23
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ 2013/01
ekspert tədqiqtları zamanı da yol verilir. Vəkil mühasibat, vergi, gömrük, təbabət, mühəndislik və
sair sahələrə dair zəruri biliklərə malik deyilsə, təbii ki, onun bu məlumatsızlığı mütləq göstərdiyi
xidmətin keyfiyyətinə mənfi təsir göstərəcək. Bu, dediklərimdən irəli gələn və mövcudluğu diktə
olunan isə cinayət işinin materiallarını mükəmməl öyrənmək, hər sənədə, sənədin hər cümləsinə,
cümlənin sözünə diqqət yetirmək, sənədləri bir‐birilə tarixinə, mətninə və digər əlamətlərinə görə
tutuşdurmaq və sairə, sairə halları tədqiq etmək, məhkəmə prosesində isə ümumiyyətlə gözünü
belə qırpmamaq keyfiyyətlərini özündə aşılamaqdır.
‐ Elton müəllim, əslində müdafiəçi – vəkil cinayət prosesinin digər iştirakçılarından fərqli olaraq
cinayət mühakimə icraatının bütün mərhələlərində bilavasitə iştirak edir. Belə desək, vəkilin
iş yükü müqayisədə cinayət prosesinin digər iştirakçılarınkından fərqli olaraq daha çoxdur.
Sizcə, vəkil prosesin bütün mərhələlərində eyni, yekcins taktikaya sadiq qalmalıdır, yoxsa
ibtidai araşdırma mərhələsində bir cür, məhkəmə prosesində isə başqa taktikaya üstünlük
verməlidir? Yəni, bir iş üzrə işin mərhələlərindən asılı olaraq müxtəlif taktikaya üstünlük
verilməsi işin səmərəli həllinə necə təsir edə bilər?
‐ Bu sualınıza qismən cavab verdim. Müdafiə strategiyası nadir hallarda dəyişə bilir. Bu çox vaxt
müvəkkilin vəkili ilə səmimi olmadığı hallarda, yaxud vəkilin “bəlkə baş tutdu” prinsipi ilə
uğursuzluğa düçar olduğu hallarda baş verir. Amma müdafiə taktikası tez‐tez dəyişə bilir və bu çox
normaldır. Taktikanın dəyişməsini müstəntiqin, prokurorun, prosesin digər iştirkçılarının xarakteri
və iddiaları tələb edir. Məsələn, istintaqın qərəzli olduğu bütün hallarda mən çox vaxt müvəkkilimə
istintaqın ilk dövründə ifadə verməməyi, özünün təqsirsizliyini təsdiq edən sübutları
açıqlamamasını, lehinə ifadə verə biləcək şəxsləri göstərməməyi məsləhət görürəm. Bu mənada
məhkəmənin və ya istintaqın qərəzli aparılması ehtimalı müdafənin uğuru üçün ciddi təhlükə
yaradır. Təcrübədə öz ifadələri ilə məsuliyyəti istisna edən, yaxud şübhə altına alınan şahidlərin
təzyiq altında ifadələrindən imtina etmələrinə və ya ifadələrini dəyişməyə məcbur edildiklərinin
şahidi olmuşuq. Məsələn, bir dəfə cinayət işinin materialları ilə tanış olarkən istintaq dövründə
cinayət məsuliyyətini istisna edən bir qərar aşkar etdik. Tam əmin idik ki, bu qərar sadəcə diqqətdən
yayındığından ləğv edilməyib. Qərar öz‐özlüyündə obyektiv və ədalətli idi, qanunun tələblərinə tam
cavab verirdi. Lakin müvəkkilimizə qarşı qərəzlilik olduğundan onlar məhkəməyə verilmişdi.
Məhkəmə araşdırması zamanı bu qərar ortaya çıxsaydı, onun dəyişdirilməsinin, yaxud ləğv edilməsi
haqqında qərarın əlavə edilməsinin qarşısını bəlkə də ala bilməzdik. O səbəbdən də çox həyəcan
keçirərək, prosesin axırın gözləyib sonda, artıq dəyişdirilməsi mümkün olmayan mərhələdə bu
qərar barədə məlumat verdik və bəraət hökmünə nail olduq. Belə hallar olur, lakin müdafiə taktikası
istənilən halda müdafiənin və başlıcası müvəkkilin maraqları ilə uzlaşdırılaraq dəyişdirilməlidir.
‐ Cinayət prosessual qanunvericiliyimizdə məhkəmə prosesinin aparılma qaydası, orada vəkilin
– müdafiə tərəfinin etməli olduğu prosessual hərəkətlər dəqiq göstərilmişdir. Lakin xalqımızın
özünəməxsus mentaliteti və davranış minimumları mövcuddur ki, bu da özünü məhkəmə
proseslərində büruzə verir. Sualımız belədir: məhkəmə prosesində Azərbaycanda vəkillərin
adətən ittiham tərəfinə, habelə hakimə münasibətdə hansı davranış taktikasını seçmələri
faydalı olardı?
‐ Mən qabaqlar istintaqçı olmuşam. Dostluq münasibətində olduğum və ərk etdiyim insanların çoxu
polisdə, prokurorluqda və digər hüquq mühafizə orqanlarında işləyirlər. Onlarla münasibətim
hazırda da çox yaxşıdır. Yadımdadır, tələbəlikdən tanıdığım və bir insan kimi hörmət etdiyim bir
prokurorla məhkəmə prosesində qarşı tərəflər kimi iştirak edirdik. Mən haqlı tərəf idim. Suallar
sərt idi və cavablar yalnız hüquq müstəvisində haqlı ola bilərdi. Bir sözlə qarşıdurma ciddi
idi.Fasilədə qoluma girib dedi ki, axı biz dostuq nə yapışmısan bu işdən və s. Ona gülə‐gülə
məhkəmənin darvazasını göstərdim dedim ki, biz səninlə darvazanın o tərəfində dostuq… sonrakı
ifadələr müsahibəlik deyil… Amma onu da deyim ki, tanıdığım müstəntiqlərlə, prokurorlarla, ya
hakimlərlə mehriban münasibətləri görən müvəkkillərdən bəzilərində başqa fikirlər yaranır.Bu
hallarda həmin müvəkkildən, onun şübhələrini artırmadan ayrılmağı üstün tuturam.
24
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ 2013/1
Qaldı proses iştirakçlarına münasibət taktikası, bunu, məncə qanun özü saf‐çürük edir. Hesab
edirəm ki, bir‐birinə hörmətlə yanaşan şəxslərin bir‐birindən inciməməsi, cızıqdan çıxmaması üçün
sadəcə, qanunun tələblərinə riayət etmək kifayətdir.
‐ Tez‐tez məişətimizdə qəlibləşmiş belə ifadələr eşidirik: "ədalətli hakim", "ədalətli prokuror"
və s. Amma nə əcəbdirsə, qulağımıza
"ədalətli vəkil" ifadəsi bir az yad səslənir.
Sizə görə, "ədalətli vəkil"i nə dərəcədə
uğurlu ifadə hesab etmək olar?
‐ Hamı ədalətli olmalıdır. Ən azı ədalətli
olmağa çalışmalıdır. Sırf peşə və bu peşədən
irəli gələn münasibətləri tənzimləyən
qanunlar baxımından prokuror da, müstəntiq
də, hakim də, şahid, zərər çəkən, ekspert və
digər proses iştirakçıları da səmimi və ədalətli
olmalıdırlar. Vəkil isə hər bir halda qərəzlidir,
müvəkkilinin kim olmasından və hansı əməli
törətməsindən asılı olmayaraq ona yardım
etməlidir. Yəni "ədalətli hakim", "ədalətli
prokuror", "ədalətli müstəntiq" hüquqi
anlayışlardır, çünki ədalətlilik müstəntiqin də, prokurorun da, hakimin də hüquqi öhdəlikləridir.
Qanun onların hər birinə şəxsin təqsirsizliyi sübut olunduğu təqdirdə müvafiq olaraq cinayət
təqibinə xitam vermək, ittihamdan imtina etmək, bəraət hökmü çıxarmaq hüququ verir. Vəkil isə
istəsə də müdafiədən imtina edə bilmir – buna qanun icazə vermir.
‐ Əvvəlki sualımızın davamı olaraq, Fyodr Dostoyevski vəkili "icarəyə götürülmüş vicdan"
adlandırırdı. Bəs, Siz bu fikirlə nə dərəcədə razısınız?
‐ Deyəcəklərimi cavabdan yayınmaq kimi dəyərləndirməyin. Məsələ burasındadır ki, bu vəkillərə
münasibət çox parodoksaldır. Bir tərəfdən demək olar ki, onlara hamının ehtiyacı var. Onlara
hörmət edirlər, digər tərəfdən onları bəyənmirlər. Vəkillərə aid o qədər xoşagəlməz lətifələr qoşulur
ki. Birini deyim gərək. Vəkil ölür və cənnətə düşür. Mələklər gəzdirə‐gəzdirə onu peyğəmbərlərin,
imamların, papaların yaşadıqları evlərin yanından aparıb gözəlliyinə görə o evlərdən fərqlənən bir
evə gətirilər. Vəkil utanır ki, bu ev Papanın evindən qəşəngdir axı. Cavab verirlər ki, burda Papa
çoxdur, lakin birinci vəkil sənsən. İndi bu vəkillərə təriflər çox verilib. Ən kəskinin isə Lenin deyib.
Mən də vəkillik fəaliyyətinə başlayanda onun sözlərini böyük hərflərlə yazıb İsaxan Aşurovla
əyləşdiyimiz kabinetimizin divarından asdım. İsaxana dedim ki, bundan kəskinini deməyəcəklər
ki, qoy oxusunlar ki, sonra deyinməsinlər.
Vəkil ona müraciət edən şəxsin güman və inam yeridir. Onun ümidlərini doğrultmaq əzmində olan
vəkil onun həyatını yaşamağa başlayır. Bütün bacarığını və biliklərini səfərbər edir. Yəni, qoy sizin
sitatınız kimi, vicdanını, savadını və peşəkarlığını icarəyə verir. Amma onu da deyim ki, icarə həmişə
əvəzliliyi nəzərdə tutur. Biz isə çox vaxt əvəzsiz də xidmət göstəririk.
‐ Yadımdadır ki, professor Firudin Səməndərov bir dəfə mühazirələrinin birində demişdir ki,
"Elton Quliyev yol‐nəqliyyat hadisələri ilə bağlı cinayətlərin açılmasının allahıdır." Yəqin ki,
bu sözlər Sizin daxili işlər orqanlarında işlədiyiniz dövrə aiddir. O vaxtkı təcrübəniz bu gün
vəkillik fəaliyyətinizdə Sizin əlinizidən çoxmu tutur?
‐ Firudin müəllimə bu qiymətinə görə çox minnətdaram. Mənim hüquqşünas kimi formalaşmağımda
onun da digər müəllimlərimizin də əziyyətini unutmaram.