Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə20/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   16   17   18   19   20   21   22   23   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
49 
L.A.Şestakın  obrazlar  təsnifatı  xüsusi  əhəmiyyət  kəsb  edir.  Şestak 
obrazları  mikroobraz,  makroobraz,  meqaobraz  kimi  bölgülərə  bölür. 
«Mikroobraz»  bədii  əsərlərin  ən  kiçik  vahidi  olaraq,  ədəbi  dilin  ifadəli 
xüsusiyyətləri ilə əlaqəlidir. «Makroobraz» ifadəsi altında isə ədəbi qəhrə-
man obrazı başa düşülür. «Meqaobraz» isə bu kainatın dünyanın və insa-
nın obrazıdır. Meqaobraza müəllif yaradıcılığının və ya bütöv ədəbi isti-
qamət çərçivəsində obrazlar kompleksini təkrar edən motivləri aid etmək 
olar.  Bu  təsnifat  fransız  ədəbiyyatşünaslığına  xas  təsnifat  ilə  oxşardır. 
Fransız  ədəbiyyatşünaslığında  mücərrəd  obraz,  ifadəli  obraz,  əlaqəsiz 
obraz  və  plastik  obraz  seçilir.  Mücərrəd  obraz  ümumi  termindir.  Mücər-
rəd  obraz  dedikdə,  varlığın  mahiyyətini  ifadə  edən  üsulu,  əşyaların  və-
ziyyəti, mövcud üsulları başa düşülür. İfadəli obraz isə obyektiv üzərində 
deyil,  subyektiv  müqayisədə  qurulmuş  obrazdır.  Əlaqəsiz  obraz  mürək-
kəb, inkişaf etmiş obraz olmalıdır, onun ünsürləri bir araya sığmır və ta-
mamilə  bir-biri  ilə  əlaqəsiz  olur.  Plastik  obraz  isə  müqayisəni  forma 
əlamətinə görə, kütləsi, ölçüsü və iki əşyanın bölgüsüdür. 
Bu və ya digər əşyanı, təbii hadisələri və s. təsvir etmək üçün qeyri-
insani varlıqların, cansız əşyaların əlamətlərinin ümumiləşmiş təsviri olan 
«əşya obrazı», müəyyən bir yerin, ölkənin təsvirini verən «təbiət obrazı» 
və s. kimi şərh edilir. Bədii təsvirin mərkəzində insanla yanaşı, digər əşya 
və hadisələr də dayana bilər. Bəzən bu əşya və hadisələrin təsviri insanla 
sıx bağlı olur, insanın hansı məkan və zamanda olmasını açıqlayır. Bəzən 
də  bədii  təsvirin  insanla  heç  bir  əlaqəsi  olmur.  Əşya  obrazı,  həmçinin 
təbiət obrazı təsvir edilən qəhrəmanın xarakteri ilə bağlı olur. 
Obrazın geniş mənada anlamı fərdi və bəşəri obrazların bir-birindən 
ayırmasına  imkan  verir.  Fərdi  obraz  anlayışında  müəllif  istedadı  və  tə-
xəyyülünün  nəticəsində  yaradılmış  obrazlar  dərk  edilir  və  bu  obrazların 
daxili aləmi, məram və məqsədləri üzə çıxarılır. Bunlar müxtəlif üsullarla 
həyata keçirilir. Məsələn, bədii əsərlərdə verilmiş dialoqlar vasitəsilə  ya-
ranan dramatik və psixoloji vəziyyətlərlə obrazların fərdi xüsusiyyətlərini 
və  daxili  aləmini  daha  qabarıq  nəzərə  çarpdırmaq  mümkündür.  Ümum-
bəşəri obrazlar isə nəsildən-nəslə keçən obrazlardır ki, bu obrazları arxe-
tiplər adlandıra bilərik. Belə ümumbəşəri obrazlara həm mifologiya, həm 
də incəsənətin bütün inkişaf mərhələlərində rast gəlinir. 


______________________________________________________ Poetika.izm 
  
 
50 
Müasir  dövrdə  postmodern  romanların  yayılması  ilə  əlaqədar  ola-
raq, əvvəlki obrazlardan fərqlənən obraz qalereyası yaranmağa başladı. 
Postmodern  romanlarda  əşya  obrazlarından  bədii  məkanın  yaradıl-
masında  geniş  istifadə  edilir.  Postmodern  romanlarında  geniş  yayılmış 
əşya  obrazlardan  şəhər  obrazını  xüsusi  qeyd  etmək  olardı.  Məsələn, 
Anarın  «Ağ  qoç,  qara  qoç» [1]  romanında  Bakı  şəhəri  bədii  obraz  kimi 
təsvir olunur. Bakı obrazı əsərin mövzusu və ideyası ilə səsləşməlidir.  
Əşya obrazlarında bədii məkanın yaradılması şəhər obrazı ilə məh-
dudlaşmır.  İlqar  Fəhminin  «Akvarium» [2]  romanında  akvarium  obrazı 
xüsusi  maraq  kəsb  edir.  Romanda  akvarium  həm  restoran,  həm  də 
mədəniyyət ocağı – teatrdı. «Akvarium» adı əsərin özündə üç cür istifadə 
olunur:  restoran  və  teatr  adı  kimi...  Akvarium  baş  qəhrəmanın  yerləş-
dirildiyi  məhdudlaşdırıcı  mənəvi-məkan  kimi  çıxış  edir,  harada  ki,  lal 
balıqla müqayisə edilir. 
Postmodern  romanlarda  arxetip  və  mifoloji  obrazlardan  geniş  isti-
fadə  olunur.  Fransız  dilində  köhnə  tip,  ilkin  nümunə  mənalarını  verən 
arxetiplər  Yunqa  görə,  kollektiv  şüursuzluğun  nəticəsi  və  davranışları-
mızın  səbəbidir.  Keçmiş  nəsillərin  təcrübəsinin  inikası  olan  təhtəlşüurun 
məzmununu  ümumbəşəri  obrazlar  təşkil  edir.  Miflərin  və  bədii  yaradı-
cılığın  simvolikasının  əsasında  duran  arxetiplərin  ədəbiyyatda  işlənmə 
məqamı özünün zənginliyi ilə seçilir. Yazıçı həyatı təsvir edərkən arxetip 
obrazlar  vasitəsilə  yalnız  öz  fikirlərini  ifadə  etmir,  kütləvi  təfəkkürünün 
dərin  qatlarında  müstəsna  yer  tutmuş  və  unudulmaqda  olan  dəyərləri 
yenidən  bərpa  etmək  üçün  arxetip  obrazlara  müraciət  edərək,  mənəvi 
dəyərləri gələcək nəsillərə ötürülməsini həyata keçirir. 
Postmodern romanlarda sosial siyasi proseslərin təzadlı məqamların 
tarixi şəxsiyyət olmuş bədii qəhrəmanların simasında əks olunması maraq 
kəsb  edir.  Lakin  bu  tarixi  şəxsiyyətlər  müəllif  interpretasiyasında  verilir. 
Postmodern romanlarda tarixi qəhrəmanlar adi insanlara çevrilir. Postmo-
dernistlər  tarixdən  ibrət  almaq  deyil,  tarixin  özünü  oyun  materialına  çe-
virmək  məqsədi  güdür.  Volfqanq  Velş  özünün  «Bizim  postmodernist 
modern» (Unsere postmoderne Moderne, 2002) əsərində qeyd etdiyi kimi, 
«postmodernizm  plüralizmin  əleyhinə  olan  hər  şeyə  qarşı  yönəlib.  O, 
monizm, unifikasiya, totalitarizm, utopiya və despotizmlərin gizli forma-
ları  ilə  vidalaşır,  əvəzində  müxtəliflik  və  paradiqmaların  rəqabətinə  ke-
çir» [3].  Bəzi  hallarda  onlar  öz  tarixi  prototiplərinin  antipoduna  çevri-
lirlər. Bədii obrazların və onların tarixi prototipləri arasında fundamental 
fərqlər  müəlliflər  tərəfindən  şüurlu  yaradılır.  Bu  tarixin  müəllif  interpre-
tasiyası  ilə  sıx  əlaqəlidir.  Kamal  Abdullanın  «Yarımçıq  əlyazma» [4] 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə