Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

­  44 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

İlk  kontrakt  1947‐ci  ildə  Dünya  Bankının  tələbi  ilə  işlənib  hazırlanmışdır.  FİDİC‐in  nümunəvi

kontraktlarından  tikinti  fəaliyyətində geniş  istifadə  olunur,  onlar  unifikasiya  edilmiş  və  eyni

zamanda dəyişdirilə bilir (kontraktın bəzi hissələri dəyişdirilə, yaxud tamamilə çıxarıla bilər). Bu

isə, öz növbəsində onların münasib olmasına xidmət edir. Tikinti layihəsinin iştirakçılarından biri

beynəlxalq təşkilat olduğu təqdirdə FİDİC‐in kontraktları xüsusilə tez‐tez istifadə edilir.

FİDİC‐in  tərtib  etdiyi  kontrakt  sənədləşməsi  proforma  adlanır.  1960‐cı  ildən  başlayaraq cəmi  9

proforma hazırlanmışdır. İlkin mərhələdə aşağıda göstərilmiş 5 əsas proforma hazırlanmışdır:

“Mülki tikinti obyektlərinin tikintisi müqaviləsinin şərtləri” (“Qırmızı kitab”);

“Mülki tikinti obyektlərinin tikintisi subpodrat müqaviləsinin şərtləri”;

“Sifarişçi və məsləhətçi arasında nümunəvi xidmət müqaviləsi” (“Ağ kitab”);

“Obyektlərin layihələndirilməsi, tikintisi və təhvil verilməsi müqaviləsinin şərtləri” (“Narıncı kitab”);

“Elektrik‐quraşdırma işləri və mexaniki avadanlığın quraşdırılması işləri müqaviləsinin şərtləri”

(“Sarı kitab”).

1999‐cu ildə daha 4 proforma işlənmişdir:

“Tikinti  müqaviləsinin  şərtləri”  –  sifarişçi,  onun  nümayəndəsi,  yaxud  mühəndis  tərəfindən

layihələndirilmiş tikinti və ya mühəndis işlərinin görülməsində tövsiyə olunur;

“Avadanlığın  tədarükü,  layihələndirmə  və  tikinti  müqaviləsinin  şərtləri”  –  elektrik  və/və  ya

elektromexanik avadanlığın tədarükü və quraşdırılması, həmçinin layihənin işlənməsi və tikinti və

mühəndis işlərinin görülməsi üçün tövsiyə olunur;

“İstismara  tam hazır  vəziyyətdə  təhvil  olunması  şərtilə  yerinə  yetirilən  müqavilənin  şərtləri”  –

istismara hazır vəziyyətdə, tam təchiz olunmuş zavodun, elektrik stansiyasının, infrastruktur, yaxud

digər  analoji  obyektin  tikintisi  zamanı  tövsiyə  olunur.  Burada, ilk  növbədə,    obyektin  yekun

dəyərinin  və  onun  təhvil  verilməsi  tarixlərin  dəqiqliyi  və ikinci  növbədə,  podratçının  layihənin

işlənməsinə  və  işlərin  görülməsində  sifarişçinin  iştirakının  minimuma  endirilməsinə  görə  tam

məsuliyyət daşıması vacibdir;

“Müqavilənin qısa forması” – nisbətən aşağı investisiya həcmi olan tikinti və mühəndis işlərinin

yerinə yetirilməsində tövsiyə olunur.

FİDİC‐in  proformaları  tərəflərin  münasibətlərini,  həmçinin  müqavilədənqabaq  mərhələni də

tənzimləyir.  Proformaların  ilk  növbədə  beynəlxalq  tikinti  tenderlərində  istifadə  üçün  tövsiyə

olunmasına baxmayaraq, bunlar milli səviyyədə də istifadə edilə bilər.

FİDİC, istifadəsi dünyanın bütün ölkələrində nəzərdə tutulan müqavilələrin nümunəvi şərtlərini

işləyib  hazırlayır,  dərc  edir  və  istifadəsi  dünyanın  bütün  ölkələrində  mümkün  olan  tenderlərin

keçirilməsinin  vahid  konsepsiyasının  və  ümumi  qaydalarının  müəyyən  edilməsinə,  kontrakt

sənədləşməsinin vahid normalarının işlənməsinə Federasiyada iştirak etməyən ölkələri dəvət edir.

Bununla belə, bu cür ümumi qaydalar və nümunəvi kontrakt formaları bunların tətbiq ediləcəyi

ölkələrin qanunvericiliyinə zidd olmamalıdır.

FİDİC‐in proformalarının çox mürəkkəb xarakter daşıdığı barədə MDB məkanında əfsanələr, hətta

lətifələr  mövcuddur.  Bu,  əsasən,  onunla  bağlıdır  ki,  FİDİC  proformaları  demək  olar  ki,  tikinti

fəaliyyətinin və ona yaxın olan sahələrin bütün tərəflərini əhatə edən standart anqlo‐sakson hüquq

sisteminin  müqaviləsi  olmaqla,  ilk  növbədə  tikinti  sahəsini  tənzimləyən  özünün  milli

qanunvericiliyinə  malik  olmayan  Afrikanın  və  Cənubi‐Şərqi  Asiyanın  inkişaf  edən  ölkələri  üçün

hazırlanmışdır.

Azərbaycanda isə tikinti fəaliyyətini tənzimləyən təkmil qanunvericilik mövcud olduğundan əksər

məsələlər qanunlar və onların icrası məqsədilə qəbul edilmiş normativ‐hüquqi aktlarla tənzimlənir.

Bu gün Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə institutları

tərəfindən  maliyyələşdirilən  iri  tikinti  layihələri,  bir  qayda  olaraq  FİDİC  kontraktları  əsasında

reallaşdırılır. Azərbaycanın münasib investisiya mühitini və sabit iqtisadi inkişafını nəzərə alaraq

qeyd  etmək  lazımdır  ki,  FİDİC  proformaları  əsasında  tikinti  fəaliyyəti  iştirakçıları  arasında

münasibətlərin  tənzimlənməsi  təcrübəsinin  tətbiq  edilməsi  Azərbaycanın  tikinti  sektorunun

inkişafında müsbət rol oynayacaqdır.



­  45 ­

Təbii  ki,  FİDİC  kontraktlarının  nümunəvi  şərtlərinin  Azərbaycanda  istifadə  edilməsi  üçün  bu

müddəalar konkret şəraitə uyğunlaşdırılmalıdır. Şübhəsiz ki, FİDİC kontraktlarında istifadə edilən

dəyişməz müqavilə qiyməti anlayışı, mümkün risklərin maksimal dəqiq qiymətləndirilməsi, texniki

sifarişçi funksiyalarının yerinə yetirilməsi üçün mütəxəssisin məcburi cəlb edilməsi tikinti işlərini

yüksək keyfiyyətlə, real müddətlərdə və ağlabatan qiymətə yerinə yetirmək imkanını yaradır.

“Akkord”  Korporasiyasının  həm  podratçı,  həm  də  sifarişçi  qismində  mövcud  olan  təcrübəsinə

əsaslanaraq, əminliklə bildirirəm ki, müstəqil məsləhətçi‐mühəndislər tərəfindən nəzarət edilən

tikinti  işlərinin  keyfiyyəti  həmişə  yüksək  olacaqdır.  Və  bu  istiqamətdə  FİDİC‐in  təcrübəsi

əlamətdardır.



‐ Tikinti fəaliyyətinin lisenziyalaşdırılmasına münasibətiniz necədir?

‐  Məlum  olduğu  kimi,  Azərbaycanda sahibkarların  fəaliyyətinə  əsassız  müdaxilələri  aradan

qaldırmaq,  sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsinin  sadələşdirilməsi  məqsədilə  dövlət

tərəfindən  məqsədyönlü  tədbirlər  həyata  keçirilir.  “Bəzi  fəaliyyət  növlərinə  xüsusi  razılıq

(lisenziya)  verilməsi  qaydalarının  təkmilləşdirilməsi  haqqında”  Azərbaycan  Respublikası

Prezidentinin 02.09.2002­ci il tarixli Fərmanı, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı

ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30.04.2007‐ci il tarixli

Fərmanı, “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq

(lisenziya)  və  icazə  sistemi  ilə  bağlı  bəzi  məsələlər  haqqında”  Azərbaycan  Respublikası

Prezidentinin 26.10.2011­ci il tarixli Fərmanı da bu qəbildəndir.

Tikinti fəaliyyəti spesifik xüsusiyyətlərə malik olduğu üçün onu digər fəaliyyət növləri ilə barəbər

etmək düzgün olmazdı. Buna görə tikinti fəaliyətini həyata keçirən şəxslərə müəyyən tələblərin

tətbiq edilməsi, onların müvafiq təcrübəyə, peşəkarlıq səviyyəsinə və digər tələblərə uyğun olması

zəruridir. Biz tikinti fəaliyyətinin lisenziyalaşdırılmasını müsbət qiymətləndirir və Azərbaycanın

tikinti  sektorunda  sağlam  rəqabət  üçün  kifayət  edən şəraitin mövcud  olduğunu yüksək

qiymətləndiririk. Tikinti fəaliyyətinin lisenziyalaşdırılması Azərbaycanın tikinti sektoruna səriştəli

və rəqabətədavamlı şirkətlərin gəlməsinə şərait yaratdığından, eyni zamanda onların gələcəkdə

xarici bazarlara çıxış imkanlarının yaradılmasına da xidmət edir.



‐ Vaxt tapıb müsahibə verdiyinizə görə təşəkkür edirik!

‐ Sonda mən də öz növbəmdə "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB‐ni bu cür ictimai faydalı

təşəbbüsü ilə əlaqədar təbrik edir, jurnalın kollektivinə uğurlar arzulayıram.

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə