Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə46/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

187
Amerika prezidentləri
tezliklə başa çatacaq. Xirosima və Naqasakiyə atom bom-
basının atılması daim bəşəriyyətə qarşı böyük cinayət kimi 
dəyərləndirilib. Lakin Trumen qərarına haqq qazandırır, 
müharibənin uzanacağı  təqdirdə  hər iki tərəfdən qurban-
ların daha çox olacağını bildirirdi. Şübhəsiz ki, bu qərarın 
verilməsinə yaponların Pörl-Harbörə gözlənilməz hücu-
mu, Filippində amerikalı əsirlərlə amansız davranması öz 
təsirini göstərməmiş deyildi. Ümumiyyətlə onun prezi-
dentliyi dövründə atom silahından istifadə daim gündəmdə 
olub. Bəzi Amerika rəsmiləri konkret hallarda atom silahın-
dan istifadənin zəruri olduğunu bildirsə  də, Trumen buna 
razılıq verməmişdir. O, atom bombasından, hər  şeydən 
əvvəl siyasi məqsədlər üçün, qorxu vasitəsi kimi istifadəyə 
üstünlük verir və onun yalnız Sovet İttifaqı ilə qarşıdurma 
açıq müstəviyə, müharibə həddinə çatdıqda istifadə oluna-
cağını bildirirdi.
Müharibədən sonrakı Avropada gedən proseslərə Tru-
men qədər təsir göstərmiş ikinci prezident yoxdur. O, 
qaliblərin alyansının qorunub saxlanılmasının mümkünsüz-
lüyünü başa düşərək, Qərbi Avropanı Sovet təhlükəsindən 
qorumağın zərurili olduğunu bildirir. 1947-ci ildə «Trumen 
doktrinası»nı bəyan edərək Yunanıstan və Türkiyəyə, bura-
da hakimiyyət kommunistlərin əlinə keçməsin deyə, iqtisa-
di kömək göstərilməsi üçün Konqresə müraciət edir.
Bu baxımdan Marşall planı daha çox əhəmiyyət kəsb 
edirdi. Planın  əsas məqsədi kommunist ideologiyasının 
daha tez inkişaf tapmasına münbit şərait yaradan iqtisadi 
durğunluqdan, xaosdan qurtulmaq üçün ABŞ-ın Avropa-
dakı strateji müttəfi qlərinə kömək göstərilməsi idi. Digər 
tərəfdən Marşall planına təhlükəsizlik siyasətinin təzahür 
forması kimi də baxmaq olar. Bu, müharibədən sonra Sovet 
İttifaqı və onun təsir çevrəsində olan dövlətlər birliyinə qar-
şı duracaq Avropa ölkələrinin güclənməsinə  səbəb olmalı 
idi.


188
Amerika prezidentləri
ABŞ-ın milli təhlükəsizliyinin təmin edilməsi üçün sol 
təmayüllü siyasətçilərin təqib edilməsinə Trumenin loyal 
yanaşması, onun daxili siyasi kursunun zəifl iyini göstərir. 
Təhqiqat üzrə Senat komissiyasına rəhbərlik edən sena-
tor Cozef Makkartinin ideoloqu olduğu bu cərəyan (so-
vet  ədəbiyyatında bu «Makkartizm» adlandırılır) kom-
munistlərin, elm, ədəbiyyat və maarif xadimlərinin izlən-
mələri, məhkəmə  təqiblərinə  məruz qalmalarına səbəb 
oldu. Bu, Trumenin «Sovet təhlükəsini» həddən artıq qa-
bartması və bununla Avropa və Asiyada yeritdiyi siyasətin 
dəstəklənməsi üçün Konqresə  təsir göstərmək cəhdindən 
irəli gəlirdi.
Trumen 1952-ci il seçkilərində  iştirak etmək istəmir. 
Onun siyasi varisi nüfuzlu demokrat və İllinoys ştatının qu-
bernatoru Edlay Stivenson olsa da, populyar general, İkinci 
Dünya Müharibəsinin qəhrəmanı Duayt Eyzenhauer qalib 
gəlir. Respublikaçılar iyirmi illik fasilədən sonra yenidən 
Ağ Evə sahib olurlar. 
İstefaya çıxdıqdan sonra Kanzas-Sitidə yaşayan eks-
prezident aktiv siyasi fəaliyyət göstərməsə də ölkədə gedən 
prosesləri diqqətlə izləmiş, 1961-ci ildə Con Kennedinin 
prezident seçilməsini dəstəkləmişdir.
Harri Trumen 26 dekabr 1972-ci ildə 88 yaşında 
Kanzas-Sitidə  vəfat edib. Dəfn mərasimində  çıxış edən 
Lindon Conson onu «XX əsrin nəhəngi» adlandırıb və bu 
dəyərləndirməni bir çox tarixçilər dəstəkləyir. Ölümündən 
sonra onun populyarlaşması, zamanın tələbinə uyğun ola-
raq, Trumenin prezidentlik fəaliyyətinin bəzi məqamlarının 
məxfi  qalması, sonradan açılan arxivlərdəki əsl həqiqətlərin 
ictimaiyyətə bəlli olmasıdır. 


189
Amerika prezidentləri
DUAYT EYZENHAUER
(DWIGHT D. EISENHOWER)
(1953-1961)
Birinci Dünya Müharibəsi istisna olmaqla, Birləşmiş 
Ştatların iştirakçısı olduğu bütün müharibələr ölkəyə yeni 
prezident verib. İstiqlaliyyət müharibəsi C.Vaşinqtonun, 
1812-ci il müharibəsi E.Ceksonun, Meksika ilə aparılan 


190
Amerika prezidentləri
müharibə Z.Teylorun, Vətəndaş müharibəsi U.Qrantın, İs-
pan-Amerika müharibəsi T.Ruzveltin, nəhayət İkinci Dün-
ya Müharibəsi Duayt Eyzenhauerin prezident seçilməsində 
önəmli rol oynayıb.
Duayt Eyzenhauer 14 oktyabr 1890-cı ildə Texasın De-
nison şəhərində anadan olub. Ailədə tez-tez təkrar olunan 
deyimlərə görə Eyzenhauerlər «orta əsrlər alman ordu-
sunun silahlı süvariləri»ndən olmuşlar. Təəssüf ki, bu ro-
mantik nağıl tarixi faktlarla təsdiqini tapmayıb. Amerikada 
yaşamış ilk Eyzenhauer XVIII əsrin əvvəllərində Pensilva-
niyada yaşamış Frederik olub. Gələcək prezidentin xırda 
ticarətçi olan atası Devid Eyzenhauer 90-cı illərdə ölkədə 
baş verən iqtisadi böhran səbəbindən müfl is olur və Kan-
zasın Abilin şəhərinə köçür. Burada o, yaxın qohumuna 
məxsus yağ fabrikində işə düzəlir. Aykın (Duaytı uşaqlığın-
da belə çağırırdılar) yeniyetməlik dövrü də Abilində keçir. 
Zəhmətkeş və əməksevər Eyzenhauerlər uşaqlarını işgüzar 
ruhda tərbiyə etmişlər. Balaca Ayk atasına məxsus 3 akrlıq 
torpaq sahəsində çalışır, yetişdirdikləri tərəvəz məhsullarını 
Abilinin varlılar yaşayan məhəlləsində satırdı. Sonralar isə 
dayısına məxsus yağ fabrikində fəhləlik edirdi.
Abilindəki orta məktəbdə təhsilini bitirən 19 yaşlı Ayk 
əmək fəaliyyətini elə həmin fabrikin gecə növbəsində da-
vam etdirir. İki il sonra Uest-Poyntdakı Hərbi Akademiyaya 
daxil olaraq qırx illik hərbi karyerasının başlanğıcını qoyur. 
1915-ci ildə Akademiyanı bitirən Duayta leytenant rütbəsi 
verilərək, San-Antonio yaxınlığındakı Sem-Hyuston qalası-
na göndərilir. Qalada xidmətinin ilk aylarında hərbi hissənin 
yaxınlığında yaşayan, qədim aristokratlar nəslindən Da-
udlar ailəsinin qızı Memi ilə tanış olur və tezliklə onunla 
evlənir.
Artıq Avropada Birinci Dünya Müharibəsi başlamışdı. 
ABŞ müharibəyə qatıldıqdan bir neçə gün sonra Duayta ka-
pitan rütbəsi verilərək, Avropaya gedəcək qoşun hissələrinin 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə