Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə22/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   18   19   20   21   22   23   24   25   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
53 
edilməsi  Pərviz  Cəbrayılın  «Yad  dildə» [10]  romanında  polkovnik  obra-
zına  da  aid  etmək  olar.  Köməkçinin  «Cənab  Polkovnik,  işığı  yandı-
rımmı?» sualına «Yox!!!» deyərək qışqırması və sarayın damına qonmuş 
göyərçinlərin  ürküşüb  şaqqıltıyla  uçmasının  təsviri  maraq  doğurur.  Qa-
ranlıqda oturmaq, işığı yandırmamaq rəmzi məna daşıyır.  
Əsas qəhrəmanın simulyakr xarakter daşıyan aləmdə yaşaması onun 
daxili hissləri ilə əlaqəli olması ilə yanaşı, əsas qəhrəmanın xəyali sosial-
siyasi reallıqda yaşaması ilə də əlaqəli ola bilər. Şəbnəm Karslının «2087-
ci  il» [11]  romanının  baş  qəhrəmanı  Mirasın  sevgilisi  Amerika  Demok-
ratik  imperiyasından  Çin  Xalq  İmperiyasının  Gəncə  şəhərinə  araşdırma 
aparmaq  üçün  gəlmiş  Elendir.  Romanda  Mirasın  və  babasının  gündəlik-
lərindən bəlli olur ki, Çin Xalq İmperiyası, həmçinin də digər imperiyalar 
və  onların  tərkibindəki  cəmiyyətlər  təcrid  olunub,  biri  digəri  haqqında 
yanlış  məlumatlara  malikdir.  Bu  yanlış  məlumatlar  simulyakr  xarakter 
daşıyan bədii varlıq yaradır.  
Bir sıra postmodern romanlarda baş (əsas) qəhrəman tarixi  şəxsiy-
yət  prototipi  və  ya  mifoloji  irs  əsasında  yaradılır.  Sabir  Rüstəmxanlının 
«Göy  Tanrı»  [12]  romanının  əsas  qəhrəmanının  prototipi  ilk  türk  döv-
lətinin  qurucusu  Oğuz  xandır.  Oğuz  xanın  tarixi  şəxsiyyət  olması  ətra-
fında  mübahisələr  bu  gün  də  davam  etməkdədir.  Xivəli  Əbülqazi  xanın 
verdiyi  məlumata  görə,  Oğuz  xan  Məhəmməd  Peyğəmbərdən  4000  il 
əvvəl,  yəni  eramızdan  əvvəlki dövrün  IV minilliyinin  sonlarında, təxmi-
nən  3400-3500-cü  illərdə  yaşamış  tarixi  şəxs  olmuşdur.  N.Y.Biçurin 
(İakinf)  isə  Oğuz  Xanın  tarixi  şəxsiyyət  olmasını  və  onun  eramızdan 
əvvəlki  III-II  minilliklərdə  yaşadığını  qeyd  etmişdir [13,  s.  225].  Sabir 
Rüstəmxanlının «Göy Tanrı» romanında təsvir edilən Oğuz xan real tarixi 
şəxsiyyət kimi Azərbaycan, İran, İraq, Suriya ərazilərini əhatə edən geniş 
bir arealda hökmdarlıq etmiş Oğuz xanın mifoloji irs əsasında yaradılmış 
obrazıdır. 
Romanlarda  əsərin  mərkəzi  ilə  birbaşa  əlaqəsi  olmayan  və  təsvir 
edilən  hadisələrin  gedişatına  ciddi  təsir  göstərməyən  ikinci  dərəcəli 
(yardımçı) qəhrəmanlar baş (əsas) qəhrəmanın daxili və mənəvi aləminin 
müəyyənləşməsində bu və ya digər dərəcədə yardımçı olur. Bədii əsərdə 
ikinci dərəcəli (yardımçı) obrazlar personaj da adlandırılır. İkinci dərəcəli 
(yardımçı)  obrazlara  irihəcmli  əsərlərdə  daha  tez-tez  rast  gəlinir.  Bədii 
əsərin  həcmindən  asılı  olmayaraq  ikinci  dərəcəli  (yardımçı)  obrazların 
sayı müxtəlif ola bilər. 
Qeyd etdiyimiz kimi  bir sıra postmodern romanlarda tarixi  şəxsiy-
yətlər  prototip  obrazların  yaradılması  üçün  istifadə  olunur.  Azərbaycan 


______________________________________________________ Poetika.izm 
  
 
54 
postmodern  romanında  tarixi  şəxsiyyətlər  əsasən  ikinci  dərəcəli  (yar-
dımçı) qəhrəmanların yaradılması üçün istifadə olunur. Kamal Abdullanın 
«Yarımçıq əlyazma» romanında Şah İsmayıl obrazı ikinci dərəcəli obraz 
kimi diqqəti cəlb edir. Burada postmodern səciyyəli interpretasiya nəticəsi 
kimi  Şah  İsmayıl  obrazı  dekonstruksiyaya  uğrayır.  Xətai  qəhrəmanlıq 
zirvəsindən endirilmişdir. Şah İsmayıl obrazının açıqlanmasında imitasiya 
ustalıqla özünü göstərmişdir.
 
Bəzi  hallarda  ikinci  dərəcəli  (yardımçı)  obrazların  yaradılmasında 
tarixi şəxsiyyət prototip kimi istifadə olunmasa belə, onunla intertekstual 
əlaqələr qabardılır. Pərviz Cəbrayılın «Yad dildə» romanında ikinci dərə-
cəli (yardımçı) obraz rəssam Hüseyn Əlioğlu obrazıdır. Rəssamın yarım-
çıq qalan Günəş dənizi tablosu romanda diqqəti cəlb edən amillərdəndir. 
Əqidəsinə sadiq qalan rəssam Polkovnikin portretini çəkmək sifarişindən 
imtina  edir.  Romanda  rəssamın  ölümündən  sonra  morqa  gətirilməsi  və 
burada ölülərin sayının 72-yə çatması 14 əsr əvvəl baş vermiş Kərbəlada 
72  nəfərin  qətli  ilə  əlaqələndirilir.  Yardımçı  obraz  olan  rəssam  Hüseyn 
Əlioğluna da imam Hüseynin adının qoyulmasını təsadüfi olmadığı, yazar 
tərəfindən düşünülərək verilməsini görürük. 
İkinci  dərəcəli  (yardımçı)  obraz  kimi  əsərdə  qəhrəmanların  dili  ilə 
təhkiyə  aparan  müəllif  obrazını  da  müşahidə  etmək  olur.  Bu  təhkiyə  bə-
zən  baş  qəhrəmanın,  bəzən  də  müəllifin  özünün  iştirakı  ilə  müxtəlif 
formalarda  baş  verir.  Müəllif  obrazı  hadisənin  iştirakçısı  da  ola  bilir,  ya 
baş  vermiş  hadisələrin  şahidi  olur,  ya  da  ki,  müəllif  obrazının  digər 
obrazlarla  münasibətləri  özünü  büruzə  verir.  Əsərdə  müəllif  obrazı  təh-
kiyə vasitəsilə təsvir edilən hadisə və obrazlara, vəziyyət və situasiyalara 
öz  münasibətini  bildirir  ki,  bu  da  müəllif  haşiyəsi  kimi  dəyərləndirilir. 
Qeyd  etmək  istərdim  ki,  müəllif  haşiyəsi  ilə  söylənilən  fikirlər  müəllifin 
münasibətini ifadə edir. 
Bədii refleksiyanın variasiyaları ilə bağlı roman növlərini nəzərdən 
keçirəndə,  müəllif  tərəfindən  təqdim  edilən  obrazların  özlərindən  gələn 
mətn  kimi  əsərə  daxil edilməsi  ilə  bağlıdır.  Bu sənətkar haqqında roman 
janrının  qarışıqlığı  xüsusiyyətlərini  müəyyənləşdirən  amillərdən  biri  sa-
yılır.  Belə  əsərlər  özlərinə  obrazların  yaradılmasına  və  başqa  janr  for-
malarına  həsr  olunan  və  romandan  fərqlənən  əlavə  mətnlərə  əlavə  his-
sələri  daxil  edə  bilər.  D.P.Bak,  belə  əsərləri  nəzərdən  keçirərkən  təsdiq 
edir  ki,  bu  halda  mətnin  refleksiyasının  və  reallığın  refleksiyasının  yeri 
var.  «Ədəbi  şüurun  tarixi  və  nəzəriyyəsi:  yaradıcı  refleks  bədii  əsərdə» 
əsərində  D.P.Bak  yazırdı:  «Yazıçı  xarakteri  meydana  çıxdı,  hansı  ki, 
amma yanaşı dayana bilən, xarici əsərə alternativ olan natamam əlavə əl-
yazma yaradır». 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə