Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə10/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   6   7   8   9   10   11   12   13   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
25 
rəman obrazı yaratmaq, onun daxili aləminə, fikir və hisslərinin vəhdətinə 
xüsusi diqqət yetirmək, dünyada gedən qlobal hadisə və proseslərə yazıçı 
münasibəti əks etdirmək, intuitiv duyum hissi ilə yaxşını pisdən seçmə-
yə,  həqiqətlə  yalanı  üz-üzə  qoyub  təhlil  etməyə  çalışmaq,  haqsızları 
ittiham  etmək  kimi meyil və cəhdlər məhz həmin konsepsiyanın mahiy-
yəti çərçivəsində baş verir.  
Bununla belə, hər hansı bir dövrdə olduğu kimi, müasir nəsrimizdə 
də ədəbi qəhrəmanların həm də tarixi səciyyədə meydana çıxdığını müşa-
hidə edirik. Həyatın inkişafı, dinamikası bütöv bir xətti, ayrı-ayrı dövr və 
mərhələlər  tarixin  qırılmaz  həlqələrini  xatırlatdığı  kimi,  ədəbiyyatımızda 
təsvir olunan rəngarəng həyat səhnələri, zəngin obrazlar qalereyası da bir 
xəttin davamı, bir zəncirin qırılmaz həlqələri təsirini bağışlayır. İnsan hə-
yatı  ayrı-ayrı  dövrlərdə  yaşanan  ictimai-siyasi,  sosial-iqtisadi,  mədəni, 
mənəvi  sınaq və təcrübələrin toplusudur ki,  ədəbiyyat  da insanı  bu toplu 
zəminində öyrənir. Tarixə marağın  (həm  də  siyasi marağın)  nəticəsin-
də meydana çıxan əsərləri də iki qrupa ayırmaq mümkündür: 1) Tari-
xin müasir dövrünü araşdıran və həqiqətin söylənməsi məqsədilə  ya-
zılan  əsərlər  (Ə.Əmirlinin  “Meydan”,  S.Əhmədovun  “Axirət  sevdası”, 
M.Süleymanlının  “Erməni  adındakı  hərflər”,  A.Məsudun  “Azadlıq”, 
A.Abbasın  “Dolu”,  S.Alışarlının  “Mayestro”  romanları,  A.Abdullanın 
“Sarı tağ” povesti və s.); 2) Bu gün baş verən hadisələrlə keçmiş hadisələr 
arasındakı  bağları  çözmək,  keçmiş  səhvlərimizi  gündəmə  gətirməklə 
oxucunu  tarixin  ibrət  dərslərindən  nəticə  çıxarmağa  dəvət  etmək  məq-
sədilə  yazılan  əsərlər  (M.Çəmənlinin  “Xallı  gürzə”,  S.Rüstəmxanlının 
“Difai fədailəri”, Ş.Sadiqin “OdƏrlər” romanları və s.); 
Ümumiyyətlə, biz həm mövzu-problem, həm obraz-qəhrəman, həm 
də  ideya-qayə  baxımından  müstəqillik  dövrü  Azərbaycan  nəsrində  çox 
ciddi  tipoloji  dəyişikliklərin  baş  verdiyini  görürük.  Bu  dəyişikliklərin 
mərkəzində Vətən və xalq taleyi ilə bağlı ideyaların önə çəkilməsi, torpaq 
sevgisinin sovet dövründəkindən fərqli olaraq qədim Azərbaycan sərhəd-
ləri,  itirilmiş  torpaqları  və  ikiyə  bölünmüş  Azərbaycan  problemi  ilə 
konkretlik  qazanması,  beynəlmiləlçilik  ideyasının  türkçülük  ideyasının 
təbliği  ilə  əvəzlənməsi,  dünya  siyasi  çaxnaşmasında  oyuna  salınmış,  tək 
qalmış  “məğlub  və  məzlum  xalq”,  Vətən  dərdlərinə  çarə  qıla  bilməyən, 
milli  birliyin  parçalanmasına  görə  özünü  qınayan  “günahkar  vətəndaş” 
obrazlarının yaradılması dayanır.  
Nəsrin başlıca mövzu-problemləri günün reallıqları – xalq həyatına 
ciddi  təsir  edən  ictimai-siyasi  hadisə  və  proseslər,  müharibə  şəraiti  və 
keçid dövrünün doğurduğu sosial-iqtisadi, mənəvi-psixoloji problemlərlə, 
obraz-qəhrəman  yaradıcılığı  həmin  hadisə,  proses  və  problemlərin  öz 
təsiri altına salıb, dəyişib formalaşdırdığı yeni insanın tale yaşantıları, hiss 
və  düşüncələri  ilə  bağlıdır.  Azərbaycan  nəsri  dövrün,  zamanın  tələbinə 


______________________________________________________ Poetika.izm 
  
 
26 
(müharibə şəraiti,  qloballaşma, inteqrasiya, bazar iqtisadiyyatı və s.) uy-
ğun yeni qəhrəmanlar yaratmağa başlamış və bu zaman daha çox azadlıq 
uğrunda mübarizədə qalib çıxsa da, təcavüzə məruz qalmış, şəhid olmuş, 
yaxud  öz  vətənində  qaçqına  çevrilib  həyatın  sərt  sınaqları  ilə  baş-başa 
qalan, sosial, iqtisadi, psixoloji çətinliklərin ağırlığını çiynində daşıyan tə-
bəqənin mənəvi dünyasına nüfuz etməyə çalışmışdır. Çağdaş bədii təfək-
kür  qaçqınlıq,  didərginlik  faciəsini  yalnız  yurd,  torpaq  itkisi  kimi  deyil, 
geniş  ictimai,  psixoloji,  mənəvi-ruhi  fəsadları  ilə  insan  qəlbində  təlatüm 
və  sarsıntı  doğuran  qlobal  problem  kimi  dərk  edir,  bu  dalandan  çıxma 
yollarını  arayır,  bu  işdə  gecikməyə  görə  cəmiyyətin  digər  təbəqəsini  – 
yaranmış  vəziyyətə  laqeyd  münasibət  göstərən,  vətəndaşlıq  hisslərindən 
məhrum insanları günahlandırır, hətta bəzən xalqa xəyanətdə ittiham edir. 
Bütün  bunları  nəzərə  aldıqda  müasir  nəsri  ictimai  dərdlərimiz  və  ağrı-
larımız  barədə  oxucu  ilə  dialoq  nəsri,  insani  və  bəşəri  dəyərlər  barədə 
müzakirə  nəsri  kimi  də  səciyyələndirmək  olar.  Sovet  dönəmi  üçün  pri-
oritet  sayılan  mövzu-problemlər  (xalqlar  dostluğu,  beynəlmiləlçilik,  par-
tiya fəalı, fəhlə həyatı və s.) kimi, bu mövzu-problemlərdən doğa biləcək, 
xoşbəxt gələcəyə səsləyən ideya-qayə məsələləri də sıradan çıxmışdır. Tə-
biət,  sevgi,  ailə-məişət,  cəmiyyətin  mənən  təmizlənməsi,  bədii-fəlsəfi 
mövzular aktuallığını qorusa da, bu mövzularda yazılan əsərlər də birbaşa 
və ya dolayısı ilə müharibə şəraitində yaşayan insanların sosial yaşantı və 
ovqatlarını təqdim edir, konkret bir ailə daxilindəki konflikt fərdi hal kimi 
deyil, mövcud sosial-ictimai mühitin bəhrəsi,  ümumiləşdirilmiş  hal  kimi 
götürülür,  sosial-psixoloji  problemləri  qabarıq  şəkildə  təzahür  etdirmək 
baxımından  diqqəti  çəkir.  Bu  da  hər  şeydən  əvvəl,  yaşanılan  epoxanın 
mövcud  problemlərinin  sosial-psixoloji  mahiyyət  daşımasından  qaynaq-
lanmaqdadır. Külli halda ədəbiyyat onları müharibə dövrü insanının həyat 
tərzi kimi təqdim edir. Başqa sözlə desək, qəhrəmanların əhval-ruhiyyəsi 
cəmiyyətdəki və ədəbi prosesdəki əhval-ruhiyyə ilə üst-üstə düşür, reallıq 
nəsrin  mövzu-problemi,  obrazları  kimi,  ideya-məzmun  istiqamətini  də 
müəyyənləşdirir.  
Əvvəlki illərlə müqayisədə vətənpərvərlik mövzusunun nəsrimizdə 
daha  əhəmiyyətli  yer  tutması  Qarabağda  və  onun  ətrafında  baş  verən 
faciəli  hadisələrin  ədəbiyyata  ciddi  təsirinin  nəticəsi  kimi  təzahür  edir. 
Lakin bu mövzu daha çox orta və yaşlı nəslin əsərlərində özünü qabarıq 
göstərir.  Məsələn,  sözügedən  mərhələnin  bədii  nəsr  örnəkləri  içərisində 
S.Əhmədlinin “Axirət sevdası”, A.Abbasın Qarabağ savaşını şərti olaraq 
bir  şəhər  çərçivəsində, canlı  şəkildə  təsvir  edən,  müharibə  dövründə  baş 
verən  daxili  çəkişmələri,  müxtəlif  xarakterli  insanlar  arasındakı  gərgin 
psixoloji qarşıdurmaları dolğunluğu ilə oxucuya çatdıran “Dolu” romanı; 
A.Abdullanın erməni məkrinin yaxın tarixini, İrəvan bölgəsində yaşayan 
ziyalılarımızın  çətin  şəraitdə  ermənilərlə  ideoloji  mübarizəsini  işıqlandı-


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə