Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə17/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   13   14   15   16   17   18   19   20   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
42 
“Hophopnamə”də bir neçə satirik tipin monoloqundan ibarət satira-
lar  da  vardır.  “Bir  məclisdə  on  iki  kişinin  söhbəti”  məhz  bu  şəkildə  ya-
zılmışdır. Zahirən bu satira satirik tiplərin dialoqu təsiri bağışlayır (Ədə-
biyyatşünaslıqda da bir qayda olaraq belə qəbul edilir). Ancaq diqqət edil-
sə,  görmək  çətin  deyil  ki,  bu  satirada  dialoq  əlamətləri  yoxdur.  Çünki 
dialoq predmetə fərqli münasibət tələb edir. Məsələyə fərqli baxış bucaq-
larından yanaşmaq dialoq aparan tərəflərin mübahisəsini şərtləndirir. “Bir 
məclisdə  on  iki  kişinin  söhbəti”ndə  tərəflər  mübahisə  etmir,  onların  ha-
mısı  yekdildirlər,  hamısı  predmetə  münasibətdə  eyni  havanı  çalırlar. 
Əlbəttə,  Sabirin  yaradıcılığında  satirik  tiplərin  dialoqu  şəklində  yazılmış 
satiralar  da  vardır:  “Sual-cavab”,  “Olmur,  olmasın”  və  s.  Sabir  satirala-
rının  bir  qismində  satirik  tipin  və  yaxud  tiplərin  dünyagörüşü  ilə  “şair 
məni”nin  dünyagörüşü  arasındakı  təzad  bədii  konflikti  şərtləndirən  əsas 
amilə çevrilir. Çox vaxt da biz bu konflikt tipini bütövlükdə Sabir satirası 
üçün  xarakterik  olan  əsas  konflikt  tipi  kimi  qələmə  veririk.  Ədəbiyyat-
şünaslıqda  Sabir  satirasında  ikinci  konflikt  tipi  kimi  “ictimai  aşağılar”la 
“ictimai yuxarılar” arasındakı ziddiyyətlərin bədii ifadəsi səciyyəvi hesab 
edilmişdir.  Bu  konflikt  tipinin  mahiyyətində  “meydan  oxuyanlar”  və 
“fəryad edənlər” (Y.Qarayev) arasındakı ziddiyyətlərin durduğu  əsaslan-
dırılır. Bu mənada ədəbiyyatşünaslıq Sabir satirasında “fəhlənin burjuya, 
kəndlinin  mülkədara  meydan  oxumağa  başladığı  bir  dövrün  hərtərəfli 
inikası”ndan [4, s. 221] söz açır. Bu zaman Sabirin ayrı-ayrı sosial təbə-
qələrə  münasibəti  birmənalılıq  müstəvisinə  gətirilir  və  totallaşdırılır. 
Məsələ burasındadır ki, Sabir satiralarında ayrı-ayrı sosial təbəqələrə total 
münasibət  yoxdur.  Sabirdə  burjuaziyanın,  mülkədarın  tənqidi  var,  lakin 
bu, bütövlükdə burjuaziyanın, mülkədarlığın tənqidi deyildir. Sabirdə bur-
juaziyanın  və  mülkədarlığın  tənqidi  onlara  oxunan  “ölüm  və  matəm 
mahnısı”  (Y.Qarayev)  deyildir.  Sabirdə  ictimai  şüuru  oyanmaqda  olan, 
haqqı  nahaqdan  ayıran  fəhlənin,  kəndlinin  təqdiri  var,  amma  bu  bütöv-
lükdə fəhlə və kəndlinin sosial  mədhi  deyildir.  “Fəhlə, özünü sən də bir 
insanmı  sanırsan?”,  “Bakı  fəhlələrinə”,  “Əkinçi”  satiralarında  fəhlə  və 
kəndliyə  ictimai  şüurunun  oyanması  nöqteyi-nəzərindən  müsbət,  təqdir-
edici münasibət ifadə olunursa, “Səbr eylə” satirasında bu, tənqidi müna-
sibətlə, hətta sarkazmla əvəz olunur: 
 
Əzil, pamal ol, axtarma buna bir çarə, səbr eylə! 
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə! 
 
Sabir satirasının bu cəhəti sosial təbəqələrə ziddiyyətli yanaşmanın 
ifadəsi  sayıla  bilərmi?  Fikrimizcə,  yox.  Ədəbiyyatşünaslıqda  çox  vaxt 
məsələ belə qoyulur ki, “iki qəhrəmanın mübarizəsi bu realizmin ən yaxşı 
nümunələrində iki zidd ictimai şəraitin, sinfin, təbəqənin açıq mübarizəsi 


______________________________________________________ Poetika.izm 
  
 
43 
səviyyəsində ümumiləşir” [4, s. 215]. Bu fikirlə razılaşmaq çətindir. Sabir 
satiralarında bədii konfliktin  mayasında siniflərarası  mübarizə dayanmır. 
Sabirin tənqid hədəfi nə ayrı-ayrı siniflər, nə də ayrı-ayrı təbəqələr deyil. 
Sabirdə  hər  hansı  təbəqəyə  (istər  aşağı,  istərsə  də  yuxarı)  birmənalı  mü-
nasibət, birmənalı tənqidi və yaxud təqdiredici münasibət yoxdur. Sabirdə 
tənqidin  meyarı  kimin  hansı  sinfə,  yaxud  sosial  təbəqəyə  mənsubluğu 
deyil, kimin hansı səviyyədə ictimai və milli şüur, vətəndaşlıq düşüncəsi 
nümayiş etdirib, etdirə bilməməsidir. Satiraların dialoji məzmunu bunları 
deməyə əsas verir və satirik tiplərin əksər “monoloq”larına birmənalı ya-
naşmanı sərf-nəzər edir. 
Sabir  öz  soydaşını  himmətçiliyə,  ümmətçiliyə  çağırır.  Ona  üzərinə 
düşən  vəzifəni,  milli  varlıq  naminə  üzərinə  düşən  missiyanı  dönə-dönə 
xatırladır,  onun  yatmış  ruhuna  təsir  etməyə,  vicdanını  oyatmağa  çalışır. 
Sabirdə “sərvətü-saman”ına, “bol  pulu”na, “milyon”una  görə  varlını, ka-
pitalisti,  mülkədarı  töhmətləndirmək  niyyəti  yoxdur.  Sabir  varlıya  him-
mətçilik, ümmətçilik düşüncəsi  təlqin  edir.  Milli birlik  olmadan  milli  tə-
rəqqi yoluna çıxmağın mümkünsüzlüyünü başa düşməyə çağırır. O, sosial 
təbəqələr  arasında  təfriqə  yox,  harmoniya,  bir-birinin  səsinə  səs  vermək 
istəyi,  düşüncəsi  axtarır.  Sabir  “Çox  da  demə  sərvətü  samanlıyam,  ey 
filan!”  misrası  ilə  başlayan  satirasında  üzünü  “sərvətü-saman”  sahibinə 
tutub üzərinə düşən missiyanı ona belə xatırladır: 
 
Qonşuda lakin neçə üryan da var, – qış, boran... 
Giryə də var, naləvü əfğan da var, nimcan... 
Sən ki şəriətçisən, ey binəva, qıl həya! 
Şərdə axır nə, bir ehsan da var, 
Haqqı-müsəlman da var... 
 
Sabirə  görə  milli  həmrəylik  olmadıqca,  pullular  milli  mənafe  uğ-
runda  mübarizənin  zərurətini  duymadıqca,  tərəqqi,  milli  inkişaf  yoluna 
düşən,  bu  yolda  böyük  uğurlar  əldə  edən  millətlərin  təcrübəsini  öyrən-
mədikcə, bir millət kimi özümüzü təsdiqdən söhbət gedə bilməz. “Təbaət” 
şeiri bu məntiqə söykənir. Şair məsələni belə qoyur: “Rütbeyi-irfan”a ge-
dən  yol  “təhsili-ülum”dan  keçir.  “Təhsili-ülum”  üçün  məktəb  lazımdır. 
Məktəbə kitab lazımdır. Başqa xalqların sərvət sahibləri məktəbin, kitabın 
inkişafına maraq göstərir, imkanlarını əsirgəmirlər. Bu sahəyə pul qoyub, 
şirkətlər yaradırlar. Sabir üzünü millətin var-dövlət sahiblərinə tutur, təkid 
və təlqin xarakteri daşıyan sualla onlara müraciət edirdi: 
-
 
Etsək nə olur biz də belə şirkətə iqdam? 
Şair  var-dövlət  sahibinin  bu  işə  maraq  göstərməyəcəyini,  bu  işin 
faydasını  dərk  etməyəcəyini  qabaqcadan  bilir,  lakin  sözünü  deməyi, 
“rütbeyi-irfan” uğrunda mübarizəni onun şüuruna, düşüncəsinə yeritməyi, 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə