Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə9/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   5   6   7   8   9   10   11   12   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
23 
Müstəqillik  dövrü  Azərbaycan  nəsri  bədii  fikrin  son  iyirmi  beş  ilə 
yaxın  müddətdə  əldə  etdiyi  orijinal  xüsusiyyətləri,  onun  müasir,  özünə-
məxsus səciyyəsini ədəbiyyat nümunələrində əks etdirən nəsrdir. Cəmiy-
yətin  ictimai-siyasi  həyatında  baş  verən  əsaslı  dəyişikliklər  və  yeni  qəh-
rəman  axtarışları  çağdaş  nəsrin  başlıca  novatorluq  ruhunu  müəyyən  et-
məkdədir.  Son illərdə  aparılan araşdırmalarda  yeni  nəsr əsərlərinin  məhz 
bu yöndən təhlilə cəlb olunması da təsadüfi deyil və müstəqillik dövründə 
yazılmış  nəsr  əsərlərində  yeni  qəhrəman  probleminin  sistemli  şəkildə 
araşdırılması, tədqiq və təhlil obyektinə çevrilməsi vəzifəsinin ciddiliyin-
dən xəbər verir.  
Qeyd  etməliyik  ki,  istər  cəmiyyətdə,  istərsə  də  yaxın  və  uzaq  öl-
kələrin  həyatında  baş  verən  rəngarəng,  mürəkkəb,  ziddiyyətli  hadisələr 
ədəbiyyat  üçün  zəngin  material  vermiş,  istər  sosial-siyasi,  istərsə  də 
ictimai-mənəvi  həyatdakı  əsaslı  dəyişikliklərin,  onların  insanın  mənəvi 
aləminə  təsirinin  mövzuya  çevrilməsini  zərurətə  çevirmişdir.  Ədəbiyyat 
cəmiyyətin  ümumi  inkişaf  xəttinə  paralel  olaraq  dirçəlməyə,  məhsuldar-
lığını artırmağa başlayıb, yeni keyfiyyət dəyişiklikləri əldə edib. O cüm-
lədən,  müasir  nəsrimiz  ənənəvi  sovet  nəsrindən  fərqli  olaraq,  həyati 
gerçəkliyi bədii gerçəkliyə çevirmək üçün daha təravətli üsullardan fayda-
lanmaqda,  özünəməxsus  inkişaf  yolu  keçməkdə,  istər  ideya-problem,  is-
tərsə  də  bədii-estetik  çalarları  ilə  seçilən  bir  çox  sənət  örnəkləri  ortaya 
çıxarmaqda  davam  edir.  Bu  sırada:  Anarın  “Otel  otağı”,  “Ağ  qoç,  qara 
qoç”, S.Əhmədovun “Axirət  sevdası”, “Kef”, “Ömür urası”,  İ.Muğanna-
nın “Cəhənnəm”, “Qəbiristan”, Elçinin “Bayraqdar”, “Qarabağ şikəstəsi”, 
V.Babanlının “Ana intiqamı”, “Qəribə məhəbbət”, “Gizlinlər”, M.Süley-
manlının “Erməni adındakı hərflər”, Ə.Əmirlinin “Meydan”, A.Məsudun 
“Azadlıq”,  S.Səxavətin  “Yəhudi  əlifbası”,  A.Abbasın  “Dolu”,  S.Alı-
şarlının  “Mayestro”,  Əlabbasın  “Qiyamçı”,  “Qaraqovaq  çölləri”,  A.Ab-
dullanın  “Sarı  tağ”,  H.Mirələmovun  “Dağlarda  atılan  güllə”,  N.Əbdür-
rəhmanlının “Yalqız”, İ.Fəhminin “Aktrisa”, “Akvarium” və s. kimi çoxlu 
sayda  nəsr  əsərlərini  xatırlatmaq  mümkündür.  Habelə,  ədəbi  mühitdə 
əvvəllər daha çox ironik hekayələri, modernist absurd pyesləri ilə tanınsa 
da,  son  beş-altı  ildə  həm  müasir,  həm  tarixi  mövzularda  irihəcmli  ro-
manlar  yazan  və  realizmi  mistikayla,  düşüncə  axınıyla,  naturalizmlə, 
siyasi publisistika ilə sintez edən, dünyada çoxdan yaranmış sintetik nəsr 
üslubunu  ədəbiyyatımıza  gətirən  E.Hüseynbəylinin  “Yovşan  qağayılar”, 
“Don Juan”, “Metro vadisi”, “Şah Abbas”, “Yolayrıcında qaçış” roman-
ları və hekayələri; daha çox fərdi-psixoloji problemlər içində, ağır mənəvi 
durumda  olan  obrazları  işləməyə  üstünlük  verən,  belə  situasiyalara  düş-
müş  insanların  daxili  aləminin  dərinliklərinə  enməyə  çalışan  N.Əbdür-
rəhmanlının  “Yalqız”,  “Yelçəkən”  və  sair  nəsr  əsərləri,  “Könül  elçisi” 
tarixi romanı; aktual mövzuları oxucuya təqdim edərkən milli nəsrimizin 


______________________________________________________ Poetika.izm 
  
 
24 
rəngarəng  dil  qatlarını,  bədii  təsvir  və  poetik  ifadə  vasitələrini  kinovari 
süjetlərlə  uzlaşdıran  A.Quliyevin  povest  və  hekayələri;  yazıçı  təxəyyü-
lündə güclü şəkildə yer tutmuş yaddaş faktorundan istifadə etməklə uzun 
illər  əvvəl  baş  vermiş  real  hadisələri  müxtəlif  maraqlı  bədii  formalarda 
oxucuya  çatdıran  K.Əfsəroğlunun  roman,  povest  və  hekayələri;  maraqlı 
süjetlər quraraq qəhrəmanlarını qeyri-adi, bir çox hallarda komik situasi-
yalara salan və bu situasiyalar vasitəsilə onların xarakterlərini özünəməx-
sus  şəkildə  açan  İ.Məmmədlinin  povest  və  hekayələri;  kriminal  hadisə-
lərlə  üzləşən,  həbsxana  həyatı  yaşayan  insanların  daxili,  psixoloji  vəziy-
yətini,  eyni  zamanda  onları  bu  yola  gətirən  sosial  ədalətsizliyin  görün-
məyən qatlarını, insanı cinayətə aparan səbəbləri açıb göstərməyə çalışan 
F.Balabəylinin,  V.Məmmədlinin  nəsr  əsərləri;  tanınmış  şair  olsa  da,  son 
vaxtlar  nəsr  əsərləriylə  də  çıxış  edən,  müasir  cəmiyyətimizdəki  müxtəlif 
ictimai  problemləri  və  psixoloji  əhval-ruhiyyəni  özünəməxsus  ironik 
çalarlarla  təsvir  edən,  eyni  zamanda  ədəbi  mühitimizdəki  bir  çox  qələm 
sahiblərinin  maraqlı  bir  üslubda  bədii  portretlərini  yaradan  Əjdər  Olun 
“Ölümlə  zarafat”  kitabındakı  hekayələri;  realizm  çərçivəsində  sərt  isteh-
zası, acı gülüşü ilə həm ictimai, həm də psixoloji problemləri çılpaqlığı ilə 
işıqlandıran  R.Tağının  hekayələr  toplusu;  müasir  cəmiyyətimizdə 
azərbaycanlı qadınının qarşılaşdığı problemlərə, kütləvi qərbləşmənin qa-
dın  psixologiyasında  yaratdığı  təbəddülatlara  daha  tez-tez  müraciət  edən 
qadın nasirlərimizin (S.Nəzirova, H.Hüseynova, Ş.Musayeva, Narıngül və 
b.) hekayə və povestləri; hekayə və esse yaradıcılığı sahəsində məhsuldar 
fəaliyyət  göstərən K.Nəzirli,  E.Zeynalov,  E.Əlləzoğlunun  əsərləri müstə-
qillik dövrü Azərbaycan nəsrinin həm mövzu-problem rəngarəngliyi, həm 
də  forma,  üslub  yenilikləri  baxımından  mühüm  keyfiyyət  dəyişiklikləri 
əldə etdiyini təsdiq edir.  
Xüsusi olaraq qeyd etməliyik ki, müstəqillik dövrü Azərbaycan nəs-
rində yaranmış bədii əsərlərin böyük əksəriyyəti gerçək yaşamın yazıçıya 
təlqin  etdiyi  müasir  mövzularda  qələmə  alınmışdır.  Təbii  ki,  müstəqillik 
dövrü Azərbaycan ədəbiyyatının, o cümlədən nəsrinin qəhrəmanı da yazı-
çının özünün də üzvü olduğu müstəqil Azərbaycan cəmiyyətinin vətənda-
şı, dövrün ziddiyyət və təbəddülatlarını hiss edən, sevinc və kədərini ya-
şayan, mübarizə aparan, dəyişən, bir sözlə, yaxından tanıdığımız müasiri-
mizdir. Yəni, müstəqillik dövrü Azərbaycan nəsrində yeni qəhrəman kon-
sepsiyası  həm  də  “yeni  cəmiyyət  və  dəyişən  insan  konsepsiyası”  anla-
mında  dərk  olunmalıdır.  Bu  konsepsiya  zamanın  irəli  sürdüyü,  yaradıcı 
fəaliyyəti səmtləndirən konsepsiyadır. Çağdaş nəsrin milli istiqlalın hansı 
mübarizələr,  qurbanlar  bahasına  əldə  edildiyini  açıqlamaq,  torpaqlarımı-
zın  işğalı  nəticəsində  yaranmış  mürəkkəb  və  ziddiyyətli  şəraitdə  insanı 
daha  çox  psixoloji  planda  təqdim  etmək,  milli-mənəvi  keyfiyyətlər  və 
dəyişən dəyərlər probleminin bədii həllini vermək üçün daha həyati qəh-


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə