Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə48/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

195
Amerika prezidentləri
Con Fitscerald Kennedi 29 may 1917-ci ildə Massa-
çusets ştatının Bruklin şəhərində anadan olub. Amerikada 
yaşamış ilk Kennedi 1848-ci ildə  İrlandiyadan köçərək 
Bostonda məskunlaşıb. Gələcək prezidentin atası Cozef 
Kennedi dövrünün tanınmış ictimai-siyasi xadimi olmaqla 
yanaşı, həm də varlı biznesmen idi. Ailənin maddi çətinliyi 
olmadığı üçün Cozef doqquz övladının hər birinin nüfuzlu 
məktəblərdə təhsil alması qayğısına qalıb.
Balaca Con ilk ibtidai təhsilini Harvard Universite-
ti nəzdindəki Dekster, sonra isə Riverdeyl məktəbində 
alır. Konnektikut ştatındakı Çoat və Kenterberi katolik 
məktəbində orta təhsilini başa vuran Conu atası Londona 
göndərir. 18 yaşlı Con London İqtisadiyyat məktəbində bir 
il təhsil aldıqdan sonra Prinston Universitetinə daxil olur. 
Lakin səhhətindəki problemlər üzündən tezliklə Universite-
ti tərk edir. Növbəti il təhsilini Harvad Universitetində da-
vam etdirir və 1940-cı ildə bu təhsil ocağını müvəffəqiyyətlə 
bitirir. Diplom işini  İngiltərə xarici siyasətinə  həsr edən 
Con (atası 1937-ci ildən ABŞ-ın İngiltərədə səfi ri idi) onu 
«Münhen barışması» adlandırır. Qeyd edək ki, təcridçilik 
tərəfdarı olan atası ABŞ-ın Avropada gedən proseslərə 
qarışmamasını istəyirdi. Atasının  əksinə olaraq Con tota-
litar təhlükənin aradan qaldırılması üçün ABŞ-ın Avropa-
da gedən proseslərə fəal müdaxilə etməsini zəruri sayırdı. 
Məhz bu ruhda yazılmış diplom işi «İngiltərə nə üçün yatır-
dı» adı ilə dərc edilir və ictimai-siyasi dairələrdə müəllifi n 
tanınmasına səbəb olur. Cozef Kennedinin mövqeyi isə 
onun siyasi-diplomatik karyerasının sonunu qaçılmaz edir 
və o, 1940-cı ildə səfi r postundan geri çağırılır.
Yaponiyanın Pörl-Harbörə hücumundan sonra, Sakit 
Okeanda müharibə başladıqda C.Kennedi orduya getmək 
haqda  ərizə verir. Lakin onurğa sütununda çatışmazlıq 
səbəbindən tibb komissiyası onu hərbi xidmətə yarar-


196
Amerika prezidentləri
sız sayır. Bir neçə ardıcıl müraciətdən sonra nəhayət ona 
ABŞ  hərbi-dəniz donanmasında xidmətə başlamaq nəsib 
olur. 1942-ci ildə Kennedi hərbi dəniz qüvvələri torpedo 
katerləri dəstəsində xidmətə göndərilir. Bir il sonra isə gənc 
zabit Sakit Okeanın cənub bölgəsində döyüşlərdə  iştirak 
edən torpedo katerinə komandir təyin edilir.
2 avqust 1943-cü ildə Ferqüsson boğazında baş vermiş 
faciədə Kennedi təsadüfən ölümdən qurtulur. Onun ko-
mandiri olduğu «PT-109» kateri yapon esminesi «Amaqi-
ri» tərəfi ndən taran edilərək batırılır. Heyətin 13 üzvündən 
ikisi həlak olur, qalanları isə katerin qalıqlarından istifadə 
etməklə yaxınlıqdakı adaya çatırlar. Göstərdiyi döyüş baca-
rığı və rəşadətinə görə gələcək prezident «Al qırmızı ürək» 
medalı ilə təltif edilir. 
Con müharibə bitdikdən sonra Herstin qəzet konsernində 
reportyor kimi çalışır. Çox keçmir ki, jurnalistikadan 
uzaqlaşaraq siyasətlə  məşğul olmağa qərar verir. Onun 
qərarı böyük oğlunun müharibədə faciəli həlakından son-
ra Cona böyük ümidlər bəsləyən atası tərəfdən dəstəklənir. 
Ümumiyyətlə Kennedinin siyasi karyera etməsində atası-
nın, xüsusilə maliyyə cəhətdən böyük köməyi olub. 
Siyasi fəaliyyət üçün, təbii ki, demokrat partiyasını 
seçən Kennedi Bostona gələrək Nümayəndələr Palatasına 
seçkilərdə iştirak edir və 29 yaşında ikən Konqresin üzvü 
olur. 1950-ci ildə təkrarən Konqresə seçilir. İki il sonra isə 
senata seçkilərdə Henri Loca qalib gələrək, fəaliyyətini se-
natda davam etdirir.
Senator seçilən 36 yaşlı Kennedi Fransız əsilli Jaklin Li 
Buvye ilə ailə həyatı qurur.
1956-cı il prezident seçkilərində Kennedi partiya-
nın namizədi Edlay Stivensonu dəstəkləyir və onun seçki 
kompaniyasında fəal iştirak edir. Aşkar bildirməsə də onun 
məqsədi vitse-prezidentliyə namizəd olmaq idi. Lakin bu 


197
Amerika prezidentləri
istəyi həyata keçmir. Perspektivinə ümidini itirməyərək 
1958-ci ildə Konqresə seçkilərdə iştirak edir və yenə də se-
nator seçilir.
E.Stivensonun  şəxsində demokratların iki ardıcıl pre-
zident seçkilərində  məğlub olması, Kennedini növbəti 
seçkilərdə namizədliyini irəli sürməyə həvəsləndirir.
1960-cı il seçkilərinə demokratların namizəd göstərməsi 
partiyadaxili çəkişmələrlə müşayiət olunur. Conson, Say-
minqton, Stivenson və Kennedi əsas iddiaçılar idi. 1960-
cı il iyul ayında partiyanın Los-Ancelosda keçirilən 
Konventində  gərgin keçən müzakirələrdən sonra Kennedi 
və Conson, uyğun olaraq, prezident və vitse-prezidentliyə 
namizəd göstərilir.
Seçkilərdə Kennedinin rəqibi respublikaçıların namizədi 
Nikson idi. D.Eyzenhauerin prezidentliyi dövründə vitse-
prezident olmuş Niksonun qələbə çalmaq şansı olduqca bö-
yük idi. Onu dəstəkləyənlər arasında bir çox tanınmış siyasi 
xadimlərlə yanaşı eks-prezident Eyzenhauer də vardı. Buna 
baxmayaraq 8 noyabr 1960-cı ildə keçirilən seçkilərdə Ken-
nedi 49,7 % səs toplayaraq prezident seçildi. O, Niksondan 
vur-tut 0,1 % çox səs toplamışdı.
Kennedi, yaxin keçmişin təcrübəsinin  əksinə olaraq, 
kabineti qurarkən partiya mənsubluğunun fövqündə daya-
nır. Praqmatik respublikaçı Duqlas Dillonun maliyyə naziri 
təyin edilməsi, MKİ şefi  Allen Dallesi vəzifəsində saxlama-
sı buna sübutdur. Qələbəsini estafetin gənclərə ötürülməsi 
kimi dəyərləndirərək gənc və bacarıqlı mütəxəssislərə üs-
tünlük verir. Milli təhlükəsizlik üzrə  məsləhətçi M.Bandi 
(40 yaş), müdafi ə naziri R.Mak-Namara (44), prezident 
köməkçisi T. Sorenson (32) buna misaldır. Eyni zaman-
da 35 yaşlı qardaşı Robert Kennedini ədliyyə naziri təyin 
edilir. Ümumiyyətlə onun komandasının orta yaş həddi 45 
olub (Eyzenhauerdə isə uyğun göstərici 56 idi).


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə