Plan: Giriş. Menecmin mahiyyəti, tarixi inkişafı və elmi məktəbləri Menecmentin təşkilinin formaları və quruluşları Menecmentin metodları Menecmentin növləri



Yüklə 1,56 Mb.
səhifə4/13
tarix23.12.2023
ölçüsü1,56 Mb.
#155315
1   2   3   4   5   6   7   8   9   ...   13
referat 1142(1)

Əməyin ölçülməsi - Teylor iş vaxtının öyrənilməsinə xüsusi üstünlük verirdi. Çünki bu istehsal tapşırığının icrası üçün çox vacib amil idi. Bu prinsip iş vaxtının xüsusi “ zaman vahidləri” vasitəsi ilə ölçülməsinə imkan verir.

  • Tapşırıq- təsvirlər - bu prinsipə əsasən istehsal tapşırıqları təkcə dəqiqələrlə bölünməli deyil, eyni zamanda hansı metodlarla reallaşacağı da qeyd olunmalıdır. Müəsisənin məqsədləri planlaşdırılmalı və hər bir işçiyə tapşırıq üçün yazılı təlimatlar olmalıdır.

  • Stimullaşdırma proqramları - işçi üçün aydın olmalıdır ki, hər bir əmək elementi qiymətə malikdir və onun əmək haqqısı hazırladığı məhsulun kəmiyyətindən aslıdır; böyük məhsuldarlıq əldə olunduqda isə mükafat alacaqdır.

  • Əmək individual fəaliyyət kimi - qrupun təsiri işçini daha az məhsuldarlı edir.

  • Motivasiya - bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şəxsi maraq bir çox insanlar üçün hərəkətverici qüvvədir.

  • Fərdi qabiliyyətlərin rolu - işçilər indiki zamanda mükafatlandırma üçün işləyirlər, menecerlər isə gələcəkdə mükafatlandırmaq üçün işləyirlər.

  • Menecmentin rolu - Menecerlər nadir biliklərə malik olan “ müdrik ” rolunu qəbul etməlidirlər ki, işçilər üçün lazımi biliklər verə bilsinlər.

  • Həmkarlar ittifaqlarının rolu - Teylorun fikrincə yaranan əmək münasibətlərində həmkarlar ittifaqlarının roluna skeptik yanaşmaq faydalıdır. Ancaq elmi menecmentin prinsiplərinin geniş qavranılması, işçilər və inzibatçılar arasında münaqişəni tam həll etməsə də azaldır.

  • İdarəetmə təfəkkürünün inkişafı - idarəetmə təcrübəsindən müəyyən qanunlar çıxarılmalıdır, idarəetmə isə mühəndis işi kimi elmi status almalıdır.

    Menecmentin müasir tədqiqatçıları, Teylorun sistemində əmək haqqının məhz əmək məhsuldarlığını artıracaq yeganə amil olduğuna görə tənqid edirlər.
    İnzibati məktəb. Bu məktəb yarandıqdan sonra bütün təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi əsas diqqət mərkəzində oldu. F.Teylor və F.Cilbert öz karyeralarına adi işçi kimi başlamışdılar və bu onların təşkilatın idarə edilməsi haqqında təsəvvürlərinə təsir etmişdir. Onlardan fərqli olaraq inzibati məktəbin yaradıcıları iri biznesdə yuxarı rəhbərlik səviyyəsində işləmişdilər. Daş - kömür istehsalı üzrə şirkətə rəhbərlik etmiş Anri Fayolu bir sıra hallarda menecmentin atası hesab edirlər. Lindalı Urvik ingiltərədə idarəetmə məsələləri üzrə məsləhətçi olmuşdur. Beləliklə onların əsas qayğısı geniş mənada təşkilatın bütün səviyyələrini əhatə edən səmərəlilik olmuşdur.
    İnzibati məktəbin ardıcılları da idarəetmənin sosial aspektləri haqqında o qədərdə düşünmürdülər. Onların tədqiqat işləri elmə yanaşmadan daha çox şəxsi müşahidələrinə əsaslanırdı. İnzibati məktəbin əsas məqsədi idarəetmənin universal prinsiplərini formalaşdırmaqdan ibarət idi və onlar hesab edirdilər ki, bu prinsiplərə əməl edilərsə işgüzar təşkilat uğur qazana bilər.
    Həmin prinsiplər iki əsas momentə xüsusi ilə diqqət yetirirdi. Onlardan biri təşkilatın idarə edilməsinin rasional sisteminin yaradılması olmuşdu. Biznesin əsas funksiyalarını müəyyən edərək klassik - nəzəryəçilər inanırdılar ki, təşkilatın bölmələrə və işçi qruplara bölgüsünün ən yaxşı üsulunu müəyyən edə bilərlər.
    Klassik prinsiplərin ikinci kateqoriyası təşkilati strukdurun qurulmasının və işçilərin idarə edilməsini əhatə edir. Yəni məsələn, işçi bir rəhbərdən əmrlər almalıdır və ancaq bir nəfərə tabe olmalıdır.
    Fransız inzibatçısı və sahibkarı Anri Fayol müasir mütəxəsislərin fikirlərinə əsasən XX əsrin ortalarına qədər Avropanın menecment sahəsində ən məşhur tədqiqatçısı və təcrübəçisi olmuşdur. 30 il ərzində o, Komambo metallurgiya şirkətinin baş meneceri olmuşdur. O gələndə şirkət böhranlı vəziyyətdə idi, o gedəndə isə şirkət Fransanın ən güclü şirkətlərindən biri idi. Fayol menecmentə sistem kimi baxmış və onu funksional əlamətlərinə, operativ planlaşdırma, idarəetmə koordinasiyası və sairəyə əsasən təhlil etmişdir.
    Fayolun 1916 - cı ildə elmi əsəri olan “ Ümumi sənaye idarəetməsi ” kitabı çap olundu. O, öz əsərində idarəetmənin 14 prinsipini qeyd etmişdir:
  • 1   2   3   4   5   6   7   8   9   ...   13




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə