Plan: Giriş. Menecmin mahiyyəti, tarixi inkişafı və elmi məktəbləri Menecmentin təşkilinin formaları və quruluşları Menecmentin metodları Menecmentin növləri



Yüklə 1,56 Mb.
səhifə3/13
tarix23.12.2023
ölçüsü1,56 Mb.
#155315
1   2   3   4   5   6   7   8   9   ...   13
referat 1142(1)

Sənaye menecmenti nəzəriyyəsinin inkişafı üçün əsas başlanğıc Amerikanın peşəkar menecment ensiklopediyasının müəlliflərinə görə 1886 - cı ildə “Yel end Taun” manufakturasının prezidenti Q.Taun Amerikanın mühəndis - mexaniklərinin mühəndis cəmiyyətində “Mühəndis bir iqtisadçı kimi” hesabatını təklif edəndən sonra başladı. Bu hesabatda o, ilk dəfə olaraq menecmentin müstəqil elmi bilik və peşəkar ixtisaslaşma kimi təqdim edir və onun praktik əhəmiyyətinə görə mühəndis əməyinə bərabər hesab edir. Taun təsdiq edirdi ki, :menecment öz predmetinə, ədəbiyyatına və assosasiyalarına malik bir elm kimi fərqlənməlidir. Çünki, məhz bu halda sahibkarlar və menecerlər birgə təcrübədən faydalana biləcəklər”.
Ümumilikdə menecment o dövrdə idarəetmənin güc metodlarından, cərimə və cəzalandırmadan əməyin tənzimləyicisi kimi çox istifadə edirdi. Bu mərhələdə əməyə nəzarət prinsipindən onun elmi əsaslarla təşkili prinsipinə keçid oldu. Lakin bütövlükdə menecment öz səylərinin, diqqətini xarici nəzarətdən idarəetməyə keçirməmişdi.
Elmi menecment məktəbi bütün dünyada XX əsrin əvvəllərində “elmi menecment” və ya “əməyin elmi təşkili” kimi tanınmışdır. Elmi menecment F.U.Teylorun, Frenk və Lili Cilbertlərin, Henri Qantın elmi tədqiqatları ilə sıx əlaqədardır. Elmi menecmentin konsepsiyası menecmentin əsas inkişaf mərhələlərindən biri olaraq onu müstəqil elmi - tədqiqat sahəsi kimi yaymağa başladı. İlk dəfə olaraq rəhbər - praktiklər və alimlər gördülər ki, elm və texnikada istifadə olunan metodlardan və yanaşmalardan təşkilatın məqsədlərinə çatmasında istifadə oluna bilər.
Bu məktəbin banisi U.F.Teylor bütün yeni idarəetmənin atası oldu. Teylora görə inzibatçı sistem aşağıdakı vəzifələri icra etməlidir:

  • Işin əvvəlki primitiv emprik metodlarını dəyişərək onun hər bir elementinin elmi metodlarını işləyib hazırlamalıdır;

  • Elmi əsaslarla işçilərin seçilməsini, inkişaf etdirilməsini və öyrədilməsini həyata keçirməlidir...Bundan əvvəl isə işçilərin özlərini öyrətməli və əsasən maşınlara üstünlük verməli idilər;

  • Işçiləri və elmi vahiddə, tamda birləşdirməli və işçilərə onların bütün fəaliyyətinin elmi prinsiplər əsasında qurulmasını təlqin etməlidirlər;

  • Işçilər və menecerlər arasında əməyi daha dəqiq bölüşdürərək, birinciləri icraçı əmək, digərlərini isə inzibati və nəzarət işlərini icra etməyə istiqamətləndirməlidir.

Bu tədbirlər nəticəsində Teylorun fikrincə əvvəlki metodların subyektivliyi və sərbəstliyi “elmi məntiqin” qaydaları, qanunları və formulları ilə əvəz olunurdu. Bu mənada elmi menecmentin prinsipləri insani fəaliyyətin istənilən sferalarına tədbiq oluna bilər.
Teylor elmi menecmentə bütün heyətin maraqlarının yaxınlaşdırılması aləti kimi baxırdı. Bu isə işçilərin maddi rifah halının yaxşılaşdırılmasına, inzibatçı və mülkiyyətçilərin əməkdaşlığının genişləndirilməsinə istiqamətləndi. Teylor inanırdı ki, işçinin məhsuldar işinin artması hesabına, bütün millətin və ölkənin istehsal qüvvəsi artacaq, bəlkə daha da inkişaf edəcəkdir.
Teylorun navator ideyaları ilk dövrlərdə bir çox sahibkarlar tərəfindən müqavimətlə qarşılandı. Elmi menecment onların idarəetmə sferasına birbaşa müdaxilə kimi qəbul edildi. Onlardan bəziləri hesab edirdilər ki, Teylorun sistemi tədbiq edildikdən sonra menecerlər “ elmi texnika ” və rasional idarəetmə metodları ilə əvəz olunacaq. Nəticədə isə heç idarəedicilər də lazım olmayacaqdır. Lakin təcrübə bu fikirlərin əsassız olduğunu təsdiq etdi.
Teylor öz tədqiqatları və ekspermentləri əsasında bir sıra ümumi prinsiplər müəyyən etmişdir:

  • Əməyin bölgüsü­­ - bu prinsipi geniş mənada Teylor konkret istehsal tapşırıqlarının bölgüsü kimi tövsiyyə edərək təklif edirdi ki, hər bir işçi, hər bir menecer ancaq bir funksiyaya görə məsuliyyət daşısın.


  • Yüklə 1,56 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə