Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə13/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
32 
“Postmodernistlər faktla fantaziya arasındakı fərqi qəbul etmirlər. Onlara 
görə, söz və əşya, məna və mənalandıran, subyekt və obyekt arasında heç 
bir  mühüm  əlaqə  yoxdur.  Bu  mülahizə  tarix  kimi  reallığın  da  təsvirini 
tələb edir. Postmodernizmdə həm tarixi, həm də bədii əsərlər onların yax-
şı və pis nüsxələrindən daha çox reallıq üçün əvəzlənib yenidən işlənilir” 
[4, s. 216]. 
Təhkiyəçi  əlyazmanın  əsas  məzmun  hissəsi  barədə danışır. Bu his-
səni “Qeydlər və  yaxud “Müşahidələr” adlandıraraq qeyd edir ki, burada 
“nə  zamansa  yazılacaq  böyük  bir  Dastanın  hazırlıq  qeydlərinin  aparıldı-
ğını görməmək mümkün deyil” [2, s. 8]. O, “Kitabi-Dədə Qorqud” dasta-
nının dünya ədəbi elmindəki yerindən söhbət açır, dastan qəhrəmanlarının 
dünya  ədəbi  eposlarındakı  qəhrəmanlarla,  hətta  onlardan  bəzilərinin  ya-
rımçıq əlyazmadakı obrazlarla paralelizmini qeyd edir. Təhkiyəçi  yarım-
çıq əlyazmanın iki qatdan ibarət olduğunu açıb söyləyir. Birinci qat, Dədə 
Qorqudun  qeydləri,  ikinci  paralel  qat  isə  hökmdar  Şah  İsmayıl  Xətainin 
həyatı  ilə  bağlıdır.  Təhkiyəçi  Dədə  Qorqud  hadisələrinə  dair  mistifikasi-
yanı  qeyd  edərkən  tərəddüd  içində  qalır,  bizim  tarixi  milli  dəyərimizin 
dəyərliliyini qeyd edərək sanki əlyazmanı təqdim edərkən özünü daxilin-
dəki tərəddüddən və kənar rəylərdən qorumağa çalışır. Hətta təqdim etdiyi 
bu  əlyazmaya  görə  gələcək  mənfi  rəyləri  öncədən  bilir  və  artıq  özünü 
buna hazırlayır. Bununla da birbaşa oxucunu onunla həmfikir olmağa razı 
salır. Bir növ, oxucuya psixoloji təsir göstərərək onu özü ilə bərabər yu-
xuya qərq edir. 
K.Abdulla “Yarımçıq əlyazma”da zaman paralelləri vasitəsilə indiki 
dövrün  kontekstində  “Kitabi-Dədə  Qorqud”  dastanındakı  mifik  obrazlar 
vasitəsilə  hadisələri  istədiyi  səmtə,  ideyanı  vermək  istədiyi  istiqamətlərə 
yönəldir.  Bunlardan  biri  də  casus  oyunudur.  Belə  ki,  əlyazmanın  oğuz 
cəmiyyəti ilə bağlı əsas  hissəsində casusla bağlı hadisə əks olunur. Dədə 
Qorqudun katibliyi ilə Bayandır xan istintaq qurur. Bütün oğuz xanları və 
bəyləri bu istintaqa cəlb  olunur. Nəticədə, casus tapılır. Lakin Fatma ob-
razının  qurduğu  mistifikasiya  oyunu  vasitəsi  ilə  casus  xilas  edilir.  Bu 
mistifikasiya  getdikcə  açılır.  Yazıçı  bizim  indiyə  qədər  bildiyimiz  igid 
oğuz cəmiyyətinin əxlaqi boşluğunu açıb göstərir. Bu əxlaqi boşluğu gös-
tərməklə  sanki  Kamal  Abdulla  qara  yumorla  oğuz  bəylərini  tənqid  edir. 
Əslində digər postmodern bədii əsərlərə müraciət etsək, buna bənzər əx-
laqi  mövzuların  mövcudluğunu  görə  bilərik.  Lakin  yazıçı  bu  mövzuya 
üstüörtülü yanaşmışdır, üstüörtülü yanaşsa da, bu mövzunu mütləq şəkil-
də qeyd edərək romana daxil etmişdir.  
“Yarımçıq əlyazma” romanında digər mistifikasiya  yaradan vasitə-
lərdən  biri  də  Dədə  Qorqud  və  Nur  daşı  arasında  olan  mistik  əlaqədir. 
“Bircə sən bilirsən, nə etdimsə Oğuz üçün etdim, Oğuzun gələcəyi üçün 
etdim. Xanın könlünə ilham ver, şəfqət damarın işlət, məhəbbəti bizlərdən 


______________________________________________________ Poetika.izm 
  
 
33 
yan keçməsin, qadir Tanrıya şükürlər olsun...” [2, s. 224]. Nur daşı mistik 
elementdir.  Mistik  əlaqələr  və  tellər  vasitəsilə  Dədə  Qorqud  olanları  gö-
rür.  Nur  daşı  hər  şeyi,  olanları,  hadisələri  ona  ötürür:  “Uyqu  mənə  hər 
şeyi  açıb  göstərdi.  Mən  kim  idim,  uyqu  görəm.  O  uyquda  Beyrəyin  gə-
ləcəkdəki anını görəm?! Nur daşı söylədi həpsini” [2, s. 70]. Burada “qara 
yumor”  məktəbinin  özəlliklərindən  sayılan  paranoyanın  xüsusiyyətlərini 
xatırlamaq olar. Dədə Qorqud Nur daşı ilə söhbət edir. Bu müqəddəs daşa 
öz  dərdini  danışır,  ondan  kömək  diləyir.  O,  Nur  daşı  vasitəsilə  Tanrıya 
çatmağa çalışır. Nur daşı bəzən Tanrı ilə Dədə Qorqud arasında vasitəçi 
rolunu oynayır. Nur daşı Qorqud atanın sirdaşı olur, ona söylənilən bütün 
sirləri  bu  daşa  deyərək  qəlbini  ağırlıqlardan  qurtarır:  “Oğuzun  tüm  sirri 
məndə  idi.  Mən  dəxi  onları  Nur  daşına  əmanət  edib  durmuş  idim.  Nur 
daşı olmasaydı, nə edə bilərdim ki...” [2, s. 66]. 
Digər mistifikasiya  yaradan vasitələrdən biri  də  “Kitabi-Dədə Qor-
qud”  dastanından  adı  Təpəgöz  kimi  tanıdığımız,  lakin  “Yarımçıq  əlyaz-
ma” romanında adı Təkgöz olan oğuz elinin qarşılaşdığı düşməndir. Das-
tanda Təpəgöz yunan mifindəki sikloplar kimi nəhəng, tək gözlü, qorxunc 
bir  məxluqdur.  Dastandan  fərqli  olaraq,  romandakı  paralel  obraz  kimi 
Təkgöz  cüssəli  deyil,  arıq,  səsi  cır,  əlləri  qısa,  bədheybət  və  sehirli  qüv-
vəyə malik bir obrazdır. Basatla Təkgöz meydanda savaşarkən sehrini iş-
lədərək  “Bir  bədheybət,  boylu-buxunlu,  təpəsində  bircə  gözü,  çılpaq  bə-
dənli Təpəgözə döndü” [2, s. 242]. Döyüş boyu Təkgöz öz mistik sehrin-
dən  istifadə  edərək  cilddən-cildə  girir,  Basatın  diqqətini  yayındırır.  Gah 
Dədə  Qorqudun,  gah  da  Basatın  könül  verib  sevdiyi  Burla  Xatunun  cil-
dinə girir. Onda paranoyanın yaranmasına səbəb olur. Lakin onu bu para-
noyadan Qoğan Aslan çıxarır. Qoğan Aslan ona güc, iradə, stimul verir. 
“Mənim gözüm getdi dəydi düşərgənin o başındakı bir cüt gözə. O bir cüt 
göz bu tərəfdəki təpənin altında bunların sallaxanaları vardı, ordan mənə 
nəzər yetirirdi. Dikmişdi gözünü mənə, baxdıqca baxırdı. Əvvəl-əvvəl ta-
nımadım, sonra tanıdım. Anam idi mənim, Qoğan Aslan idi. Gəlib məni 
burda tapmışdı” [2, s. 240]. Belə bir sual  yarana bilər ki,  Basat nə üçün 
Qoğan Aslanı anası adlandırır? Belə ki, “Kitabi-Dədə Qorqud” eposunda 
Basatın  mənşəyi  Qaba  Ağacla  Qoğan  Aslan  götürülür.  Dastanda  qəhrə-
man, ər igidləri  güc simvolu  olaraq aslanla  əlaqələndirirlər. Romanda da 
Qoğan  Aslan  mistik  element  kimi  Basata  kömək  edir.  Onunla  telepatik 
əlaqəyə girir və Basat Təkgözə qalib gəlir. Onun başını kəsir və Təkgözlə 
bərabər onun düşmənləri də meydanda  yoxa çıxır. Basata  yardımçı digər 
mistik elementlərdən biri də Təpəgözün başını kəsdiyi balaca, sehirli taxta 
qılınc olur. Sonradan bu mistik element  də öz vəzifəsini  yerinə  yetirmiş 
kimi balacalaşaraq torpağın üstündəcə yox olub gözdən itir.  
“Yarımçıq  əlyazma”  intertekstuallığı  ilə  yanaşı,  öz  metatekstuallıq 
xüsusiyyətinə də malik bir roman kimi, “Kitabi-Dədə Qorqud” dastanı ilə 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə