Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə14/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   10   11   12   13   14   15   16   17   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
34 
dialoqa girir. Paralel mətnlər vasitəsilə dialoqda olan bu iki mətn arasında 
ayrı  anlamlarla  bərabər,  oxşar  elementlərin  də  olması  göz  önündədir. 
Yazıçı bunu ustalıqla işləyərək, “Dədə Qorqud” mətninə postmodern ruh-
la yanaşaraq oxucunun ixtiyarına verir. 
Romanın digər bir hissəsi Şah İsmayıl Xətai dövrü ilə bağlıdır. Ro-
manda  Azərbaycan  tarixində  müstəsna  yeri  olan  Şah  İsmayıl  Xətai  bədii 
obraz kimi postmodern düşüncə tərzində yenidən işlənmişdir. Yazıçı Şah 
İsmayılın  obraz  olaraq  mistifikasiyasını  yaratmışdır.  Bəzi  tədqiqatçıların 
fikirləri  bədii  nəsrdə  də  öz  əksini  tapmış  olur.  Belə  ki,  bir  sıra  tədqiqat-
çılar  qeyd  edirlər  ki,  Şah  İsmayıl  Xətai  öz  oxşarını  saraya  gətirmişdir. 
Beləliklə,  onun  barəsində  belə  bir  mistifikasiya  formalaşmışdır  ki,  onun 
oxşarı şeirlər  yazmış, xəttatlıqla məşğul  olmuşdur. Bu barədə  geniş  mü-
zakirələr, hətta mübahisəli diskussiyalar da olmuşdur. Bu kimi tarixi-bədii 
problemi  Kamal  Abdulla  “Yarımçıq  əlyazma”ya  gətirmişdir.  Romanda 
Şah İsmayıl Xətai dövrü iki yerə bölünür: Çaldıran döyüşünə qədərki və 
Çaldırandan  sonrakı,  görkəmli  sərkərdə,  cəngavər  padşah  obrazı  və  şair 
Xətai.  
Romanın Şah İsmayıl Xətai ilə bağlı hissəsində digər mistifikasiya 
yaradan  obrazlardan  biri  də  Hüseyn  bəy  Lələdir.  Onun  mistifikasiyası 
Çaldıran  döyüşündən  sonrakı  dövrlə  səsləşir.  Əsərdə  məlum  olur  ki, 
Hüseyn  bəy  Lələ  sağdır  və  şahın  hüzuruna  gəlir.  Rəhim  yüzbaşı  gec  də 
olsa  onu  tanıyır.  Lələ  bəy  Hüseyn  şahla  görüşür.  Görüş  Lələnin  istədiyi 
kimi nəticələnmir. Hüseyn bəy Lələ qarşısında igid cəngavər Şah İsmayılı 
gözləyirdi, lakin o, şair Xətaini gördü. Bu zaman o mənən öldü. Özünün 
də  mənən  öldüyü  kimi,  “Lələ  kəmərinin  arasında  gizlətdiyi  balaca  bir 
qəməni çıxarmağı ilə Xızırın ürəyinə saplamağı bir oldu” [2, s. 264]. Hü-
seyn  bəy  Lələ  otaqdanca  taxtın  yanındakı  “gizli  yoldan”  yox  olub  itdi. 
Sonradan məlum oldu ki, əslində bu bir “yuxu” imiş.  
“– Amma yanında Şahın... bir şəxs var idi... Hüseyn bəy Lələ... Hə, 
əlbəttə ki, Hüseyn bəy Lələ. O idi Şahın yanında. Bə bu hara itdi? – Yüz-
başı ətrafa boylandı. 
– Nəmənə? Sənin əqlin çaşdı, gədə? Burda bizdən savayı adam var? 
Qapı – bir, pəncərə – dəmir qəfəsli... Hüseyn bəy Lələ kimdi? Bəli, bəli, 
bir  beləsi  var  idi.  Vaxtilə  Şahımızın  lələsi  olmuşdu,  hörmətli  bir  zat  idi. 
Çaldıran eşitmisən. O Lələ Çaldıranda həlak oldu, şəhid oldu” [2, s. 267]. 
Rəhim yüzbaşının Hüseyn bəy Lələni görməsi bir paranoyadır. Əs-
lində onun gördüyü Lələ mistikaya çevrilmişdir. Rəhim yüzbaşının mistik 
durumu  ilə  Şah  İsmayılın  mistik  durumu,  səhər  Taclı  xanımın  gördüyü 
yuxu arasında əlaqə vardır. Əgər bu yolla düşünmüş olsaq, belə çıxır ki, 
Şah  İsmayılın  ölümü  bu  əlaqənin  əsasında  onun  özünü  öldürməsinə  gə-
tirib  çıxarır.  On  ilin  fikri,  düşüncəsi,  bu  zaman  ərzində  Şah  İsmayılın 
əsərdə verilməyən, lakin romanın görünməyən tərəflərindən səsləyən pa-


______________________________________________________ Poetika.izm 
  
 
35 
ranoyasının  yaranması  fikrinin  formalaşmasına  gətirib  çıxarır.  Bu  ruhi-
mistik durumu duymaq, onu hiss etməyi müəllif oxucunun ixtiyarına ve-
rərək onu düşündürür.  
Roman  Azərbaycan  ədəbiyyatında  postmodernizmin  ən  gözəl  nü-
munələrindəndir. Roman daxilindəki ideya onun estetik xüsusiyyətlərinin 
çatdırılmasında, bədii nümunələr içərisində özünəməxsus  yer tutmasında 
önəmli rol oynayır. Sanki roman daxilindəki paralelli mətnləri zaman yaz-
mış, nəsillərdən nəsillərə ötürmüşdür.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Salamoğlu Təyyar. Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri. Monoqrafiya və 
ədəbi tənqidi məqalələr. III nəşr. Bakı, “E.L.” NPŞ MMC, 2012. 
2.
 
Abdulla Kamal. Yarımçıq əlyazma. Bakı, “XXI” – YNE, 2004. 
3.
 
Kamal Rüstəm. Abdulla Kamal: Yazıdan Mifə. Bakı, “Mütərcim”, 2011. 
4.
 
Çaqani  Fayaz.  Postmodernizm.  İngiliscədən  tərcümə  edən:  Elmar  Vüqarlı. 
“Körpü” jurnalı, 2007, № 1. 
  
Xəyalə Əliyeva 
 
KAMAL ABDULLANIN “YARIMÇIQ ƏLYAZMA”  
POSTMODERN ROMANINDA MİSTİFİKASİYA 
 
XÜLASƏ 
 
Məqalə Azərbaycan postmodern ədəbiyyatının əsas nümayəndələrindən biri olan 
Kamal  Abdulla yaradıcılığının tədqiqatından bəhs edir. Burada postmodern ədəbiyyatı-
nın  inkişafında  onun  yeri  və  rolu  araşdırılır  və  “Yarımçıq  əlyazma”  romanında  misti-
fikasiya  haqqında  söhbət  açılır. Məqalədə romanın  mətnlərarası və  digər mətnə  tənqidi 
şərh kimi məsələlərə toxunulub. 
 
Khayala Aliyeva  
 
THE MISTIFICATION IN THE POSTMODERN NOVEL  
“INCOMPLETE MANUSCRIPT”  BY KAMAL ABDULLAH 
 
SUMMARY 
 
The article deals with the investigation of Kamal Abdullah’s creative work, which 
is  one  of  the  main  representatives  of  postmodern  literature  of  Azerbaijan.  Here  is 
investigated his place and role in the development of postmodern literature, and here is 
told  about  the  mystification  in  the  novel  "The  incomplete  manuscript".  It  was  touched 
upon issues such as intertextuality and metatextuality of the novel in this article. 


______________________________________________________ Poetika.izm 
  
 
36 
 
Təyyar SALAMOĞLU 
Filologiya üzrə elmlər doktoru 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
SATİRA DİALOJİ MÜNASİBƏTLƏR KONTEKSTİNDƏ 
 
Açar sözlər: satira, tənqidi realizm, milli varlıq, sosial təbəqə, millət 
Key words: satire, critical realism, national being, social layer, nation 
 
M.Ə.Sabir  Azərbaycan  tənqidi  realizminin  iki  böyük  nümayəndə-
sindən biri sayılır. Tənqidi realizm ədəbiyyatşünaslıqda maarifçi realizm-
dən  sonrakı  inkişaf  mərhələsi  və  realizmin  yeni  tipi  kimi  dərk  və  qəbul 
edilir. Realizmin yeni mərhələsində və tipində tənqidi gülüşün mahiyyət-
cə  maarifçi  realizmdəkindən  fərqlənməsi  və  inqilabi  demokratik  dünya-
görüşünə əsaslanması fikri önə çəkilir.  
Bununla belə, realizmin mərhələ təsnifatının və tipoloji bölgüsünün 
müəyyən  mənada  şərtiliyi  də  xüsusi  şəkildə  vurğulanır.  Realizmin  bir 
mərhələsindən o birinə keçid prosesində “saf və büllur metod”dan (Y.Qa-
rayev)  danışmağın  mümkünsüzlüyü  qeyd  olunur.  Ədəbiyyatşünaslıqda 
maarifçi və tənqidi realizmlərin “genetik əlaqələr”indən (Y.Qarayev) söh-
bət açılır. Şübhəsiz, burada bir estetik cərəyanın doğuluşunda özündən əv-
vəlkinin iştirakından söhbət gedir. Yeninin prinsiplərinin müəyyənləşmə-
sində  ənənənin  rolu  təsdiq  edilir.  Bunun  ədəbi  qanunauyğunluq  olması 
həqiqətindən çıxış edilir. 
Azərbaycan  realizminin  tipoloji  təsnifatını  verən  prof.  Y.Qarayev 
doğru olaraq tənqidi realizmdə maarifçiliyin iştirakını yalnız estetik prin-
siplərin  bir-birindən  doğulması  və  dialektik  inkişaf  mənasında  bir-birini 
inkar  etməsilə  məhdudlaşdırmır.  O,  tənqidi  realizmin  realizmin  yeni  bir 
mərhələsi və tipi kimi meydana çıxmasında “maarifçi realizmin nailiyyət-
ləri”  ilə  bərabər  “maarifçi  fikrin”  də  mühüm  rolu  üzərində  dayanır.  Bu, 
artıq  tənqidi  realizmdə  maarifçiliyin  bir  dünyagörüş  səviyyəsində  iştira-
kını təsdiq etmək deməkdir. Lakin ədəbiyyatşünaslıq maarifçiliyin tənqidi 
realizmdə  müstəqil  bir  dünyagörüş  kimi  iştirakından  çox,  ona  inqilabi 
dünyagörüşünün formalaşmasına təkan verən vasitə, üsul kimi yanaşmağa 
daha  artıq  üstünlük  verir.  Maarifçilik  tənqidi  realizmdə  inqilabi  dünya-
görüşünə  yiyələnmək  üçün  keçilməsi  zəruri  olan  bir  mərhələ  kimi  dərk 
edilir. Buna görə də tənqidi realizmdə inkar pafosu onun estetik prinsip-
lərini  müəyyənləşdirən  əsas  şərt  kimi  qəbul  edilir.  Beləliklə,  estetik 
idealın  inkar  yolu  ilə  təsdiqi  tənqidi  realizmin  əsas  qanunauyğunluğu 
hesab  edilir.  Milli  realizmin  yeni  inkişaf  mərhələsi  üçün  bu  prinsiplərin 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə