Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə16/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   12   13   14   15   16   17   18   19   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
39 
prizmasından  baxış  tənqid  hədəfinə  çevrilməklə  bərabər,  cəmiyyətin 
irəliyə doğru hərəkətinə təkan verən proseslər də bədii təsvirin mərkəzinə 
çəkilir.  
Sabir  satirasında  bədii  dil  çox  vaxt  dialoji  xarakter  daşıyır.  Nitqin 
dialoji xarakteri bizə bədii məzmunun dialoji səciyyəsini görməyə imkan 
verir. 
 
Bilməm nə görübdür bizim oğlan oxumaqdan?! 
Dəng oldu qulağım! 
Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan 
İncəldi uşağım –  
 
misralarında  elmə,  təhsilə  cahil,  nadan  münasibəti  simvollaşdıran  atanın 
obrazı tənqid hədəfi seçilmişdir. Lakin tənqid hədəfinin dilindən səslənən 
monoloq ancaq onun dünyagörüşünün ifadəsi deyildir. Bu “monoloq” sö-
zün  həqiqi  mənasında  polifonik  məzmunludur.  Çünki  bu  monoloqda 
təhsilin,  elmin  əhəmiyyətini  dərk  etməyən,  buna  görə  də  ona  gəc  baxan 
cahilin obrazı ilə bərabər, elmə, təhsilə milli qurtuluş  yolu, vasitəsi kimi 
baxan,  ictimai  şüuru  inkişaf  etmiş  vətəndaşın  da  obrazı  görünməkdədir. 
Bu satira bir “ailə dramı”dır. Atanın müqavimətinə baxmayaraq, zamanın 
tələbi  kimi  elm,  təhsil  bu  ailəyə  də  nüfuz  edə  bilmişdir.  Atadan  fərqli 
olaraq ana  ayıq  düşüncəlidir. Zamanın irəliyə doğru hərəkətini,  bu hərə-
kətdə  elmin,  təhsilin  əhəmiyyətini  başa  düşmüş,  bir  an  da  tərəddüd  et-
mədən oğlunu oxumağa təşviq etmişdir.  
 
  Haşa, oda yaxmaz ana istəkli balasın,  
   
 
Kəssin səni Allah! 
  Bu tifli oxutmaqlığa etdin məni tərğib 
   
 
Həp eylədin iğva –  
 
misralarından milli şüuru inkişaf etmiş ananın obrazı boylanır. Adı çəki-
lən satirada elm, təhsil  yoluna düşən, oxumağı,  təhsil almağı  özünün hə-
yat məramına çevirən, dünyəvi elmləri öyrənməyə ehtirasla can atan, artıq 
bu  yolun  fədakar  yolçusuna çevrilən  gəncin  də  obrazı  görünür. Sabir sa-
tirasında  atalar-oğullar  problemi  çox  vaxt  mühafizəkar  dünyagörüşünə 
malik  ata  ilə  yeniləşən  dünyanın  təmsilçisi  olan  övlad  arasındakı  müna-
qişə şəklində öz həllini tapır: 
 
Bəsdir oxudun, az qala canın tələf oldu, 
   
Bu kardan əl çək! 
Yazmaq, oxumaq başına əngəl-kələf oldu,  
Əşardan əl çək!  
 


______________________________________________________ Poetika.izm 
  
 
40 
misralarının  və  bu  kimi  digər  misraların  dialoji  məzmunu  elmə,  təhsilə 
cahil münasibət göstərən ata obrazı ilə bərabər, cəmiyyətdə gedən mütə-
rəqqi  proseslərin axarına düşən, “zülmət  səltənəti”ndəki  “işıq şüaları”nın 
gündən-günə  güclənəcəyinə  ümid  yaradan  məktəbli  gəncin  obrazını  da 
təsəvvür  etməyə  imkan  verir.  Sabir  cəhalət  dünyasını  göstərməklə  bəra-
bər, ona müqavimət göstərən “güc”ün də mövcudluğunu müşahidə edir və 
öz müşahidələrini satiralarının dialoji məzmununda çox aydın əks etdirir. 
Biz  Sabir  satirasında  artıq  elm,  təhsil  yoluna  düşən  məktəbli,  gəncin 
obrazını  gördükdə  buna  təəccüblənmirik.  Çünki  cəmiyyətdə  gedən  pro-
seslər  bütün  tərəfləri  ilə  bu  satira  güzgüsündə  əks  olunmaqdadır.  Satirik 
tipin  “monoloq”unun  dialoji  məzmununda  ictimai  şüurun  formalaşma 
prosesi,  milli  düşüncənin  oyanması,  vətəndaş  şüuru  uğrunda  mübarizə 
hərəkatının ən səciyyəvi əlamətləri, konkret detalları əks olunur: 
 
Xəlqin evini yıxdı çıxıb bir neçə bədzat, 
   
 
Ax, ax, a beyinsiz! 
Hər bir gədə bir az oxuyub adəm olubdur, 
   
 
Zakonu bəyənməz; 
Çoban-çoluq oğlu bəy ilə bahəm olubdur, 
   
 
Hamunu bəyənməz; 
Gahi şaha bir tənə vurar, gah vəzirə, 
   
 
Bax, bax, səni tarı! 
Gahi ocağa şəkk eliyər, gahi də pirə
   
 
Kafir olu barı. 
Bundan sonra qıl tövbə dəxi, məktəbə getmə, 
   
 
Bircə usan, oğlum! 
Ta baxma müəllim sözünə, ta əməl etmə, 
   
 
Axır utan, oğlum! 
 
“Ata nəsihəti” adlı satiradan verdiyimiz bu parça cəmiyyətdə gedən 
ədəbi-mədəni  hərəkata,  hətta  sosial-siyasi  həyata  güzgü  tutur,  ictimai 
həyatın qarşısıalınmaz inkişafa doğru təkamülünü  əks  etdirir.  İctimai hə-
yatı öz durğunluğunda, “qaranlıq dünya” çərçivəsində saxlamaq istəyən-
lərin acizliyi,  yeniləşmənin həm mədəni, həm də sosial-siyasi hərəkat ki-
mi  cəmiyyəti  bütövlükdə  öz  ağuşuna  alması  və  bunun  get-gedə  geniş-
lənməkdə  olması,  “oğullar”ın  “atalar”ın  qaranlıq  dünyasından  birmənalı 
şəkildə sıyrılıb çıxmağa çalışması, milli intibah hərəkatına qoşulması Sa-
bir satirasında inkar pafosu ilə təsdiq pafosunun bir-birini tamamlamasın-
dan soraq verir, hər ikisinin bu sənətin üzvi tərkib hissəsi və onun həyati 
gücünü təsdiq etməsinin əlamətdar cəhətləri kimi meydana çıxır. 
Sabir satirasının təsdiq pafosunda cəmiyyətin maariflənməsinə qarşı 
çıxan  qüvvələrlə  müqayisədə  maarifçilik  uğrunda  dönməz  mübarizə  yo-
luna qədəm qoyanların artan gücü, həyatın bütün sferalarına təsiri, həyatı, 


______________________________________________________ Poetika.izm 
  
 
41 
yaşayış  tərzini,  həyata,  yaşayışa  baxış  sistemini  dəyişdirmək  imkanları 
əks  olunur.  Burada  maarifçilik  hərəkatının  milli  həyata  getdikcə  daha 
artıq nüfuz etməsi bədii təhlil predmeti olur. “Ey fələk, zülmün əyandır...” 
satirasında “məktəbi-nisvan”ın cəmiyyət həyatına nüfuzunun satirik tipin 
monoloqunda  əks  olunan  məzmunu  məktəbin  ictimai  şüurdakı  obrazının 
dəyişməkdə  olduğunu  sübut  edir.  Hiss  olunur  ki,  milli  mühitdə  nəinki 
yeni tipli məktəblərin, hətta “məktəbi-nisvan”ların açılmasına rəğbət bəs-
ləyənlərin, bu işə təkan verənlərin sayı gündən-günə artmaqdadır.  
Sabir satirasında millətin savadlanması, elm və təhsil uğrunda mü-
barizənin əməli nəticələri də əks olunmuşdur. Vaxtı ilə dünyəvi məktəbə 
olan  müqaviməti  qırıb  millət  balalarını  təhsilə,  elmə  cəlb  edən  işıqlı 
qüvvələrin zəhmətləri bar verməkdə, dünyəvi elmlərə mükəmməl şəkildə 
yiyələnmiş  gənclərin  sayı  artmaqda,  çoxalmaqdadır.  Dünyəvi  təhsil  alan 
bu  uşaqlar  Sabir  satirasında  gələcəyin  qurucuları,  millətin  istiqbalının 
təminediciləri  kimi  təsvir  edilirlər.  Satirik  tipi  azyaşlı  uşaqların  dünyəvi 
elmlərdən xəbərdar olmaları nə qədər qorxudur, vahiməyə salırsa, vətən-
daş  sənətkarı  bir  o  qədər  sevindirir,  ümidləndirir.  Satirik  tipin  dilindən 
səslənən: 
 
Ana dilini belə bilmir iyirmi yaşlı cəvanlar, 
Bilirlər indi bular beş lisan bu boyda, bu boyda! 
 
Lisani müxtəlifə bilməsi hələ belə dursun,  
Qanırlar ərz nədir, asiman, bu boyda, bu boyda! –  
 
misralarında təhsili, elmi özünün həyat amalına, fəaliyyət meydanına çe-
virən  gəncliyin  yetişməsi  həqiqəti  də  ifadə  olunmuşdur.  Bu  həmin  o 
gənclikdir ki, Sabir milli tərəqqiyə olan bütün ümidlərini onlara bağlamış-
dı.  Oxumuş,  ziyalı  gənclik  milləti  birləşdirəcək,  onu  milli  şüura,  vətən-
daşlıq  düşüncəsinə  kökləyəcək,  vətən  övladını  “nadanlıqdan  danalığa” 
(dana – alim, T.S.) dəvət edəcək əsas və həlledici qüvvə idi. Sabirin qəti 
inamına görə “o cəvanlar rahi-nicata, təriqi-səadətə dəlil, hadi ola bilir ki, 
oxumuş olalar, ali mədrəsələrdə təhsili-elm, təhsili kəmalat etmiş olalar” 
[1, s. 205]. Sabir milli ictimai qüvvələr qarşısında məsələni belə qoyurdu: 
“Məktəb  açdırın,  məktəblər  açdırın,  ta  ki,  nəticəsində  o  biz  deyən  oxu-
muş,  böyük  oxumuş,  ana  dilində  əqaidi-diniyyəsindən  xəbərdar  olan  cə-
vanlar sahəarayi-meydanı-tərəqqi olsunlar” [1, s. 207]. 
Sabir satiralarının bir qismi satirik tipin monoloqu kimi yazılmışdır. 
Bu monoloqlarda satirik tip ictimai şüurunun geriliyi, vətəndaş düşüncə-
sinin  naqisliyi  ucbatından  tənqid  hədəfi  seçilmişdir:  “Millət  necə  tarac 
olur olsun, nə işim var”, “Ah eylədiyim nəşeyi-qəlyanın üçündür”, “Nolur 
şirinməzaq etsə məni həlvayi-hürriyyət”, “Sərhesab” və s.  


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə