Publication1


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

­  25 ­

 İstintaqda xeyli müddət çalışmışam və istintaqın incəliklərini bilən bütün vəkillərimiz kimi cinayət

işləri üzrə vəkillikdə bu təcrübə təbii ki, mənə də çox köməklik edir. Təvazökarlıqdan uzaq olsa da,

deməliyəm ki, nə prokurorlar, nə də müstəntiqlər məni aldada bilmirlər.

‐ Sonda gənc hüquqşünaslarımıza – vəkil olmaq arzusu ilə yaşayan gənclərimizə tövsiyələrinizi

eşitmək istərdik.

‐ Düzü bilmirəm, mənim tövsiyələr verməyə haqqım çatırmı. Son illərdə Vəkillər Kollegiyasına xeyli

hazırlıqlı, müasir düşüncəli gənclər üzv olublar. Onların bəziləri ilə təmasda oluram və gələcəkdə

nailiyyətlər əldə edəcəklərinə əminəm. Əlbəttə, özləri istəsələr. Onu deyə bilərəm ki, vəkillikdən

öncə dəyərli insan olmaq lazımdır. Bu, vəkillik kimi çox şərəfli peşəyə sahib olmağın ilkin şərtidir.

Vəkillik elə bir fəaliyyətdir ki, səndən daim mütaliə etməyi, məlumat almağı, insanlarla ünsiyyətdə

olarkən onların rəğbətini qazanmağa səy göstərməyi tələb edir. Vəkilliyin məsuliyyətini dərk etmək

və şəxsi ləyaqət hissinə malik olmaq kifayətdir ki, bu səylər arzuolunan nəticələr versin. Bir də,

vəkillik xidmət sferasına aid olan peşədir. İnsanlar da peşəkar həkim, dəllək, çilingər axtardıqları

kimi, peşəkar vəkilə müraciət etmək istəyirlər. Ona görə də populyar olmaq üçün çalışmaq və tər

tökmək tələb olunur.

‐ Müsahibəyə vaxt ayırdığınız üçün çox sağ olun!



­  26 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

Turqay İ. Hüseynov

Azərbaycan Respublikası

Vəkillər Kollegiyasının üzvü,

hüquq elmləri üzrə fəlsəfə doktoru

BEYNƏLXALQ MÜQAVİLƏLƏRİN

AZƏRBAYCANDA TƏTBİQİNİN PROBLEMLƏRİ

20‐ci  əsrin  sonu  Azərbaycan  Respublikası  üçün

müstəqilliyin  bərpa  olunması  və  onun  beynəlxalq

qanunvericilik prosesinə tam hüquqlu iştirakçı kimi

qoşulması  ilə  səciyələnir.  Bu  proses  dövlətimiz

tərəfindən  beynəlxalq  hüququn  subyekti  olaraq  öz

üzərinə  öhdəliklərin  götürülməsi  və  beynəlxalq

hüquq normalarının dövlətdə tətbiq edilən normativ‐

hüquqi  aktlar  sırasına  daxil  edilməsi  ilə  müşayət  olunurdu. Bu  beynəlxalq  hüquq  normaları  ilə

dövlətdaxili hüquq normalarının qarşılıqlı əlaqəsini dahada aktuallaşdırmış və bunun üçün lazımi

şərainin yaradılmasını gündəmə gətirmişdir. Bundan əlavə beynəlxalq hüquq normalarının həyata

keçirilməsi prosesinin mühim elementlərindən biri də real fəaliyyət göstərən milli təşkilatı sistemin

olmasıdır, yəni bu normaların tətbiqinin təmin edilməsi üçün hüquqi müstəvidə fəaliyyət göstərən

orqanların mövcudluğudur.

(1)

SSRİ‐nin dağılması dünya xəritəsində yeni müstəqil dövlətlərin yaranması ilə müşayət olunurdu



və onların hər biri fərdi olaraq öz hüquq sistemlərində beynəlxalq hüquq normalarının yerini və

tətbiqi mexanizmlərini müəyyən edirdi. Burada həm dövlətlər tərəfindən öz üzərinə götürdüyü

öhdəliklərin  yerinə  yetirilməsinin,  həmçinin  bu  normaların  tətbiqinin  əsasını  təşkil  edən  milli

normaların  olmasının mahiyyətini qeyd  etmək  lazımdır.  Belə  ki,  dövlətlər tərəfindən müəyyən

öhdəliklərin  götürülməsi  həmin  öhdəliklərin tətbiqi  mexanizmlərinin  seçilməsini  gündəmə

gətirirdi. Bu baxımdan dövlətin üzərinə götürdüyü öhdəliklərin hansı qaydada yerinə yetirməsi və

beynəlxalq hüquq normalarının realizə edilməsi prosedurunun müəyyən edilməsi məsələsi xüsusi

yer  tutur.(2) B.İ.Osmininin  mövqeyinə  görə  beynəlxalq  hüquq  dövlətlərdən  beynəlxalq

müqavilələrə  riayət  etməyi  tələb  edərək, onların  üzərinə  həmin  öhdəliklərin  yerinə  yetirilməsi

vasitələrinə yox, nəticə əldə etmək öhdəliyi qoyur. Burada o, əsaslı olaraq qeyd edir ki, ümumən

dövlətlər  beynəlxalq  müqavilə  öhdəliklərinin  realizə  etmə  qaydalarının  və  vasitələrinin

seçilməsində azaddırlar.(3) Professor G.İ.Kurdyukov isə hesab edir ki, normaların realizə edilməsi

sosial  nəticənin  əldə  edilməsi  vasitəsidir.(4) Digər  rus  alimi  L.X.Minqazov  isə  qeyd  edir  ki,

realizasiya  beynəlxalq  hüquq  norma  və  prinsiplərinin  effektivliyinə  zəmin  yaradan  əsas

səbəbdir.(5)

Bu  gün  Azərbaycan  qanunvericiliyində  onun  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrin həyata

keçirilməsi prosesini tənzimləyən bir sıra normativ‐hüquqi aktlar mövcuddur ki, onların sırasında

ən  mühim  yerlərdən  birini 13  iyun  1995‐ci  il  tarixli  “Azərbaycan  Respublikasının  beynəlxalq

müqavilələrinin  bağlanması,  icrası  və ləğv  edilməsi  haqqında” Qanun  tutur.  Lakin,  bu  sahədə

qanunvericilik  sisteminin  özəyini  Azərbaycan  Respublikasının  Konstitusiyasının  148 (“II.



Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr  Azərbaycan  Respublikasının

hüquq  sisteminin  ayrılmaz  tərkib  hissəsidir.”)  və  151‐ci  maddələri (“Azərbaycan  Respublikasının

qanunvericilik  sisteminə  daxil  olan  normativ  hüquqi  aktlar  ilə  (Azərbaycan  Respublikasının

Konstitusiyası  və  referendumla  qəbul  edilən  aktlar  istisna  olmaqla)  Azərbaycan  Respublikasının

tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələr  arasında  ziddiyyət  yaranarsa,  beynəlxalq  müqavilələr

tətbiq edilir.”) tutur.


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

­  27 ­

Deyilənlərin fonunda Azərbaycan Respublikasında onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrin

icrasının  hüquqi  əsaslarının  müəyyən  edilməsi  ön  plana  çıxarılır  və  onların milli  hüquqla

tənzimlənən münasibətlərə tətbiqi məsələsi gündəmə gəlir.

21 dekabr 2010‐cu il tarixli “Normativ‐hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının yeni

Qanununun  (17  fevral  2011‐ci  il  tarixdə  qüvvəyə  minmiş)  qəbul  edilməsi  və “Azərbaycan

Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi haqqında” Qanuna

əlavə və dəyişikliklərin edilməsi beynəlxalq və milli hüququn qarşılıqlı əlaqəsi məsələsini bir daha

aktuallaşdırdı. Bu Qanunun qəbulu ilə qanunverici beynəlxalq və milli hüququn qarşılıqlı əlaqəsi

məsələsində qaranlıq qalan bəzi məsələlərə aydınlıq gətirdi.

Öncə  beynəlxalq  müqavilələrin tətbiqi  mexanizmində fərqlərin  mövcudluğunu qeyd  etmək

lazımdır.  Belə  ki,  bəzi  müqavilələrin həyata  keçirilməsi üçün  iştirakçı  dövlətlərdən  müəyyən

hərəkətlərin edilməsini və ya onlardan vaz keçmək (məsələn, 24 sentyabr 1996‐cı il tarixli Nüvə

sınaqlarının tam qadağan edilməsinə dair Müqavilə, 19 noyabr 1990‐cı il tarixli  Avropada adi

silahlı qüvvələr haqqında Müqavilə və s.)  tələb olunur. Digərlərinin həyata keçirilməsi normativ‐

hüquqi  müşahidəsiz  təsəffür  etmək  mümkün  deyil,  cünki  onlar  birbaşa  dövlətdaxili  hüququn

subyektlərinə  ünvanlanıblar.  Bunu  nəzərə  alaraq  beynəlxalq  və  milli  hüququn  qarşılıqlı

əlaqəsindən irəli gələrək milli qanunverici və təşkilatı müşayətə ehtiyacı olan müqavilələrin təhlili

önə çəkilməlidir.

Bu baxımdan “Normativ‐hüquqi aktlar haqqında” qanunun özü icra olunan və özü icra olunmayan

normaların həyata  keçirilməsinin şərtlərini  müəyyənləşdirən  müddəaları  tam  yerinə  düşmüş

olmuşdur. Belə ki, qanunun 23.4‐cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı

beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili

normativ  hüquqi  aktın  qəbul  olunmasını  tələb  edən  hallar  istisna  olmaqla,  birbaşa  tətbiq

edilməlidir.(6) Bu belə qənaətə qəlməyə əsas verir ki, beynəlxalq müqavilələrin müddəalarının

bir başa tətbiqinin tanınması qanuntətbiqedici üçün onlara müraciət etməyə əsas verir. Lakin bu

zaman  qanuntətbiqedici  nəzərə  almalıdır  ki,  Azərbaycan  Respublikasının  tərəfdar  olduğu

beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün normativ‐hüquqi aktın

qəbul edilməsi tələb olunur. Belə ki, Qanunun 24‐cü bu halları müəyyən edir:



« M a d d ə  24. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinin həyata keçirilməsinə yönəlmiş

normativ hüquqi aktların qəbul edilməsinin əsasları

24.0. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin

həyata keçirilməsinə yönəlmiş normativ hüquqi aktlar aşağıdakı hallarda qəbul edilir:

24.0.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin predmetini Azərbaycan

Respublikasının normativ hüquqi aktları ilə tənzimlənməyən məsələlər təşkil etdikdə;

24.0.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin

yerinə yetirilməsi müvafiq normativ hüquqi akt qəbul edilmədən mümkün olmadıqda;

24.0.3. beynəlxalq müqavilənin tərəfləri müvafiq normativ hüquqi aktların qəbul edilməsi barədə

razılığa gəldikdə.»

Bu maddənin tətbiqinə dair misal gətirmək yerinə düşərdi. Məsələn, Azərbaycan Respublikasının

Cinayət  Məcəlləsinin  1.3‐cü  maddəsinə  əsasən ñinayət  məsuliyyətini  müəyyən  edən  və  cinayət

törətmiş  şəxsin  cəzalandırılmasını  nəzərdə  tutan  qanunlar  yalnız  bu  Məcəlləyə  daxil  olunduqdan

sonra  tətbiq  edilə  bilər. Yəni,  əgər  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsində  nəzərdə

tutulmayan yeni cinayət tərkibi əks olan hansısa müqaviləyə qoşulursa, onların realizə edilməsi

yalnız məcəllədə öz əksini tapdıqda mümkündür.

Bildiyimiz kimi, beynəxalq müqavilələrin icra mexanizmində mərkəzi yeri pacta sunt servanda(7)

prinsipi  tutur  və  onun  realizasiyasını  dövlər  tərəfindən həmin

müqaviləyə  hüquqi  qüvvə

vermədən  təsəffür  etmək  olmaz.  Beləliklə,  beynəlxalq  öhdəliklərin  vicdanlı  icrası  prinsipi

beynəlxalq  hüquq  normaları  sistemi  ilə övlətdaxili  normativ  sistemini  bağlayan  amil  olması

danılmazdır.



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə