Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   2   3   4   5   6   7   8   9   ...   43

MÜNDƏRİCAT

Ön söz

Təbriklər

Müsahibələr və mövqelər

“Vəkillərimiz şikayətlənmirlər”

Vəkillər Kollegiyasının sədri

       Azər Tağıyev

“Rus və sovet vəkilliyinin ən yaxşı

        ənənələri”

Rusiya Vəkillər Gildiyasının

        prezidenti Həsən Mirzəyev

9

“İmkansızlar üçün ədliyyə və yaxud

         qanunları hər kəs üçün səmərəli

        etməyin sirri”

         Vəkillər Kollegiyasının Rəyasət

         Heyətinin üzvü Anar Bağırov

14     “Vəkillik fəaliyyəti zamanı təcrübədə

          rastlaşılan problemlər”

Vəkillər Kollegiyasının Rəyasət

          Heyətinin üzvü Kamandar Nəsibov

19 “Azərbaycanın bu sahədəki müsbət

         təcrübəsi nümunədir”

GİZ‐in Layihə rəhbəri Tomas Meltser

22

“Vəkil, ona müraciət edən şəxsin

           güman və inam yeridir”

vəkil Elton Quliyev

26 “Beynəlxalq müqavilələrin

         Azərbaycanda tətbiqinin problemləri”

vəkil Turqay Hüseynov

34 “Azərbaycan vəkilliyinin inkişaf tarixi”

vəkil Şəhriyar Əliyev

42 “Yeni məcəllə tikinti sahəsində norma‐

         tiv hüquqi aktların sistemləşdirilməsi‐

         nə şərait yaratmışdır”

         hüquqşünas Samir Qasımov

46 “Kredit münasibətlərində istehlakçı‐

         ların hüquqları necə qorunur?!”

hüquqşünas Əkrəm Həsənov

Məhkəmə aktları

54 “Azərbaycan Respublikası Cinayət Məcəl‐

          ləsinin 18.5, 61.1.1 və 65‐ci maddələrinin

          şərh edilməsinə dair” KM­nin

         18/03/2013‐cü il tarixli Qərarı



61 “Məhkəmələr tərəfindən tibbi

         xarakterli məcburi tədbirlərin tətbiqi

         təcrübəsi haqqında”  Ali Məhkəmənin

         Plenumunun 08/11/2012­ci il tarixli

         Qərarı

68 İnsan Hüquqları üzrə Avropa Məhkə‐

         məsinin “Heydərova Azərbaycana



         qarşı” 18/12/2012‐ci il tarixli Qərarı

71 Normativ yeniliklər

Yerli xəbərlər

75 Vəkillər və məhkəmə aparatı işçiləri

üçün təlimlər keçiriləcək



76 Ədliyyə orqanlarında işləmək istə‐

        yənlər üçün kurslar təşkil olunacaq



76 İcazə verəsiz evimi tikim?

Beynəlxalq aləm

79 Türkiyədə qadın vəkillər öz

       vəzifələrini baş örtüyü ilə icra edə

       biləcəklər

80 BMT Şimali Koreyanı Beynəlxalq

       Cinayət Məhkəməsinə verməlidir



81 Belarus Respublikasında mülki

       mübahisələr zamanı mediasiya

       institutundan istifadə olunacaqdır

Tanınmış hüquqşünaslar silsiləsindən

82 “Sürəyya Ağaoğlu kimdir?” ‐

araşdırma

84

“Luis Moreno­Okampo kimdir? ­

           araşdırma

87      “Sualınıza vəkil cavab versin!”

rubrikası

92

Elanlar



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

­  2 ­



Ö

N

S

ÖZ

Ədalət  mühakiməsi  sistemində  ən  ağır

hüquqi  arsenalın  daşıyıcılarının  vəkillər  olması,

sizcə təsadüfidirmi?! Yəqin ki, ön sözü oxuyan hər

biriniz  bu  ritorik  suala  "xeyr"  cavabını

verəcəksiniz.  Həqiqətən  də  vəkili  ədalət

mühakiməsi  sisteminin  digər  əsas  iştirakçıları

arasında  güclü  edən  təkcə  normativ  əsas  deyil,

həm  də  onun  daşıdığı  ictimai  funksiyadır.  Nə

hakim, nə də ki, ibtidai araşdırmanı aparan şəxs

vəkil qədər cəmiyyətlə təmasda olan fiqur deyillər.

Məhz  buna  görə  vəkillik  yükü  hər  zaman  fərqli,

həmçinin vəkilin peşəkarlıq səviyyəsinə olan tələb

də başqa olmuşdur. Təbii tarazlığın özü tələb edir

ki, güclü arsenala sahib olan vəkil daha çox müdafiəyə ehtiyacı olan tərəfin yanında

olsun. Bu, təkcə qanunvericiliyin tələbi deyil, həmçinin təbii qanunauyğunluqdan, belə

desək, "ilahi ədalət"dən irəli gələn zərurətdir.

Yuxarıda deyilənlər vəkil peşəsinin nüfuzunun daima yüksəkdə saxlanılmasını

şərtləndirir.  Peşənin  nüfuzunun  yüksəldilməsi  həm  o  peşənin  daşıyıcılarının

səriştəliliyindən, həm onların cəmiyyət arasındakı davranışlarından, həmçinin digər

amillərdən asılıdır. Digər amil dedikdə isə az əhəmiyyətli olmayan məsələ kimi vəkil

peşəsinin təbliğinə töhfə verən sanballı nəşrlər nəzərdə tutulmalıdır. Bu cür nəşrlər

istənilən  qurumun  siması,  onun  nüfuzunun  artırılmasına  xidmət  edən  əsas

vasitələrdən biridir.

"Azərbaycan vəkili" nəşrinin buraxılmasında məqsəd elə yuxarıda qeyd olunanlar

–  ölkəmizdə  insan  hüquqlarının  müdafiəsinə  dəstək  verilməsi,  vəkil  peşəsinin

hüquqşünaslar arasında təbliği ilə onun nüfuzunun artırılması, həmçinin gələcəkdə

vəkillik sahəsindəki aktual problemlərin tədqiqi ilə vəkillik hüququ elminin inkişafına

töhfə verilməsidir.

Bu gün vəkillik sahəsinə həm cəmiyyətin, həm də ki, dövlətin marağı və diqqəti

hiss olunmaqdadır. Bunu son illər Respublika Prezidenti tərəfindən imzalanan bir sıra

mühüm aktlar, həmçinin bu peşəyə gəlmək istəyən gənclərin sayındakı fəallıq sübut

etməkdədir.

Ümid edirik ki, "Azərbaycan vəkili" nəşri bu tendensiyaya əlavə təkan verməklə

Azərbaycanda vəkillərin bu formatda ilk tribunası olacaq və vəkilliyin mənəvi hamisinə

çevriləcəkdir.

Əlavə olaraq Nəşrin ərsəyə gəlməsində xüsusi dəstəyinə görə “Akkord Sənaye

Tikinti İnvestisiya Korporasiyası” ASC‐nin rəhbərliyinə Redaksiya heyəti adından öz

təşəkkürümü bildirirəm.

Anar Bağırov

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü,

“Azərbaycan vəkili” jurnalının baş redaktoru



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə