi olaraq görüşürük. Burada vəkillərin tədris məsələləri ilə əsasən
Amerika Hüquqşünasları Assosiasiyası məşğul olur. Biz daha çox hakimlərə istiqamətlənmişik.
Bununla belə, Almaniyadan ekspertlər gələndə biz həmin ekspertlərin vaxtını vəkillər üçün bir
günlük treninqin keçirilməsinə sərf edirik. Bir tərəfdən mən eşidirəm ki, belə təlimlərin
keçirilməsinə böyük ehtiyac var, xüsusilə də inzibati prosessual sahədə. Digər tərəfdən bu cür
pulsuz təlimlərə qatılan hüquqşünasların sayında azlığı görəndə bu, məni təəccübləndirir.
‐ Bizə məlumdur ki, Siz peşəkar hüquqşünas olmaqla Almaniyada hakim işləyirsiniz. Gənc
Azərbaycanlı hüquqşünaslara Sizin peşəkar məsləhət və tövsiyələrinizi eşitmək yerinə düşərdi.
‐ Hakim olmaq yalnız bu vəzifəni daşımaq demək deyildir. Hakim sanki bir həkimdir. İnsanların
öz problemlərini həll edə bilmədiyi zaman onların problemlərinə əlac tapmaq bəzən adamda
məmnunluq hissi yaradır. Bu, çox məsuliyyətli vəzifədir. Əgər sənin əsas məqsədin pul
qazanmaqdırsa, o zaman, sənin yerin tanınmış hüquq firmasıdır. Hakimlər hər zaman onların
məhşur” peşə xəstəlikləri barədə ayıq‐sayıq olmalıdırlar. Hakimlərin əksəriyyəti günün 24 saatını,
həftənin 7 gününü düşünürlər ki, onlar hər zaman haqlıdırlar. Əgər sən tədricən öz dostlarını,
arvadını, uşaqlarını itirirsənsə, deməli, sən həmin xəstəliyə yoluxmusan. Bu azardan vaxtında
qorunmağın yolu birdir: “Hətta hakim belə, mükəmməl insan deyildir!”
22
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ 2013/1
Həmsöhbətimiz tanınmış vəkil
Elton Quliyevdur.
“VƏKİL ONA MÜRACİƏT EDƏN ŞƏXSİN
GÜMAN VƏ İNAM YERİDİR”
‐ Hörmətli Elton müəllim, ilk öncə bu
müsahibəyə razılıq verdiyiniz üçün Sizə öz
təşəkkürümüzü
bildirir
və
etiraz
etmirsinizsə, birbaşa mətləbə keçərdik.
Sualımız bir balaca ümumi və konkretlikdən
xali ola bilər, lakin biz hüquqşünaslar üçün
sirr deyildir ki, vəkillər şərti olaraq əsasən iki
istiqamət ‐ mülki və cinayət sahələri üzrə
ixtisaslaşırlar. Sizcə, cinayət sahəsi üzrə ixtisaslaşan vəkillər qrupu digərlərindən fərqli olaraq
hansı fərdi və peşə keyfiyyətlərinə malik olmalıdırlar?
‐ İlk əvvəl demək istəyirəm ki, bu gün ümumən vəkilliyə tələbat və vəkillərin özlərinə qarşı
tələbkarlığı elə səviyyədə deyil ki, onların hüququn müxtəlif sahələri üzrə ixtisaslaşmaları haqda
danışasan. Çox nadir hallarda yalnız mülki, ya təsərrüfat və yaxud cinayət hüququ sahələri üzrə
ixtisaslaşan vəkillərə rast gələrsiniz. Halbuki, idealda ixtisaslaşma nəinki hüququn ayrı‐ayrı sahələri
üzrə, hətta bir hüquq sahəsinin ayrı‐ayrı institutları üzrə olmalıdır. Bizdə isə “mən bu sahəni
bilmirəm” – deyən vəkilləri barmaqla saymaq olar. Belə məsuliyyətsizlik hüquqi yardım adı altında
müvəkkilə əlavə problemlər yaratmaqla nəticələnir. Ona görə də sualınızı bu nöqteyi‐nəzərdən
aktual hesab etmək olar. Mənə elə gəlir ki, bütün peşə sahibləri, o cümlədən vəkillər də ilk növbədə
vicdanlı və etibarlı olmalıdırlar. Vəkil heç bir halda öz müvəkkilinin mənafeyi və maraqları əleyhinə
getməməlidir. Bundan başqa, vəkil ziyalı və bugünkü həyatımızın imkan verdiyindən də artıq kübar
olmalıdır. Peşə keyfiyyətlərinə gəldikdə isə, vəkil hüquqi biliklərə dərindən yiyələnməli, geniş
dünyagörüşünə malik olmalıdır. Cinayət işləri üzrə hüquqi yardım göstərən vəkillər isə əlavə olaraq
cinayət təqibi prosesinin bütün mərhələlərini, araşdırılan hadisənin kriminoloji aspektlərini özü
də elə dərəcədə mükəmməl bilməlidir ki, ona rəqiblik edən ittiham tərəfinin səhvlərini aşkar edə
bilsin. Cinayət işi üzrə müxtəlif növ ekspertizalar keçirilir. Ekspertizaların aid olduğu elm
sahələrindən bixəbər olan vəkil heç cür ekspertlərin rəylərini təftiş edə bilməz. Təcrübədə tez‐tez
rast gəlinən haldır ki, ittiham tərəfi təkzibolunmaz və mötəbər sübut əldə edə bilməyəndə, öz
mülahizələrini keyfiyyətsiz ekspertiza rəyləri ilə təsdiq etməyə çalışır. Təəssüf ki, məhkəmələr də
ekspert rəylərini az qala maddi sübut kimi qəbul edirlər. Məsələn, bu yaxınlarda müdafiəçi kimi
iştirak etdiyim istintaq zamanı bizi bir ekspertiza rəyi ilə tanış etdilər. Keçən ilin sentyabr ayında
xəsarət almış və artıq bir dəfə tibb ekspert tərəfindən müayinə olunan bir şəxsdə hadisədən 5 ay
sonra ağır beyin travması aşkar edilib. Bu rəyi yazan şəxs bilməmiş deyil ki, beyin travması nevroloji
əlamətlərini travmadan dərhal sonra biruzə verir. Xəsarət alan şəxs 5 ay ərzində 10 dəfələrlə
həkimə müraciət edib, amma bir dəfə də bu əlamətlər barədə şikayət etməyib. Biz təbii ki, rəyin
yanlış olduğuna əmin idik. Ona görə də istintaq orqanından zərər çəkmiş şəxsin başının bizim
iştirakımızla yeni kompüter tomoqrafiyasından keçirilməsini tələb etdik. Vəsatətimiz təmin olundu
və təkrar müayinə zamanı təsdiq olundu ki, şəxsin beynində heç bir dəyişiklik yoxdur və olmayıb.
Yaxud başqa bir rəylə müvəkkilimdə aşkar edilən bıçaqla qətl hadisəsinin törədildiyi barədə ekspert
rəyi alınıb. Rəydə yazılır ki, meyidin üzərindəki bıçaq yarasının əsas kəsiyinin, yəni bıçaq bədənə
girərkən yaranan kəsiyin uzunluğu 2 sm, bıçağın tiyəsinin ən enli yeri isə 2,6 sm‐dir. Bu o deməkdir
ki, yara həmin bıçaqdan əmələ gəlməyib. Çünki bıçaq bədənə bütünlüklə nüfuz edibsə, əsas kəsiyin
uzunluğu ilə bıçağın tiyəsinin ən enli hissəsi eyni rəqəm olmalırdır. Bu cür yanlışlıqlara digər növ