34
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ 2013/1
Şəhriyar İ. Əliyev
Vəkillər Kollegiyasının üzvü,
BDUnun Beynəlxalq Ümumi Hüquq
kafedrasının dosenti,
hüquq elmləri üzrə fəlsəfə doktoru
AZƏRBAYCAN VƏKİLLİYİNİN
İNKİŞAF TARİXİ
Qədim tarixi köklərə malik olan Azərbaycanda
vəkillik və ya nümayəndəlik institutunun
formalaşması və inkişafı özünəməxsusluğu ilə
seçilməkdədir.
Qədim
mənbələrdə
Azərbaycanda hüququn müxtəlif sahələri, o
cümlədən məhkəmə prosesi və mühakimə icraatı ilə bağlı məsələlər təsbit olunmuşdur. Avesta
qanunlarında qədim vəkillik institutu özünəməxsus şəkildə əks etdirilmişdir. Burada müqəddəs
qanuna, ədalətli qaydaya tabe olmaq zərdüştiliyin ən yüksək əxlaqi prinsipi hesab edilirdi. Avesta
qanunlarında bu və ya digər tərəfin müdafiəsini xüsusi şəxslər həyata keçirir, şikayət verildikdən
sonra müdafiəçi‐nümayəndə məhkəməyə çağrılırdı. Bəzən müdafiəçi müqəssirin təqsirini əsaslı
hesab etdikdə, məhkəməyə gəlsə də, işi aparmaqdan imtina edirdi (1).
Bundan əlavə, qədim Azərbaycanda məhkəmə prosesi açıq çəkişmə xarakteri daşıyırdı. Hökm
çıxarmaq üçün bir sıra məsələlərin (müttəhimin günahı, günahın forması (cinayətin qəsdən və ya
affekt vəziyyətində törədilməsi), müttəhimin ictimai və dini mənsubiyyəti və s.) aydınlaşdırılması
zəruri idi (2).
Eranın əvvəllərində (I‐VI əsrlər) Albaniyada hökmdar ölkənin qanunverici və baş hakimi idi, o,
dünyəvi və dini hakimiyyətin məşvərətçi və qanunverici orqanı olan məclisə ‐ məhkəməyə başçılıq
edirdi. Hökmdarın sərhədsiz hakimiyyəti mövcud olduğu üçün məhkəmədə hüquq müdafiəsi
həyata keçirilmirdi (3). Lakin erkən sasani dövründə (III əsr) məhkəmə kilsə işlərini idarə edən
mobedlər və radların ikili tabeçiliyində olması və Sasani “Qanunnaməsinə” görə mobbedin
“yoxsulların mənafelərinin müdafiəçisi” adlanırilması hesab edirəm ki, həmin dövrdə ittihamla
yanaşı müdafiə mövqeyinin də mövcud olmasını barədə qənaətə gəlmək olar.
Azərbaycanda Sasanilərin hökmranlığı dövründə müxtəlif xarakterli hüquq mənbələri mövcud
olmuşdur. Avesta ilə yanaşı VI əsrə aid edilən və əndərz janrında yazılan "Tənsar məktubu" (həmin
mənbə VIII əsrdə İbn əl‐Mükəffa tərəfindən ərəb dilinə tərcümə olunmuş, lakin nə ərəbcə, nə də orta
fars orijinalında saxlanılmamışdır), həmçinin 620‐ci ildə tərtib olunan və bəzi hallarda Sasani
Qanunnaməsi adlandırılan "Matikan"ı göstərmək olar ki, qeyd olunan mənbələrin hər birində
mühakimə icraatı və məhkəmə prosesi ilə bağlı müxtəlif normalar təsbit olunmuşdur.
Bunlardan başqa, Albaniya ərazisində ən mühüm yazılı hüquq mənbələrindən biri də Aquen (Aluen)
kanonları idi ki, bu da müxtəlif ictimai təbəqələrin sosial və hüquqi münasibətlərinin əks etdirildiyi
erkən orta əsrlər Albaniyanın yeganə qorunub saxlanılmış hüquqi‐tarixi sənədidir. Sözügedən
yazılı hüquqi abidə Aquen adlanan yerdə ‐ V əsrdə Alban padşahı III Vaçaqan tərəfindən çağırılmış
Aquen məclisinin kanonik qərarlarından, yəni kilsə qaydalarından ibarətdir. Aquen məclisi 13
Mareri günündə, miladi tarixlə 487/488‐ci ilin yanvar ayının 26‐da keçirilmişdir. Aquen
kanonlarının məzmunundan bəlli olur ki, mühakimə icraatı açıq şəkildə və çəkişmə prinsipi
əsasında həyata keçirilirdi. Digər tərəfdən, "Matikan"da isə məhkəmə icraatı ilə bağlı müəyyən
məsələlər, o cümlədən məhkəmə prosesinin hazırlanması və gedişatı, prosessual hüquq qabiliyyəti
və nümayəndəlik, apellyasiya vermə qaydaları və s. normalar öz təsbitini tapmışdır (4).
35
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ 2013/01
VII‐IX əsrlərdə Azərbaycanda dövlət və hüququn tarixinin müxtəlif aspektlərinə diqqət yetirsək
görərik ki, bu dövrdə vəkilliyin mövcud olmaması əsas hallardan biridir. Belə ki, ümumiyyətlə,
İslamın ilkin dövrlərinin məhkəmə istintaqının səciyyəvi cəhəti vəkillərin olmaması idi. Çünki qazı
şikayətçi ilə müttəhimin şəxsən gəlməsini bilavasitə tələb edirdi. Şəriət məhkəməsində "iddiaçı"
və "müttəhim" kateqoriyaları eyni terminlə ‐ "müddəi" sözü (zərər çəkən şəxs) ilə ifadə edilir. İş
araşdırılıb qurtardıqdan və hökm çıxarıldıqdan sonra şəxs müqəssir adlandırılırdı (5). Lakin bir
məsələni qeyd etmək lazımdır ki, məhkəmə baxışının vəkilsiz ‐ müdafiəçi olmadan aparılmasına
baxmayaraq, tərəflər prosesdə onların adından çıxış etməyi başqa bir şəxsə də həvalə edə
bilərdilər. Bununla belə, tərəflərin özlərinin də iştirakı məcburi hesab olunurdu. Tədricən şəriət
mühakimə icraatında vəkillik təsisatının meydana gəlməsi İslam hüquq təcrübəsinin inkişaf
etməsinin və təkmilləşməsinin nəticəsi idi (6).
Atabəylər dövlətində dünyəvi hakim funksiyasının ət‐Tuğrayi nəslindən olan rəislər tərəfindən
həyata keçirilməsinə baxmayaraq, şəriətə görə onlar dini hakimlər (yəni, qazı) və imamlarla
razılaşdırdılar (7) ki, bu da qərarların qəbul edilməsinə ciddi təsir edirdi.
Tarixşünaslıq sahəsində aparılan elmi araşdırmalarda XIII‐XIV əsrlərdə Azərbaycanda
hakimiyyətdə olmuş Hülakilər və Cəlairilər dövründə məhkəmə sistemi əsas tədqiqat
obyektlərindən biri olmuşdur (8). Ümumiyyətlə, təhlil olunan dövrdə Azərbaycanda bir sıra
məhkəmələr (yarğu məhkəmələri, şəriət məhkəmələri) fəaliyyət göstərmişdir. Həmin
məhkəmələrdə vəkillərin iştirakına gəldikdə isə bu özünü aydın şəkildə büruzə vermişdir. Nümunə
qismində şəriət məhkəmələrini göstərmək olar. Şəriət məhkəmələrinin fəaliyyəti İslam dininin
ehkamlarına və müddəalarına əsaslanmaqla yanaşı, həm də burada yerli əhaliyə aid mühakimə
işləri şəriət normaları əsasında həll olunurdu. Şəriət məhkəmələrində, iddiaçı tərəfindən şikayət
verildiyi təqdirdə, mühakimələr başlayır, cavabdeh tərəf çağırılır və qazı öz hökmünü verirdi. Bu,
ilk növbədə, yoxsul və aşağı təbəqələrə aid insanların mühakiməsi zamanı baş verirdi. Dövlət
əhəmiyyətli və yüksək sinfə məxsus mübahisəli məsələlərdə isə daha ciddi araşdırmalara və
dəqiqləşdirmələrə əməl olunurdu. Belə hallarda məhkəmə prosesi: şikayət ərizəsinin verilməsi
(cinayət işinin qaldırılması); cavabdeh tərəfin çağırılması; tərəflərin məhkəmədə dindirilməsi və
üzləşdirilməsi (ibtidai istintaqın aparılması, tərəflərdən sübutların tələb olunması; and içdirmə);
qazi (məhkəmə) tərəfindən hökmün verilməsi mərhələlər ilə yanaşı vəkil və ya nümayəndələrin
çağırılması da həyata keçirilirdi.
Həmin dövrdə vəkillik müstəqil qurum kimi fəaliyyət göstərmirdi. Onlar xüsusi şəxslər olmaqla
əsasən qazilərin sərancamında idilər və məhkəmə prosesinə onların sərəncamlarına müvafiq
olaraq qoşulurdular. Bəzən iddiaçı tərəfin də vəkil tutmasına ehtiyac duyulurdu. Müvafiq hal ali
təbəqəyə xas olan mühüm məsələlərin istintaqı üçün səciyyəvi idi. Çox hallarda yüksək silkdən
olan əyanlar məhkəməyə öz nümayəndələrini göndərirdilər.
XIIIXIV əsrlərdə Azərbaycanda şəriət məhkəmələri tərəfindən həyata keçirilən prosesin bir
hissəsini də məhz tərəflərin və onların vəkillərinin (və ya nümayəndələrinin) dindirilməsi və
üzləşdirilməsi tutur.
Monqolların Azərbaycana ikinci yürüşündən (XIII əsr) sonra dövlət qurmaları ölkənin idarə
sisteminə müəyyən təsir göstərdi. Azərbaycanda iki ənənəvi dövlət quruluşunun – oturaq əhaliyə
və köçərilərə məxsus idarə sistemlərinin bir‐birilə çulğaşması nəticəsində daha təkmil, öz dövrü
üçün mütərəqqi olan vahid idarə sistemi yarandı. Dövlətin məhkəmə sistemi müxtəlif hissələrə ‐
dövlət və dini məhkəmələrə ayrılmışdı. Dövlət məhkəmələri Çingiz xanın yasasına (qanunlarına),
dini məhkəmələr şəriət qanunlarına əsasən fəaliyyət göstərirdi. Şəriət məhkəmələrinin işinə dövlət
məhkəmələrinin müdaxiləsi qanun ilə qadağan olunmuşdu (9).
Səfəvilər dövlətində keçirilən məhkəmə proseslərində vəkillik institutundan istifadə olunurdu.
Belə ki, vəkillər qanunvericiliyi bilən, müsəlman hüququnun əsaslarına bələd olan hüquqşünaslar
içərisindən seçilirdilər. Səfəvilər dövründə vəkillik bir peşə olaraq hüquqşünasların məşğul
olduqları fəaliyyət sahəsi idi. Lakin istər şəri, istərsə də ürfi məhkəmələrin qəbul etdiyi qərarlara
təsir göstərmək, onları yüngülləşdirmək və s. məsələlərdə vəkillərin elə bir rolu yox idi. Onlar,