Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə12/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   8   9   10   11   12   13   14   15   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
29 
baycan  nəsrinin  sovet  dövrünə  qədərki,  sovet  dövrü  və  müstəqillik  dövrü  nasirlərinin  əsər-
lərindəki tipoloji dəyişmələrin oxşar və fərqli xüsusiyyətlərini aşkara çıxarır.
 
Məqalədə müstəqillik dövrü Azərbaycan nəsrində obraz-qəhrəman yaradıcılığı məsə-
ləsi mühitin doğurduğu ədəbi meyil və cərəyanların mahiyyət səciyyəli xüsusiyyəti kimi təd-
qiq edilir.
 
 
Shafa Jabiyeva 
 
AESTHETIC OBJECTIVITY OF LITERARY HERO:  
YESTERDAY AND TODAY  
 
SUMMARY 
 
The article deals with the problem of aesthetic objectivity of literary hero. Author 
clarifies the concept of issue of new time and new hero by means of this theme activated 
in  a  transition  moments  of  social  progress.    By  making  parallel  comparison  the  author 
reveals  like  and  different  features  of  the  typological  changes  in  the  works  of  prose  – 
writers  of  Azerbaijan  who  wrote  until  the  Soviet  period,  during  the  Soviet  period  and 
period of independence.  
In the article the issue of creativity of image-hero in the period of independence 
of  Azerbaijan  prose  is  studied  as  a  specific  feature  of  the  essence  of  literary  trend  and 
aspects created by environment. 


______________________________________________________ Poetika.izm 
  
 
30 
 
Xəyalə ƏLİYEVA 
Nizami adına Ədəbiyyat İnstitutu 
 
KAMAL ABDULLANIN “YARIMÇIQ ƏLYAZMA” 
POSTMODERN ROMANINDA MİSTİFİKASİYA 
 
Açar  sözlər:  Kamal  Abdulla,  “Yarımçıq  əlyazma”,  Azərbaycan  ədəbiyyatı, 
postmodernizm, mistifikasiya 
Key  words:  Kamal  Abdullah,  “The  Incomplete  Manuscript”,  Azerbaijani 
literature, postmodernism, mistification 
 
Kamal  Abdulla  Azərbaycan  ədəbiyyatı  və  ədəbiyyatşünaslığının 
önəmli  simalarından  biridir.  Nəinki  Azərbaycan  ədəbiyyatında,  hətta 
dünya  ədəbiyyatında  öz  sözünü  demiş,  öz  möhürünü  vuraraq  ədəbiyyat 
elmində  son  dərəcə  mükəmməl  əsərləri  ilə  yüksək  mövqedə  dayanmış 
yazıçılarımızdandır.  Kamal  Abdulla  türk  xalqlarının  qədim  ədəbiyyatı 
üzrə  epik  nümunələrlə  bağlı  araşdırmalara  sahibdir.  Yaradıcılığı  məna 
zənginliyi  ilə  fərqlənən  Kamal  Abdulla  “Yarımçıq  əlyazma”  (2004), 
“Sehrbazlar dərəsi” (2006), “Unutmağa kimsə yox” (2011) romanlarının, 
hekayə  və  şeirlərin  müəllifidir.  Onun  bədii  əsərləri  nəinki  Azərbaycan, 
həmçinin  dünyanın  bir  çox  dillərinə  tərcümə  olunaraq  oxunur  və  sevilir. 
Əsərlərindəki dərin süjet xətti ilə cərəyan edən hadisələrin izinə düşən hər 
bir oxucu bu ədəbiyyat  nümunələrinin sehrinə düşərək müəllif qələminin 
mükəmməlliyinə bir daha əmin olur. 
Yazıçının “
Yarımçıq əlyazma” romanı fransız, türk, rus, polyak, ərəb, portuqal, 
alman
  və  s.  dillərə  tərcümə  olunmuşdur.  Azərbaycan  ədəbiyyatının, 
ədəbiyyat  nümunələrinin  və  ümumilikdə  mədəniyyətinin  dünya 
ictimaiyyətinə  tanıdılması  və  onlar  tərəfindən  rəğbətlə  qarşılanması  çox 
sevindiricidir.  “Yarımçıq  əlyazma”  əsərini  oxuduqdan  sonra  yazıçı  qə-
ləminin  sehrinə  qapılmamaq  mümkün  deyil.  Düzdür,  əsərdə  təkrarların 
olmasına baxmayaraq, konkret bir cümlə ilə qeyd olunması münasib sayı-
lan bu təkrarlar  əslində  əsərə bir dolğunluq,  müəyyən hissənin  oxucu tə-
rəfindən  tam  dərk  olunmasına  gətirib  çıxarmışdır.  Oxunduqca  axıcılıq, 
dilinin aydınlığı, müəllif qələminin səmimiliyi oxucunu tilsimləyir və fik-
rin  yayınmasına  imkan  vermir.  Müəllifin  əsərdəki  cümlələr  arasındakı 
əlaqələri ustalıqla sehirli, görünməz mistik zəncirlərlə əlaqəli şəkildə qur-
ması oxucunun əsəri sevməsinə və onun tilsiminə düşməsinə səbəb olur. 
Əsəri oxuyub qurtardıqdan sonra da oxucu bu tilsimdən uzun müddət qur-
tula bilmir. Postmodern ruhu özündə birləşdirən əsər həm də dövrü para-
lelizmləri  birləşdirir.  Bu  paralelizmləri  birləşdirməklə  bərabər,  körpü  ro-


______________________________________________________ Poetika.izm 
  
 
31 
lunu oynayaraq gizli  əlaqə  və sirləri də  ortaya çıxarır. Müəllif əsər boyu 
bütün  gücünü  oxucunu  bir  paraleldən  digərinə  aparmaqla  fərqli  dövrlər, 
müxtəlif  hadisələrlə  qarşılaşdırır.  Bəzən  aydın  olmayan,  mistik  görünən 
hadisələrdən digərinə keçməklə oxucunu düşünməyə vadar edir, bəzən isə 
özünün  qurduğu  mistifikasiyanı  açmaqla  oxucunu  heyrətləndirməklə  ya-
naşı, ona bu vasitəni açıb göstərir. “Yarımçıq əlyazma” ilk cümlələrindən 
etibarən  postmodernizmin  paradiqmalarından  olan  intertekstual  xüsu-
siyyətə malik olmasını göstərir. 
Əsərdə mistifikasiya yaradan hadisələr vardır. Bunlardan biri əsərin 
mətnini  birinci  şəxs  qismində  nəql  edən  təhkiyəçi  ilə  bağlıdır.  Bu  təh-
kiyəçi  müəllifin  özü  deyildir.  Təyyar  Salamoğlu  roman  haqda  söylədiyi 
fikirlə əslində bu mahiyyəti müşahidə etmişdir: ““Yarımçıq əlyazma” ro-
manı təhlil edilərkən əsərə yanaşmadakı birinci prinsipial yanlışlıq Kamal 
Abdullanı roman mətninin yox, romanın müəllifi kimi qəbul edilməsi ilə 
baş verir. Halbuki postmodernist estetikaya görə, mətn təkcə müəllif oxu-
nuşunda romana çevrilmir, o həm  də hər bir oxucunun qavrayışında  ye-
nidən “oxunur” və  “yazılır”” [1, s. 356]. Onun kimliyi  məlum deyil. Əl-
yazmanı nə üçün tədqiq edir? O da məlum deyil. O nə tarixçi, nə yazıçı, 
nə də zəlzələşünasdır. “...məni ancaq elə-belə, heç nəyə dəxli olmayan bir 
maraqdı, aparır bu işin dalınca. Bir az orasından, burasından oxuyub qay-
tarım və çıxım gedim, işim var, gücüm var... Mən tarixçi deyiləm, yazıçı 
deyiləm, nəhayət zəlzələşünas deyiləm. Yaxşı bəs mən kiməm? İlahi mən 
axı  niyə  bu  qədər  sirr  hərisiyəm?!”  [2,  s.  6].  Bu  fikirlə  tamamilə  razı-
laşırıq ki, təhkiyəçi müəllifdən daha çox onun beynini qurdalayan və bu 
qurdalamalardan  yaranan  obrazdır.  Bütünlüklə  roman  müəllifə  aiddir, 
lakin roman daxilindəki mətnin nağıl edilməsi,  yəni təhkiyəsi  adı məlum 
olmayan, mistifikasiya mövqeyində duran təhkiyəçiyə aiddir. 
“Kamal Abdullanın “ikinci mətnlə – “yarımçıq əlyazma ilə maraq-
lanması onun postmodernist mövqeyindən və düşüncəsindən xəbər verir: 
məlum  mətn  aşkarlanır,  bərpa  edilir,  yenidən  söylənilir  və  yazılır”  [3, 
s.89]. Lakin Rüstəm Kamalın fikri ilə razılaşmaq istəməzdik. Çünki əsər 
müəllifin  dilindən  nəql  olunmur.  Müəllif  ilk  öncə  oxucuda  informator 
təsiri  bağışlasa  da,  daha  sonralar  isə  getdikcə  əsər  boyu  mistifikator  ro-
lunu icra edir. Təhkiyəçi rolunu oynamayan müəllif mistifikatordur ki, bu 
da yarımçıq əlyazmanı qələmə alandır. Mətnin təhkiyə sahibi isə müəllif 
mövqeyində duran mistifikasiyasını qoruyub saxlamışdır.  
Kamal Abdulla bizim indiyədək bildiyimiz, uşaqlıqdan bəri oxudu-
ğumuz, haqqında tədqiqat işləri aparılan, məqalələr yazılan, əsasında film 
çəkilən  “Kitabi-Dədə  Qorqud”  dastanını  dekonstruksiya  etmiş,  yeni  bir 
biçimdə və olduqca maraqlı bir biçimdə təqdim etmişdir. Bu biçim “yu-
xu” idimi, “gerçəklik” idimi, yoxsa “paranoya”? Bu mistifikasiyanı yazıçı 
olduqca mükəmməl  şəkildə işləmişdir. Fayaz Çaqaninin təbirincə desək: 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə