Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə11/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   7   8   9   10   11   12   13   14   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
27 
ran, bu mübarizə şəraitində konkret insanların xarakterlərini ustalıqla açıb 
göstərən  “Sarı  Tağ”  povesti  və  hekayələri;  H.Mirələmovun  Qarabağ  sa-
vaşı  şəraitində  xalqın  döyüş  ruhunu,  vətənpərvərliyini  yüksəltməyə  ça-
ğıran “Dağlarda atılan  güllə”, “Qırxıncı otaq”, “Cəza” və sair  realist  ro-
manları; müharibə dəhşətlərini bəzən realist, bəzən sürrealist üslubda ədə-
biyyata gətirən, ümumiyyətlə, xalqın mənəvi sarsıntılarını, erməni təcavü-
zünün  ağrı-acısını  bütün  varlığıyla,  ruhuyla  hiss  edib,  həm  də  oxucuya 
hiss  etdirməyə  nail  olan  M.Abdullanın  “Əvvəl  Axır”,  “Ürəkkeçmə”  ro-
manları,  “Qarabağsız  namələr”  silsiləsi;  E.Mehrəliyevin  “Doxsanıncı  il-
lər”,  Ə.Əmirlinin  “Meydan”,  Əlabbasın  “Qaraqovaq  çölləri”,  Nigarın 
“Daş hasar” və s. romanları Qarabağ savaşı olaylarını təsvir etmək, yad-
daş  faktorundan  istifadə  edərək  yaxın  və  uzaq  keçmişə  ekskurs  etməklə 
alt qatda qalan həqiqətləri oxucuya çatdırmaq, müharibə faciələrini kon-
kret  insan  talelərində,  xarakterlərində  əks  etdirmək,  vətən  torpaqları  uğ-
runda mübarizəyə ruhlandırmaq cəhətləri diqqəti cəlb edir. 
Müstəqillik dövrü Azərbaycan nəsrində yeni dünya və dəyişən insan 
anlayışı altında, ilk növbədə, mürəkkəb və ziddiyyətli sosial-ictimai mü-
nasibətlər zəminində insani dəyərlərin, şəxsiyyət meyarının, habelə qlobal 
yürüş  və  milli  amil  üzləşməsinin  önə  çəkildiyini  görürük.  Bir  çox  əsər-
lərdə əldə edilən bədii qənaətə görə insanın taleyi ilə bağlı yaxşı və pis 
cəhətlər,  təhlükələr  indi  daha  çox  dünyəvi  xarakter  daşıyır.  Yəni  in-
san  bir  fərd  olaraq  daxilən  azad  olmaq  və  öz  taleyini  seçmək  istə-
yində israrlı olsa da, qlobal hadisələr və problemlər buna imkan ver-
mir,  onu  öz  hökmü,  təsiri  altında  saxlayır.  Bu  baxımdan,  məsələn, 
S.Səxavətin  müasir  dünyanın  qlobal,  ictimai-siyasi  məsələsinə  öz  fərdi 
yazıçı münasibətini qeyri-adi təbiət obrazlarının, özünəməxsus bədii sim-
volikanın  süzgəcindən  keçirərək  oxucuya  çatdıran  və  realizmlə  simvoli-
kanın gözəl bir sintezini yaradan “Yəhudi əlifbası” romanı və “Qaçaqaç”, 
“Rəmiş”, “Cəhənnəm”, “Persona non qrata” nəsr əsərləri oxucuya təsirsiz 
ötüşmür.  
Müasir  mövzuda  yazılan  əsərlərin  qəhrəmanları  (həyat  meydanına 
yenicə atılan, xoşbəxt olmaq istəyən, lakin çoxsaylı maneələrlə qarşılaşan 
və  hələ  mübarizədə  bərkiməyən  gənclər;  gündəlik  həyat  qayğıları  ilə 
ömür sürən sadə insanlar; müharibə qurbanları – əsir, qaçqın, şəhid anası 
və  s.)  vaxtilə  sovet  ədəbiyyatının  əsas  qəhrəman  tipinə  uyğun  gəlmir  (o 
zaman  belə  obrazlar  yaradılırdısa  da,  “kiçik”  qəhrəman  təsiri  bağışlayır-
dı). Ən vacibi isə budur ki, çağdaş nəsrimiz bədii qəhrəman axtarışları və 
tapıntıları  ilə  həyatımıza  nüfuz  edə  bilir.  Bu  keyfiyyət  halı  bütünlükdə 
nəsrimizin  bədiilik və sənətkarlıq  gücü, onun həyatımızda tutduğu möv-
qeyin  və  oynadığı  rolun  məna  və  əhəmiyyəti  barədə  konkret  təsəvvür 
yaradır.  Bəzən  belə  fikirlər  səslənir  ki,  son  illərin  nəsr  əsərlərində  sanki 
baş  qəhrəmandan  imtina  ab-havası  müşahidə  olunur,  ötən  illərin  müsbət 


______________________________________________________ Poetika.izm 
  
 
28 
qəhrəman tipini artıq bir çox əsərlərdə görmürük. İndi qəhrəman səhv də 
edə, bu səhvdən ötrü əsər boyu əzab-əziyyət də çəkə, işində qüsurlara da 
yol verə, mübarizəsində məğlub da ola, eyni zamanda, adi adamlar kimi 
sevinə,  şadlana  bilər.  Biz  bunu  hətta  bəzi  əsərlərdəki  (məsələn,  Afaq 
Məsudun “Azadlıq”, Səfər Alışarlının “Maestro”, Nəriman Əbdürrəhman-
lının “Yalqız” və s.) ümumiləşdirilmiş siyasətçi, xalq hərəkatı lideri, döv-
lət rəhbəri obrazlarında da görə bilirik. Lakin bu “qəhrəmansızlaşma”, baş 
qəhrəmandan imtina təsəvvürü yaratmamalıdır. Sadəcə olaraq, ədəbiyya-
tımızda  yeni  qəhrəman tipi  yaranmışdır. Qüsurları, mənfi  xüsusiyyətləri, 
səhvləri  də  olan  yeni  qəhrəman  tipi  indi  oxucuya  daha  yaxındır,  nəinki 
ötən  illərin  “müsbət”  və  ideal  qəhrəmanı.  Ədəbiyyat  öz  böyük  mənəvi-
əxlaqi  vəzifəsini,  həm  müsbət,  həm  də  mənfi  qəhrəmanların  vasitəsilə 
yerinə  yetirir,  oxucunu  düşünməyə,  nəticə  çıxarmağa  çağırır.  Bugünkü 
nəsrin qənaəti belədir ki, qəhrəman öz düşüncəsinə, xarakterinə uyğun hə-
yatın  mahiyyətini  dərk  etməli  və  bu  məqsədə  müstəqil  nail  olmağı  ba-
carmalıdır. Çünki, “həqiqəti hazır şəkildə heç kəs, hətta yazıçı da obraza 
təqdim  edə  bilməz.  Xarakteri  istiqamətləndirməyi,  ona  nəyisə  diktə  et-
mək, hansısa bir qənaəti ona hazırca aşılamaq, estetik təzyiq vasitəsilə ob-
razı müəyyən bir  yerə çıxarmaq olmaz” [3, s. 111]. Ona görə də müasir 
ədəbiyyat,  bu  günümüzün  olaylarından  bəhs  edərkən,  qədim  bir  xalqın 
hansı  amallar,  məqsədlər  uğrunda  mübarizə  apardığını,  hansı  milli-mə-
nəvi,  əxlaqi  dəyərləri  qoruyub  saxladığını  tez-tez  xatırladır.  Ədəbiyyatı-
mızın  belə  bir  istiqamətdə  inkişafı  milli  şüurun  dirçəlişi  gerçəkliyi  ilə 
əlaqədar olmaqla yanaşı, gələcəyə özünəgüvəncdən doğan praqmatik ba-
xış meylinin güclənməsi ilə bağlıdır.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Baxtin  M.M.  Dostoyevski  poetikasının  problemləri.  Bakı,  “Kitab  aləmi” 
nəşriyyat-poliqrafiya mərkəzi, 2005. 
2.
 
Elçin. Sosrealizm bizə nə verdi? Bakı, “Mütərcim”, 2010.  
3.
 
Hüseynov A. Nəsr və zaman. Bakı, “Yazıçı”, 1979. 
 
 
Şəfa Cəbiyeva 
 
BƏDİİ QƏHRƏMANIN ESTETİK 
OBYEKTİVLİYİ: DÜNƏN VƏ BU GÜN 
 
XÜLASƏ 
 
Məqalədə bədii qəhrəmanın estetik obyektivliyi problemindən bəhs olunur. Müəl-
lif  sosial  tərəqqinin  keçid anlarında daha da  aktivləşən bu mövzu vasitəsilə  yeni zaman və 
yeni qəhrəman konsepsiyası məsələsinə aydınlıq gətirir. Paralel müqayisələr aparmaqla Azər-


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə