Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə2/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   2   3   4   5   6   7   8   9   ...   93

______________________________________________________ Poetika.izm 
  
 

sıraya  çəkir.  Bundan  başqa,  ədəbiyyat  sahəsindəki  inkişafın  səviyyəsini, 
dünya  ədəbi  prosesindəki,  yaxud regional müstəvidəki  yerini və mövqe-
yini  müəyyən  etmək,  aparıcı  meyillərə  dəstək  vermək  üçün  müqayisəli 
ədəbiyyatşünaslıq öz sözünü deyir. Hazırkı mərhələdə müqayisəli ədəbiy-
yatşünaslıq geniş mənada ədəbi əlaqələrin əsas ana xətlərini özündə əhatə 
edir. Qloballaşma şəraiti müqayisəli ədəbiyyatşünaslığın imkanlarını daha 
da genişləndirir. Müqayisəli ədəbiyyatşünaslıq ədəbiyyatda tərəflərin bən-
zər  və  fərqli  cəhətlərini  göstərməklə  bərabər,  həm  də  inkişafda  üstünlük 
verilən  istiqamətləri  də  müəyyən  etməlidir.  Bütün  bunlara  görə,  müqa-
yisəli  ədəbiyyatşünaslıq-komparativistika  ədəbiyyatşünaslıq  elminin  şö-
bələrindən  birinə  çevrilmişdir.  Fikrimizcə,  ədəbiyyatşünaslıq  elminin  şö-
bələrindən  (ədəbiyyat  tarixi,  ədəbiyyat  nəzəriyyəsi  və  ədəbi  tənqiddən) 
bəhs  edilərkən, müqayisəli ədəbiyyatşünaslıqdan da söz açılmalıdır. Mü-
qayisəli  ədəbiyyatşünaslıq-komparativistika  ədəbiyyatşünaslıq  elminin 
şöbələrindən biri olub, ədəbi əlaqələr anlayışına nə aid ola bilərsə, onların 
hamısını özündə cəmləşdirir. Üstəlik tipoloji təhlillər və dəyərləndirmələr 
də  müqayisəli  ədəbiyyatşünaslığın  obyektinə  daxildir.  Milli  ədəbiyyatla-
rın da, ayrı-ayrı yazıçıların da yerini və mövqeyini, özünəməxsusluqlarını, 
üstünlüklərini,  böyük  ədəbi  prosesdəki  rolunu,  xidmətlərini  müəyyən 
etməkdə müqayisəli ədəbiyyatşünaslıq geniş imkanlara malikdir. Ədəbiy-
yatşünaslıq  elminin  şöbələrinin  funksiyaları  arasında  yaxınlıq,  doğmalıq 
olduğu üçün müqayisəli ədəbiyyatşünaslıq ədəbiyyat tarixinin, ədəbi tən-
qidin  və  ədəbiyyat  nəzəriyyəsinin  imkanlarından  istifadə  edir  və  fay-
dalanır. Bütün  bunlara  görədir ki,  hazırkı şəraitdə müqayisəli ədəbiyyat-
şünaslıq ədəbiyyat haqqında elmin ön mövqeyinə çıxmışdır. Təsadüfi de-
yildir  ki,  Beynəlxalq  Komparativistika  Assosiasiyası  yaradılmış  və  qısa 
müddətdə öz şəbəkəsini genişləndirmişdir. Azərbaycan ədəbiyyatşünaslıq 
elmində də müqayisəli ədəbiyyatşünaslığın, komparativistikanın meydanı 
və  imkanları  inkişaf  etməkdə  davam  edir.  Bakı  Slavyan  Universitetində 
Müqayisəli ədəbiyyatşünaslıq üzrə ardıcıl olaraq  beynəlxalq  simpozium-
ların  keçirilməsi  ədəbiyyatşünaslıq  elminin  bu  sahəsinin  funksionallığını 
daha  da  qüvvətləndirir.  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Nizami 
adına Ədəbiyyat İnstitutunun uzun illər «Ədəbi əlaqələr» adı ilə fəaliyyət 
göstərmiş elmi-tədqiqat şöbəsinin 2015-ci ildən etibarən «Dünya ədəbiy-
yatı  və  komparativistika»  şöbəsi  adlandırılması  da  sadəcə  ad  dəyişdiril-
məsi olmayıb, müqayisəli ədəbiyyatşünaslığa doğru genişlənən prosesləri 
özündə əks etdirən hadisədir. Nizami adına Ədəbiyyat İnstitutunun «Ədə-
bi əlaqələr» toplusunun eyniadlı şöbənin məqalələr toplusundan müstəqil 
elmi jurnala çevrilməsi də müqayisəli ədəbiyyatşünaslıq üzrə tədqiqatlara 
artan  marağın  daha  bir  göstəricisidir.  «Ədəbi  əlaqələr»  elmi  jurnalında 
ayrıca bir «Müqayisəli ədəbiyyatşünaslıq» rubrikasının açılması da həmin 
prosesin əks-sədasıdır. Heç şübhə yoxdur ki, yaxın gələcəkdə «Ədəbi əla-


______________________________________________________ Poetika.izm 
  
 

qələr»  jurnalı  «Müqayisəli  ədəbiyyatşünaslıq»  adı  ilə  fəaliyyətini  davam 
etdirəcəkdir. 
Ədəbi  əlaqələrlə  bağlı  olan  məsələlərdən  biri  də  dünya  ədəbiyyatı 
anlayışının  təsnif  edilməsi  ilə  əlaqədardır.  Bu  vaxta  qədərki  təsnifatda 
«Dünya ədəbiyyatı» dedikdə, daha çox Amerika və ya Avropa ədəbiyyatı 
nəzərdə tutulmuşdur. Halbuki dünya ədəbiyyatı anlayışına dünyadakı bü-
tün  xalqların  ədəbiyyatı daxil olmalıdır. Lakin  hələ ki  elmi  ədəbiyyatda, 
yaxud da elmi-tədqiqat institutlarının şöbəsi kimi «dünya ədəbiyyatı» böl-
güsünə  Asiya  və  Afrika  ədəbiyyatının  daxil  edilməsinə  çox  az  hallarda 
rast  gəlinir.  Fikrimizcə,  XXI  əsrdə  informasiya  cəmiyyətinin  reallıqları 
«dünya ədəbiyyatı» adı altında yer kürəsinin bütün qitələrinin xalqlarının 
ədəbiyyatlarını  düşünməyə,  qitələrarası  ədəbi  əlaqələri  formalaşdırmağa 
imkan yaradır. Virtual aləmlə onlayn əlaqələrin imkanlarının misilsiz də-
rəcədə  genişlənməsi  Avropa  ilə  eyni  səviyyədə  əksər  Asiya  ölkələrinin 
elmi-ədəbi  mühiti,  ayrı-ayrı  yazıçıları  ilə  əlaqələr  qurmağa,  qarşılıqlı 
əməkdaşlığı inkişaf etdirməyə imkan yaradır. Ona görə də indiki şəraitdə 
«Dünya  ədəbiyyatı»  anlayışında  yalnız  uzun  müddət  dövrünün  yüksək 
texnologiyası, kommunikasiyası ilə seçilən ölkələri deyil, əksər xalqların 
ədəbiyyatlarını nəzərdə tutmaq lazımdır. Bunu da nəzərə almaq lazımdır 
ki,  son  yarım  əsrdə  Asiya  xalqlarının  ədəbiyyatlarında  ciddi  bir  inkişaf 
müşahidə olunur. Artıq ədəbiyyat üzrə Nobel mükafatçılarının sıralarında 
kifayət qədər Çin, Yaponiya, Hindistan, Cənubi Koreya yazıçıları da var-
dır.  İqtisadi  cəhətdən  sürətlə  inkişaf  edən  Asiya  ilə  bərabər,  Uzaq  Şərq 
xalqlarının  ədəbiyyatları  da  inkişaf  edir.  Lakin  hələ  də  elmi  terminolo-
giyada  Asiya  ədəbiyyatı  anlayışı  özünə  münasib  yer  tapa  bilməmişdir. 
Reallıqda isə oxşar mübarizə və dirçəliş yoluna, yaxın talelərə malik olan 
Asiya  xalqları  kimi  onların  ədəbiyyatlarında  da  xeyli  dərəcədə  yaxınlıq, 
doğmalıq  vardır.  Bu  gün  Asiya  ədəbiyyatı  dünya  ədəbiyyatının  nəinki 
üzvi tərkib hissəsi, eyni zamanda, aparıcı qollarından biridir. Avropa, ya-
xud  Qərb  ədəbiyyatı  kimi  Asiya  ədəbiyyatını  da  tərcümə  etmək,  tədqiq 
edib öyrənmək, araşdırmaq müasir ədəbiyyatşünaslıq üçün aktual və əhə-
miyyətli məsələdir, böyük bir boşluğu doldurmaq deməkdir. 
Göründüyü  kimi,  XXI  əsr  qarşılıqlı  ədəbi  əlaqələrin  böyük  sürətlə 
genişlənməsinə meydan açmışdır. Bu da öz növbəsində ədəbiyyatşünaslıq 
elmində  müqayisəli  ədəbiyyatşünaslıq-komparativistika  adlı  daha  aktual 
bir istiqaməti ön sıraya çıxarmışdır. Azərbaycan ədəbiyyatşünaslıq elmin-
də  qarşıda  duran  əsas  vəzifələrdən  biri  qarşılıqlı  ədəbi  əlaqələri  müqayi-
səli ədəbiyyatşünaslığın geniş imkanları səviyyəsində tədqiq edib ümumi-
ləşdirməkdən ibarətdir. 
 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə