Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə15/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
37 
“qəti normativ akt” kimi qəbul edilməsi bizə mübahisəli görünür. Ən azı 
ona  görə  ki,  Sabirin  yaradıcılığı  bu  “qanunauyğunluq”dan  kənara  çıxır. 
Sabir  satirasında  inkar  pafosu  ilə  təsdiq  pafosu  bir-birini  tamamlayaraq, 
onun dialoji məzmununu önə çıxarır. Bu heç də həmişə eybəcərliyi inkar 
məzmunu  ilə  özünəməxsusluq  qazanmır.  Burada  cəmiyyətdə  gedən  pro-
seslər bütün mürəkkəbliyi, ziddiyyətləri, müsbət və mənfi tərəfləri ilə əks 
olunur. Cəmiyyət həyatına analitik bədii nüfuz, “Hophopnamə”nin “milli 
həyatın ensiklopediyası”na çevrilməsi onun təsdiq pafosu ilə də şərtlənir. 
Sabir  satirası  maarifçi  dünyagörüşünün  ifadəsi  olaraq  öz  üzərinə  milli 
şüurun formalaşdırılması funksiyasını  götürür.  Bu funksiya onun  cəmiy-
yətin bütün təbəqə və zümrələrinin həyatını bədii təhlil predmetinə çevir-
məsini qaçılmaz edir.  
Cəmiyyətin  sıçrayışlar  (inqilablar)  yolu  ilə  deyil,  tədrici  təkamül 
yolu  ilə  tərəqqi  edəcəyi,  millətinin  məhz  bu  yolla”  millətlər  içində  öz 
imzası”nı təsdiq edə biləcəyinə inam Sabirin estetik idealının aparıcı xət-
tinə çevrilir. Böyük sənətkar xalqının milli şüurunu oyatmağı, onda həqiqi 
vətəndaş düşüncəsi formalaşdırmağı özünün əsas məramı kimi qəbul edir.  
Sabir satirada inqilab yaratmışdı. Lakin bu, “inqilab uğrunda satira” 
deyildi.  Sabir  satirasında  inqilaba  çağırış  ideyası  yox  idi  və  o,  kütləni 
inqilabi  mübarizəyə  səsləmirdi.  Sabir  şüurda  inqilabdan  danışırdı.  O, 
mənsub olduğu millətin sosial şüurunun oyanması, insanın özünü və mil-
lətini,  milli  varlığını  dərk  etməsi,  vətəndaş  kimi  yetişməsi  uğrunda  mü-
barizə  və  mücadilə  yolunu  seçmişdi.  Böyük  sənətkar  1906-10-cu  illər 
arasında bir neçə məqalə yazmış və onları “Həyat”, “İrşad”, “Tazə həyat”, 
“Həqiqət” qəzetlərində çap etdirmişdi. Bu məqalələrdə biz dahi sənətkarın 
satirik  şeirlərində  ifadə  olunan  məramın  açıq,  publisistik  ifadəsini  görü-
rük.  Sabir  milli  tərəqqi  uğrunda  mübarizədən  danışır.  Bütövlükdə  İslam 
dünyasının geriliyindən söhbət açır və yana-yana, vətəndaş ağrısı ilə bil-
dirirdi ki, “bu cəhalət bizi odlara yandırır, biz hələ bixəbər qalırıq”. Sabir 
mədəniyyət,  hürriyyət  zamanının  gəldiyini  uca  səslə  elan  edir  və  ona 
yetişməyin çarələrini axtarırdı. “Bilirmisən çarəmiz nədir?” sualına Sabir 
belə cavab verirdi: “Bəli, çarəmiz, ən böyük çarəmiz məktəbdir. Məktəb, 
yenə  məktəb!  Helə  isə  hər  şəhərdə,  bacardıqca  hər  kənddə  iştiyaq  ilə, 
ittifaq ilə məktəb açmalı” [1, s. 206]. 
Sabirin  milli  varlığın  tərəqqisi,  azad  vətəndaş  cəmiyyəti  uğrunda 
mübarizəsi konsepsiya xarakteri daşıyırdı və bütöv bir sistemə malik idi. 
Bu  sistemdə  bütün  millət  övladının  yeri  var  idi  və  hər  bir  kəsin,  hər  bir 
təbəqənin üzərinə düşən vəzifələr dəqiq müəyyənləşdirilmişdi. 
“Hophopnamə”də  bütün  nəsillərin  tale  yolu,  bütün  sosial  təbəqə-
lərin  düşüncə  tərzi  analitik  bədii  təhlildən  keçirilir  və  dəyərləndirilirdi. 
Əksər  satiralarda  dünyagörüşü,  məsələlərə  baxış  bucağı  ilə  tənqid  hədə-
finə  çevrilən  tiplərlə  bərabər,  cəmiyyətdə  gedən  mütərəqqi  proseslərin 


______________________________________________________ Poetika.izm 
  
 
38 
təmsilçisi olan insanın – ictimai şüuru inkişaf etmiş vətəndaşın da obrazı 
görünməkdədir. Sabirşünaslıqda demək olar ki,  diqqətdən kənarda qalan 
bu məsələ – Sabir satirasının dialoji məzmunu onun özünəməxsusluğunu 
şərtləndirən ən əlamətdar keyfiyyətlərdən biri kimi nəzərə çarpır. 
“Hophopnamə”nin “Millətnamə” olmaq məramı “Məktəbnamə”dən 
keçir.  Akademik  İ.Həbibbəyli  tamamilə  doğru  vurğulayır  ki,  “Mirzə 
Ələkbər Sabirin satiralarında mövcud vəziyyətdən çıxış yolu kimi məktə-
bə, ictimai-mədəni və texniki tərəqqiyə, milli-mənəvi özünüdərkə  çağırış 
motivi ön mövqeyə çəkilmişdir” [2, s. 115]. Görkəmli alimin “Sabir do-
layı yolla məktəbi milli oyanışın, dirçəliş və tərəqqinin əsas hərəkətverici 
qüvvəsi  olduğu  qənaətindədir”  tezisi  və  bu  istiqamətdəki  təhlilləri  [2, 
s.116]  “Hophopnamə”yə  yeni  elmi  baxışın  ifadəsi  kimi  ciddi  maraq  do-
ğurur.  Doğrudan  da,  məktəb  Sabir  yaradıcılığında  çox  mühüm  sosial 
funksiya  daşıyır.  Ədəbiyyatşünaslıqda  tamamilə  doğru  vurğulanır  ki, 
“Sabirin  ən  vacib  ideallarından  biri  də  millətinin  ağ  günlərə  çıxdığını 
görmək,  onun  parlaq  gələcəyini  təmin  edəcək  yeni  nəslin  təlim-tərbiyə-
sinin yoluna qoyulması idi” [3, s. 23]. Sabir satirasında valideynin mək-
təbə,  uşağın  oxumasına  münasibətinə  son  dərəcə  ciddi  əhəmiyyət  veril-
məsinin  əsas  səbəbi  bu  idi.  Onun  məktəblə  bağlı  qaldırdığı  ilk  problem 
uşaqların  təhsil  alması  zərurətinin  milli  düşüncədə  yer  alması  idi.  Buna 
nail  olmaq  milli  düşüncənin  formalaşması  istiqamətində  ilk  addımın 
atılması  demək  idi.  Lakin  məktəbə  münasibət  milli  mühitdə  birmənalı 
deyildi. İctimai şüurun formalaşmadığı, dini fanatizmin hökm sürdüyü bir 
cəmiyyətdə dünyəvi məktəbə etiraz ruhu çox güclü idi. Məhz buna görə, 
Sabirin  yaradıcılığında  tənqidin  ilk  hədəfləri  “uşaq  mənimdir  əgər, 
oxutmuram, əl çəkin!”, – deyən və sosial şüurdan məhrum olan ata-analar 
idi.  1906-cı  ildə  dövri  mətbuatda  Sabirin  iyirmi  üç  satirası  çap  olunub. 
Bunlardan  doqquzu  elmin  və  təhsilin  əhəmiyyəti,  valideynin  uşaqların 
elmə və təhsilə cəlb olunmasına münasibəti məsələsinə həsr olunmuşdur: 
“Ol gün ki,  sənə xaliq edər lütf bir övlad”, “Bilməm  nə  görübdür bizim 
oğlan oxumaqdan?!”, “Tərpənmə, amandır, bala, qəflətdən ayılma!”, “Ata 
nəsihəti” və s. İlk növbədə, bu satiralarda milli mühitdə məktəbə münasi-
bətdəki  köklü  ziddiyyətlərin  məharətli  bədii  təsvirini  görmək  müm-
kündür.  Bir  tərəfdə  heç  cürə  oxumaq  istəməyib,  küçəni  özünə  fəaliyyət 
meydanı seçən uşağın obrazı, digər tərəfdə bütün varlığı ilə təhsilə, elmə 
meyil  salmış  məktəblinin  obrazı,  bir  tərəfdə  elmə,  təhsilə  qənim  kəsilən 
atanın  obrazı,  o  biri  tərəfdə  oğlunu  oxumağa  həvəsləndirdiyi  üçün  əri 
tərəfindən olmazın töhmətlərə məruz qalan ananın obrazı və s. Göründüyü 
kimi, mənzərə kifayət qədər mürəkkəbdir. Ancaq ümidsiz də deyil. Çünki 
Sabir  satirasının  tənqid  hədəfinə  çevrilən  “zülmət  səltənəti”ndə  zəif 
şəkildə olsa da “işıq şüa”ları görünməkdədir. “Ata nəsihəti”, “Bilməm nə 
görübdür  bizim  oğlan  oxumaqdan?!”  satiralarında  təhsilə,  elmə  cahillik 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə