Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə47/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

191
Amerika prezidentləri
təlim keçdiyi 57-ci piyada polkuna göndərirlər. Qısa 
müddətdə tank qoşun hissələrinin hazırlanması sahəsindəki 
uğurlu fəaliyyəti hərbi rəhbərlik tərəfi ndən qiymətləndirilir 
və o, 1918-ci il iyunun 17-də mayor, oktyabr ayında isə 
podpolkovnik rütbəsinə layiq görülür.
1922-ci ildə Panama kanalı bölgəsinə göndərilən Ey-
zenhauer 1924-cü ilin oktyabrına kimi orada qulluq edir. 
O, Amerika ordusunun nüfuzlu simalarından general Kon-
nerin rəhbərliyi altında işləyir. Elə generalın zəmanəti ilə 
də Duayt 1925-ci ildə Baş Qərargah Akademiyasının funk-
siyalarını yerinə yetirən Livenorq qalasındakı (Kanzas şt.) 
komandir-qərargah kollecinə qəbul edilir. Dövrünün ən nü-
fuzlu hərbi təhsil ocaqlarından olan kolleci o, 1926-cı ildə 
əla qiymətlərlə – 275 dinləyici arasında birinci bitirmişdir.
Kolleci bitirdikdən sonra Eyzenhauer Birinci Dünya 
Müharibəsində Amerika qoşunlarının iştirak etdiyi döyüş 
yerlərinin soraq kitabçasını hazırlamaq üçün Fransaya 
ezamiyyətə göndərildi. O, vətənə qayıtdıqdan sonra, 1928-
ci ildə Vaşinqtondakı hərbi kolleci bitirmiş və 1929-33-cü 
illərdə hərbi nazir aparatında işləmişdir. Burada o, general 
Makarturla tanış olur. General ABŞ ordusuna qərargah rəisi 
təyin edildikdə Duaytı yanına işləməyə aparır. Makartur 
Filippinə göndərildikdə isə, onun köməkçisi vəzifəsində ek-
zotik adaya gedir və 1940-cı ilədək burada xidmət göstərir.
İkinci Dünya Müharibəsi başladıqda Eyzenhauer Baş 
Qərargah rəisi general Corc Marşallın yanında xidmət edir. 
Burada o, Cənubi Asiya və Filippinin gözlənilən Yapon 
təcavüzündən müdafi ə planını hazırlayır. Tezliklə o, ABŞ 
ordusunun Avropada strateji fəaliyyət proqramını hazır-
layan  əsas  fi qura çevrilir və general Marşall onu Avropa 
cəbhəsinə baş komandan təyin edir. 
1942-ci il 24 iyunda İngiltərəyə  gələn Eyzenhaue-
rin qarşısında duran ilk məsələ ingilis və amerika hərbi 
birləşmələri arasındakı əməkdaşlığı möhkəmlətmək, Fran-


192
Amerika prezidentləri
saya qoşun çıxarmaq planını hazırlamaq oldu. Marşall kimi 
o da ikinci cəbhənin tezliklə açılmasına tərəfdar olsa da 
Uinston Çorçillə Ruzvelti bu plandan çəkindirmək nəsib 
oldu. Yalnız 6 iyul 1944-cü ildə «Overlord» əməliyyatını 
başlamaqla müttəfi q  qoşunları Normandiyaya çıxarıldı. 
Bir həftə sonra Fransa torpağına ayaq basan Eyzenhauer, 
müharibənin sonunda məşhur amerikalıya çevrilir.
Müharibə bitdikdən sonra, 1945-ci ilin noyabr ayına qədər, 
Eyzenhauer Almaniyada ABŞ bölgəsinin hərbi qubernatoru 
olur. General Marşalldan sonra üç il ərzində Ordu Qərargahı 
rəisi vəzifəsini tutur. 1948-ci ildə isə ordudan gedir.
İstefaya çıxan Eyzenhauer müxtəlif fəaliyyət sahə lə-
rindən çoxsaylı dəvətlər alır. Nəhayət IBM şirkətinin pre-
zidenti və Kolumbiya Universitetinin qəyyumu Tomas 
Uotson onu Universitetin prezidenti olmağa razı sala bilir. 
Bu vəzifədə onun fəaliyyəti nəzərəçarpacaq olmamış, bu 
ərəfədə əsasən xatirələrini yazmışdır.
1948-ci il seçkilərində Trumenin vitse-prezidentliyə 
namizəd kimi iştirak etməsi təklifi ni Eyzenhauer qəbul etmir. 
Lakin bir il sonra prezidentin NATO hərbi birləşmələrinin 
baş komandanı olmaq təklifi ni qəbul edərək yenidən Avro-
paya gedir.
Prezident seçilənədək onun konkret partiya mənsubluğu 
olmayıb. Lakin bir çox respublikaçı liderlərin, xüsusilə se-
nator Henri Locun təkidlərindən sonra Eyzenhauer növbəti 
seçkilərdə respublikaçıların namizədi olur. 1952-ci ildə o, 
demokratların namizədi Edlay Stivensona qalib gələrək 
prezident seçilir.
Eyzenhauerin daxili siyasi-iqtisadi kursunun əsasını 
azad rəqabətin inkişaf etdirilməsi təşkil edirdi. Antitrest 
qanunvericiliyinin kəskinləşdirilməsi, müharibə ərəfəsində 
məvacib və qiymətlərə dövlət nəzarətinin ləğvi, müxtəlif 
iqtisadi-icraedici təşkilatların buraxılması onun iqtisadi 
proqramının başlıca müddəaları idi.


193
Amerika prezidentləri
Əxlaqi prinsiplərə söykənən dünyagörüşü onun xa-
rici siyasi kursunda da özünü büruzə verib. Şərq və Qərb 
arasındakı münaqişəni, Sovet İttifaqı  və Çinin təmsilçisi 
olduğu, mənəvi dəyərlərə söykənməyən kommunist dik-
taturası ilə azad Qərb demokratiyası arasındakı ziddiyyət 
kimi dəyərləndirirdi. Kommunist təhlükəsinə qarşı  Qərb 
demokratik qüvvələrinin güclü koalisiyasının zəruriliyini 
bildirsə  də, Sovet İttifaqı ilə münasibətlərin yaxşılaşdırıl-
ması  tərəfdarı idi. Onun nüvə enerjisindən sülhməramlı 
məqsədlərlə istifadəyə çağırışları 1957-ci ildə Atom Ener-
jisi üzrə beynəlxalq təşkilatların yaranması ilə nəticələndi.
Dünyada sülhün bərqərar olması  uğrunda fəaliyyəti 
onun 1956-cı ildə yenidən prezident seçilməsini təmin etdi. 
Artıq Konqresin hər iki palatasında üstünlüyü əldən verən 
respublikaçıların onun bu qələbəsinə  əhəmiyyətli köməyi 
olmayıb. Bu, Eyzenhauerin populyarlığının zirvə nöqtəsi 
idi.
Prezident postundan getdikdən sonra siyasi fəaliyyət 
göstərməmiş, yalnız xatirələrini yazmaqla məşğul olmuş-
dur. Duayt Eyzenhauer 28 mart 1968-ci ildə dünyasını 
dəyişib.


194
Amerika prezidentləri
CON FİTSCERALD 
KENNEDİ
(JOHN F. KENNEDY)
(1960-1963)
C.F.Kennedinin prezidentliyi bir çox xüsusiyyətlərinə 
görə yenilik simvolu kimi təcəssüm edir. O, XX əsrdə do-
ğulmuş ilk və ənənəvi qaydada seçilmiş ən gənc prezident 
kimi tarixə düşüb. Digər tərəfdən Kennedi Ağ Evin sahibi 
olmuş ilk katolik idi.


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə