Son 25 IL ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə həm



Yüklə 486,69 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix02.06.2018
ölçüsü486,69 Kb.
#47048
  1   2   3   4   5   6   7   8


Son 25 il ərzində partiyamız uğurla 

inkişaf edib və bütün seçkilərdə - həm 

parlament,  həm  prezident  seçkilərində 

böyük  səs  çoxluğu  ilə  qalib  gəlib.  Bu 

gün  Azərbaycanda  bizim  partiyamıza 

rəqib  ola  biləcək  hər  hansı  bir  siyasi 

qüvvə  mövcud  deyil.  Yeni  Azərbay-

can  Partiyası,  sözün  əsl  mənasında, 

ümumxalq  partiyasına  çevrilibdir.  Cə-

miyyətimizin  bütün  təbəqələri  parti-

yamızda  birləşib.  Buna  baxmayaraq, 

biz həmişə qabağa baxmalıyıq və əldə 

edilmiş  uğurlarla  kifayətlənməməli-

yik.  Uğurlarımızın  səbəblərindən  biri 

də məhz ondan ibarətdir ki, əldə edil-

miş uğurlar bizə əlavə stimul verir. Ça-

tışmayan  cəhətləri  aradan  qaldırmaq, 

sosial  ədaləti  daha  da  böyük  dərəcədə 

bərqərar etmək üçün biz bundan sonra 

da fəal çalışmalıyıq…

Hesab edirəm ki, hər bir ölkə üçün 

qonşularla  münasibətlər  xüsusi  əhə-

miyyət daşıyır. Biz qonşu ölkələrimizlə 

qarşılıqlı hörmət və inam əsasında çox 

gözəl və işgüzar münasibətlər qura bil-

mişik. 30 oktyabr-1 noyabr tarixlərində 

dörd  qonşu  ölkənin  liderləri  ilə  mə-

nim görüşlərim olubdur və bu 2-3 gün 

ərzində  həm  “Şərq-Qərb”,  həm  “Şi-

mal-Cənub” nəqliyyat dəhlizlərinin işə 

salınması və inkişafı istiqamətində çox 

önəmli hadisələr qeydə alınıbdır. Əgər 

qonşu ölkələrlə bizim gözəl münasibət-

lərimiz olmasaydı, əlbəttə, bu layihələr 

haqqında heç danışmağa da dəyməzdi. 

Bu gün Azərbaycan haqlı olaraq Avra-

siya  qitəsində  nəqliyyat  mərkəzlərinin 

birinə  çevrilmək  əzmindədir  və  biz 

bunu edirik. Nəqliyyat sahəsində tran-

zit  ölkə  statusunu  almaq  üçün  mütləq 

qonşularla  isti  münasibətlərin  olmalı-

dır.  Ona  görə  bu,  xarici  siyasətimizin 

əsas  prioritetidir  və  çox  sevindirici 

haldır ki, qonşu ölkələrlə bizim heç bir 

problemimiz yoxdur…

Ölkəmiz  üçün  çox  böyük  əhəmiy-

yət  daşıyan  iki  istiqamət  üzrə  -  ener-

getika  və  nəqliyyat  sahələrinin  gələ-

cək  inkişafı  ilə  bağlı  bizim  çox  aydın 

hədəflərimiz  var.  Neft-qaz  sahəsində 

bütün  vəzifələr  icra  edildi.  “Azəri-Çı-

raq-Günəşli” kontraktının müddəti uza-

dıldı. “Cənub Qaz Dəhlizi”nin icrası da 

uğurla  gedir.  Əminəm  ki,  gələn  il  biz 

TANAP layihəsinin açılışını qeyd edə-

cəyik.


Bütövlükdə “Cənub Qaz Dəhlizi”-

nin tamamlanması 2020-ci ildə nəzərdə 

tutulur. Mən burada da heç bir problem 

görmürəm. Sadəcə olaraq biz qrafik üzrə 

getməliyik. Avropa İttifaqı da Azərbay-

canı bu layihənin həyata keçirilməsində 

aparıcı ölkə kimi tanıyır. Doğrudan da 

bizim  bu  layihənin  icrasında  rolumuz 

danılmazdır və aparıcıdır.

Nəqliyyat  sahəsində.  Bakı-Tbili-

si-Qars dəmir yolunun istifadəyə veril-

məsindən sonra əsas səylərimiz onunla 

bağlı  olacaq  ki,  biz  yüklərin  həcmini 

artıraq. İndi biz bu məsələ üzərində ça-

lışırıq. Bununla yanaşı, “Şimal-Cənub” 

nəqliyyat  dəhlizinin  yaradılması  is-

tiqamətində əlavə addımlar atılmalıdır. 

Biz öz ərazimizdə demək olar ki, bütün 

işləri gördük. İndi bu layihənin tamam-

lanması üçün əlavə texniki və maliyyə 

resurslarımızı ortaya qoymağa hazırıq. 

Beləliklə,  bu  iki  layihə  Azərbaycanı 

əvəzolunmaz  nəqliyyat  mərkəzinə  çe-

virəcək. Bu, bizim həm siyasi, həm iqti-

sadi maraqlarımızın təmin edilməsində 

çox mühüm rol oynayacaq.



İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

(Noyabrın 14-də Bakıda, Heydər Əli-

yev  Mərkəzində  Yeni  Azərbaycan  Parti-

yasının  yaradılmasının  25  illiyinə  həsr 

edilmiş  təntənəli  yubiley  mərasimindəki 

nitqindən)

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


Qiyməti 50 qəpik

22  noyabr  2017-ci il    № 81-84 (9175) 

www.seanews.az

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

BU SAYIMIZDA

“Dünya Dənizçilik UniversitetinDə 

oxUmaq asan olmasa Da... "

BakıDa Beynəlxalq transxəzər 

nəqliyyat marşrUtUnUn inkişaf 

perspektivləri müzakirə olUnUB

Bakıda “Beynəlxalq 

Transxəzər Nəqliyyat 

Marşrutu” Beynəlxalq 

Assosiasiyası Hüquqi Şəxslər 

Birliyinin (BTNM BA HŞB) 

ümumi yığıncağı keçirilib.

karyeraya geDən yolDa 

Dil önəmli vasitəDir

“Zığ” Gəmi Təmiri və 

Tikintisi Zavodu təkmilləşir.

Sənaye müəssisələri-

nin paytaxtın mərkəzin-

dən köçürülməsi ilə bağlı 

Dövlət Proqramına uyğun 

olaraq Bulvar ərazisində 

yerləşən “Paris Kommuna-

sı” və “Zaqfederasiya” kimi 

tanınan gəmi təmiri zavodları sökülüb, Zığ şosesi yaxınlığında 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 

QSC-nin strukturu olan “Zığ” Gəmi 

Təmiri və Tikintisi Zavodu inşa edilib. 



Dəniz akaDemiyasınDa mülki 

müDafiə üzrə təlim keçiriliB

Müsahibimiz 

“Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” 

QSC-nin  istedadlı və 

perspektivli gənclə-

rin xarici ölkələrin 

aparıcı dənizçilik 

universitetlərində 

təhsil alması məqsədi 

ilə təsis etdiyi Təqaüd 

Proqramının qalibi, 

hazırda proqram üzrə Dünya Dəniz-

çilik Universitetində (World Mariti-

me University)  təhsil alan Nərminə 

Cabbarovadır. 

Fəridə Abdullayeva: “Nə qədər 

çox aktiv və sürətli olsanız, 

həmişə birinci olacaqsınız”

İstək olan yerdə hər şey etməyin 

mümkün olduğunu düşünür. Amma 

təkcə istəməklə hər şey əldə etmək 

mümkün 

deyil. 

Fövqə-

ladə Hallar 

Nazirliyinin 

Mülki Müdafiə 

Qoşunlarının 

Mülki müdafiə 

idarəsi Azərbaycan Dövlət Dəniz 

Akademiyasında mülki müdafiə 

üzrə nümunəvi təlim keçirib.

Noyabrın 16-17-də 

Azərbaycan Dövlət Dəniz 

Akademiyasında ənənəvi 

“Dil-karyeraya gedən 

yol” IV ümumrespublika 

ali məktəblərarası tələbə 

müsabiqəsi keçirilib. 

Açılış mərasimində 

Azərbaycan Dövlət Dəniz 

Akademiyasının rektoru 

Çingiz Əliyev müasir dövrdə 

tələbə gənclərin karyera hazırlığında xarici 

dillərin, xüsusilə də ingilis dilinin böyük rol 

oynamasından danışaraq, bu müsabiqənin 

əhəmiyyətini vurğulayıb. 

səh. 3

səh. 6

“zığ” gəmi təmiri və 

tikintisi zavoDU təkmilləşir

səh. 8

səh. 4

səh. 5

səh. 2

özünDən güclülərlə 

Döyüşən xanım

Azərbaycan Respublikasının 

Prezidenti İlham Əliyev Azərbay-

canda neft yataqlarından sənaye 

üsulu ilə iki milyardıncı ton neftin 

hasil edilməsi münasibəti ilə neft 

və qaz sənayesinin inkişafında 

xidmətlərinə görə bir qrup neftçini 

təltif edib.

Ölkə  başçısının  imzaladığı  sərən-

camlara əsasən 1 nəfər “Şöhrət” ordeni, 

2 nəfər 2-ci dərəcəli “Əmək” ordeni, 12 

nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 48 

nəfər “Tərəqqi” medalı ilə təltif olunub, 

3 nəfərə Azərbaycan Respublikası Pre-

zidentinin fərdi təqaüdü verilib.

Həmçinin  neft  və  qaz  sənayesinin 

inkişafında  xidmətlərinə  görə  8  nəfər 

“Əməkdar mühəndis”, 1 nəfər “Əmək-

dar  hüquqşünas”  fəxri  adına  layiq  gö-

rülüb.

Mükafatlandırılanlar  arasında  neft 



sənayesinin  inkişafında  xüsusi  rolu 

olan  “azərbaycan  xəzər  Dəniz  gə-



miçiliyi”  qsc-nin    əməkdaşları  da 

var. Həmin dənizçilərin bəziləri hələ də 

fəaliyyətini davam etdirir. Onları tanı-

yaq…


fuad qurbanov – “AXDG” QSC-

nin  “Bibiheybət”  Gəmi  Təmiri  Zavo-

dunun baş mühəndisidir. Ömrünün  42 

ilini neft və qaz sənayesinin inkişafına 

həsr  edib.  Prezident  İlham  Əliyevin  

sərəncamı  ilə  “Əməkdar  mühəndis” 

fəxri adına layiq görülüb.

aslan  musayev  –  Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyinin sabiq əmək-

daşıdır. Uzun müddət hamiyəçi kapitan 

işləyib.  Ümumilikdə 65 il dənizçi kimi 

fəaliyyət göstərib. Onun 55 ili sırf neft 

sənayesi ilə bağlıdır. Prezidentin sərən-

camı ilə  3-cü dərəcəli “Əmək” ordeni 

ilə təltif olunub.



gündüz qədimov – “Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhm-

dar  Cəmiyyəti  Xəzər  Dəniz  Neft  Do-

nanmasına məxsus “General Şıxlinski” 

gəmisində  baş  mexanikdir.  41  illik  iş 

təcrübəsi var. Prezidentin sərəncamı ilə 

3-cü  dərəcəli  “Əmək”  ordeninə  layiq 

görülüb.


kamil  muxtarov    –  “Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  qa-

baqcıl  kapitanlarından biridir. Hazırda  

AXDG”QSC-nin  Xəzər  Dəniz  Neft 

Donanması    “Sabit  Orucov”    gəmisi-

nin  kapitanıdır.  40  ildir  ki,  dənizçilik 

sahəsindədir.  Prezidentin  sərəncamına 

əsasən “Tərəqqi” medalına layiq görü-

lüb.

adil  şahgəldiyev  –  “Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyi”  QSC-nin 

Xəzər  Dəniz  Neft  Donanması  “Gene-

ral  Əsədov”  gəmisinin    böyük  mexa-

nikidir. 39 illik iş təcrübəsinə malikdir. 

“Tərəqqi” medalı ilə təltif olunub.



Balaoğlan  Dadaşev  –  “Azərbay-

can Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  

Xəzər Dəniz Neft Donanmasının Qara-

dağ Texniki Xidmət və Təmir Bazasının  

6-cı  dərəcəli  gəmi  təmiri  çilingəridir.  

44 ildir ki, bu sahədə çalışır. “Tərəqqi” 

medalına layiq görülüb.

iki milyarDıncı ton neftin hasili münasiBətilə təltif 

olUnanlar arasınDa gəmiçiliyin əməkDaşları Da var

“Azərbaycan Xəzər Dəniz  

Gəmiçiliyi” Qapalı Səhmdar 

Cəmiyyəti xarici sularda daha bir 

gəmi istismara verib. Belə ki, “Qa-

fur Məmmədov” quru yük gəmisi 

Xəzərdən kənarda yükdaşımalara 

cəlb olunub. Bununla da Gəmi-

çiliyin Xəzərdən kənarda üzən 

gəmilərinin sayı 12-yə çatdırılıb. 

Onlardan 11-i quru yük gəmisi, 

biri  isə tankerdir.

“Qafur  Məmmədov”  gəmisi  no-

yabrın 17-də səhər saatlarında yükləmə 

əməliyyatı üçün Rusiya Federasiyasının 

Taqanroq limanına yan alıb. Buradan isə 

yüklə  Türkiyənin İzmir limanına səfərə 

çıxacaq. Azov, Qara və Aralıq dənizləri 

hövzələrində  üzəcək  quru  yük  gəmisi-

nin  istismarına  nəzarəti,  eyni  zamanda 

texniki  xidməti    “Azərbaycan  Xəzər 

Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyədə-

ki “Caspdry” şirkəti həyata keçirəcək.

Dedveyti  5500  ton,  uzunluğu 

108,3,  eni  16,5,  saya  oturumu  4,79 

metr olan “Qafur Məmmədov” gəmisi 

Gəmiçiliyin  xaricdə    quru  yük  daşı-

maları bazarındakı mövqeyini daha da 

möhkəmləndirəcək.

Xatırladaq ki, Gəmiçiliyin xarici su-

lardakı  fəaliyyəti  uzun  fasilədən  sonra 

2014-cü  ildə  prezident  İlham  Əliyevin 

tapşırığına  əsasən    “Üzeyir  Hacıbəyli” 

və  “Natəvan”  gəmilərinin  alınması  ilə 

bərpa edilib. Bu isə sözsüz ki, ölkəmizə 

xarici  valyutanın  gətirilməsində,  eyni 

zamanda  gəmiçiliyin  inkişafında  mü-

hüm əhəmiyyət kəsb edir.

gəmiçilik xarici sUlarDa fəaliyyətini genişlənDirir




Yüklə 486,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə